Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-137/2020 04.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X4 (hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində hüquq məsləhətçisi, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «yaşadığı əmlakın dövlət reyestrində adına qeydiyyata alınması» barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, yaşadığı əmlakın dövlət reyestrində adına məcburi qaydada qeydiyyata alınmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2019-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «yaşadığı əmlakın dövlət reyestrində adına məcburi qaydada qeydiyyata alınması» barədə iddia tələbi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin 13 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mənzilin dövlət reyestrində qeydiyyata alınması barədə iddia tələbi üzrə Lənkəran şəhər İcra Hakimiyyəti və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1977-ci ildən bu günə kimi ünvan 1 ünvanında oğlu X8 ilə birlikdə yaşayır. 2019-cu ilin sentyabr ayında yaşadığı evin adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, lakin onun ərizəsinə yaşadığı evin dövlət əmlakı olduğu və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti, 12 saylı X15 balansında olan (00030 inventar nömrəli Briqadir evi) yaşayış kazarması olduğuna görə imtina cavabı gəlmişdir. İllərdir ki, yataq xəstəsidir və onun bütün ehtiyacları xəstə oğlu tərəfindən qarşılanır. Həmin evdə yaşasa da, xəstəlikləri və digər üzrlü səbəblərdən dolayı və PÇ-12 Salyan idarəsinin qeydiyyat siyahısına vaxtında düşə bilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 saylı fərmanı ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən orqandır və bu orqan da səlahiyyəti üzrə vəzifələrini yerinə yetirərək yaşadığı evi onun adına qeydiyyata almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən yaşadığı mənzilin onun adına qeydiyyatının aparılmasından imtina edilməsi qanunamüvafiq deyildir. Qeyd edilənlərə əsasən, yaşadığı əmlakın dövlət reyestrində adına məcburi qaydada qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X9 iddianın həllini məhkəmənin mülahizəsinə buraxıb izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəmə sorğusuna 02 dekabr 2019-cu il tarixli **********14 №-li cavab məktubuna əsasən, araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, Lənkəran şəhəri, Vağzal küçəsi, ev 6 ünvanında yerləşən hazırkı iş üzrə İddiaçı yaşadığı həmin mənzil dövlət əmlakıdır və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur departamenti 12 nömrəli X15 balansında olan (00030 İnventar nömrəli, Briqadir evi) yaşayış kazarmasıdır. Bu baxımdan yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsində və müvafiq sərəncamda qoyulan məsələnin (vahid daşınmaz əmlak obyekti olaraq həmin ünvanda yerləşən 6 saylı mənzilin üzərində iş üzrə iddiaçı şəxsin adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) həlli Ərazi İdarəsinin imkanları xaricindədir. Hazırkı iş üzrə iddiaçıya məxsus həmin mənzil dövlət əmlakı olduğundan (xidməti istifadə üçün ayrıldığından, hal-hazırda balans saxlayıcı orqanın və aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin Lənkəran Ərazi Şöbəsinin rəyləri nəzərə alınmaqla) iddia tələbinə dair qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Lənkəran şəhər İcra Hakimiyyətinə və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə iddiaçının, üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, Lənkəran şəhər İcra Hakimiyyətinin və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən X5 ünvanlanmış 30 sentyabr 2019-cu il tarixli məktubun surətində göstərilmişdir ki, İddiaçı 1977-ci ildən yaşadığı, həmçinin daimi qeydiyyatda olduğu 6 saylı mənzilə dair həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar ərizəsi ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, Lənkəran şəhəri, Vağzal küçəsi, 6 ünvanında yerləşən etibarlı nümayəndəsi olduğu İddiaçı yaşadığı həmin mənzil dövlət əmlakıdır və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti, 12 saylı X15 balansında olan (00030 inventar nömrəli, Briqadir evi) yaşayış kazarmasıdır. Bu baxımdan yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizəsində qoyulan məsələnin (vahid daşınmaz əmlak obyekti olaraq həmin üvanda yerləşən 6 saylı mənzilin üzərində etibarlı nümayəndəsi olduğu şəxsin adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) həlli Ərazi İdarəsinin imkanları xaricindədir. Həmin mənzil dövlət əmlakı olduğundan (xidməti istifadə üçün ayrıldığından) hazırkı ərizəsinin icrasından imtina edilir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4-cümaddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materialında olan PD-10 Lənkəran məntəqəsinin yol ustası A.Hacıyevin, ev sahibi İddiaçı, qonşular K.Bünyatovanın, K.Abbasovun, M.Abbasovun və oğlu E.Quluzadənin iştirakları ilə tərtib edilmiş 10 aprel 2019-cu il tarixli aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, onlar təsdiq etmişlər ki, həqiqətən 1977-ci ildən İddiaçı və oğlu X1 şəhəri, Vağzal küçəsi, ev 6 ünvanında yaşayır və qeydiyyatdadırlar. İş materialında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İD-12 nömrəli X15 Lənkəran məntəqəsinin yol ustası PD-10 X6 "xxxx" QSC-yə ünvanlanmış 08 aprel 2019-cu il tarixli məlumatdan görünür ki, Lənkəran şəhəri, Vağzal küçəsi, ev 6 ünvanında yerləşən Dəmir yol evində İddiaçı və 03.07.1976-cı il təvəllüdlü X8 yaşayır. İş materialında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin 10 sentyabr 2019-cu il tarixli arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən ünvan 3 ünvanda yerləşən və 12 nömrəli X15 balansında olan (inv. 00030) 2 (iki) otaqlı mənzildə 1977-ci ildən daimi qeydiyyatda olmaqla bir nəfər ailə üzvü ilə birlikdə yaşayırlar. İş materialında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin 12 nömrəli X15 26 dekabr 2019-cu il tarixli 514 saylı arayışından görünür ki, "xxxx" QSC İnfrastruktur Departamenti 12 nömrəli X15 balansında olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73s nömrəli sərəncamına əsasən "xxxx" QSC-nin 27 iyun 2019-cu il tarixli 431-S nömrəli məktubu əsasında Lənkəran Şəhər İcra Hakimiyyətinin balansına verilmiş sahənin texniki Pasportu AQU-4 cədvəl 21-də Lənkəran-Lənkərançay mənzilinin 154 km PK-1-də qeydə alınmış inventar №-si 00030 olan yaşayış kazarmasının şəhər üzrə ünvanı ünvan 5yəti Başçısının 26 avqust 2019-cu il tarixli 131 №-li sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri ərazisində "xxxx" QSC-nin balansındakı mənzil fonduna daxil olan yaşayış binaları Lənkəran Şəhər İcra Hakimiyyətinin balansına əvəzsiz verilməsi ilə bağla yaradılmış komissiya tərəfindən təhvil-təslimlə əlaqədar aşkarlanmış mövcud 9 ədəd 24 ailənin yaşadığı, 1941-ci ildən istismarda olan yaşayış binalarının ümumi yaşayış sahəsi – 1476,06 kv.m, əlavə tikililərin sahəsi 363,75 kv.m olan, 01 yanvar 2019-cu il tarixə mənzillərin balans qalıq dəyəri qalmayan, əksəriyyəti təmirsiz vəziyyətdə olan yaşayış binaları Lənkəran Şəhər İcra Hakimiyyətinin balansına götürülməsi və əvəzsiz olaraq aidiyyatı üzrə həmin binalardan 3 ədədi Lənkəran şəhər Mənzil Təsərrüfat İdarəsinin, 4 ədədi Liman şəhər Təsərrüfat hesablı Mənzil-İstismar və təmir-tikinti sahəsinin və 2 ədədi isə Sütəmurdov kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin balansına verilməsi qərara alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəmə sorğusuna 10 dekabr 2019-cu il tarixli **********37 №li cavab məktubunda göstərilmişdir ki, sərəncamda barəsində qeyd olunan ünvanda yerləşən həmin 6 saylı mənzilə dair iddiaçının adına aidiyyəti hissədə müvafiq qeydiyyatın aparılması məqsədilə həmin şəxs tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə 25 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə rəsmi müraciət olunmuşdur. Lakin həmin dövrdə sözügedən mənzilə dair tələb olunan mühüm sənədlərdən sayılan müvafiq icra hakimiyyətinin qərarı əsasında verilmiş «Order» təqdim edilməmiş, lakin bununla əlaqədar Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 sentyabr 2019-cu il tarixli, 12-19/201 qeydiyyat nömrəli arayışı, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 12 nömrəli X16 tərəfindən verilmiş 12 aprel 2019-cu il tarixli, 150 qeydiyyat nömrəli müvafiq «Arayış»ı və notarial təsdiqlənmiş 10 aprel 2019-cu il tarixli «Akt» mövcuddur. Təqdim olunmuş sənədlərin ekspertizası nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən hazırkı iş üzrə İddiaçı 1977-ci ildən bəri yaşadığı həmin 6 saylı mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 12 nömrəli X15 balansında olan (00030 İnventar nömrəli, Briqadir evi) yaşayış kazarmasıdır və qeyd olunan tarixdən hal-hazıradək iddiaçı şəxs öz ailə üzvləri ilə birlikdə orada yaşayır. Həmin ünvanda yerləşən «kazarma tipli» bir neçə mənzil üzərində balans saxlayıcı olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 12 nömrəli X15 razılıq məktubları və aidiyyəti sənədlər əsasında əvvəllər digər şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan səbəbdən hazırkı iş üzrə iddiaçının icraatlarında olan həmin ərizəsi təmin olunmamış və müraciət sahibinə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırkı sərəncamın icrası olaraq, sözügedən iş üzrə iddiaçının ailə üzvləri ilə birlikdə faktiki olaraq 1977-ci ildən bəri yaşadığı həmin 6 saylı mənzilə dair iddiaçının adına müvafiq qeydiyyatın aparılmasına münasibətdə isə bildirilir ki, gələcəkdə aidiyyəti üzrə yaranmış vəziyyətə uyğun yuxarıda barəsində qeyd olunan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 12 nömrəli X15 (yaxud Lənkəran rayon Mənzil İstismar İdarəsinin) müvafiq rəyləri nəzərə alınmaqla iş üzrə iddianın təmin olunması barədə qanunamüvafiq qərar qəbul edildiyi təqdirdə icrası təmin olunacaqdır. İş materialında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şirvan İnzibati- İqtisadi Məhkəməsinə ünvanladığı 17 yanvar 2020-ci il tarixli 10-49/1-65 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvan Vağzal 6) mənzil 1941-ci ildən istismardadır və "xxxx" QSC-nin balansındakı yaşayış binalarının mənzil fonduna daxil olmuşdur. Həmin binalar "xxxx" QSC-nin müraciəti əsasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 26 avqust 2019-cu il tarixli 131 nömrəli sərəncamı ilə Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansına verilmişdir. Hazırda adı çəkilən ünvanda 26.06.1952-ci il təvəllüdlü İddiaçı və oğlu 03.07.1976-cı il təvəllüdlü X8 yaşayır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəmə sorğusuna 13 yanvar 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi üzərində təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında X2 və X3 məxsus mənzilin üzərində yaranmış hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrində aidiyyəti hissədə qeydiyyat aparılmışdır. İş materialında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 26 fevral 2020-ci il tarixli 10-49/1-183 saylı məktubundan görünür ki, ünvan 10 ünvan Vağzal 6) mənzil 1941ci ildən istismardadır və "xxxx" QSC-nin balansındakı yaşayış binalarının mənzil fonduna daxil olmuşdur. Həmin binalar "xxxx" QSC-nin müraciəti əsasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 26 avqust 2019-cu il tarixli 131 nömrəli sərəncamı ilə Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansına verilmişdir. Hazırda adıçəkilən ünvanda 26.06.1952-ci il təvəllüdlü İddiaçı və oğlu 03.07.1976-cı il təvəllüdlü X8 yaşayır. Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhəri, Vağzal küçəsi, ev 6-da yerləşən mənzilin İddiaçı mülkiyyətinə verilməsinə etiraz etmir. İş materialında olan Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin 28 fevral 2020-ci il tarixli 61 saylı məktubundan görünür ki, ünvan 10 ünvan Vağzal 6) mənzil 1941-ci ildən istismardadır və "xxxx" QSC-nin balansındakı yaşayış binalarının mənzil fonduna daxil olunmuşdur. Həmin binalar "xxxx" QSC-nin müraciəti əsasında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 26 avqust 2019-cu il tarixli 131 nömrəli sərəncamı ilə Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansına verilmişdir. Hazırda adıçəkilən ünvanda 26.06.1952-ci il təvəllüdlü İddiaçı və oğlu 03.07.1976-cı il təvəllüdlü X8 yaşayır. Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi Lənkəran şəhəri, Vağzal küçəsi, ev 6-da yerləşən mənzilin İddiaçı mülkiyyətinə verilməsinə etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı oğlu ilə birlikdə 1977-ci ildən ünvan 7 ünvan Vağzal 6) yaşayır. Həmin ev 1941-ci ildən istismardadır və "xxxx" QSC-nin balansındakı yaşayış binalarının mənzil fonduna daxil olmuşdur. Hazırda Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansındadır. Cavabdeh inzibati orqan iddiaya rəsmi münasibətində bildirmişdir ki, balans saxlayıcının rəyi nəzərə alınmaqla iddianın təmin olunması barədə qanunamüvafiq qərar qəbul edildiyi təqdirdə icrası təmin olunacaqdır. Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunu müəyyən edir. Qanunun əsas prinsiplərindən biri də mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması və yaşadıqları mənzilin həmin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüquqlarının təmin olunmasından ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) həmin Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Yenə həmin qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə «Elektron Hökumət» portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, qanunun yuxarıda qeyd olunan maddəsində mənzilin kirayəçisinin mənzili əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququnun olduğu göstərilmiş, həmçinin mənzilin özəlləşdirilməsindən imtina olunması əsası kimi yalnız vətəndaşın saxta sənədlər təqdim etməsi, yaxud onun yaşadığı mənzilin (evin) mübahisəli olması göstərilmişdir. Hazırkı halda bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi üzərində artıq 2 sakinin müəyyən hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İnzibati İcraat Haqqında Qanununun 13.1-13.2-ci maddələrinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamə dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqlarının özəlləşdirilməsini həyata keçirmək (2.0.5.), daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək (2.0.9) Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu maddə “ne ultra petita” prinsipini nəzərdə tutur və inzibati prosesdə dispozitivlik prinsipinin qüvvədə olduğunu bir daha vurğulayır. Həmin norma ilə məhkəməyə münasibətdə müəyyən edilir ki, o, prosesi iddia tələbi əsasında qursun və iddia tələbindən kənara çıxmadan mübahisəni həll etsin. İnzibati prosesdə məhkəmə bir tərəfdən işin hallarının araşdırılması prinsipini, digər tərəfdən isə dispozitivlik prinsipini rəhbər tutmalıdır. Məhz bu prinsip məhkəmə üçün işin hallarının araşdırılması prinsipinin sərhədlərini müəyyən edir. Maddələrin tələbləri yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aşağıdakı tələb irəli sürülmüşdür: “yaşadığı əmlakın dövlət reyestrində adına məcburi qaydada qeydiyyata alınmasına dair qərar çıxarılması”. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Lənkəran şəhəri, Vağzal küçəsi, ev 6 ünvanında yerləşən aidiyyəti mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyət hüququna dair çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Lənkəran şəhəri, Vağzal küçəsi, ev 6 ünvanında yerləşən aidiyyəti mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyət hüququna dair çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-137/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-137/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver