Məhkəmə qərarları › İş №2-1(120)-1374/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1374/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1374/2022 20.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 qarşı «ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 20 sentyabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 1 saylı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 1971-ci ildən 02 noyabr 1975-ci ilə kimi və 02 yanvar 1978-ci ildən 1979-cu ilin noyabr ayına kimi Astara rayonu Səncərdi subtropik sovxozunda işlədiyi dövrün ona iş stajı kimi hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 1 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 1971-ci ilin sentyabr ayının 01də 121 saylı əmrlə Astara rayonu Səncərədi sovxozuna qarovulçu qəbul olunmuş və aylıq əmək haqqı 30 manat müəyyən edilmişdir. O, 01 sentyabr 1971-ci ildən 1975-ci ilin noyabr ayına kimi və 02 yanvar 1978-ci ildən 1999-cu ilin yanvar ayının 02 tarixinədək həmin sovxozda işləmişdir. 1975-ci ildə əsgəri xidmətə getdiyi üçün işdən azad olunmuşdur. Bu fakt təqdim etdiyi hərbi biletlə təsdiq olunur. İşlədiyi illər onun əmək kitabçasına düzgün yazılmamışdır. Əmək pensiyası almaq məqsədi ilə DSMF 1 saylı Lənkəran-Astara Regional fılialına müraciət etmişdir. DSMF 1 saylı Lənkəran-Astara Regional fılilalının ona ünvanladığı 31 mart 2021-ci il tarixli **********54 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası “X12” Qanunun 3.1.1-ci madəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortolunanın qazanılmış əmək pensyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasma əsasən müəyyən edilir. Astara rayon Dövlət arxivinin verdiyi arayışda 1971-1975-ci illərdə sabiq Səncərədi subtropik sovxozunda işlədiyiniz dövr əmək kitabçanızda düzgün qeyd olunmadığı üçün həmin illərin əmək stajı kimi götürülməsi mümkün deyildir. Astara rayon Dövlət Arxivinin verdiyi xx.xx.2022-ci il tarixli 52, 52/1, 52/2 saylı arayışlarda qeyd olunur ki, Astara rayon Səncərədi subtropik sovxozunun 1971- 1975, 1978, 1979-ci illərə dair əmək haqqı kitabları və 1975-ci ilin əmr kitabı rayon arxivində saxlanılmır. Bildirir ki, qeyd etdiyi bütün sənədləri DSMF-na təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astar regional filialı tərəfindən ona verilmiş imtina məktubu tamamilə əsassızdır. Hesab edir ki, onun yaşa görə əmək pensiyasına çıxmağına heç bir maneə yoxdur, çünki yaşıda, tələb olunan əmək stajı da qanunvericiliyin tələblərinə uyğundur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafıə Fondunun 1 saylı X3 müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və cavablandırılmışdır. Cavabdeh orqanın imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Astara rayon sabiq Səncərədi subtropik sovxozunda işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “X12” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki sərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə xx.xx.2021-ci il tarixində çatmasma baxmayaraq, tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi hərbi biletə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək 2 il 14 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək 18 il əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 il 14 gün təşkil edir. Eyni zamanda bildirirlər ki, sözügedən şəxsin xx.xx.2006-cı il tarixinədək 20 il 14 gün sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.241,40 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Həmçinin, xx.xx.2006-cı il tarixindən pensiya yaşına çatdığı tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 26 il 2 ay 14 gün iş stajı vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, iscinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabcası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasmın Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təgdim olunmus sənədlərin və dəlillərin mötəbərlivinə əsaslı sübhələr mövcuddur. Bildirirlər ki, tərəflərindən mübahisələndirilən xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək ( 6 il 2 ay ) Milli Arxiv İdarəsi Astara rayon Dövlət Arxivində vətəndasın Astara rayon sabiq Səncərədi subtropik sovxozunda işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid hec bir məlumat askar edilməmisdir. 1 saylı X1 xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən 1980-ci il tarixinədək əmək haqqı barədə kitablar Səncərədi subtropik sovxozu tərəfindən Astara ravonu Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövrlərin arasdırılması mümkün olmamısdır. Bu səbəbdən mübahisələndirilən 6 il 2 ay onun xx.xx.2006-cı il tarixinədək olan sıgorta stajına daxil edilməmisdir. İddiaçı əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 26 il 2 ay 14 gün iş stajı vardır. İddiaçının qəbul olunan sığorta stajı 20 il 14 gün təşkil edir. Mübahisələndirilən sığorta stajı isə 6 il 2 ay təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) xx.xx.2021-ci il tarixində çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq, vətəndaşın mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 52 nömrəli arayışından görünür ki, İddiaçı Astara rayonu sabiq Səncərədi subtropik sovxozuna 01 sentyabr 1971-ci il tarixli, 121 nömrəli əmrlə qarovulçu qəbul edilmiş, əmək haqqı 30 manat müəyyən edilmişdir. Astara rayonu sabiq Səncərədi subtropik sovxozun 1971-1975, 1978, 1979-cu illərin əmək haqqı kitabları və 1975-ci illərin əmr kitabı rayon arxivində saxlanılmadığından 1975-ci ildə işdən azad olunma əmrini və işlədiyi dövrdə aldığı əmək haqqı cədvəlini müəyyən etmək mümkün olmadı. Astara rayonu sabiq Səncərədi subtropik sovxozunun əmr kitablarına əsasən İddiaçı 1978-ci il yanvar ayının 02-də 01 saylı əmrlə sovxoza traktorçu vəzifəsinə qəbul olunmuş, 1997-ci ilin noyabr ayına kimi əmək haqqı almişdir. İşdən azad olunma əmri aşkar olunmadı. İş materiallarında olan НЗ-3192166 saylı hərbi biletdən görünür ki, İddiaçı 21 noyabr 1975-ci il tarixdən 15 dekabr 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan məhkəmə iclasında əyani baxış keçirilərək əsli ilə düz olduğu müəyyən edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02 yanvar 1974-cü il tarixli əmrlə Astara rayonu Səncərədi subtropik sovxozuna fəhləliyə qəbul edilmiş, hərbi komissarlığın çağırış vərəqəsinə əsasən 02 noyabr 1975-ci tarixdə fəhləlikdən azad edilmişdir ki, qeyd olunan dövr üçün iş stajı 1 il 10 ay təşkil edir. Həmin əmək kitabçasına əsasən iddiaçı 02 yanvar 1978-ci il tarixli əmrlə Astara rayonu Səncərədi subtropik sovxozuna traktorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1999cu il tarixli əmrlə öz xahişi ilə traktorçuluqdan azad edilmişdir ki, qeyd olunan dövr üzrə iş stajı 21 il təşkil edir. Həmin əmək kitabçasına əsasən iddiaçı xx.xx.2003-cü il tarixli 13-k saylı əmrlə X11 Partiyasına yerüstü dağ-qazma fəhləsi vəzifəsinə işə qəbul edilmiş, çöl işlərinin başa çatması ilə əlaqədar xx.xx.2003-cü il tarixli 42-k saylı əmrlə işdən azad edilmişdir. Həmşinin, xx.xx.2004-cü il tarixli 23 saylı əmrlə yenidən X11 Partiyasına yerüstü dağqazma fəhləsi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2004-cü il tarixli 52-k saylı əmrlə işdən azad edilmişdir. Qeyd olunan dövlər üzrə iş stajı 1 il 4 ay təşkil edir. Beləliklə, müəyyən olunur ki, hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunan iş illəri nəzərə alınmaqla, İddiaçı əmək stajı 26 il 2 ay 14 gün təşkil edir. Qeyd olunduğu kimi, Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 52 nömrəli arayışında İddiaçı Astara rayonu sabiq Səncərədi subtropik sovxozuna 01 sentyabr 1971ci il tarixli, 121 nömrəli əmrlə qarovulçu qəbul edildiyi qeyd olunmuşdur. İddiaçının məhkəmə iclasında bildirdiyinə görə işdən azad edilmədən, 02 yanvar 1974-cü il tarixdən 02 noyabr 1975-ci tarixədək, yəni hərbi xidmətə çağırılanadək həmin sovxozda fəhlə kimi fəaliyyət göstərmişdir. Qeyd olunan 01 sentyabr 1971-ci il tarixdən 02 yanvar 1974-cü il tarixədək sovxozda qarovulçu (gözətçi) olduğu dövrün iş illəri (3 il 4 ay) nəzərə alındığı təqdirdə İddiaçı ümumi əmək stajı 29 il 6 ay 14 gün təşkil edir. Göründüyü kimi, hətta Astara rayonu sabiq Səncərədi subtropik sovxozunda gözətçi işlədiyi iş illəri nəzərə alınmasa belə, iddiaçı əmək pensiyası təyin olunması hüququ verən əmək stajına ( 26 il 2 ay 14 gün) malik olmuşdur. İş üzrə cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirilir ki, mübahisələndirilən xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək ( 6 il 2 ay ) Milli Arxiv İdarəsinin Astara ravon Dövlət Arxivində vətəndasın Astara ravon sabiq Səncərədi subtropik sovxozunda işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat askar edilmədiyindən, 1 saylı X1 xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən 1980-ci il tarixinədək əmək haqqı barədə kitablar Səncərədi subtropik sovxozu tərəfindən Astara ravonu Dövlət Arxivinə təhvil verilmədiyindən, xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövrlərin arasdırılması mümkün olmamıs, bu səbəbdən mübahisələndirilən 6 il 2 ay iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sıgorta staiına daxil edilməmisdir. Məhkəmə cavabbdehin dəlillərini əsassız hesab edir. Belə ki, Astara ravon sabiq Səncərədi subtropik sovxozunda işlədiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin Astara ravonu Dövlət Arxivində saxlanılmamasının, həmçinin, 1980-ci il tarixinədək əmək haqqı barədə kitabların Səncərədi subtropik sovxozu tərəfindən Astara ravonu Dövlət Arxivinə təhvil verilməməsinin məsuliyyəti iddiaçının deyil, həmin dövlət müəssisələrinin üzərinə düşür. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 müraciət etmiş Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 əmək pensiyası təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli, 40PLG81001 saylı qərarı ilə iddiaçının təqdim etdiyi sənədlərə əsasən tələb olunan iş stajı (25 il) təsdiq olunmadığına görə pensiya təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh iddiaçının 20 il 14 gün iş stajının olmasını mübahisələndirmir. İşdə mövcud olan sənəd və sübutlar da bu halları təsdiq edir. Cavabdehin mübahisələndirdiyi iddiaçının Səncərədi subtropik sovxozunda xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə əldə etdiyi 6 il 2 ay iş stajı ilə bağlıdır. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə hesab edir ki, iddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulmasını tələb etməkdə haqllıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxxxxx 1956-cı il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının həqiqi hərbi xidmət dövrü (2 il 14 gün) və əmək kitabçasına əsasən işlədiyi müddət (24 il 2 ay) nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar