Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1359/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, imtina qərarının ləğv olunması və təqaüdünün təyinatının əmək pensiyası təyinatlı olunmasından ötrü qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2019-cu ildən əmək pensiyasına çıxmalıydı. Bununla əlaqədar DSMF-na müraciət etmiş və iddiaçının əmək pensiyasına düşdüyünə görə qeydiyyata almış, lakin o bir il gec olsada 2020-ci ildən təqaüdə çıxarılmışdı. Prezidentin 2016-cı ildə imzalandığı fərmanına əsasən, torpaq sığortası vətəndaş tərəfindən ödənilibsə, onda ona qanunvericiliyə uyğun olaraq əmək pensiyası hesablanmalıdır. Amma ona əmək pensiyasi təyinatı bildirilsə də 15 (on beş) gündən sonra azyaşlı uşağa görə sosial təqaüd təyin etmişdilər. Ona görədə AR-“İnzibati İcraat Haqqında” Qanununun 72.1-ci və 73-cü maddəllərinə əsaslanaraq verilmiş qərardan narazı olduğunu və qərarı əsaasız hesab edərək məhkəmədən Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialının imtina qərarının ləğv olunması və təqaüdünün təyinatının əmək pensiyası təyinatlı olmasından ötrü qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(120)-1359/2025 nömrəli qərardadı ilə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tanınması, iddia tələbinə “ƏƏSMN-in tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının qərarının ləğv edilməsi və iddiaçının aldığı sosial müavinətin əmək pensiyası ilə əvəz edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1359/2025 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2019-cu ildən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi baxılması qərara alınmışdır. Şifahi məhkəmə iclasında izahatında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikasının Lerik Rayon İcra Hakimiyyətinin başçısnın Orand kənd inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli 5-65-31/2-40/2023№li arayışına əsasən İddiaçı Lerik rayon Orand kəndində pasport qeydiyyatındadır. Lerik rayon Orand kəndində yaşayır. Aşağıdakı kimi ailə tərkibi vardır:
1. X6 1988 (oğlu)
2. X7 1990 (qızı)
3. X13 1992 (qızı)
4. X8 1993 (qızı)
5. X9 1995 (oğlu)
6. X10 1997 (qızı)
7. X11 1999 (oğlu)
8. X12 2003 (oğlu)
9. X4 2005 (oğlu) Qeyd: Yuxarıda adları göstərilən uşaqları ana özü doğmuş və səkkiz yaşına qədər böyüdüb tərbiyyə etmişdir. İş materiallarında olan Sığortaolunanın hesabından çıxarışa əsasən İddiaçı (SSN: **********446) xeyrinə Nümayəndə tərəfindən (SUN: **********8) (torpaq mülkiyyətçisi) 2014cü ilin dekabr ayı üçün 12.5 manat və 2015-ci ilin dekabr ayı 5 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İş materiallarında olan Lerik rayonu İstehsal-İstehlak Kooperativinin xx.xx.2025-ci il tarixli 04 №-li məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-xx.xx.2005-ci illərdə Lerik rayon Orand kənd mağazasında əmək fəaliyyətinə dair sənədlər yoxlanılmış və 1986-cı il əmr kitabında (səh 56) səhifənin aşağı hissəsində başqa rəngli qələmlə və başqa xətlə işə qəbul edilmə əmri qeyd edilmişdir. İddiaçı barəsində işdən çıxma, məzuniyyət barədə əmrlər və əməkhaqqı barədə məlumat yoxlama nəticəsində tapılmamışdır İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-100028/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajindan asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixinden xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş 6 ay müəyyən edilib. Qanunun 8.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən sığorta stajınız 2 ay təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 20,18 manat təşkil edir ki, bu məbləğ sizin uşaqlara görə güzəştli şərtlərlə tələb olunan pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildiririk ki, əmək kitabçanızın surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1986-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərinin monitorinqi zamanı Orand kənd mağazasında əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Əmək fəaliyyətinizin xx.xx.1986-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrünün moitorinqi zamanı Lerik rayonu X1 binasında saxlanılan Orand kənd mağazasının əmr kitabları və əməkhaqqı cədvəllərində adınıza rast gəlinməyib. Bu səbəblə sözügedən dövrün sığorta stajinıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, 9 uşaqlı ana kimi pensiya yaşınız tamam olan tarixdə (xx.xx.2019-cu il tarixində) qanunvericiliklə tələb olunan 25 il sığorta stajınız və ya fərdi hesabınızın sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmadığı üçün sizə uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 8.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan tələblərinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staji olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən 01.07 2024-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensıya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta staji 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir azaldılmaqla hesablanır. Qeyd olunanlara əsasən bildiririk ki, tələb olunan pensiya yaş həddinə (58 yaş 6 ay) çatmadığınız üçün sizə uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2020-ci il tarixindən 5 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilib. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-211898/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-4137/2024 nömrəli sorğuya baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 8.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı 2 ay təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 20,18 manat təşkil edir ki, bu məbləğ vətəndaşın uşaqlara görə güzəştli şərtlərlə tələb olunan pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək Lerik rayonu X1 binasında saxlanılan Orand kənd mağazasının əmr kitabları və əmək haqqı cədvəllərində İddiaçı adına rast gəlinməmişdir. Bu səbəbdən xx.xx.1986-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının 9 uşaqlı ana kimi pensiya yaşı tamam olan tarixdə (xx.xx.2020-ci il tarixində) qanunvericiliklə tələb olunan 25 il sığorta stajı və ya fərdi şəxsi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmadığı üçün ona uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sözügedən Qanunun 8.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan tələblərinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staji olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 22-1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyasi avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçı tələb olunan pensiya yaş həddinə (58 yaş 6 ay) çatmadığı üçün ona avtomatlaşdırılmış qaydada uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (bundan sonra – Mərkəzi filial) qarşı “çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2- 1(120)-1359/2025 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iş materiallarına əsasən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ona çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq qurumlara ünvanlanmış ərizələrinə və əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/1-M-85412/2024 nömrəli qərarı ilə ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Daha sonra İddiaçı, ona doqquz övladının olması ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının müraciəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını nəzərdə tutan 8-ci maddəsinin həm xx.xx.2022-ci il tarixədək, həm də xx.xx.2022-ci il tarixdən sonra qüvvədə olmuş redaksiyasına əsasən araşdırılmışdır. Belə ki: 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək pensiya yaş həddi qadınlar üçün 61 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 8.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun 8-ci maddəsinin tələbinə əsasən iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya həddinə çatdığı, yəni 52 yaş 6 ay (tələb olunan pensiya yaşı - 61 yaş 6 ay 9 uşağa görə 9 il azaldılmaqla) tamam olan tarixdə (xx.xx.2020-ci il) - 25 il sığorta stajı və ya fərdi şəxsi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı tələb olunur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı 2 ay təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2014-cü il tarixdən xx.xx.2015ci il tarixədək 20,18 manat təşkil edir ki, bu məbləğ vətəndaşın uşaqlara görə güzəştli şərtlərlə tələb olunan pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.2005ci il tarixədək Lerik rayonu X1 binasında saxlanılan Orand kənd mağazasının əmr kitabları və əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinməmişdir. Bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçının 9 uşaqlı ana kimi pensiya yaşı tamam olan tarixdə (xx.xx.2020-ci il tarixdə) qanunvericiliklə tələb olunan 25 il sığorta stajı və ya fərdi şəxsi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmadığı üçün ona uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin sözügedən Qanunun 8.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 22–1.1-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvəyə minmiş tələblərinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçı tələb olunan pensiya yaş həddinə (58 yaş 6 ay) çatmadığı üçün ona avtomatlaşdırılmış qaydada uşaqlara görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş 27 oktyabr 2009-cu il tarixli dəyişikliyə əsasən 8-ci maddə yeni redaksiyada verilmişdir (yeni redaksiya üzrə araşdırma yuxarıda qeyd edilmişdir). 27 oktyabr 2009-cu il tarixli dəyişiklikdən əvvəlki redaksiyada “üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır:- 9 uşağı olanlar - 45 yaşına çatdıqda; İddiaçının 45 yaşı xx.xx.2012-ci il tarixdə (təvəllüdü: xx.xx.1967-ci il) tamam olduğundan, ona yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunun sözügedən redaksiyası ilə də mümkün olmamışdır. Beləliklə, iddiaçıya doqquz övladının olması ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun nə əvvəlki, nə sonuncu redaksiyası ilə tənzimlənmədiyi tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı hüquqi marağı ona xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsidir. Belə ki, Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin dairəsini müəyyən edir. Həmin Qanunun 8.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yəni iddiaçının barəsində 8-ci maddə daxilində yaş, staj və ya kapital tələbləri ödənildiyi halda belə bir hüququ yaranmış olacaq. Qanunun 7-ci maddəsinə əsasən pensiya yaş həddi qadınlar üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 61 yaş 6 ay; xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək isə 62 yaş müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə 9 uşaqlı ana kimi pensiya təyin edilməsi üçün pensiya yaş həddi 52 yaş 6 ay (61 yaş 06 ay – 9 il = 52 yaş 06 ay) olacaqdır. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 52 yaş 6 ayı xx.xx.2020-ci ildə tamam olduğundan, yəni iddiaçının tələb etdiyi tarixə yaş tələbi ödənilmədiyindən, məhkəmə 8-ci maddə daxilində digər tələbləri araşdırmağa zərurət olmadığı qənaətinə gələrək hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı 52 yaş 6 ayı xx.xx.2020-ci ildə tamam olduğundan, yəni yaş tələbi xx.xx.2020-ci ildə ödənildiyindən, həmin tarixə 8-ci maddə daxilində digər tələblərin ödənilib-ödənilməməsinin araşdırılması zərurəti vardır. Belə ki, növbəti tələb iddiaçının Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində stajının və ya fərdi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən kapitalının olmasıdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliklə qadınlar üçün 25 il sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı tələb edilirdi. İddiaçıya münasibətdə məhkəmə müəyyən edir ki, onun əmək kitabçasında olan qeydlər, yəni Orand kənd mağazasında xx.xx.1986-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək (19 il 25 gün) satıcı vəzifəsində işlədiyi dövr cavabdeh orqan tərəfindən mübahisələndirilmişdir. Həmin dövrlə bağlı məhkəmə araşdırma vəzifəsinə görə Lerik rayonu İstehsal-İstehlak Kooperativinə sorğu ünvanlamış və sorğuya verilmiş cavaba əsasən 1986-cı il tarixli əmr kitabının 56-cı səhifəsinin aşağı hissəsində iddiaçı barəsində başqa rəngli qələmlə və başqa xətlə iş qəbul edilmə əmri qeyd edilmiş, işdən çıxma, məzuniyyət barədə əmrlər və əmək haqqı barədə məlumatlar tapılmamışdır. Həmçinin əmək kitabçasında qeyd edilməsə də, iddiaçıya dair sığorta altsistemindən çıxarışdan görünür ki, onun xeyrinə Nümayəndə (SUN: **********8) (torpaq mülkiyyətçisi) tərəfindən 2014-cü il dekabr ayında 12.5 manat və 2015-ci il dekabr ayında 5 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Buradan aydın olur ki, iddiaçıya dair əmək kitabçasına qeyd edilmiş dövrlər həmin müəssisənin sənədləri ilə yoxlanılarkən natamamlıq və şübhələr ortaya çıxır. Lakin məhkəmə qeyd edir ki, bu dövrlər mötəbər hesab edilsə idi belə, qanunvericiliklə tələb edilən staj (25 il) tamamlanmayacağından (ən çoxu 19 il 2 ay 25 gün) həmin dövrlərlə bağlı əlavə araşdırma zərurəti aradan qalxmış olur. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalını araşdıraraq qeyd edir ki, iddiaçının pensiya yaşının tamam olduğu (xx.xx.2020-ci ildə) tarixdə qanunvericiliklə 28800 manat pensiya kapitalı tələb olunsa da, iş materiallarına əsasən qeyd edilən məbləğin də tamamlanmadığı görünür. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixdə 52 yaş 06 ayı tamam olsa da, qanunvericiliklə tələb edilən staja və ya fərdi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən kapitala malik olmadığından ona xx.xx.2020-ci il tarixdən də çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Məhkəmə həmçinin iddiaçının nümayəndəsinin iddiaçıya Qanunun 22-1-ci maddəsi nəzərə alınmaqla çoxuşaqlı ana kimi yaşa görə pensiya təyin edilməsinə münasibətdə bildirir ki, avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsini nəzərdə tutan həmin maddənin 2.1-ci bəndinin xx.xx.2022-ci il tarixədək olan redaksiyasında çoxuşaqlı ana kimi pensiya təyin edilməsi qaydasını müəyyən edən 8-ci maddə nəzərdə tutulmamışdır. Yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2022-ci il tarixli 530 №-li Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə “bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla” sözləri əlavə edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli dəyişikliklə Qanunun 8-ci maddəsinə də dəyişiklik edilərək “hər uşağa görə 1” sözləri “5” rəqəmi ilə əvəz edilmişdir. Bu dəyişikliklər xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd edilənləri işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə çoxuşaqlı ana kimi pensiya təyin edilməsi halı 22-1.2.1-ci maddəsində mövcud olmadığı üçün bu maddənin iddiaçıya tətbiq edilməsi mümkün deyildir. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, pensiya yaş həddi qadınlar üçün xx.xx.2023-cü il tarixindən 01.07 2024-ci il tarixinə 63 yaş 6 ay, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 64 yaş, xx.xx.2025-cü il tarixindən 01.07 2026-ci il tarixinədək 64 yaş 6 ay olduğundan və Qanunun 8-ci maddəsinə əsasən bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla təyin edildiyindən avtomatlaşdırılmış qaydada çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi xx.xx.2023-cü il tarixindən 01.07 2024-ci il tarixinə 58 yaş 6 ay, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 59 yaş, xx.xx.2025-cü il tarixindən 01.07 2026-ci il tarixinədək 59 yaş 6 ay olacaqdır. Beləliklə, qərarın qəbul olunduğu tarixə xx.xx.1967-ci il təvəllüdlü İddiaçı yaşı 57 yaş 07 ay olduğundan hazırki şərtlərdə də ona Qanunun 22-1.2.1-ci maddəsinə əsasən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2019-cu il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Şahəli Musayev