Məhkəmə qərarları › İş №2-1(120)-1356/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1356/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1356/2020 24.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi ilə bağlı Cavabdeh Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 425 №-li əmrinin ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “inzibati tənbehin götürülməsi və dövlət qulluğunda işlə təmin olunması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-1356/2020 saylı qərardadı ilə iddia tələbinə “dövlət qulluğuna xitam verilməsi ilə bağlı Cavabdeh Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 425 №-li əmrinin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahatında dövlət qulluğuna xitam verilməsi ilə bağlı Cavabdeh Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 425 №-li əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi ilə bağlı Cavabdeh Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 425 №-li əmrinin ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli 10-45/321 nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8ci maddəsinə uyğun olaraq xx xxxxxxx 2019-cu il tarixdən İddiaçı dövlət qulluğuna xitam verilmiş, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 10-49/1-805 nömrəli və xx.xx.2020-ci il tarixli, 10-49/1- 920 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi sakini, İddiaçı Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli 10-45/321 nömrəli əmri ilə Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin edilmişdir. O, işlədiyi müddət ərzində dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri layiqincə icra etməmiş və ona Cavabdeh başçısının xx xxxx 2019-cu il tarixli 193 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 312 nömrəli əmrləri ilə töhmət intizam tənbehi tətbiq edilmişdir. Eyni zamanda Cavabdeh 2019-cu il üçün prespektiv iş planına uyğun olaraq və şəhər İcra hakimiyyəti başçısının xx xxxxxxxx 2019-cu il tarixli 145 nömrəli Sərəncamına əsasən Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasibat işinin aparılması vəziyyəti araşdırılmış və Liman şəhər 10 nömrəli uşaq bağçasında ərzaq məhsullarının tədarükü ilə bağlı ciddi nöqsanların olduğu müəyyən edilmişdir. Monitorinq zamanı uşaq baxçasında 1491 manat dəyərində ərzaq çatışmamazlığı aşkar olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. Ərzaq qalığının səbəbi araşdırılarkən məlum olmuşdur ki, Liman şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi işləmiş İddiaçı "xxxx" ASC-dən ərzaq alınması üçün tərtib edilmiş tələbnaməni yoxlamadan vəkalətnamə vermiş və nəticədə artıq ərzaq məhsullarının alınmasına səbəb olmuşdur. Bununla da İddiaçı vəzifə səlahiyyətlərinin icrası zamanı səhvə yol verərək, kobud maliyyə pozuntusu etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci maddəsinə uyğun olaraq Cavabdeh başçısının 2019-ci il 04 oktyabr tarixli 425 nömrəli əmri ilə İddiaçı işdə ciddi nöqsanlara yol verdiyinə, dövlət qulluqçusuna həvalə edilmiş vəzifəni lazımı səviyyədə yerinə yetirmədiyinə, sui istifadə hallarına yol verdiyinə görə vəzifəsindən azad edilmiş, dövlət qulluğuna xitam verilmişdir. İddiaçı dövlət qulluğuna xitam verilməsi barədə əmrin surəti və əmək kitabçası qanunla müəyyən olunmuş müddətdə ona təqdim edilmişdir. Cavabdeh iddia tələbini əsassız hesab edərək iddianın təmin edilməməsi ilə bağlı müvafiq qətnamə qəbul etməyinizi xahiş edir. İş materiallarında olan əmək kitabçalarının qeydiyyat jurnalından görünür ki, İddiaçı ona məxsus ******* nömrəli əmək kitabçasını xx.xx.2019-cu il tarixdə jurnala imza edərək qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında hazırda mübahisələndirilən əmrdən xx.xx.2019-cu il tarixdə məlumatlı olduğunu və həmin vaxt bu əmrin nəticələrinə etiraz etdiyini və əmək kitabçasını sənədə imza etməklə qəbul etdiyini bildirmişdir. İş materiallarında olan iddiaçının məhkəməyə təqdim etdiyi yazılı izahatından görünür ki, “dövlət qulluğuna xitam verilməsi ilə bağlı” Cavabdeh Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 425 nömrəli əmrinin iddiaçıya xx.xx.2019-cu il tarixində təqdim edildiyini təsdiq edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh başçısının 2019-ci il 04 oktyabr tarixli 425 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci maddəsinə (işdə ciddi nöqsanlara yol verdiyinə, dövlət qulluqçusuna həvalə edilmiş vəzifəni lazımı səviyyədə yerinə yetirmədiyinə, sui istifadə hallarına yol verdiyinə görə) müvafiq olaraq vəzifəsindən azad edilmiş, dövlət qulluğuna xitam verilmişdir. Hazırda iddiaçı qeyd olunan əmri mübahisələndirərək ləğv edilməsini xahiş edir. Eyni zamnada məlum olmuşdur ki, iddiaçı mübahisələndirdiyi əmrdən xx.xx.2019-cu il tarixindən məlumatlı olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2019-cu il tarixdən mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı əmrin elan olunduğu və əmək kitabçasını aldığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasanda iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 10 (on) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmənin qənaətinə görə əmək kitabçasınin təqdim olunması, işdən çıxarılma barədə inzibati orqanın aktını mübahisələndirmək üçün iddia müddətinin axımının başlanmasına əsas olan huquqi faktdır. Çünki, əmək kitabçasında yazılıb təsdiqlənmiş əmrin məzmunu, iddiaçının mübahisələndirdiyi sərəncamın məzmununa uyğundur və işdən azad edilmənin səbəb və əsaslarını tam əks etdirir. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1750/20 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi ilə bağlı Cavabdeh Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 425 №-li əmrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi ilə bağlı Cavabdeh Başçısının xx xxxxxxx 2019-cu il tarixli, 425 №-li əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar