Məhkəmə qərarları › İş №2-1(120)-1375/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1375/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1375/2020 12.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, N0) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 4N – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.N9N5-ci ildə İmişli rayonu, Əliqulular kəndində anadan olmuşdur. Beyləqan rayonu, Gödəklər kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.N994-cü il tarixdən xx.xx.N99N-ci il tarixədək müxtəlif hərbi hissələrdə xidmət etmiş və Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin bu günə qədər veteran vəsiqəsini ala bilməmişdir. O, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh orqan olan Müdafiə Nazirliyi tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Sonuncu müraciətinə cavab olaraq Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, N/F-N2N2 saylı məktubunda göstərilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildirilmişdir ki, “Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə MN Aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın” xx.xx.2020-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”. Onu həmin ərəfələrdə N saylı hərbi hissəyə keçirmişlər. Lakin, bunun müvafiq qaydada rəsmiləşdirilməsi müəyyən qədər vaxt tələb etmişdir. O, heç bir zaman hərbi hissəni özbaşına tərk etməmiş, hər zaman komandanlığın əmri ilə hərəkət etmişdir. Əgər tərəfindən hərbi hissə özbaşına tərk edilmiş olsaydı, buna görə barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət işi açılardı. Qarabağ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli, NN8/245N saylı məktubundan görünür ki, onun barəsində cinayət işinin istintaqı olmamış və təqsirləndirici material araşdırılmamışdır. Buna görə də hesab edir ki, cavabdeh orqan olan Müdafiə Nazirliyinin imtinası əsassızdır və belə olan halda onun üzərinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müvafiq sənədlərlə əks edilməlidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məlumatına əsasən İddiaçı döyüş əməliyyatları aparan zaman hərbi hissəni özbaşına tərk etmişdir və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İddiaçının qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bu isə qüvvədə olan Veteranlar haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini birbaşa istisna edir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata buraxılması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin xx.xx.2020-ci il tarixli, N/F-N2N2 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır. Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsinin məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N5N nömrəli Arxiv Arayışından görünür ki, Beyləqan RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 4 nömrəli əmrilə (əsas: səh-33, §-8, sıra-286) şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 3N nömrəli əmrilə (əsas: səh-N4, §-N, sıra-2) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərancamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli, 32 nömrəli əmrində (əsas: §-NN) bir qrup hərbi mükəlləfiyyətlilərin xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlməsi və şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınması barədə məlumat vardır. Əmrə adlı siyahı əlavə olunmamışdır. Sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 93 nömrəli əmrilə (əsas: səh-N5, §-8) xidmətini davam etdirmək üçün şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərancamına göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N0N nömrəli əmrilə (əsas: sıra-NN0, §-5) şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmışdır. N (bir) aydan çox hərbi hissədən yayındığına görə İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN nömrəli əmrilə (əsas: səh-N92, sıra-NN99) ştatdan kənar edilərək bütün növ təminatlardan azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 240 nömrəli əmrində (əsas: səh-3, §-6, sıra-N, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) Qarabağ qarnizonu hərbi prokurorluğunun xx.xx.N994-cü il tarixli göndərişinə əsasən əvvəl N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.N99N-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunmuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli, 333 nömrəli əmrilə (əsas: səh-2N8, §-2, sıra-N8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Beyləqan RHK-na göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-38NN nömrəli Arxiv Arayışından görünür ki, N nömrəli hərbi hissənin aprel-dekabr N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, N8/245N nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-8N32 nömrəli Arxiv Arayışından görünür ki, Beyləqan RHK-dan çağırılmış N9N5-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 4 nömrəli əmrilə (əsas: §-8, səh-33, sıra-286) bütün növ təminatlarla təmin olunaraq 4-cü motoatıcı tabura təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 3N nömrəli əmrilə (əsas: §-N, səh- N4, sıra-2) 4-cü motoatıcı taburun əsgəri İddiaçı bütün növ təminatlardan azad olunaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərancamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 32 nömrəli əmrində (əsas: §-NN) N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə adlı siyahı əlavə olunmamışdır. N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli, 93 nömrəli əmrilə (əsas: §-8, səh-N5) sıravi İddiaçı xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərancamına göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli, N0N nömrəli əmrilə (əsas: §-5, səh-3, sıra-NN0) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxx N994-cü il tarixli, N43 nömrəli əmrilə (əsas: §-2, sıra-29, qeyd: əmrdə adının qarşısında hərbi hissəni özbaşına tərk etdiyi tarix qaralanmışdır) 6-cı MAT-un qazan təminatından çıxarılmışdır. Qarabağ qarnizonu hərbi prokurorluğunun xx.xx.N994-cü il tarixli göndərişinə əsasən əvvəl N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 240 nömrəli əmrində (əsas: §-6, səh-3, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.N99N-ci il tarixli müvafiq əmrinə əsasən Beyləqan RHK-nın çağırışçısı, 3-cü MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N99N-ci il tarixli, 333 nömrəli əmrilə (əsas: §-2, səh-2N8, sıra-N8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-nın sərancamına göndərilmişdir. NN0 nömrəli hərbi hissədən Mərkəzi Arxivə daxil olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək, N nömrəli hərbi hissənin xx.xx.N99N-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmiş və 8NN, N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 655 nömrəli məktubundan görünür ki, xx.xx.N9N5-ci il təvəllüdlü İddiaçı adına yazılmış SX№ ******* nömrəli «Uçot kartası”nda Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarındaxx.xx.N994-cü il tarixdən (əmr nömrəsi yazılmayıb) xx.xx.N994-cü il tarixədək (əmr 3N) N saylı hərbi hissədə, xx.xx.N994-cü il tarixdən (əmr 32) xx.xx.N994-cü il tarixdək (əmr 93) N saylı hərbi hissədə və xx.xx.N994-cü il tarixdən (əmr 240) xx.xx.N99N-ci il tarixədək (əmr 335) N saylı hərbi hissədə hərbi xidmət keçməsi, xx.xx.N99N-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin N60 nömrəli xx.xx.N99N-ci il tarixli əmrinə əsasən hərbi xidmətdən ehtiyata tərxis edilməsi və xx.xx.N99N-ci il tarixdə Beyləqan RHK-da hərbi vəzifəlilərin qeydiyyatına göndərilməsi qeyd olunmuşdur. SX№ ******* nömrəli «Uçot kartası”nda İddiaçı hərbi xidmət keçdiyi hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat aşkar edilmədi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 4N6 nömrəli məktubuna əsasən Qarabağ Hərbi Prokurorluğunun N8/245N nömrəli, xx.xx.2020-ci il tarixli (daxil № -82N, xx.xx.2020-ci il) məktubunda İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır” qeyd olunmuşdur. İş materiallarında olan Beyləqan rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 38/N3N-NN648-N220 nömrəli məktubundan görünür ki, xx.xx.N9N5-ci il təvəllüdlü Beyləqan rayonu Gödəklər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan İddiaçı barəsində rayon polis şöbəsində təqsirləndirici və məhkumluğu barədə heç bir material olmamışdır. İddiaçıya məxsus SX ******* nömrəli hərbi biletdə onun xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixdək N saylı hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixdək N90 saylı hərbi hissədə və xx.xx.N994-cü il tarixdən xx.xx.N99N-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə N.N). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə N.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. xx xxxxxx N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun N-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.200N-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.N994-cü il tarixdə Beyləqan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 4 nömrəli əmrilə bütün növ təminatlarla təmin olunaraq 4-cü motoatıcı tabura təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 3N nömrəli əmrilə bütün növ təminatlardan azad olunaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərancamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli, 93 nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərancamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli, N0N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx xxx N994-cü il tarixli, N43 nömrəli əmrilə 6-cı MAT-un qazan təminatından çıxarılmışdır. Qarabağ qarnizonu hərbi prokurorluğunun xx.xx.N994-cü il tarixli göndərişinə əsasən əvvəl N nömrəli hərbi hissədə xidmət etmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 240 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmışdır. Müdafiə nazirinin xx.xx.N99N-ci il tarixli müvafiq əmrinə əsasən Beyləqan RHK-nın çağırışçısı, 3-cü MAT-un hərbi qulluqçusu, sıravi İddiaçı ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N99N-ci il tarixli, 333 nömrəli əmrilə (əsas: §-2, səh-2N8, sıra-N8) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-nın sərancamına göndərilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının adına olan SX ******* nömrəli hərbi biletdə iddiaçının xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixdək N90 saylı hərbi hissədə xidmət keçməsi qeyd olunsa da, həmin qeydlər arxiv sənədləri ilə təsdiqini tapmır. Göründüyü kimi, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli, 93 nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərancamına göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N994-cü il tarixli, N0N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilsə də, o, hərbi hissəni özbaşına tərk etmiş və bu səbəbdən hərbi hissənin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Müəyyən olunmuş hallar isə Veteranlar haqqında Qanunun 3-cü maddəsinin qeydinə əsasən iddiaçının Müharibə Veteranı olmasını istisna edir. Onun barəsində cinayət işi istintaq olunmaması və təqsirləndirici material olmaması bunun əksini sübut etmir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında N nömrəli hərbi hissəyə göndərildikdən bir müddət sonra həmin hərbi hissəni özbaşına tərk etdiyini, çünki, həmin hərbi hissədə xidmət etmək istəmədiyini, buna görə Qarabağ qarnizonu hərbi prokurorluğuna müraciət etdiyini və hərbi prokurorluğun xx.xx.N994-cü il tarixli göndərişinə əsasən xx.xx.N994-cü il tarixdən xidmətini N nömrəli hərbi hissədə davam etdirdiyini bildirmişdir. Bu da iddiaçının xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmədiyinin, hətta xidməti mövcud olmuş olsaydı belə xidmət yerini özbaşına tərk etməsinin sübutudur. Bundan başqa iddiaçı xidmət etdiyini iddia etdiyi 8NN və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib, eləcə də iddiaçının xx.xx.N994-cü il tarixdən xx.xx.N99N-ci il tarixədək N saylı hərbi hissədə xidmət dövrü isə atəşkəsdən sonrakı dövrə təsadüf edir. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xidmət etdiyini iddia etdiyi 8NN və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmədiyindən, xidmət etdiyi N nömrəli hərbi hissəniözbaşına tərk etdiyindən və N0N nömrləli hərbi hissədəki xidməti isə atəşkəsdən sonrakı dövrə təsadüf etdiyindən o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldiir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in N3.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.N-ci, 62-ci, N5-ci, N8-ci, N9-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar