Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-136/2021 08.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Üçüncü şəxs X5, Üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X3 adına özəlləşdirilmiş 3440,0 kv.m və X5 adına özəlləşdirilmiş 2400,0 kv.m torpaq sahələrinə dair özəlləşdirmə sənədlərinin ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X3 adına özəlləşdirilmiş 3440,0 kv.m və X5 adına özəlləşdirilmiş 2400,0 kv.m torpaq sahələrinə dair özəlləşdirmə sənədlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1384/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X3 adına özəlləşdirilmiş 3440,0 kv.m və X5 adına özəlləşdirilmiş 2400,0 kv.m torpaq sahələrinə dair özəlləşdirmə sənədlərinin ləğv edilməsi” barədə iddiası üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(120)-136/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X3 adına özəlləşdirilmiş 3440,0 kv.m və X5 adına özəlləşdirilmiş 2400,0 kv.m torpaq sahələrinə dair özəlləşdirmə sənədlərinin ləğv edilməsi” barədə iddiası üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 izahatında iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil izahatında iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X3 adına özəlləşdirilmiş 3440,0 kv.m və X5 adına özəlləşdirilmiş 2400,0 kv.m torpaq sahələrinə dair özəlləşdirmə sənədlərinin ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Qanunvericiliyin müvafiq normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını müəyyən etmək mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın konkret olaraq hansı inzibati aktı ilə, həmçinin hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Başqa sözlə mübahisələndirilən hüquqi sənədlərin aid olduğu torpaq sahələri ilə idiaçının hər hansı bağlılığı (əmlak hüquqları) müəyyən olunmur. Bundan başqa iddia ərizəsindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X3 adına 3440,0 kv.m və X5 adına 2400,0 kv.m torpaq sahələrinin özəlləşməsinə əsas olan sənədlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsi ilə X3 və X5 aralarında bağlanmış alqı-satqı müqaviləsidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 5009 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X6 arasında Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi, döngə 2 A ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 3440,0 m2 torpaq sahəsinin alqı-satqısı olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə göndərdiyi xx.xx.2014-cü il tarixli, d/y-08/253 nömrəli bildiriş məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5009 nömrəli alqı-satqı müqaviləsi əsasında X1 şəhəri, Sərdar İmrəliyev küçəsi, döngə 2 A ünvanında yerləşən 30,0 kv,m qeyri yaşayış binasını qanunvericliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 5274 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X6 arasında Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi, döngə 2 A ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 30,0 kv.m torpaq sahəsinin alqı-satqısı olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə göndərdiyi xx.xx.2014-cü il tarixli, d/y-08/659 nömrəli bildiriş məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5009 nömrəli alqı-satqı müqaviləsi əsasında X1 şəhəri, Sərdar İmrəliyev küçəsi, döngə 2 A ünvanında yerləşən 3440,0 kv.m qeyri yaşayış binasını qanunvericliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 4715 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 arasında Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi, döngə ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 2440,0 m2 torpaq sahəsinin alqı-satqısı olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə göndərdiyi xx.xx.2014-cü il tarixli, d/y-08/3 nömrəli bildiriş məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4715 nömrəli alqı-satqı müqaviləsi əsasında X2 şəhəri, S.İmrəliyev küçəsi, döngə 2 ünvanında yerləşən 2400,0 kv.m qeyri yaşayış binasını qanunvericliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 5099 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 arasında Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi, döngə 2 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 30,0 kv.m torpaq sahəsinin alqı-satqısı olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə göndərdiyi xx.xx.2013-cü il tarixli, d/y-08/1256 nömrəli bildiriş məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 5099 nömrəli alqı-satqı müqaviləsi əsasında X2 şəhəri, S.İmrəliyev küçəsi, döngə 2 ünvanında yerləşən 30,0 kv.m qeyri yaşayış binasını qanunvericliklə müəyyən edilmiş qaydada satın almışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, sözü gedən alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə bağlı iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki (kommersiya) mübahisəsi kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə uyğun aidiyyəti üzrə ümumi məhkəmədə (rayon və ya şəhər məhkəməsinə) və yaxud mübahisənin xarakterindən asılı olaraq kommersiya məhkəməsində baxıla bilər. Bundan başqa iddiaçı hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübütlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1384/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1384/2020 nömrəli və xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1384/2020 nömrəli məktublarla yardım göstərib, iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair, hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmasına və yaxud subyektiv hüququnun pozulmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi təklif olunmuş və eyni zamanda hazırkı iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalı olması izah olunmuşdur. Lakin iddiaçı qeyd edilən məktublara dair öz münasibətini yazılı şəkildə məhkəməyə təqdim etməmiş və özü də məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa iş materiallarında olan sənədlərdən (məhkəmə qərarlarından) görünür ki, hazırkı mübahisələndirilən sənədlərin aid olduğu torpaq sahəsi (ərazi) ilə bağlı iddiaçının iddia tələbi üzrə çox saylı məhkəmə mübahisələrinə baxılmış və həmin torpaq sahəsi (ərazi) ilə bağlı iddiaçının subyektiv hüququnun olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X3 adına özəlləşdirilmiş 3440,0 kv.m və X5 adına özəlləşdirilmiş 2400,0 kv.m torpaq sahələrinə dair özəlləşdirmə sənədlərinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “X3 adına özəlləşdirilmiş 3440,0 kv.m və X5 adına özəlləşdirilmiş 2400,0 kv.m torpaq sahələrinə dair özəlləşdirmə sənədlərinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-136/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-136/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver