Məhkəmə qərarları › İş №2-1(120)-137/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-137/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-137/2024 21.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 19 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və ona 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 oktyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi, yenidən müayinənin təyin edilməsi və əvvəlki əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 19 may 2022-ci il tarixli qərardadı ilə “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 19 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və ona 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuşdur. Hazırda Gəyəçöl kəndində yaşayır. Onun ürəyində xəstəliyi olduğundan ürəyindən əməliyyat olmuş və ürəyinə aparat qovulmuşdur. Ürəyindən açıq əməliyyat olunmağı və ürəyinə cihaz qoyulması barədə tibbi sənədləri vardır. O, həyatda o aparatın köməyi ilə yaşayır. Aparatın köməyi olmasa hər an ölə bilər. Buna görə ona 2-ci qrup əlillik təyin edilmişdir. Lakin qanuna müvafiq olaraq TSEK-in müayinələrindən keçmişdir. Lakin sonuncu xx.xx.2021-ci il tarixli TSEK müayinəsinin diaqnoz cavabında qeyd etmişdir ki, “əlavə müalicəyə ehtıyacı vardır, xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə görə müalicə kursu yetərli deyil, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac vardır” cümləsi qeyd edilmişdir. O, bir şey başa düşmədi ki, bu həkim komissiyası onun ürəyinin artimiyasının vurulmasına kömək edən ürəyinə yerləşdirilmiş bu aparatı neçə müalicə edəcəklər? O, aparat olmasa yaşaya bilməz, bu həkim komissiyası isə guya onun əlavə müalicəyə ehtiyacının olmasını qeyd edir. Müalicələr kömək etmədiyindən açıq əməliyyatla ürəyinə aparat yerləşdirilibdir, həmin aparat hələ də ürəyindədir, yaxından qulaq asılsa işləmə səsi də eşidilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAXDE nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və son illərdə stasionar müalicə müddəti yetərli olmadığından, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AA1CE nörnrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və ekspertiza üçün əhəmiyyətli sayılan tibbi məlumatlar ətraflı qeyd edilməməsi səbəbindən “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AA1FU nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında qiymətlərıdirilmiş (Diaqnoz: Mitral qapağın revmatik mənşəli çatışmazlığı, Revrnatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Hər iki diz oynağının artrozu. Xroniki xolesistit. Revmatik miokardit. Durğunluq ürək çatışmazlığı İİ dərəcə. Mitral qapağın prolapsı) və müalicə potensialının tükənmədiyini nəzərə alaraq son iki ildə stasionar reabilitasiya kursu keçmədiyindən, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Qeyd edirlər ki, hər üç halda İddiaçı əlillik vəziyyətinin TSEK-lər tərəfindən qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmiş və qəbul edilmiş qərarlar düzgün və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına, o cümlədən işdə olan tibbi sənədlərə əsasən xx.xx.1982-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuş və hazırda Gəyəçöl kəndində yaşayan İddiaçı xəstəliyi ilə əlaqədar əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2006-cı il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 105-109- Ürəyin xroniki revmatik xəstəlikləri => 105; Mitral qapağın revmatik xəstəliyi => 105.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Diaqnozun mətni: Revmatizm revmokardit. Arostal qapaq çatmamazlığı İİ dər. Mitral qapaq çatmamazlığı İİ-İİİ dər. QDÇ İİ dər. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm revmokardit” səbəbi ilə ona bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında həmin tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => 105-109- Ürəyin xroniki revmatik xəstəlikləri => 106; Aorta qapağının revmatik xəstəlikləri => 106.9- Aorta qapağının dəqiqləşdirilməmiş revmatik xəstəlikləri. Diaqnozun mətni: Revmatizm aktiv faza ü/o forma, revmokardit. Aortal çatmamazlığı İİ dər. Mitral çatmamazlığı İİ dər. QDÇ İİ dər. Aortal qapağın protezləşmə əməliyyatından sonrakı vəziyyət. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm aktiv faza ü/o forma, revmokardit” səbəbi ilə ona beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0286003AAXDE nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 105-109- Ürəyin xroniki revmatik xəstəlikləri => 105; Mitral qapağın revmatik xəstəliyi => 105.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Diaqnozun mətni: Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Revmatik miokardit. Mitral qapağın (prolapsı) düşməsi. Mitral qapağın prolapsı İİ dər. Ürək ritminin pozulması ilə. Meyar: İmtina edilir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5(beş) ildə stasionar müalicə yetərli deyil. E.T.Kardiologiya institutundan ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür. İddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0286003AA1CE nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 105-109- Ürəyin xroniki revmatik xəstəlikləri => 105; Mitral qapağın revmatik xəstəliyi => 105.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Diaqnozun mətni: Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Dispepsiya, Həzm funksiyasının pozulması. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Ekstrasistolik aritmiya. Revmatik miokardit. Durğunluq ürək çatmamazlığı. Xr. Q.D.Ç-ğı İİ dərəcə. Adi fiziki hərəkətin kəskin məhdudlaşmasına səbəb olan təngnəfəslik, ağ ciyərdə durğunluq, aşağı ətraflarda ödemlə müşayiət olunan qan dövranının xroniki çatmamazlığı. Bükücü deformasiya. Hər iki diz oynağının bükücü deformasiyası. Hərəkətin və yerişin pozulmaları. Yerişin pozulması. Oynaqların kontrakturası. Hər iki diz oynağının kontrakturası. Digər revmatoid artritlər. Revmatik poliartrit hərəkət məhdudluğu ilə. Qonartroz (diz oynağının artrozu). Hər iki diz oynağının artrozu. Xroniki xolesistit. Mitral qapağın (prolapsı) düşməsi. Mitral qapağın prolapsı İİ dərəcə. Ürək ritminin pozulması ilə. Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Aortal qapağın protezləşməsi (2006) əməliyyatından sonrakı vəziyyət Meyar: İmtina edilir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: keyfiyyətsiz doldurulma – TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ətraflı qeyd edilsin. İddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0286003AA1FU nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 105-109- Ürəyin xroniki revmatik xəstəlikləri => 105; Mitral qapağın revmatik xəstəliyi => 105.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Diaqnozun mətni: Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Ağırlaşma M17. Qonartroz (diz oynağının artrozu). Hər iki diz oynağının artrozu. Ağırlaşma K81.1. Xroniki xolesistit. Ağırlaşma M24.5. Oynaqların kontrakturası. Hər iki diz oynağının kontrakturası. Ağırlaşma İ09.0. Revmatik miokardit. Ağırlaşma İ50.0. Durğunluq ürək çatmamazlığı. Xr. Q.D.Ç-ğı İİ dərəcə. Adi fiziki hərəkətin kəskin məhdudlaşmasına səbəb olan təngnəfəslik, ağ ciyərdə durğunluq, aşağı ətraflarda ödemlə müşayiət olunan qan dövranının xroniki çatmamazlığı. Ağırlaşma M06. Digər revmatoid artritlər. Revmatik poliartrit hərəkət məhdudluğu ilə. Ağırlaşma K30. Dispepsiya, Həzm funksiyasının pozulması. Ağırlaşma M21.2. Bükücü deformasiya. Hər iki diz oynağının bükücü deformasiyası. Ağırlaşma l49.4. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Ekstrasistolik aritmiya. Ağırlaşma l34.1. Mitral qapağın (prolapsı) düşməsi. Mitral qapağın prolapsı İİ dərəcə. Ürək ritminin pozulması ilə. Ağırlaşma R26. Hərəkətin və yerişin pozulmaları. Yerişin pozulması. Yanaşı xəstəliklər Z98. Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Aortal qapağın protezləşməsi (2006) əməliyyatından sonrakı vəziyyət Meyar: İmtina edilir. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə görə müalicə kursu yetərli deyil. İxtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarını mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v seriyası AZE********, FİN kodu xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; - Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı və yaxud diaqnozun müəyyən edilməsi üçün aparılmış müayinələrin nəticələri kifayət edirmi? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? - xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v seriyası AZE********, FİN kodu xxxxxxx) üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğundur? məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 15 dekabr 2022-ci il tarixli məktubu ilə birlikdə inzibati iş 23 dekabr 2022-ci il tarixdə ekspertiza aparılmadan icrasız məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v seriyası AZE********, FİN kodu xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; - Şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, - xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı və yaxud diaqnozun müəyyən edilməsi üçün aparılmış müayinələrin nəticələri kifayət edirmi? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? - xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v seriyası AZE********, FİN kodu xxxxxxx) üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğundur? - məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X7 verdikləri 15 mart 2023-cü il tarixli, T160 nömrəli rəydə göstərilmişdir ki, 1-3. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfındən tərtib edilmiş № 088 saylı göndərişlərlə göndərilmiş və digər tibb müəssisəsinin verdiyi arayışlarda qeyd edilmiş “Əsas diaqnoz: 105.1-Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Ağırlaşma: M17- Qonartoz (diz oynağınm artrozu). Hər iki diz oynağınm artrozu. K81.1- Xroniki xolesistit, Xroniki xolesistit. M24.5- Oynaqların kontrakturası, hər iki diz oynağınm kontrakturası. İ09.0- Revmatik miokardit, Revmatik miokardit. İ50.0-Durğunluq ürək çatmamazlığı, xr.Q.D.Ç-ğı İİ dərəcə. Adi fıziki hərəkətin kəskin məhdudlaşmasına səbəb olan tənginəfəslik, agciyərdə durğunluq, aşağı ətraflarda ödemlə müşayət olunan qan dövranmm xroniki çatmamazlığı. M06- Digər revmatoid artritlər, Revmatik poliartrit hərəkət məhdudluğu ilə. K30-Dispepsiya, Həzm funksiyasınm pozulması. M21.2-Bükücü defarmasiya, Hər iki diz oynağınm bükücü deformasiyası. İ49.4-Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrasistolik aritmiya. İ34.1- Mitral qapağın (prolapsı) düşməsi, Mitral qapağın prolapsı-İİ dərəcə. Ürək ritminin pozulması ilə. R26- Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Yanaşı xəstəliklər: Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Aortal qapağın protezləşməsi (2006) əməliyyatından sonrakı vəziyyət.” Diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfındən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Diaqnozda olan xəstəliklərlə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər tam reablitasiya olunmurlar, xəstəliklər kəskinləşdiyi hallarda müalicəyə cəlb edilirlər. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir? - məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 23 noyabr 2023-cü il tarixli məktubu ilə birlikdə inzibati iş 08 dekabr 2023-cü il tarixdə ekspertiza aparılmadan icrasız məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu?- Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir ? Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” X7 verdikləri 22 fevral 2024-cü il tarixli, T126 nömrəli rəydə göstərilmişdir ki, 1.2. İddiaçı xx.xx.2024-cü il tarixdə X6 İnstitutunda anamnestik, klinik və instrumental müayinələrindən sonra “Z95.2- Aortal qapaşın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. İ11.O- Arterial hipertoniya. İ50.0- Xroniki ürək çatmamazlığı İ (bir) f.s.” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş № 088 saylı göndərişlərlə göndərilmiş və digər tibb müəssisəsinin verdiyi arayışlarda qeyd edilmiş “Əsas diaqnoz: 105.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Ağırlaşma: M17- Qonartoz (diz oynağının artrozu). Hər iki diz oynağının artrozu. K81.1- Xroniki xolesistit, Xroniki xolesistit. M24.5- Oynaqların kontrakturası, hər iki diz oynağının kontrakturası. İ09.0-Revmatik miokardit, Revmatik miokardit. İ50.0-Durğunluq ürək çatmamazlığı, xr.Q.D.Ç-ğı İİ dərəcə. Adi fıziki hərəkətin kəskin məhdudlaşmasına səbəb olan təngnəfəslik, agciyərdə durğunluq, aşağı ətraflarda ödemlə müşayət olunan qan dövranının xroniki çatmamazlığı. M06- Digər revmatoid artritlər, Revmatik poliartrit hərəkət məhdudluğu ilə. K30-Dispepsiya, Həzm funksiyasının pozulması. M21.2- Bükücü defarmasiya, Hər iki diz oynağının bükücü deformasiyası. İ49.4- Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrasistolik aritmiya. İ34.1- Mitral qapağın (prolapsı) düşməsi, Mitral qapağın prolapsı-İİ dərəcə. Ürək ritminin pozulması ilə. R26- Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Yanaşı xəstəliklər: Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Aortal qapağın protezləşməsi (2006) əməliyyatından sonrakı vəziyyət.” diaqnoz hazırda əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-17754/2024 saylı məktubuna və məktuba əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-13152/2024 nömrəli qərarına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AA1FU nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı iddiaçıya əlilliyin təyinatından imtinasını əsassız hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı ona ilk əlilliyin təyin olunduğu xx.xx.2006-cı il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 15 il 6 ay ərzində “Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Dispepsiya, Həzm funksiyasının pozulması. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Ekstrasistolik aritmiya. Revmatik miokardit. Durğunluq ürək çatmamazlığı. Xr. Q.D.Ç-ğı İİ dərəcə. Adi fiziki hərəkətin kəskin məhdudlaşmasına səbəb olan təngnəfəslik, ağ ciyərdə durğunluq, aşağı ətraflarda ödemlə müşayiət olunan qan dövranının xroniki çatmamazlığı. Bükücü deformasiya. Hər iki diz oynağının bükücü deformasiyası. Hərəkətin və yerişin pozulmaları. Yerişin pozulması. Oynaqların kontrakturası. Hər iki diz oynağının kontrakturası. Digər revmatoid artritlər. Revmatik poliartrit hərəkət məhdudluğu ilə. Qonartroz (diz oynağının artrozu). Hər iki diz oynağının artrozu. Xroniki xolesistit. Mitral qapağın (prolapsı) düşməsi. Mitral qapağın prolapsı İİ dərəcə. Ürək ritminin pozulması ilə. Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Aortal qapağın protezləşməsi (2006) əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə ikinci dərəcə əlillik verilmiş, əlilliyin təyinatından imtinanın verildiyi hər üç halda heç bir müsbət dəyişiklik olmadan məzmunca eyni diaqnoz üzrə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sonda 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarla ona əlillik təyinatından əsaslandırılmamış, formal olaraq “Göndərişin natamam doldurulması və Əlavə müalicəyə ehtiyacın olması” səbəbləri ilə imtina edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 13152/2024 nömrəli qərarına əsasən təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, İddiaçı sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklərin aşkar olunmadığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi qeyd olunmuşdur. Halbuki, iş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı ona ilk əlilliyin təyin olunduğu xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək mütəmadi olaraq stasionar müalicə və müayinə olunmuş, bu müddət ərzində xəstəliyi ilə əlaqədar səhhətində nəinki müsbət dəyşikliklər, əksinə ağırlaşmların baş verdiyi təsdiq olunmuşdur. Qeyd olunan ağırlaşmalar cavabdeh tərəfindən ona əlilliyin təyinatından imtinanın verildiyi xx.xx.2021-ci il, xx.xx.2021-ci il və 30 dekabr 2021-ci il tarixli diaqnozlarda da öz əksini tapmış və İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin iddiaçının müayinəsi ilə bağlı verilmiş göndərişlərin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1 və 2.4.1-ci bəndlərinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci “Qan dövranı sistemi xəstəlikləri” bölməsinin 2.3.5-ci bəndinə tam uyğunluğu təsdiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 verdiyi 15 mart 2023-cü il tarixli, T160 nömrəli rəydə göstərilmişdir ki, İddiaçı xəstəliyi ilə bağlı “Əsas diaqnoz: 105.1-Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Ağırlaşma: M17- Qonartoz (diz oynağının artrozu). Hər iki diz oynağının artrozu. K81.1- Xroniki xolesistit, Xroniki xolesistit. M24.5- Oynaqların kontrakturası, hər iki diz oynağının kontrakturası. İ09.0- Revmatik miokardit, Revmatik miokardit. İ50.0-Durğunluq ürək çatmamazlığı, xr.Q.D.Ç-ğı İİ dərəcə. Adi fıziki hərəkətin kəskin məhdudlaşmasına səbəb olan tənginəfəslik, agciyərdə durğunluq, aşağı ətraflarda ödemlə müşayiət olunan qan dövranının xroniki çatmamazlığı. M06- Digər revmatoid artritlər, Revmatik poliartrit hərəkət məhdudluğu ilə. K30-Dispepsiya, Həzm funksiyasının pozulması. M21.2-Bükücü defarmasiya, Hər iki diz oynağının bükücü deformasiyası. İ49.4-Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrasistolik aritmiya. İ34.1- Mitral qapağın (prolapsı) düşməsi, Mitral qapağın prolapsı-İİ dərəcə. Ürək ritminin pozulması ilə. R26- Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Yanaşı xəstəliklər: Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Aortal qapağın protezləşməsi (2006) əməliyyatından sonrakı vəziyyət” diaqnozları xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Diaqnozda olan xəstəliklərlə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər tam reablitasiya olunmurlar, xəstəliklər kəskinləşdiyi hallarda müalicəyə cəlb edilirlər. Məhkəmə bir daha qeyd edir ki, İddiaçı ona əlilliyin təyinatından imtinanın verildiyi xx.xx.2021-ci il, xx.xx.2021-ci il və 30 dekabr 2021-ci il tarixli diaqnozlarda göstərilən xəstəliklərlə bağlı 15 il 6 ay ərzində İİ dərəcə əlilliyə malik olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən müddətsiz İİ dərəcə əlillik təyinatına hüququ yaranmış, lakin cavabdeh inzibati orqan ona nəinki müddətli və ya müddətsiz əlillik təyin etmiş, əksinə iddiaçıya əlilliyin təyinatından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında 20 iyul 2023-cü il tarixli, 235 nömrəli qərarının 2.3.5-ci bəndinə əsasən ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda əlillik müddətsiz təyin edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında və əlilliyin təyinatından imtina qərarlarında iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə müalicəyə ehtiyacının olmasını qeyd etməsi də onun xəstəliyinin hazırki vaxtadək heç bir dəyişiklik olmadan davam etdiyini təsdiq edir. Göründüyü kimi, iş materiallarına əsasən İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2006-cı il tarixdən hal-hazıradək müəyyən olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı və 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı bəndlərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci “Qan dövranı sistemi xəstəlikləri” bölməsinə tam uyğunluğu təsdiq olunur. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı ona İİ dərəcə əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsini və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X8 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X8 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan onun iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarı ləğv edilməli və ona 30 dekabr 2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarı ləğv edilsin və ona 30 dekabr 2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar