Məhkəmə qərarları › İş №2-1(120)-136/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-136/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-136/2024 14.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X7 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Seriya RX № ******* nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0,09 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 oktyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* çıxarışa əsasən mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0.09 ha torpaq sahəsinin cizgi planının tərtib edilərək ona təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Seriya RX № ******* nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0,09 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1961-ci il tarixdə Lerik rayonu, 20-ci KM kəndində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə ünvan 2ində yaşayır. Lerik rayonu Aqrar islahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarı ilə ünvan 2i ərazisində 0.09 ha torpaq sahəsi anası X2 və oğlu X8 mülkiyyətinə verilmişdir. Onların adına verilmiş şəhadətnamədə həmin torpaq sahəsinin plan və çizgisi öz əksini tapmışdır. Onlar həmin torpaq sahəsini öz növbəsində ona bağışlamışlar. Bu barədə adına çıxarış verilərkən həmin şəhadətnaməni də o, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim etmişdir. Həmin vaxtı adına çıxarış verilərkən həmin torpaq sahəsinin texniki pasportu üçün ondan əlavə pul tələb etdilər. Lakin həmin vaxtı pulu olmadığına görə həmin torpaq sahəsinin cizgi və planı tərtib edilib ona verilmədi. İndi o, mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini istəyir. Ona görə də Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* çıxarışa əsasən mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0.09 ha torpaq sahəsinin cizgi planı tərtib edilərək ona təqdim edilməsi barədə müvafiq göstəriş verilməsi üçün o, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Oradan ona imtina məktubu verilərək bildirdilər ki, guya onunla qonşu torpaq sahəsinin mülkiyyətçiləri arasında mübahisə mövcuddur və bu barədə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Baxmayaraq ki, o həmin mübahisə ilə əlaqədar Lerik Rayon Məhkəməsinə müraciət etmiş və Lerik Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli, 2(048)-115/2019 saylı qətnaməsində qeyd edilmişdir ki, onun mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cəmi 0.0293 ha hissəsini qonşu X11 zəbt etmişdir və qətnamə də artıq icra edilmişdir. Beləliklə də, artıq onunla qonşular arasında heç bir mübahisə mövcud deyildir. Çünki, həmin iddia tələbinə baxılarkən məhkəmə tərəfindən artıq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri torpaq sahəsini müayinə edərək sərhədlərini müəyyənləşdirmişlər və onun mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cəmi 0.0293 ha hissəsini qonşu X11 zəbt etdiyini verdikləri rəyində qeyd etmişlər. Hesab edir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin onun ərizəsini icra etməkdən imtina etməsi əsassızdır. Ona görə də o, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, JN-0051 nömrəli “Dövlət Aktı” üzrə əvvəllər yaranmış hüquqların qeydiyyata alınması (vərəsəlik üzrə yaranmış hüquqlara dair) proseduru ilə əlaqədar hazırki müraciət sahibinin Ərazi İdarəsinə ünvanlanmış 2017-ci il 04 aprel tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər tərəflərindən icraata qəbul edilmişdir. Həmin ərəfədə sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən, habelə faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olaraq sözügedən 0.09 ha pay torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim edilən ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla sözügedən ərazinin yerləşmə mexanizmi (konfiqurasiyası) arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, JN-0051 nömrəli “Dövlət Aktı” üzrə göstərilən konfiqurasiyada yerləşən 0.09 ha torpaq sahəsinin bir hissəsi digər şəxslərə məxsus fərdi yaşayış evinə gedən yolun üstünə və bir hissəsi həmin şəxslərin həyətyanı torpaq sahəsinin üzərinə, müəyyən hissəsi isə sıldırım (yarğan) kimi göstərilən əraziyə düşür. Qeyd olunan uyğunsuzluqlara əsasən plan və ölçü sənədinin tərtib olunması mümkün olmadığından, həmin ərəfədə hazırki müraciət sahibinin icraatda olan ərizəsi qismən təmin olunmuş, daşınmaz əmlakın dövlət reyestrindən iş üzrə iddiaçının adına ümumbirgə mülkiyyət hüququ ilə vərəsəlik üzrə yaranmış hüquqlara dair yalnız 14 aprel 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. Hazırki iş üzrə aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə faktiki yerində keçirilən müayinə (çöl ölçmə işləri) zamanı iddiaçı aidiyyəti mütəxəssisləri tərəfindən ona göstərilən ərazini qəbul etmədiyini, habelə ona digər yerdə torpaq sahəsi verilməklə əvəzlənməsini bildirmişdir. Eyni zamanda, aidiyyəti mütəxəssisləri tərəfindən həmin hissədə tələb olunan məsələnin həllinin Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində olmadığı ona bildirilmişdir. Belə ki, ümumilikdə ünvan 2i üzrə aidiyyəti hissədə həmin kəndin DWG (xəritə) məlumatları ilə hüquqmüəyyənedici sənədlər üzrə göstərilən situasiya planları arasında uyğunsuzluqlar mövcuddur. Məlumat üçün bildirirlər ki, hal-hazırda respublika ərazisində keçirilən elektron uçot layihəsi çərçivəsində həmin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra hazırki iddia tələbi üzrə barəsində qeyd olunan (həyətyanı və pay torpaq sahələrinə münasibətdə) uyğunsuzluqların aradan qaldırılması məsələsinə baxıla bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxs X7 nümayəndəsi X9 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs X10 isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs X6 iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 izahat verərək mülkiyyətlərində olan torpaq sahəsindən uzun müddətdir ki, istifadə etdiklərini, bu müddət ərzində onlara heç bir fiziki və hüquqi şəxs tərəfindən etiraz edilmədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixdə Dövlət aktı qeydiyyat kitabında 7838 nömrə ilə qeydiyyata alınmış, KOD 80318088, JN 0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarına əsasən cizgidə göstərilən sərhəd daxilində 0,09 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ünvan 2 sakini X2 və onun ailə üzvü X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan reyestrdə 2V-14 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilən, vərəsəlik işinin nömrəsi 13-2017 olan 31 mart 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə ölmüş X2 vərəsəsi ünvan 2ində qeydiyyatda olan oğlu İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Lerik rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə X2 adına verilmiş, seriya nömrəsi JN:140A, KOD 80318088 olan şəhadətnaməyə əsasən ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ½ hissəsindən və DTXK Lerik rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X2 adına verilmiş, seriya nömrəsi JN:0051, KOD 80318088 olan Dövlət aktına əsasən ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında olan qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********07 olan, daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyesr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş müvafiq çıxarışla rəsmiləşdirilmişdir. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: JN-0051 nömrəli “Dövlət Aktı” üzrə əvvəllər yaranmış hüquqların qeydiyyata alınması (vərəsəlik üzrə yaranmış hüquqlara dair) proseduru ilə əlaqədar hazırki müraciət sahibinin Ərazi İdarəsinə ünvanlanmış 2017-ci il 04 aprel tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər tərəfimizdən icraata qəbul edilmişdir. Həmin ərəfədə sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən, habelə faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olaraq sözügedən 0.09 ha pay torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim edilən ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla sözügedən ərazinin yerləşmə mexanizmi (konfiqurasiyası) arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, JN-0051 nömrəli “Dövlət Aktı” üzrə göstərilən konfiqurasiyada yerləşən 0.09 ha torpaq sahəsinin bir hissəsi digər şəxslərə məxsus fərdi yaşayış evinə gedən yolun üstünə və bir hissəsi həmin şəxslərin həyətyanı torpaq sahəsinin üzərinə, müəyyən hissəsi isə sıldırım (yarğan) kimi göstərilən əraziyə düşür. Qeyd olunan uyğunsuzluqlara əsasən plan və ölçü sənədinin tərtib olunması mümkün olmadığından, həmin ərəfədə hazırki müraciət sahibinin icraatda olan ərizəsi qismən təmin olunmuş, daşınmaz əmlakın dövlət reyestrindən iş üzrə iddiaçının adına ümumbirgə mülkiyyət hüququ ilə vərəsəlik üzrə yaranmış hüquqlara dair yalnız 14 aprel 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. Hazırki iş üzrə aparılan araşdırmaların nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə faktiki yerində keçirilən müayinə (çöl ölçmə işləri) zamanı iddiaçı aidiyyəti mütəxəssisimiz tərəfindən ona göstərilən ərazini qəbul etmədiyini, habelə ona digər yerdə torpaq sahəsi verilməklə əvəzlənməsini bildirmişdir. Eyni zamanda, aidiyyəti mütəxəssisimiz tərəfindən həmin hissədə tələb olunan məsələnin həllinin Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində olmadığı ona bildirilmişdir. Belə ki, ümumilikdə ünvan 2i üzrə aidiyyəti hissədə həmin kəndin DWG (xəritə) məlumatları ilə hüquqmüəyyənedici sənədlər üzrə göstərilən situasiya planları arasında uyğunsuzluqlar mövcuddur. Məlumat üçün bildiririk ki, halhazırda respublika ərazisində keçirilən elektron uçot layihəsi çərçivəsində həmin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra hazırki iddia tələbi üzrə barəsində qeyd olunan (həyətyanı və pay torpaq sahələrinə münasibətdə) uyğunsuzluqların aradan qaldırılması məsələsinə baxıla bilər. Beləliklə, iş materiallarında olan və yuxarıda sadalanan hüquqmüəyyəedici sənədlərə əsasən İddiaçı və X3 rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarına əsasən mərhumə anası X2 və X8 mülkiyyətinə verilmiş ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişlər. İddiaçı qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********07 olan, daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyesr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilərək ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - JN-0051 saylı, Kod 80318988 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X2 və X8 ümumi birgə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X8 ümumi birgə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-0051 saylı, Kod 80318988 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X2 və X8 ümumi birgə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X8 ümumi birgə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin koordinat göstəriciləri (ilkin sənədin koordinat göstəriciləri ilə, sonuncu sənədin koordinat göstəriciləri) biri-biri ilə uyğundurmu? - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X8 ümumi birgə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-1-16-16/2-10/9454 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir:- Qərardadın birinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə əsasən, JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X2 və X8 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,09 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri müəyyən edilərək mübahisəli ərazi çevrəsində yerləşməsi məlum olmuşdur. Araşdırma zamanı sözügedən torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsindəki coğrafi yerləşmə vəziyyəti ilə yerindəki (iddia olunan vəziyyətə əsasən) coğrafi yerləşmə vəziyyəti arasında uyğunsuzluqların (yerləşmə, konfiqurasiya və qonşu sərhəd fərqlərinin) mövcud olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və X8 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,09 ha torpaq sahəsinin “Torpaq sahəsini ölanı və ölçüsü” sənədi mövcud olmadığından, həmin çıxarışla verilmiş 0,09 ha torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Araşdırma zamanı sözügedən torpaq sahəsinin əvvəl yaranmış (hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) hüquqlar əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən olunmuşdur. 1-ci sualın cavabında qeyd olunduğu kimi torpaq sahəsinin JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədindəki coğrafi yerləşmə vəziyyəti ilə yerindəki (iddia olunan vəziyyətə əsasən) coğrafi yerləşmə vəziyyəti arasında uyğunsuzluqların (yerləşmə, konfiqurasiya və qonşu sərhəd fərqlərinin) mövcud olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və X8 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.09 ha torpaq sahəsinin “Torpaq sahəsinin plan və ölçüsü” sənədi mövcud olmadığından, həmin çıxarışla verilmiş 0,09 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X2 və X8 ümumi birgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin koordinat göstəricilərinin biri-biri ilə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı və X8 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.09 ha torpaq sahəsinin faktiki koordinatlarının (iddia olunan vəziyyətə əsasən) üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Lakin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı faktiki vəziyyətdə mübahisələndirilən torpaq sahəsinin koordinatlarının üçüncü şəxslərin fakitiki istifadəsində olan həyətyanı sahəsinin (üzərində tövlə mövcuddur) üzərinə düşməsi mövcuddur. Cavabdeh inzibati orqan isə iddiaya qarşı etirazında JN-0051 nömrəli “Dövlət Aktı” üzrə göstərilən konfiqurasiyada yerləşən 0.09 ha torpaq sahəsinin bir hissəsinin digər şəxslərə məxsus fərdi yaşayış evinə gedən yolun üstünə və bir hissəsinin həmin şəxslərin həyətyanı torpaq sahəsinin üzərinə, müəyyən hissəsinin isə sıldırım (yarğan) kimi göstərilən əraziyə düşdüyünü əsas gətirərək qeyd olunan uyğunsuzluqlara əsasən plan və ölçü sənədinin tərtib edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-1-16-16/2-10/9454 nömrəli ekspert rəyinə və həmçinin işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 1301/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və həmin rəyə əlavə olunmuş hazırki iş üzrə mübahisəli torpaq sahəsinin yerquruluşu planına əsasən Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarı ilə JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X2 və X8 ümumi birgə mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) əsasən İddiaçı və X8 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,09 ha torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri müəyyən edilərək mübahisəli ərazi çevrəsində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan 0,09 ha torpaq sahəsinə ilkin hüquqmüəyyənedici sənəd olan JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında cavabdeh inzibati orqan tərəfindən İddiaçı və X8 adına xüsusi mülkiyyət hüququnu rəsmiləşdirən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın mövcud olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsindəki coğrafi yerləşmə vəziyyəti ilə yerindəki (iddia olunan vəziyyətə əsasən) coğrafi yerləşmə vəziyyəti arasında uyğunsuzluqların (yerləşmə, konfiqurasiya və qonşu sərhəd fərqlərinin) məsuliyyətinin mülkiyyətçinin üzərinə qoyulması yolverilməzdir və bu hal həmin torpaq sahəsinə plan-ölçü sənədinin tərtib olunmamasına əsas ola bilməz. Qeyd olunduğu kimi, İddiaçı və X1 0,09 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu hallarla bağlı qəbul etdiyi qərarında göstərilir ki, burada vahid sənəd prinsipi tətbiq olunmalıdır. Hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair qeyd olunan göstəriciləri əks etdirən müvafiq sənədlərin tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddəsinin 1-ci bəndi ilə müəyyən edilmişdir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarına əsasən JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X2 və X8 ümumi birgə mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) İddiaçı adına rəsmiləşdirilmiş 0,09 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib olunmasını tələb etməkdə haqlıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarına əsasən JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X2 və X8 ümumi birgə mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) İddiaçı adına rəsmiləşdirilmiş 0,09 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarına əsasən JN-0051 saylı, KOD 80318088 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X2 və X8 ümumi birgə mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-0051 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) İddiaçı adına rəsmiləşdirilmiş 0,09 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X5, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar