Məhkəmə qərarları › İş №2-1(120)-1374/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1374/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1374/2020 26.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «X24, X20, X16, X21, X12, X3, X4, X2, X13, X25 və X6 iddiaçıya məxsus Cəlilabad şəhəri, 28 May küçəsi, 21 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Həsənov X11 şəhəri, 28 May küçəsi, 21 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X24, X20, X16, X21, X12, X3, X4, X2, X13, X25 və X6mənzilin qeydiyyatından çıxarılması üçün cavabdeh Cəlilabad şəhər Polis Şöbəsinə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etdiklərindən, həmin şəxslərin mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1374/2020 saylı qərardadı ilə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Cavabdeh qəbul edilməsi, iddia tələbinə “X24, X20, X16, X21, X12, X3, X4, X2, X13, X25, X6 iddiaçıya məxsus Cəlilabad şəhəri, 28 May küçəsi, 21 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1374/2020 saylı qərardadı ilə X24, X20, X16, X21, X12, X3, X4, X2, X13, X25, X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları qərara alınmışdır. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X32, X26, X22, X27, X17, X7, X8, X5, X18, X33 və X9 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X40, X37, X34, X38, X28, X14, X15, X10, X29, X41 və X19 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, “Elektron notariat” X1 Çıxarışın surətini, Seriya MA ******* nömrəli çıxarşın surətini əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X23 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş MA ******* nömrəli çıxarışdan görünür ki, İddiaçıünvan 1, ünvanında yerləşən mənzili MA ******* nömrəli çıxarış əsasında adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş Cəlilabad şəhər İcra Hakimiyyəti Başçısının X44 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 215 nömrəli məktubundan görünür ki, X40, X20, X34, X38, X28, X14, X15, X10, X29, X41 və X19iddiaçıya məxsus Cəlilabad şəhəri, 28 May küçəsi, 21 ünvanda yaşamırlar. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər X40, X37, X34, X38, X28, X14, X15, X10, X29, X41 və X19 iddiaçıya məxsus Cəlilabad şəhəri, 28 May küçəsi, 21 saylı mənzilin pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında elan edilmiş Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 142-27303-1220 nömrəli məktubda qeyd olunur ki, “İddiaçı adına olan ünvan 4 ünvanındakı fərdi yaşayış evində qeydiyyatda olan X40 xx.xx.2007-ci ildən, X37 xx.xx.2014-cü ildən, X34 xx.xx.2013-cü ildən, X38 ilk dəfə azyaşlılar üçün şəxsiyyət vəsiqəsi alaraq valideyinin qeydiyyatına 2005-ci ildən, X28 xx.xx.2006-cı ildən, X14 xx.xx.2010-cu ildən, X15 xx.xx.2009-cu ildən, X10 xx.xx.2011-ci ildən, X29 xx.xx.2003-cü ildən, X41 xx.xx.2006-cı ildən, X19 isə xx.xx.2006-cı ildən şəxsiyyət vəsiqəsi alaraq həmin ünvana qeydiyyata düşmüşlər”. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X31 **********97 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, X24, X20, X16, X21, X12, X3, X4, X2, X13, X25 və X6 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarının olması barədə məlumat aşkar edilməmişdi. Məhkəmə iclasında elan edilmiş Azərbaycan RespublikasınınƏdliyyə Nazirliyi Cəlilabad rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/02-281 nömrəli məktubunun məzmunundan görünür ki, üçüncü şəxslərin iddiaçı ilə qohumluq əlaqələrinin olub-olmaması barədə məlumatı aşkar etmək mümkün deyildir. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanındanpasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosesual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X24, X20, X16, X21, X12, X3, X4, X2, X13, X25 və X6 İddiaçı məxsus Cəlilabad şəhəri, 28 May küçəsi, 21 nömrəli mənzilin qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Cəlilabad şəhər Polis Şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar