Məhkəmə qərarları › İş №2-1(120)-1361/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1361/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1361/2024 24.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X2, İddiaçı X4 nümayəndəsi-vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X3 qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın verilməsi və servitut verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyun 2024-cü il tarixdə, Şirvan şəhərində Şirvan inzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X3 qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın verilməsi və servitut verilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Tərəflər 24 iyun 2024-cü il tаriхdə, sааt 12:00-da məhkəmə iclasına dəvət оlunmuşlаr. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq, məhkəməyə dахil оlduğu gündən icrааtа qəbul еdilmiş sаyılmışdır. İddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtirаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. Cavabdehlər X3, “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs X1, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi-vəkili X7 məhkəmə iclası zamanı işin faktiki hallarının və mübahisənin vəziyyətinin müzakirəsindən sonra ərizə təqdim edərək, izahatında bildirdi ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkili X5 “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini, izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı nümayəndəsi-vəkili X5 ərizəsi təmin olunsun. İddiaçı X4 cavabdehlər Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X3 qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın verilməsi və servitut verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar