Məhkəmə qərarları › İş №2-1(120)-1377/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1377/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1377/2025 24.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “**********36 reyestr nömrəli, ********** nömrəli çıxarışa əsasən Ağcabədi rayonu, Sarıcalı kəndində mülkiyyətində olan 1,43 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək, sərhədlərinin tanıdılmasına və TEKUİS baza məlimatlarında müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “**********36 reyestr nömrəli, ********** nömrəli çıxarışa əsasən Ağcabədi rayonu, Sarıcalı kəndində mülkiyyətində olan 1,43 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək, sərhədlərinin tanıdılmasına və TEKUİS baza məlimatlarında müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 01 saylı qərarı ilə ona, bacısı X2 və mərhum anaları X1 təsərrüfatı məhulları istehsal etmək məqsədilə yaşadıqları Ağcabədi rayonu Sarıcalı kəndinin ərazisindən 1,43 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0096 saylı, KOD 60812018 saylı Dövət Aktı da verilmişdir. Həmin torpaq sahəsindən bu günədək maneəsiz istifadə edirlər. Sözügedən torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə ümumi birgə mülkiyətlərində olmasını təsdiq edən **********36 reyestr nömrəli, ********** nömrəli çixarış almışdırlar. Anası- X9 18 may 2024-cü il tarixdə vəfat etmişdir. Uzun illər torpaq sahəsindən istifadə etsələr də, onun mülkiyyətində olan torpağın ölçüləri düzgündür. Ancaq bu yaxınlarda ölçmə işləri apararkən torpaq sahələrinin əskik olmasının şahidi olmuşdurlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə etdikləri müriciətə xx.xx.2023- cü il tarixli, 3- 21-3-45/2-İ-00xx-xx/2023 saylı məktubla imtina cavabı verilmişdir. İmtinaya səbəb o olmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair Dövət Aktında göstərilən 1,43 ha torpaq sahəsinin X7 X10 nöqsanla 0,79 ha kimi qeydə alınmışdır.” Torpağa mülkiyyət hüququna dair Dövət Aktından əlavə xx.xx.2024-cü il tarixdə ümumi birgə mülkiyətimizdə olmasını təsdiq edən **********36 reyestr nömrəli, ********** nömrəli çixarışda da torpaq sahələrinin ölçüsü 1,4296 göstərilmişdir. İşə səthi yanaşan cavabdeh təşkilat işi araşdırmadan müracitlərinə imtina cavabı vermişdirlər. Qeyd olunanları nəzərə alaraq **********36 reyestr nömrəli, ********** nömrəli çıxarışa əsasən Ağcabədi rayonu, Sarıcalı kəndində mülkiyyətində olan 1,43 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək, sərhədlərinin tanıdılmasına və TEKUİS baza məlimatlarında müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etiraz ərizəsində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-0096 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 1.43 ha torpaq sahəsinin X7 X10 nöqsanla 0.79 ha kimi qeydə alındığı məlum olmuşdur. Həmin 0.79 ha torpaq sahəsinin naturada ölçülərək ididaçıya göstərilməsindən imtina etdiyi üçün ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “**********36 reyestr nömrəli, ********** nömrəli çıxarışa əsasən Ağcabədi rayonu, Sarıcalı kəndində mülkiyyətində olan 1,43 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək, sərhədlərinin tanıdılmasına və TEKUİS baza məlumatlarında müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan JN-0096 KOD 60812018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarına əsasən 1.43 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Ağcabədi rayonu, Sarcalı kənd sakini X3 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Sarcalı kəndində 1,4295 hektar torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ 434053 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 05 ayının 31 günündə 236 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin X5 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-İ-00xx-xx/2023 nömrəli məktubundan görünür ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-0096 saylı Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 1.43 ha torpaq sahəsinin X7 X10 nöqsanla 0.79 ha kimi qeydə alındığı məlum olmuşdur. Həmin 0.79 ha torpaq sahəsinin naturada ölçülərək göstərilməsindən imtina etdiyindən ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/6819/2025 nömrəli məktubla iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-45/2-3303/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş və tərəflərin iştirakları ilə qərardadda qeyd olunan suallarla bağlı müvafiq ölçmə işləri aparılmışdır. Ölçmə işləri nəticəsində məlum olmuşdur ki, **********36 reyestr nömrəli,********** qeydiyyat nömrəli çıxarışin verilməsinə əsas olan Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nomrəli qərarı və "Torpağa mülkiyyət hüququna dair JN-0096, 60812018 nömrəli dövlət aktına əsasən X9, Hüseynova(İsmayılova) Arzu Şahlar qızı və Əliyeva (İsmayılova) Sevinc Şahlar qızınin birgə mülkiyyətinə verilmiş Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən 1.43 ha torpaq sahəsi torpaq sahəsinin mövcud elektron baza məlumatlarının əks olunduğu X7 X8 (TEKUİS-də) qeyd edilən koordinatlarına uyğun olaraq sərhədlərini məyyən edən zaman həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə əsasən 0.79 ha olaraq islahat sahəsi çatışmayan torpaq sahəsi kimi qeyd olunduğu məlum olmuşdur. Eyni zamanda qonsu torpaq sahəsi olan JN-0094, 60812018 nömrəli dövlət aktına əsasən digər şəxslərin mülkiyyətində olan 0.91 ha torpaq sahəsi 0.68 ha olaraq və digər qonsu JN-0187, 60812018 nömrəli dövlət aktına əsasən digər şəxslərin mülkiyyətində olan 3.07 ha torpaq sahəsi 2.48 ha olaraq islahat sahəsi çatışmayan torpaq sahəsi kimi qeyd olunduğu məlum olmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən X7 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı torpaqlara dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) aradan qaldırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının bütun inzibati ərazi dairələrində, o cümlədən Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsi üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihəsinə əsasən dürüstləşdirmə işləri aparılır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC tərəfindən yaradılmış işçi qrupu tərəfindən aparılan dürüstləşdirmə işləri nəticəsində qeyd edilən uyğunsuzluqlar aradan qaldırıldırıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət reyestrindən **********36 reyestr nömrəli,********** qeydiyyat nömrəli çıxarışin verilməsinə əsas olan Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nomrəli qərarı və “Torpağa mülkiyyət hüququna dair JN-0096, 60812018 nömrəli dövlət aktına əsasən X9, Hüseynova(İsmayılova) Arzu Şahlar qızı və Əliyeva (İsmayılova) Sevinc Şahlar qızınin birgə mülkiyyətinə verilmiş Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən 1.43 ha torpaq sahəsinin mövcud elektron baza məlumatlarının əks olunduğu X7 X8 (TEKUİS-də) qeyd edilən koordinatlarına uyğun olaraq sərhədlərini müəyyən etmək və həmin torpaq sahəsi barədə rəy vermək mümkün olacaqdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, **********36 reyestr nömrəli, ********** nömrəli çıxarışa əsasən Ağcabədi rayonu, Sarıcalı kəndində mülkiyyətində olan 1,43 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək, sərhədlərinin tanıdılmasına və TEKUİS baza məlimatlarında müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Eləcə də, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən münasibətə əsasən müraciətdə qeyd edilən mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazidə dürüstləşmə işlərinin başa çatmadığı, davam etdiyi və son olaraq torpaq sahələri ilə bağlı yekun məlumatların X7 X11 daxil edildikdən sonra uyğunsuzluqların aradan qaldırılacağı qeyd edilmişdir. Belə ki, qeyd edilənlərə əsasən inzibati orqan tərəfindən müvafiq tədbirlərin davam etdirildiyi və halhazırda tələb üzrə müvafiq imtinanın olmadığı müəyyən edilir. Həmçinin torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı halı müəyyən edilir. İddiaçının nəzərinə çatdırılır ki, iş üzrə araşdırma nəticəsində mübahisəli ərazidə və həmin ərazinin əhatə etdiyi Yuxarı Aran qəsəbə inzibati ərazi dairəsi üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihəsinə əsasən dürüstləşdirmə işlərinin aparılması və uyğunsuzluqların aradan qaldırılması zəruridir. Belə ki, yalnız iddiaçıya məxsus ərazi üzrə dürüstləşmə işlərinin aparılacağı təqdirdə digər şəxslərin hüquqlarının pozulacağı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, ərazi üzrə ümumi dürüstləşmə işləri aparılana kimi iddiaçının tələbinin icrası qeyri-müəyyən olaraq qalacaqdır. Bir sözlə Torpaq islahatı zamanı mülkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması və dürüstləşmə işlərinin aparılması yalnız bir ərazi üzrə deyil, ümumi ərazi üzrə digər şəxslərə məxsus torpaq sahələri ilə birliktə aparılmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçıların iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Belə ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyət hüququnun mövcudluğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “**********36 reyestr nömrəli, ********** nömrəli çıxarışa əsasən Ağcabədi rayonu, Sarıcalı kəndində mülkiyyətində olan 1,43 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək, sərhədlərinin tanıdılmasına və TEKUİS baza məlimatlarında müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar