Məhkəmə qərarları › İş №2-1(120)-1370/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1370/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1370/2025 04.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Lerik şəhəri, H.Aslanov küçəsində inşa edilmiş ümumi sahəsi 71,90 metr kvadrat, yaşayış sahəsi isə 45,36 metr kvadrat olan 3 (üç) otaqlı mənzillə bağlı X1 adına verilmiş Lerik rayon İH-nin Başçısının xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamının qanunsuz hesab edilməklə ləğv edilməsi və sözügedən mənzillə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktının əsas tutulması ilə mənzilin iddiaçının adına rəsmi qeydiyyata alınması, müvafiq sərəncam və çıxarışın verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi və ilk sərəncamın yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(120)-2663/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs kimi cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2663/2023 saylı qərardadı ilə iddia tələbi mümükün sayılmamışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2663/2023 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-208/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2663/2023 saylı qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47–49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Lerik şəhəri, H.Aslanov küçəsində inşa edilmiş ümumi sahəsi 71,90 metr kvadrat, yaşayış sahəsi isə 45,36 metr kvadrat olan 3 (üç) otaqlı mənzillə bağlı X1 adına verilmiş Lerik rayon İH-nin Başçısının xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamının qanunsuz hesab edilməklə ləğv edilməsi və sözügedən mənzillə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktının əsas tutulması ilə mənzilin iddiaçının adına rəsmi qeydiyyata alınması, müvafiq sərəncam və çıxarışın verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması”nı xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1370/2025 nömrəli, 04 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Lerik şəhəri, H.Aslanov küçəsində inşa edilmiş ümumi sahəsi 71,90 metr kvadrat, yaşayış sahəsi isə 45,36 metr kvadrat olan 3 (üç) otaqlı mənzillə bağlı X1 adına verilmiş Lerik rayon İH-nin Başçısının xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamının qanunsuz hesab edilməklə ləğv edilməsi və sözügedən mənzillə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktının əsas tutulması ilə mənzilin iddiaçının adına rəsmi qeydiyyata alınması, müvafiq sərəncam və çıxarışın verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan və SSRİ Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı, Yeni Azərbaycan Partiyasının üzvü, politoloq İddiaçı, 20 iyul 2009-cu ildə Lerik şəhərində Həzi Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasında 3 otaqlı ev almışdır. Bu barədə Lerik şəhərində 20 iyul 2009-cu il tarixdə Təhkim aktı tərtib olunmuşdur. Təhkim aktında göstərilir ki, Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, başçının müavini E.Qənbərov, Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, başçının müavini H.Məlikov, Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, memarlıq və tikinti şöbəsinin müdiri B.Rzayev, Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, Lerik şəhər icra nümayəndəsi A.Nəcəfov, Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, rayon mənzil-istismar sahəsinin rəisi F.Hacıyev akt tərtib edərək, Lerik şəhərində Həzi Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasında Lerik şəhər sakini İddiaçı fərdi evin tikilməsinə maliyyə imkanlarının olmaması, mənzilə ehtiyacının böyük olması nəzərə alınaraq ona binanın üçüncü blokunda 18 (on səkkiz) nömrəli, ümuni sahəsi 71.90 metr kvadrat, yaşayış sahəsi isə 45.36 metr kvadrat olan 3 (üç) otaqlı mənzil verilmişdir. Binadakı mənzillərin orderləşdirilməsi, onun rayon mənzil istismar sahəsinin balansına verilməsi prossesləri müəyyən vaxt tələb etdiyindən, bu işlər tamamlananadək yuxarıda qeyd olunmuş mənzil vətəndaş İddiaçı bu mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim olunmuşdur. Vətəndaş yaşadığı mənzildə ümumi birgəyaşayış normalarına əməl etməklə mənzilin qorumasına, onun saxlanılmasına qanunvericiliyin tələblərinə müvafiq məsuliyyət daşıyır”. X5 onun evdə olmadığı vaxtda qeyd olunan mənzilə qanunsuz soxulmuşdur. Dəfələrlə cavabdehə evdən çıxması ilə bağlı xəbərdarlıq etsə də cavabdeh buna məhəl qoymayaraq onun əmlakında yaşamağa davam edir. Bununla bağlı aidyyəti orqanlara müraciət etsə də məsələni mülki qayadada həll olunması tövsiyyə olunmuşdur. Bu olanlarla bağlı 2022-ci ildə Lerik rayon məhkəməsinə müraciət etmiş, məhkəmə gedişatında ona məlum oldu ki, Cavabdeh tərəfindən X4 da ona verilən sərəncamdan verilmişdir. Bundan sonra bu barədə Azərbaycan Respublikası Cavabdehnə ərizə ilə müraciət etmiş, müraciətinə cavab olaraq Cavabdeh cəfəngiiyat yazaraq “Azərbaycan Respublikasında Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən yaşayış sahəsi (mənzil) üzərində hüquq və vəzifələrin əmələ gəlməsi üçün dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir”. Müraciətinə cavab olaraq Cavabdeh məktubunun 4-cü abzasında isə 3-cü abzasındakılara uyğunsuzluq yazaraq bildirir ki, “2009-2019-cu illərdə Lerik Mənzil İstismar Müəssisəsi arasında kommunal mənzildən istifadə ilə bağlı məzil kirayə müqaviləsi bağlanmamış, 20 iyul 2009cu il tarixli təhkim aktı texniki xarakterli sənəd olmaqla tərəflər üçün mənzil qanunvericiliyi sahəsində hüquq və vəzifələr yaratmamış və rayon icra hakimiyyətinin başçısı yanında mənzil komissiyasının 28 sentyabr 2009-cu il tarixli 3 nömrəli qərarı ilə 20 iyul 2009-cu il tarixli təhkim aktı ləğv edilmişdir”. Əmlak Məsələləri Dövlət Reyestrindən aldığı arayışda da göstərilir ki, onun hər hansı bir əmlakı olması qeydə alınmamışdır. Beləliklə cavabdeh özünü haqsız olduğunu öz cavabında qeyd edərək təsdiq edir. Ona görə də cavabdeh X4 verdiyi sərəncamı ləğv etməli, ilk ona verdiyi sərəncamı yenidən bərpa etməlidir. Bütün bu olanlardan cavabdeh xəbərdar etməmiş, cavabdeh məqsədli şəkildə ona qarşı bu haqsızlığı etmişdir. X1 üçəm əkizi də qondarma imiş, təqaüd yaşına çatmış jurnalistdir. Cənab Prezidentimiz dövlət büdcəsindən jurnalistlərə ev hədiyyə edir. Bunlar isə öz şəxsi maraqlarını üstün tutaraq onun konstitusion hüquqlarını pozaraq vəzifə səlahiyyətlərini aşaraq özbaşınalıq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində başqa şəxsə zərər vurulması, əsassız varlanma və fiziki və hüquqi şəxslərin digər hərəkətlərinin nəticəsində də mülki hüquq və vəzifələrin əmələ gəlməsi halı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası maddə 71: “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdehin və digər şəxslərin qeyd olunan əmlakın qanunsuz sahibliyindən geri tələb edilməsi, yaşayış evindən çıxarılmaları qanunvericiliyin müvafiq normalarına əsasən tamamilə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının 71-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında “Ümumi Bəyannamə”-nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Beynəlxalq hüquqda İnsan hüquqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən: Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən: Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prossesual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prossesual hüquqlarının həyata keçirilməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən: Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPMnin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 2.1-ci maddəsinə əsasənqanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə qaydasında baxılır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı Lerik şəhəri, H.Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasının üçüncü blokunda 18 nömrəli, ümumi sahəsi 71,90 kv.m olan 3 otaqlı mənzilə dair X4 verilmiş sərəncamın ləğv edilməsi, ilk ona verilmiş sərəncamın yenidən bərpa edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsi X15 Məhkəməsinə müraciət etmişdir. Aşağıdakılara əsaslanaraq hesab edirlər ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı müxtəlif illərdə Cavabdeh struktur bölmələrində müxtəlif vəzifələrdə çalışmışdır. O, 1994-1995-ci illərdə Cavabdeh başçısının Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2003-2007-ci illərdə rayon icra hakimiyyəti başçısı aparatında hüquqşünas vəzifələrində işləmişdir. İddiaçı 2008-2011-ci illərdə Lerik Rayon Təhsil Şöbəsində metodkabinetin müdiri vəzifəsində çalışmışdır. O, 1999-2001-ci illərdə X3 idarəetmə ixtisası üzrə əlavə təhsil almışdır. 01 mart 1983-cü il tarixdə qəbul edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mənzil münasibətlərini, o cümlədən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesabetmənin əsaslarını, vətəndaşların yaşayış sahəsi almaq hüququnu, dövlət və ictimai mənzil fonduna məxsus evlərdə yaşayış sahələrinin verilməsi qaydasını və xüsusiyyətlərini vətəndaşlarla dövlət orqanları arasında yaranan və mənzil münasibətlərindən irəli gələn digər məsələləri tənzimləyir. Həmin Məcəllənin 28-ci maddəsi vətəndaşların yaşayış sahəsi almaq hüququnu təsbit edir. Həmin maddənin tələblərinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29-cu maddəsi vətəndaşları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesabetmənin əsaslarını müəyyən edir. Həmin maddənin tələblərinə əsasən aşağıdakı vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər: həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər X13nin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar; dövlət və ictimai mənzil fondu evlərində əsas icarədardan icarəyə götürmək şəraitində və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə yaxud da fərdi mənzil fondu evlərində icarə müqavilələri üzrə uzun müddət yaşayan və başqa yaşayış sahəsi olmayan vətəndaşlar; mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olanlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; müəyyən edilmiş sanitariya tələblərinə, texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yaşayış yerində uçotu qaydalarını müəyyən edir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində uçota götürülürlər. Vətəndaşların uçota götürülməsi 1991-ci ilədək rayon, şəhər, şəhərdə rayon X13nin icraiyyə komitəsinin qərarı ilə ,1991-ci ildən sonrakı dövrlərdə rayon, şəhər icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. 01 mart 1983-cü il tarixdə qəbul edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 37-ci maddəsi yaşayış sahəsinin birinci növbədə verilməsi, 38-ci maddəsi yaşayış sahəsinin növbədənkənar verilməsi qayda və şərtlərini, 44, 45 və 48-ci maddələri dövlət mənzil fonduna məxsus evlərdə yaşayış sahəsi verilməsi və vətəndaşların həmin yaşayış sahələrinə köçürülməsi qaydalarını müəyyən edir. Dövlət mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara) 18 oktyabr 1991-ci ilədək rayon, şəhər, şəhərdə rayon X13nin icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon X13nin icraiyyə komitəsi tərəfindən, 1991-2009-cu və 2009-2020-ci illərdə rayon, şəhər icra hakimiyyəti orqanları tərəfindən verilməsi müəyyən edilir. Həmin Məcəllənin 48-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon X13nin icraiyyə komitəsi (rayon,şəhər icra hakimiyyəti orqanları) vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49-cu maddəsi yaşayış sahəsi orderinin etibarsız hesab edilməsinin əsasları və qaydasını müəyyən edir. Həmin maddənin tələblərinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş və halhazıradək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8-ci maddəsi mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş və hal-hazıradək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə görə mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Həmin Məcəlləsinin (2009cu il) 17-ci maddəsi mənzil fondunu müəyyən edir. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür” xüsusi mənzil fondufiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu: dövlət mənzil fondu-mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondudövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu: xüsusi təyinatlı mənzil fondu-bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil ondlarının yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 48-ci maddəsi Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Yaşayış sahələri sosial kirrayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin məcəllənin 49-cu maddəsi yaşayış sahəsinin ayrılma normasını və yaşayış sahəsinin uçot norması müəyyən edir. Həmin maddənin tələblərinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bələdiyyə mənzil fonduna münasibətdə ayrılma norması müvafiq bələdiyyə ərazisində nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bələdiyyə tərəfindən müəyyən edilən ayrılma norması bu məcəllənin 49.2ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən ayrılma normasından az ola bilməz. Həmin məcəllənin 49.4-cü maddəsi yaşayış sahəsinin uçot norması müəyyən edir. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” ilə uçot norması Bakı şəhəri üzrə 6 kv.m, digər şəhər və rayonlar üzrə 7 kv.m müəyyən edilir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. Həmin Məcəllənin 50-ci maddəsi vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsaslarını müəyyən edir. Həmin maddənin tələblərinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir:- sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 51-ci maddəsi yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması qaydasını müəyyən edir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin məcəllənin 52-ci maddəsi vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələrini müəyyən edir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin məcəllənin 56-cı maddəsi Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. 56.8. Vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Məlumat üçün bildirilir ki, şəhər, kənd ərazi icra nümayəndəlikləri üzrə təsərrüfatbaşına uçot kitabları 5 il üçün tərtib edilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sərəncamı ilə təsdiq edilmiş “Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına üçotun aparılmasına dair Göstəriş”in tələblərinə görə təsərrüfatbaşına üçot kitabında təsərrüfat başçısı, onun ailə üzvləri haqqında, habelə mülkiyyətində və ya istifadəsində olan daşınmaz əmlak obyektləri, torpaq,yaşayış evləri və sair təsərrüfat tikililəri və daşınar əmlak haqqında qeydlər aparılır. Rayon mərkəzlərində, o cümlədən Lerik şəhər ərazi icra nümayəndəliyində 2013-cü ilədək təsərrüfatbaşına uçot kitabları aparılmamışdır. Lerik şəhərində dövlər mənzil fondunun idarə edilməsi mənzil istismar müəssisəsi tərəfindən həyata keçirilmiş, çoxmənzilli kommunal yaşayış binalarında mənzil fondu, kirayəçilər və onların ailə üzvləri və istifadələrində olan yaşayış sahələri barədə uçot məlumatları həmin müəssisələr tərəfindən kirayə müqavilələrinin şərtlərinə uyğun oiaraq aparılmışdır. 2013-cü iiədək şəhər ərazisində olan xüsusi mənzil fondunun - fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın, o cümlədən həyətyanı torpaq sahələri,fərdi yaşayış evlərinin uçotu aparılmamışdır. Bu da vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahələrinin və fərdi yaşayış evlərinin dıqiqləşdirilməsində çətinliklər yaratmaqla vətəndaşlara bir sıra hallarda bu vəziyyətdən suiistifadəyə şərait yaratmışdır. Lerik şəhərində 2008-2009-cu illərdə aparılan tikinti-abadlıq işləri çərçivəsində şəhər 3 saylı tam orta məktəbi üçün yeni tədris korpusunun əsaslı tikintisi ilə bağlı şəhərin mərkəzi küçələrində yerləşən istismar müddəti başa çatmış kommunal evlərin sökülməsi və həmin evlərdə yaşayan vətəndaşların müvafiq mənzillərlə təmin olunması zərurəti yaranmışdır. Bu məqsədlə Lerik şəhərin Həzi Aslanov küçəsində 0,24 ha torpaq sahəsi ayrılmış və 18 mənzilli kommunal yaşayış binası inşa edilmişdir. Kommunal yaşayış binasının inşaşı 2008-2010-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan “Azərneftyağ" X16 rəhbərliyinin 11 may 2007-ci il tarixli 162 saylı əmri əsasında ayrılmış dövlət ( budcə) vəsaiti hesabına həyata keçirilmişdir. 18 mənzilli kommunal yaşayış binasının inşası 2010-cu ilin aprel ayında başa çatmış, Cavabdeh başçısının 07 aprel 2010cu il tarixli 44 nömrəli sərəncamı ilə qorunmasını təmin etmək məqsədilə Lerik mənzil stismar sahəsinin balansına verilmişdir. İnşası başa çatmış 18 mənzilli kommunal yaşayış binası istismara qəbul olunmadığından mənzillərin vətəndaşlara verilməsi ilə bağlı inzibati orqan-rayon icra hakimiyyəti tərəfindən inzibati aktlar qəbul edilməmiş, yalnız tikinti ərazisindən köçürülmüş vətəndaşların və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhər sakinlərinin siyahısının hazırlanması ilə bağlı texniki-təşkilati işlər həyata keçirilmişdir. İddiaçı 2009-cu ilin mart ayında rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasına müraciət edərək mənzil və fərdi yaşayış evinin olmadığını, ev inşa etmək üçün maliyyə imkanının olmamasını, ailəsinin böyük olduğunu və yaşayış sahəsinə böyük ehtiyacının olmasını bildirərək kommunal mənzillə təmin olunmasını xahiş etmişdir. Rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasının üzvləri iddiaçıya inanmış və eyni zamanda səhlənkarlıq edərək vətəndaşın yaşayış sahəsinə ehtiyac faktını, bu halı təsdiq edən zəruri sənədləri tələb etmədən istismara qəbul edilməyən və yaşayış sahəsi kimi istifadəsinə rəsmi icazə verilməyən, kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv,m,yaşayış sahəsi 45,36 kv m olan 3 otaqlı 18 nömrəli mənzilin iddiaçıya təhkim edilməsi ilə bağlı mənzil qanunvericiliyinin tələblərinə zidd olan və komissiyanın səlahiyyətlərindən kənara çıxan 20 iyul 2009-cu il tarixli təhkim aktı tərtib etmiş və iddiaçıya ailə tərkibi və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacının olduğunu təsdiq edən zəruri sənədləri mənzil komissiyasına təqdim etmək tapşırılmışdır. Lakin iddiaçı tərəfindən mənzil komissiyasına heç bir sənəd təqdim edilməmişdir. Rayon icra hakimiyyəti yanında mənzil komissiyası vətəndaş İ.badovun mənzil-məişət şəraiti araşdırılarkən İddiaçı ailəsinin özü və həyat yoldaşı X6 olmaqla 2 nəfərdən ibarət olması, ailənin Lerik şəhəri,A.Əsədullayev küçəsi ev 22, 23 nömrəli bir otaqlı mənzildə qeydiyyatda olması və yaşaması, eyni zamanda İddiaçı mülkiyyətində keçmiş Lerik Rayon X13 İcraiyyə Komitəsinin 31 yanvar 1991-ci il tarixli 11 saylı qərarı ilə Lerik şəhərində { keçmiş Lerik qəsəbəsində) ” Pojon” adlı sahədə ( hazırda şəhərin Həzi Aslanov küçəsində) ev tikmək məqsədilə verilmiş 0,07 hektar torpaq sahəsi və həmin torpaq sahəsində İddiaçı tərəfindən 1992-ci ildə inşa edilmiş, ümumi sahəsi 49,4 kvm, yaşayış sahəsi 21.5 kv m, köməkçi sahəsi 27,9 kv.m olan 1 otaqlı fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasının üzvləri həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı rayon dövlət arxivinin sənədləri əsasında Lerik şəhərində” Pojon" adlı sahədə ( hazırda şəhərin Həzi Aslanov küçəsində) İ İbadova ev tikmək mənsəriilə verilmiş 0 07 hektar fornan sahəsinə və həmin torpaq sahəsində İ İbadov tərəfindən insa edilmiş və yaşayış sahəsi kimi istifadəyə yararlı olan fərdi yaşayış evinə baxış keçirmiş və bununla bağlı 25 sentyabr 2009-cu il tarixli akt tərtib edilmişdir. İddiaçının mülkiyyətində fərdi yaşayəş evinin olması faktı Daşınmaz Əmlakın Reyestr Xidmətinin Lənkəran ərazi idarəsinin 23 oktyabr 2009-cu il tarixli MH ******* nömrəli Çıxarışı ilə təsdiq edilmişdir. Mənzil komissiyası iddiaçının ailə üzvlərinin 2 nəfərdən ibarət olduğunu, ailənin başçısının mülkiyyətində ümumi sahəsi 49,4 kvm, o cümlədən yaşayış sahəsi 21,5 kv.m, köməkçi sahəsi 27,9 kv.m olan 1 otaqlı fərdi yaşayış evinin olduğunu ailədə adambaşına uçot normasında çox (9 kvadratmetr və daha az) yaşayış sahəsi ilə təmin edilmiş olduğunu, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmasına və dövlət mənzil fondu hesabına yaşayış sahəsi ilə təmin olunması üçün əsasların mövcud olmadığını, ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45 36 kv.m oian 3 otaqlı mənzilin iddiaçıya təhkim olunması ilə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktını 28 dekabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə əsassız hesab edərək ləğv etmiş, İddiaçı həmin mənzilin asudəiəşdirilməsi və dövlət mənzil fonduna qaytarılması ilə bağlı mənzil komissiyası tərəfindən ona 30 dekabr 2009-cu il tarixdə rəsmi müraciət edilmişdir. İddiaçı istifadəsində olan Lerik şəhəri,A.Əsədullayev küçəsi ev 22-də yerləşən 23 nömrəli 1 otaqlı kommunal mənzildə cari təmir işləri apardığını bildirərək təmir işləri başa çatdıqdan sonra həmin mənzilə köçəcəyini və Lerik şəhəri H.Aslanov küçəsində yerləşən kommunal yaşayış binasında yerləşən 18 nömrəli 3 otaqlı mənzili asudələşdirərək rayon icra hakimiyyətinə təhvil verəcəyini bildirmişdir. İnşası başa çatmış, Lerik şəhəri H.Aslanov küçəsində yerləşən 18 mənzilli kommunal yaşayış binasında mənzillərin bölüşdürülməsi və vətəndaşlara verilməsi rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasının 25 oktyabr 2011-ci il tarixli iclas qərarına müvafiq olaraq Cavabdeh başçısının 10 may 2013-cü il tarixli 68 nömrəli və 22 yanvar 2014-cü il tarixli 08 nömrəli sərəncamları ilə söküntü ərazisindən köçürülən vətəndaşlara, o cümlədən ehtiyacı olan çoxuşaqlı, aztəminatlı ailələrə verilmişdir. Şəhərin H.Aslanov küçəsində yerləşən 18 mənzilli kommunal yaşayış binasındakı 12 mənzil Cavabdeh başçısının 10 may 2013-cü il tarixli 68 nömrəli sərəncamı ilə, 5 mənzil isə 22 yanvar 2014-cü il tarixli 08 nömrəli sərəncamı ilə vətəndaşlara verilmiş, lakin İddiaçı 18 mənzilli kommunal yaşayış binasında mənzii verilməmişdir. Çünki “İnzibati icraat haqında “ Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin tələblərinə əsasən İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İddiaçının ailəsi 2 nəfərdən ibarət və mülkiyyətində 49,4 kv.m-lik fərdi yaşayış evi olduğundan ona əlavə 3 otaqlı mənzil verilməsi mənzil qanunvericiliyinin norma və tələblərinə uyğun deyil, Eyni zamanda evi və digər yaşayış sahəsi olmayan digər vətəndaşların mənzil hüququnu pozmaq deməkdir. Həmçinin iddiaçıya qanunsuz istifadə etdyi 3 otaqlı mənzilin boşaldılması ilə bağlı 29 dekabr 2013-cü ildə 3/751 nömrəli məktubla təkrar müraciət edilmişdir. İddiaçı 2009-2012-ci illərdə həmin mənzildə qanuni əsas olmadan il ərzində bir neçə ay olmaqla yaşamış, 2013-cü ildən başlayaraq 2 nəfərlik ailəsi ilə birlikdə qeydiyyatda olduğu Lerik şəhəri,A.Əsədullayev küçəsi ev 22-də yerləşən.ümumi sahəsi 27,5 kv.m,yaşayış sahəsi 20,5 kv.m olan 23 nömrəli 1 otaqlı kommunal mənzilə köçərək bu günədək həmin mənzildə yaşamışdır. İddiaçı 2013- 2015-ci illərdəı şəhərin H.Aslanov küçəsi 12 ünvanında yerləşən kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv.m,yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzildən özünə aid dəmir və tikinti materiallarının, istifadəyə qismən yararlı və yararsız məişət avadanlıqlarının (tullantılarının) saxlanılması üçün anbar kimi istifadə etmişdir. İddiaçının Lerik şəhəri,A.Əsədullayev küçəsi ev 22-də yerləşən.ümumi sahəsi 27,5 kv.m,yaşayış sahəsi 20,5 kv.m olan 23 nömrəli 1 otaqlı kommunal mənzilə yaşaması faktı Lerik şəhər ərazi icra nümayəndəliyinin Lerik şəhəri üzrə təsərrüfatbaşına uçot kitabının 2013-1017-ci ilər üzrə çıxarışlarından, habelə iddiaçının 2013-2018-ci illərdə məhkəmə və icra hakimiyyəti orqanlarına ünvanıadığı müraciətlərdən də aydın görünür. Belə ki, Lerik şəhər ərazi icra nümayəndəliyinin Lerik şəhəri üzrə təsərrüfatbaşına uçot kitabının 2013- 1017-ci ilər üzrə çıxarışlarından da görünür ki, iddiaçı 2 nəfərlək ailəsi ilə ünvan 2-də qeydiyyatdadır və yaşayır. Əlavə olaraq iddiaçının 2013-2017-ci illərdə məhkəmə və yüxarı icra hakimiyyəti orqanlarına, o cümlədən Şirvan Apellyasiya Məhkəməsinə (2013-cü il), Cavabdehnə (2015-2016-ci illər), X12 Məhkəməsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna (2017-ci il) ünvanladığı ərizə, teteqram və məktublarında də yaşayış yeri kimi, ünvan 2 ünvanı göstərilmiş və həmin dövlət orqanlarından İddiaçı ünvanlanan bildirişlər və cavab məktublarında da məktub sahibinin yaşayış yeri kimi ünvan 3 ünvanı göstərilmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçı əsassız olaraq mübahisələndirdiyi mənzildə 2013-cü ildən sonrakı illərdə yaşamamışdır. Qeyd etdiyimiz kimi, iddiaçı mübahisələndirdiyi şəhərin H.Aslanov küçəsi 12 ünvanında yerləşən kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv m,yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzildə özünə aid dəmir və tikinti materiallarının, istifadəyə qismən yararlı və yararsız məişət avadanlıqlarının (tullantılarının) saxlanılması üçün anbar kimi istifadə etmişdir. Nəticədə mənzilin kommunal şəraiti pozulmuşdur.İddiaçı dəmir və tikinti materiallarının, istifadəyə qismən yararlı və yararsız məişət avadanlıqlarının (tullantılarının) həmin mənzildən çıxarmamasını anbar və digər köməkçi tikilisinin olmaması ilə izah etmişdir. İddiaçı mənzildə olan az miqdarda olan dəmir və tikinti materiallarının, istifadəyə qismən yararlı və yararsız məişət avadanlıqlarının yaxın müddətdə aparacağını vəd etməklə həmin mənzildə saxlamışdır. Rayon icra hakimiyyətində maliyyə vəsait olmadığından 2015-2018-ci illərdə həmin mənzildə cari təmir işləri aparmaq, mənzilin kommunal şəraitini bərpa etmək və ehtiyacı olan vətəndaşa vermək mümkün olmamışdır. 2019-cu ildə daxili imkanlar hesabına şəhərin H.Aslanov küçəsi 12 ünvanında yerləşən kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv.m,yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzildə cari təmir işləri aparılmış, mənzilin kommunal şəraiti bərpa edilmişdir. Lakin iddiaçı ona aid olan istifadəyə qismən yararlı və yararsız məişət avadanlıqlarının və digər məmulatları mənzildən çıxartmadığından mütəxəssislərin iştirakı ilə 02 oktyabr 2019-cu il tarixdə həmin material və avadanlıqlar siyahıya alınaraq aktlaşdırılmışdır.Şəhərin H.Aslanov küçəsi 12 ünvanında yerləşən həmin ümumi sahəsi 71,90 kv.m,yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzil Cavabdeh başçısının 04 oktyabr 2019-cu il tarixli 201 nömrəli sərəncamı ilə Lerik şəhər sakini, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aztəminatlı, 5 nəfərdən ibarət ailə üzvü olan X4 verilmişdir. Beləliklə təqdim olunan sənədlərdən də görünür ki, 2009- 2013-cü illərdə iddiaçının kommunal mənzil almaq hüququ olmamışdır və 2009-2019-cu illərdə Cavabdeh qərarı ( inzibati aktı) ilə İddiaçı şəhərin H.Aslanov küçəsi 12 ünvanında yerləşən kommunal yaşayış binasında mənzil verilməmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, “O, Jurnalistlər birliyinin üzvü, “Qızıl qələm” mükafatçısıdır.Özü təqaüd yaşına çatmışdır. Cənab Prezident jurnalistlərə ev hədiyyə edir.Rayon icra hakimiyyətinin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərini aşaraq özbaşnalıq edirlər” İddiaçının bu arqumentlərini əsassız hesab edirik. İddiaçı ərizəsində göstərir ki, 20 iyul 2009-cu il tarixli təhkim aktı ilə Cavabdeh tərəfindən ona Lerik şəhəri, H.Aslanov küçəsi 12 ünvanında yerləşən kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv.m,yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzil verilmişdir. Binadakı mənzillərin orderləşdirilməsi.onun rayon mənzil istismar sahəsinin balansına verilməsi prosesləri müəyyən vaxt tələb etdiyindən,bu işlər tamamlanadək yuxarıda qeyd olunmuş mənzil vətəndaş İddiaçı bu mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim olunmuşdur. O 2009-2019-cu illərdə ailəsi ilə birgə orada yaşamışdır. 2019-cu ildə X5 qanunsuz onun mənzilinə soxulmuşdur. Sonradan o, aidiyyəti orqanlara müraciət edəndə ona məlum olmuşdur ki,. Cavabdeh tərəfindən Firuzə Quliyevaya da ona verilən sərəncam verilmişdir. İddiaçı Lerik şəhəri, H.Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasının üçüncü blokunda 18 nömrəli, ümumi sahəsi 71,90 kv.m olan 3 otaqlı mənzilə dair X4 verilmiş sərəncamın ləğv edilməsi, ilk ona verilmiş sərəncamın yenidən bərpa edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb edir.” İddiaçının bu arqumentlərini və tələbini əsassız hesab edirik. Lakin iddiaçının istinad etdiyi 20 iyul 2009-cu il tarixli təhkim aktı tərəflər üçün mənzil qanunvericiliyi sahəsində hüquq və vəzifələr yaratmayan texniki xarakter daşıyan sənəd olmuşdur. Bu akt bu sənəd “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə müvafiq olaraq müəyyən inzibati aktın sonradan qəbul edilməsi ilə bağlı inzibati orqanın-rayon icra hakimiyyətinin vədi və ya bəyanatı kimi də qəbul edilə bilməz. Birincisi, vəd və ya bəyanat inzibati orqanın səlahiyyətli şəxsinin adından tərtib edilməli və inzibati orqanın möhürü ilə təsdiq edilməlidir. Lakin 20 iyul 2009-cu il tarixli təhkim aktı rayon icra hakimiyyəti adından yox, Cavabdeh başçısı yanında ictimai əsaslarla fəaliyyət göstərən mənzil komissiyası üzvləri tərəfindən səlahiyyətlərindən kənara çıxmaqla mənzil qanunvericiliyinin norma və müddəalarına istinad etmədən tərtib edilmiş, rayon icra hakimiyyətinə aid hər hansı bir möhürlə təsdiq edilməmişdir. İkincisi Cavabdeh başçısı yanında mənzil komissiyası 28 dekabr 2009-cu il tarixli iclasında həmin təhkim aktını araşdırmış, iddiaçının ailəsinin 2 nəfərdən ibarət olduğu, ailənin ünvan 2-də qeydiyyatda olması və yaşaması, eyni zamanda İddiaçı mülkiyyətində keçmiş Lerik Rayon X13 İcraiyyə Komitəsinin 31 yanvar 1991 -ci il tarixli 11 saylı qərarı ilə Lerik şəhərində ( keçmiş Lerik qəsəbəsində) ” Pojon” adlı sahədə (hazırda şəhərin Həzi Aslanov küçəsində) ev tikmək məqsədilə verilmiş 0,07 hektar torpaq sahəsi və həmin torpaq sahəsində İddiaçı tərəfindən 1992-ci ildə inşa edilmiş, ümumi sahəsi 49,4 kvm, o cümlədən yaşayış sahəsi 21,5 kv.m, köməkçi sahəsi 27,9 kv.m olan 1 otaqlı fərdi yaşayış evinin olduğu, (bu hal Daşınmaz Əmlakın Reyestr Xidmətinin Lənkəran ərazi idarəsinin 23 oktyabr 2009-cu il tarixli MH ******* nömrəli çıxarışı ilə təsdiq edilir), ailədə adambaşına uçot normasından çox (9 kvadrat metr və daha az) yaşayış sahəsi ilə təmin edilmiş olduğu, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmasına və dövlət mənzil fondu hesabına 3 otaqlı yaşayış sahəsi ilə təmin olunması üçün əsasların mövcud olmadığını müəyyən edərək, ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhkim olunması ilə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktını 28 dekabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə əsassız hesab edərək ləğv etmiş, İddiaçı həmin mənzilin asudələşdirilməsi və dövlət mənzil fonduna qaytarılması ilə bağlı mənzil komissiyası tərəfindən ona 30 dekabr 2009-cu il tarixdə rəsmi müraciət edilmişdir. Üçüncüsü, İddiaçı 2020-ci ildə Cavabdehnə qarşı Lerik şəhəri, H.Aslanov küçəsi ev 12 ünvanında yerləşən 18 nömrəli, ümumi sahəsi 71,90 kv.m olan 3 otaqlı mənzil üzərində sahiblik hüququnun bərpa edilməsi və mənzilin qanunsuz əlindən çıxması nəticəsində ona dəyən mənəvi zərərə görə 2000 AZN məbləğində kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi X15 Məhkəməsinə müraciət etmişdir. Rayon icra hakimiyyəti tərəfindən bütün zəruri sənədlər, o cümlədən mənzil komissiyasının 20 iyul 2009-cu il tarixli təhkim aktının ləğv edilməsi barədə 28 dekabr 2009-cu il tarixli 03 nömrəli qərarı və həmin mənzilin Firuzə Quliyevaya verilməsi ilə bağlı Cavabdeh başçısının 04 oktyabr 2019-cu il tarixli sərəncamının surəti məhkəməyə təqdim olunmuşdur. Lakin o məhkəmə iclaslarında iştirak edmədiyindən Məhkəmənin 01 mart 2021-ci i! tarixli 2-1 (120)-51/2020 nömrəli qərardadı ilə iddiası geri götürülmüş hesab edilmişdir. Mənzil komissiyasının 20 iyul 2009-cu il tarixli təhkim aktının ləğv edilməsi barədə 28 dekabr 2009-cu il tarixli 03 nömrəli qərarından 14 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mülki tələblər üzrə ümumi iddia müddəti 10 il müəyyən edilmişdir. Dördüncüsü, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin mənasına görə iddianın qaldırılması o zaman mümkün sayıla bilər ki, inzibati orqanın İnzibati Aktı qəbul etməkdən imtina etməsi və ya hərəkətsizlik göstərməsi iddiaçının ona məxsus olan subyektiv hüququnu pozsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1-ci bəndinin tələblərinə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddiaçı Cavabdehnə qarşı Lerik şəhəri, H.Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasının üçüncü blokunda 18 nömrəli, ümumi sahəsi 71,90 kv.m olan 3 otaqlı mənzilə dair X4 verilmiş sərəncamın ləğv edilməsi, ilk ona verilmiş sərəncamın yenidən bərpa edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərar edilmiş cavabdeh (nümayəndəsi) və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə prosesdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, başçının müavini E.Qənbərovun, Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, başçının müavini H.Məlikovun, Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, memarlıq və tikinti şöbəsinin müdiri B.Rzayevin, Lerik şəhər icra nümayəndəsi A.Nəcəfovun və rayon mənzil-istismar sahəsinin rəisi F.Hacıyevin tərtib etdikləri xx.xx.2009-cu il tarixli təhkim aktının surətindən görünür ki, Lerik şəhərinin H.Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasında Lerik şəhər sakini İddiaçı fərdi evin tikintisinə maliyyə imkanlarının olmaması, mənzilə ehtiyacının böyük olması nəzərə alınaraq ona binanın üçüncü blokunda 18 (on səkkiz) nömrəli, ümumi sahəsi 71.90 kvadrat metr, yaşayış sahəsi isə 45.36 kvadrat metr olan 3 (üç) otaqlı mənzil verilmişdir. Binadakı mənzillərin orderləşdirilməsi, onun rayon mənzil istismar sahəsinin balansına verilməsi prosesləri müəyyən vaxt tələb etdiyindən, bu işlər tamamlanadək yuxanda qeyd olunmuş mənzil vətəndaş İddiaçı bu mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim olunmuşdur. Vətəndaş yaşadığı mənziidə ümumi birgəyaşayış normalarına əməl etməklə mənzilin qorumasına, onun saxlanılmasına qanunvericiliyin tələblərinə müvafiq məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, başçının müavini Elxan Qənbərovun, Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü, başçının müavini Habil Məlikovun, Cavabdeh başçısı aparatının memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi-mühəndisi Əflatun İbrahimovun tərtib etdikləri xx.xx.2009-cu il tarixli təhkim aktının surətindən görünür ki, İddiaçı keçmiş Lerik rayon X13 İcraiyyə Komitəsinin 31 yanvar 1991-ci il tarixli, 11 saylı qərarı ilə Lerik şəhərində “Pojon” adlı sahədə (hal-hazırda şəhərin Həzi Aslanov küçəsində) ev tikmək məqsədilə verilmiş 0,07 hektar torpaq sahəsinə baxış keçirildi və həmin torpaq sahəsində inşa edilmiş, yaşayış üçün hər cür şəraiti olan ümumi sahəsi 49,4 kv.m, yaşayış sahəsi 21,5 kvm olan 1 otaqlı fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışın surətindən görünür ki, Lerik şəhəri, Həzi Aslanov küçəsində mülkiyyətində olan 0.07 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 21.5 kv.m yaşayış, 27.9 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh başçısı yanında mənzil komissiyasının xx.xx.2009-cu il tarixli, 03 nömrəli protokolundan görünür ki, Cavabdeh başçısı yanında mənzil komissiyasının Lerik şəhəri, H.Aslanov küçəsində yerləşən 18 mənzilli kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv.m yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzilin İddiaçı təhkim edilməsi ilə bağlı mənzil qanunvericiliyinin tələblərinə zidd olan 20 iyul 2009-cu il tarixli təhkim aktı ləğv edil edilmiş, Rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasına (sədr Elxan Qənbərov) tapşırılsın ki: qərarla İddiaçı məlumatlandırılmasını təmin etsin; Lerik şəhəri, H.Aslanov küçəsində yerləşən 18 mənzilli kommunal yaşayış binasında mumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzilin İddiaçı tərəfindən asudələşdirilməsi və rayon icra hakimiyyətinin balansına qaytarılması ilə bağlı tədbirlər həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının Lerik şəhərinin H.Aslanov küçəsində inşa olunmuş 18 mənzilli yaşayış binasında bir qrup vətəndaşa mənzillərin verilməsi barədə xx.xx.2014-cü il tarixli, 08 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X4 binanın ikinci blokunda 10 (on) nömrəli, ümumi sahəsi 35.72 kvadrat metr, yaşayış sahəsi isə 19.04 kvadrat metr olan 1(bir) otaqlı mənzil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamının surətindən görünür ki, Lerik şəhər sakini X4 şəhərin Həzi Aslanov küçəsində yerləşən 18 mənzilli yaşayış binasında 18 nömrəli, ümumi sahəsi 71,90 kvadrat metr, yaşayış sahəsi 45,36 kvadrat metr olan 3 (üç) otaqlı mənzil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının aparatının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-65-2/2-318/2023 nömrəli məktubundan görünür ki, Rayon icra hakimiyyətinin başçısına ünvanladığı və 01 fevral 2023-cü li tarixli 5- 65/1-1-1/2-068/2/2023 nömrə ilə qeydiyyata alınmış müraciətində 2009-cu ildə ona şəhərin H.Aslanov küçəsi 12 ünvanında yerləşən 3 otaqlı 18 nömrəli kommunal mənzil verildiyini, lakin rayon icra hakimiyyətinin sabiq başçısı tərəfindən həmin mənzilin əsassız olaraq ondan alındığını və Lerik şəhər sakini X2 verildiyini bildirir, Cavabdeh başçısının “Lerik şəhər sakini X4 şəhərin Həzi Aslanov küçəsində yerləşən 18 mənzilli yaşayış binasında 18 nömrəli, ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 ( üç) otaqlı mənzil verilməsi barədə” 04 oktyabr 2019-cu il tarixli 201 nömrəli sərəncamının ləğv edilməsini və mənzil hüququnun bərpasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciəti ilə əlaqədar bildiririk ki, 2009-cu ildə rayon icra hakimiyyətinin başçısı yanında mənzil komissiyasına müraciət edərək mənzil və fərdi yaşayış evinin olmadığını bildirmiş, kommunal mənzillə təmin olunmağı xahiş etmişdir. Mənzil komissiyasınin üzvləri tərəfindən ilkin mərhələdə ona 3 otaqlı mənzil verilməsi nəzərdə tutulmuş və 20 iyul 2009-cu il tarixdə təhkim aktı tərtib edilmişdir. Lakin mənzil komissiyasında sizin mənzil-məişət şəraiti araşdırılarkən ailəsinin 2 nəfərdən ibarət olması, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran ərazi idarəsinin 23 oktyabr 2009-cu il tarixli MH ******* nömrəli Çıxarışına əsasən mülkiyyətində 0,07 hektar həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 49,4 kv.m, yaşayış sahəsi 21,5 kv.m olan 1 otaqlı fərdi yaşayış evinin olması, ailə üzvlərinin adambaşına uçot normasından (9 kvadratmetr) çox olmaqla 10,75 kv.m yaşayış sahəsi ilə təmin edilmiş olduğu müəyyən edilmiş, mənzil komissiyasının 28 sentyabr 2009-cu il tarixli 3 nömrəli qərarı ilə 20 iyul 2009-cu il tarixli təhkim aktı ləğv edilmiş və ona mənzilin asudələşdirilməsi ilə bağlı mənzil komissiyası tərəfindən 2009-2015-ci illərdə dəfələrlə rəsmi müraciət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən yaşayış sahəsi (mənzil) üzərində hüquq və vəzifələrin əmələ gəlməsi üçün dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. Lerik şəhəri, H.Aslanov küçəsində yerləşən kommunal yaşayış binasındakı mənzillər Cavabdeh başçısının 10 may 2013-cü il tarixli və 22 yanvar 2014-cü il tarixli sərəncamları ilə vətəndaşlar arasında bölüşdürülmüş, kirayəçilərlə Lerik Mənzil İstismar Müəssisəsi arasında mənzil kirayə müqavilələri bağlanmışdır. Lakin 2009- 2019-cu illərdə 2 nəfərdən ibarət olan ailənizə həmin kommunal yaşayış binasında 3 otaqlı 18 nömrəli mənzilin verilməsi ilə bağlı Cavabdeh başçısının sərəncamı olmamışdır. Əlavə olaraq 2009-2019-cu illərdə onunla Lerik Mənzil İstismar Müəssisəsi arasında kommunal mənzildən istifadə ilə bağlı mənzil kirayə müqaviləsi bağlanmamış, 20 iyul 2009-cu il tarixli təhkim aktı texniki xarakterli sənəd olmaqla tərəflər üçün mənzil qanunvericiliyi sahəsində hüquq və vəzifələr yaratmamış və rayon icra hakimiyyətinin başçısı yanında mənzil komissiyasının 28 sentyabr 2009-cu il tarixli 3 nömrəli qərarı ilə 20 iyul 2009-cu il tarixli təhkim aktı ləğv edilmişdir. Bu xüsusatlar nəzərə alınaraq onun tərəfindən kommunal yaşayış sahəsi kimi istifadə olunmayan mənzil asudələşdirilərək rayon icra hakimiyyətinin balansına qaytarılmış, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci və 56-cı maddələrinin tələblərinə müvafiq olaraq Cavabdeh başçısının 04 oktyabr 2019-cu il tarixli 201 nömrəli sərəncamı ilə şəhərin H.Aslanov küçəsi 12 ünvanında yerləşən, ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli kommunal mənzil, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aztəminatlı, üçəm uşağı olan X4 verilmiş, Firuzə Quliyeva ilə mənzil istismar müəssisəsi arasında kirayə müqaviləsi bağlanmışdır və hal-hazırda kommunal mənzil F.Quliyevanın və ailə üzvlərinin qanuni istifadəsindədir. Cavabdeh başçısının “Lerik şəhər sakini X4 şəhərin Həzi Aslanov küçəsində yerləşən 18 mənzilli yaşayış binasında 18 nömrəli, ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 ( üç) otaqlı mənzil verilməsi barədə” 04 oktyabr 2019-cu il tarixli 201 nömrəli sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci və 56-cı maddələrinin tələblərinə uyğun qəbul edildiyindən qanuni və əsaslıdır. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-65-2/2-427/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdehnə qarşı X4 verilmiş sərəncamın ləğv edilməsi və ilkin ona verilmiş sərəncamın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılması ilə əlaqədar 20 iyul 2009-cu il tarixli təhkim aktının və həmin aktın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması tapşırılır. Məlumat üçün bildiririk ki, 2008-2009-cu illərdə aparılan tikinti-abadlıq işləri çərçivəsində Lerik şəhərinin Həzi Aslanov küçəsində 18 mənzilli kommunal yaşayış binası inşa edilmişdir. İddiaçı 2009-cu ilin mart ayında rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasına müraciət edərək mənzil və fərdi yaşayış evinin olmadığını, ev inşa etmək üçün maliyyə imkanının olmamasını və yaşayış sahəsinə böyük ehtiyacının olmasını bildirərək kommunal mənzillə təmin olunmasını xahiş etmişdir. Rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasının üzvləri diqqətsizlik edərək vətəndaşın yaşayış sahəsinə ehtiyac faktını, bu faktı təsdiq edən zəruri sənədləri tələb etmədən istismara qəbul edilməyən və yaşayış sahəsi kimi istifadəsinə rəsmi icazə verilməyən kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzilin iddiaçıya təhkim edilməsi ilə bağlı mənzil qanunvericiliyinin tələblərinə zidd olan və komissiyanın səlahiyyətlərindən kənara çıxan 20 iyul 2009-cu il tarixli təhkim aktı tərtib etmiş və iddiaçıya ailə tərkibi və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacının olduğunu təsdiq edən zəruri sənədləri mənzil komissiyasına təqdim etmək tapşırılmışdır. Lakin İddiaçı tərəfindən mənzil komissiyasına heç bir sənəd təqdim edilməmişdir. Rayon icra hakimiyyəti yanında mənzil komissiyası İddiaçı mənzil-məişət şəraitini araşdırarkən ailəsinin özü və həyat yoldaşı olmaqla 2 nəfərdən ibarət olmasını, eyni zamanda mülkiyyətində keçmiş Lerik Rayon X13 icraiyyə Komitəsinin 31 yanvar 1991-ci il tarixli 11 saylı qərarı ilə Lerik şəhərində “Pojon" adlı sahədə ev tikmək məqsədilə verilmiş 0,07 hektar torpaq sahəsi və həmin torpaq sahəsində 1992-ci ildə inşa edilmiş, ümumi sahəsi 49,4 kv.m, yaşayış sahəsi 21,5 kv.m, köməkçi sahəsi 27,9 kv.m olan 1 otaqlı fərdi yaşayış evinin olduğunu, ailədə adambaşına uçot normasından çox yaşayış sahəsi ilə təmin edilməsini, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması və dövlət mənzil fondu hesabına yaşayış sahəsi ilə təmin olunması üçün əsasların mövcud olmadığını müəyyən etmiş və mənzil komissiyasının 28 dekabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə Lerik şəhəri, Həzi Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasında ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı, 18 nömrəli mənzilin iddiaçıya təhkim olunması ilə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktı əsassız hesab edilərək ləğv edilmiş, İddiaçı həmin mənzili asudələşdirərək dövlət mənzil fonduna qaytarılması ilə bağlı mənzil komissiyası tərəfindən 30 dekabr 2009-cu il tarixdə və sonrakı illərdə rəsmi müraciətlər edilmişdir. Lerik şəhəri, Həzi Aslanov küçəsində inşa edilmiş 18 mənzilli kommunal yaşayış binasında yerləşən mənzillərin vətəndaşlara verilməsi rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasının 25 oktyabr 2011-ci il tarixli iclas qərarına müvafiq olaraq Cavabdeh başçısının 10 may 2013-cj il tarixli 68 nömrəli və 22 yanvar 2014-cü il tarixli 08 nömrəli sərəncamları ilə həyata keçirilmiş və İddiaçı həmin binada mənzil verilməmişdir. Həmin binada yerləşən, ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzil Cavabdeh başçısının 04 oktyabr 2019-cu il tarixli 201 nömrəli sərəncamı ilə Lerik şəhər sakini, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan aztəminatlı, 5 nəfərdən ibarət ailə üzvü olan X4 verilmişdir. 20 iyul 2009-cu il tarixli təhkim aktının, həmin aktın ləğv edilməsi, həmçinin mənzillərin bölüşdürülməsi ilə bağlı rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasının qərarlarının, Cavabdeh başçısının müvafiq sərəncamlarının və digər zəruri sənədlərin təsdiq olunmuş surətləri təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-65-13/2-746/2023 nömrəli məktubundan görünür ki, Lerik şəhər inzibati ərazi dairəsi üzrə-nümayəndəliyində X8 kitablarının tərtib olunması 2013-cü ildən aparılmış, 2013-2018-ci illəri əhatə edən kitablara əsasən nümayəndəliyin 6 nömrəli X8 kitabının 83-cü səhifəsində (şəxsi hesab nömrəsi 519 olmaqla) və 2018-2023-cü illəri əhatə edən kitablara əsasən (elektron qaydada tərtib olunmuş) nümayəndəliyin 6 nömrəli X8 kitabının 55-ci səhifəsində (şəxsi-hesab nömrəsi 552 olmaqla) İddiaçı (təsərrüfat başçısı) 1963-cü il təvəllüdlü arvadı X6 ilə birlikdə ünvan 8 ünvanında yaşaması barədə müvafiq qeydlər vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı: “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İş materiallarında olan Cavabdeh başçısı yanında mənzil komissiyasının xx.xx.2009-cu il tarixli, 03 nömrəli protokolu ilə Cavabdeh başçısı yanında mənzil komissiyasının Lerik şəhəri, H.Aslanov küçəsində yerləşən 18 mənzilli kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv.m yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzilin İddiaçı təhkim edilməsi ilə bağlı mənzil qanunvericiliyinin tələblərinə zidd olan 20 iyul 2009-cu il tarixli təhkim aktı ləğv edilmişdir. Azərbaycan Respublikası Cavabdeh başçısının Lerik şəhərinin H.Aslanov küçəsində inşa olunmuş 18 mənzilli yaşayış binasında bir qrup vətəndaşa mənzillərin verilməsi barədə xx.xx.2014-cü il tarixli, 08 nömrəli sərəncamı ilə X4 binanın ikinci blokunda 10 (on) nömrəli, ümumi sahəsi 35.72 kvadrat metr, yaşayış sahəsi isə 19.04 kvadrat metr olan 1(bir) otaqlı mənzil verilmişdir. İş materiallları ilə müəyyən edilir ki, Cavabdeh 28 dekabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə Lerik şəhəri, Həzi Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasında ümumi sahəsi 71,90 kv.m, yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı, 18 nömrəli mənzilin iddiaçıya təhkim olunması ilə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktı əsassız hesab edilərək ləğv edilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 2009-2019-cu illərdə Lerik Mənzil İstismar Müəssisəsi arasında kommunal mənzildən istifadə ilə bağlı mənzil kirayə müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamı qanunsuz hesab edərək ləvğ edilməsini tələb etməkdə sübuyektiv hüququ mövcud olmamışdır. Çünki, cavabdeh tərəfindən 20 iyul 2009-cu il tarixdə onun xeyrinə qəbul edilmiş akt cavabdehin 28 dekabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə qüvvədən düşmüşdür. Belə olan halda iddiaçının hüquqi marağına toxun akt cavabdeh tərəfindən qəbul edilmiş 28 dekabr 2009-cu il tarixli, 03 nömrəli qərar hesab edilir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-208/2024 nömrəli qərardadı qeyd edilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması anını tərəflərin izahatları, yaxud digər vasitələrlə müəyyən etməmiş, bununla da iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaması qənaətinə gələrək, iddianı mümkünsüz hesab etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, tərəflərlə bu məsələ müzakirə edilməmiş, eyni zamanda cavabdeh inzibati orqandan mübahisələndirilən inzibati aktın iddiaçıya tədim edilməsi ilə bağlı sübut tələb edilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi qərardadında iddiaçının mübahisələndirilən inzibati akt barədə məlumatlı olmasını cavabdeh tərəfindən sonuncuya ünvanlanmış məktubların məzmununda, həmçinin onun Şirvan İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə təqdim etdiyi iddia ərizəsinin məzmununda həmin akt barədə ifadələrin olması ilə əlaqələndirmişdir ki, bu yanaşmanı da məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, qeyd olunan sənədlərin məzmununda həmin aktın mövcud olması barədə hər-hansı məlumat yer almamış, yalnız iddiaçının ona verilmiş mənzili boşaltmalı olması və s. məsələlər qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı X4 verilmiş sərəncamın ləğv edilməsi, ilk ona verilmiş sərəncamın yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbində iddia müddətinə riayət etmədən yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. 28 dekabr 2009-cu il tarixli, 03 nömrəli qərar qüvvədə olduğu halda iddiaçının xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamını mübahisələndirmək hüququ qalmamışdır. İddiaçı Cavabdehn 28 dekabr 2009-cu il tarixli, 03 nömrəli qərar barədə məlumatlı olmuş, həmin mənzili tərk etmişdir. Lerik şəhər inzibati ərazi dairəsi üzrə-nümayəndəliyində X8 kitablarının tərtib olunması 2013cü ildən aparılmış, 2013-2018-ci illəri əhatə edən kitablara əsasən nümayəndəliyin 6 nömrəli X8 kitabının 83-cü səhifəsində (şəxsi hesab nömrəsi 519 olmaqla) və 2018-2023-cü illəri əhatə edən kitablara əsasən (elektron qaydada tərtib olunmuş) nümayəndəliyin 6 nömrəli X8 kitabının 55-ci səhifəsində (şəxsi-hesab nömrəsi 552 olmaqla) İddiaçı (təsərrüfat başçısı) 1963-cü il təvəllüdlü arvadı X6 ilə birlikdə ünvan 8 ünvanında yaşaması barədə müvafiq qeydlər vardır. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə iclaslarında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamdan üçüncü şəxs X5 mənzilə daxil olduğu zaman məlumatlı olmasını bildirmiş, lakin müxtəlif yerlərə şikayətlər etməsi və həmin şikayətlərin nəticəsinin əldə olunması gözləməsi səbəb ilə məhkəməyə iddia ərizəsi ilə 28 mart 2023-cü il tarixdə poçt vasitəsi müraciət etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələdirilən inzibati aktlar 2009 və 2019-cü illərdə olmuşdur və həmin aktlar iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisələndirilmişdir. İş materiallarına əsasən mübahisələndirilən Cavabdeh başçısının xx.xx.2019-cü il tarixli, 201 nömrəli sərəncamı qeyd edilən tarixdən X1 istifadəsində olmuşdur. İş materiallarına əsasən iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktlarla bağlı uzun müddətdir ki, məlumatının olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçıya inzibati orqan tərəfindən xx.xx.2009-cu il, xx.xx.2013-cü il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə mübahisələndirdiyi hissələrlə bağlı məktubların ünvanlandığı, qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən 2020-ci ilin fevral ayında məhkəməyə müraciətinin olduğu müəyyən edilmiş və iddia tərəfindən məhkəməyə göndərilən iddia ərizəsində artıq qeyd edilən mənzildən çıxarıldığını və hal-hazırda mübahisələndirdiyi inzibati aktlardan məlumatının olduğunu müəyyən edilmişdir. Qeyd edilənlərdən görünür ki, İddiaçı 2019-cu il tarixində artıq inzibati aktlar barədə məlumatı olmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının tələbinin ikinci hissəsində yəni “sözügedən mənzillə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktının əsas tutulması ilə mənzilin iddiaçının adına rəsmi qeydiyyata alınması, müvafiq sərəncam və çıxarışın verilməsi”nə cavab verməli inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 10 saylı Lənkəran Ərazi İdarəsi olmalıdır. Hazır ki, Cavabdeh 20 iyul 2009-cu il tarixli təhkim aktını əsas tutmaqla iddiaçının hüquqlarını qeydə alan və çıxarış verən inzibati orqan deyil. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçının xeyrinə olan 20 iyul 2009-cu il tarixli təhkim aktı, Cavabdeh 28 dekabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə əsassız hesab edilərək ləğv edilmişdir. İddiaçı isə həmin qərarı mübahisələndirməmiş, bundan 10 (on) il sonra qəbul edilmiş X1 adına verilmiş Lerik rayon İH-nin Başçısının xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamını mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 30 aprel 2025-ci il tarixli, 2-1(120)-1370/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, Cavabdeh Başçısı yanında mənzil komissiyası tərəfindən iddiaçının mənzil-məişət şəraiti araşdırılarkən ailəsinin 2 nəfərdən ibarət olması müəyyən edilmiş və mənzil komissiyasının 28 dekabr 2009-cu il tarixli, 3 nömrəli qərarı ilə iddiaçıya Lerik şəhərində Həzi Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasının üçüncü blokunda 18 (on səkkiz) nömrəli, ümumi sahəsi 71.90 m.kv yaşayış sahəsi isə 45.36 kv.m olan 3 (üç) otaqlı mənzilin təhkim edilməsi barədə 20 iyul 2009-cü il tarixli təhkim atkı ləğv edilmişdir. Cavabdeh başçısının 04 oktyabr 2019-cü il tarixli, 201 nömrəli sərəncamı ilə Lerik şəhəri, Həzi Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasının üçüncü blokunda 18 (on səkkiz) nömrəli, ümumi sahəsi 71.90 m.kv yaşayış sahəsi isə 45.36 kv.m olan 3 (üç) otaqlı mənzil X4 verilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Cavabdeh Başçısı yanında mənzil komissiyası tərəfindən 28 dekabr 2009-cu il tarixli, 3 nömrəli qərarı ilə 20 iyul 2009-cü il tarixli təhkim atkı ləğv edilərək iddiaçının subyektiv hüququ itirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun, Cavabdeh Başçısı yanında mənzil komissiyasının 28 dekabr 2009-cu il tarixli, 3 nömrəli qərarını mübahisələndirmək hüququ vardır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan sərəncamlar barədə iddiaçı məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Bundan başqa iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş 28 dekabr 2009-cu il tarixli, 3 nömrəli qərarını mübahisələndirməmişdir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 2-1(120)- 1370/2025 nömrəli hüquqi yardım məktubu göndərilsə də, o, hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Lerik şəhəri, H.Aslanov küçəsində inşa edilmiş ümumi sahəsi 71,90 metr kvadrat, yaşayış sahəsi isə 45,36 metr kvadrat olan 3 (üç) otaqlı mənzillə bağlı X1 adına verilmiş Lerik rayon İH-nin Başçısının xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamının qanunsuz hesab edilməklə ləğv edilməsi və sözügedən mənzillə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktının əsas tutulması ilə mənzilin iddiaçının adına rəsmi qeydiyyata alınması, müvafiq sərəncam və çıxarışın verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar