Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1380/2025 17.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarın ləğv olunması və üzvü mənşəli şəxsiyyət pozuntusu diaqnozuna uyğun olaraq Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmış hərbi travmadır səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lənkəran şəhər Psixiatriya Xəstəxanası və Səhiyyə Nazirliyinin Respublikassı Psixiatriya Xəstəxanası publik hüquqi şəxsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarın ləğv olunması və üzvü mənşəli şəxsiyyət pozuntusu diaqnozuna uyğun olaraq Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmış hərbi travmadır səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 44 günlük Vətən Müharibəsində iştirak edərkən xx.xx.2020-ci il tarixdə yaralanmış və “Partlayış travması, barotravma, qapalı kəllə-beyin travması” xəsarəti almış, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə Saatlı RMX-da, xx.xx.2020xx.xx.2020-ci il tarixdə Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olmuşdur. “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3.5 (üç ta5m onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi iiə” diaqnozu Ləyin edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində müalicədə olmuş və ona “X1” üzrə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə F 07.0” diaqnozu təyin edilmişdir. 2024-cü ildə müvafiq səhiyyə müəssisi tərəfindən barəsində F-88 (göndəriş) tərtib olunaraq sistemə daxil edilsə də ona “əlillik” təyin olunmasından imtina edilmişdir. İmtina cavabı ona xx.xx.2024-cü il tarixdə sms şəklində telefon vasitəsilə çatdırılmışdır. İmtinanı əsassız və qanunsuz hesab etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının Agentliyə müraciəti Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir., Xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumatlar səthi qeyd edilib. Eyni zamanda iddiaçının stasionar və ambulator müainəsiylə yanaşı instrumental müainələrindən aydın olur ki, diaqnoz öz əksini tapmamışdır. Həmçinin, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri postravmatik ensefalopatiya kəskin ifadə olunmuş asteno-nevrotik sindrom xəstənin əyani müainəsi zamanı aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Şəxsin əlilliyi qiymətləndirilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Qaydalarına uyğun qiymətləndirilir və xəstəliyin ağırlaşmaları nəzərə alınır. Əyani müainəsindəndə aydın olaraq görünür ki: Masallı rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3989 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, bas-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, yaddaşın enməsi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlıqı. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor aqıresitmə, pıçıltı nitqini sol qulaqda 3,5 (üç tam onda beş) metr, saq qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının 27.11,2023-cü il tarixli 2659 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış kəllə-beyin travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 03/2024 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun pozulmasından şikayətlənmişdir. Sağ biləkdə 2-3 ədəd çapıq göstərərək özünün etdiyini bildirmişdir (təsdiqləyici sənəd təqdim edilməmişdir). Düşüncəsi aydın, bələdliliyi tam qorunmuşdur. Zahirən sakit olmuş, ünsiyyətə daxil olmuşdur. Suallara ləng cavablar vermişdir. Emosional dəyişkən izlənilmiş, bələdliyi və tənqidi saxlanılmışdır. Təfəkkürü və düşüncəsi adekvat olmuşdur. Medikamentoz preparatlardan Litiumcarbonat, Cipralex, Lusetam qəbul etdiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Hal-hazırda kəskin və ya xroniki psixi xəstəlik əlamətləri aşkar edilmir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsəsi barədə qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Masallı rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarı xx.xx.2024-ci il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) məhkəməyə iddia ərizəsini göndərmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Bir sözlə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 3989 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, yaddaşın enməsi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3.5 (üç tanm onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13490 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022- xx.xx.2022-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada “Üzvi (baş beynin kontuziyası) emosional-labil pozuntu, yaddaşın enməsi ilə” diaqnozu ilə stasionar müalicədə olub. Xəstəxanadan evə yazılarkən bu barədə xəstəlik tarixindən çıxarış İddiaçı təqdim edilib və əlilliyin təyini üçün yaşayış yeri üzrə poliklinikaya müraciət etməsi məsləhət görülüb. Nəzərinizə çatdırırıq ki, əlilliyin təyin olunması üçün sənədlər, o cümlədən 88 saylı forma yaşayış yeri üzrə poliklinikada tərtib edilir və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir. Əlilliyin təyini Respublika Psixiatriya Xəstəxanasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 2372 nömrəli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış kim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə F07.0 qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-22205/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının göndərişləri və müraciətləri əsasında İddiaçı 21,10.2022-ci və xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından həm göndərişin rəsmiləşdirildiyi tarixində qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq birinci halda diaqnozun əlillik əlaməti təyin etməməsi, ikinci halda isə diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli T 413/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, - Vətəndaş İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə “Respublika Psixiatriya Xəstəxanası” phş-də “F.07.O-Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünü kəsmələrlə, dekompensasiya dövrü” diaqnozu ilə stasionarda müalicədə olmuşdur. - Diaqnoz aparılan müayinələrin nəticələri əsasında əldə olunduğundan onunla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Belə ki, o, məhkəmə-tibbi müayinədən təxminən 2-3 ay əvvəl stasionarda müalicədə olmuşdur. - Qeyd edilən xəstəlik tam (sağalmır) reabilitasiya olunmur, yalnız uzun müddət remissiya fazasında ola bilər. - Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Lənkəran şəhər Psixiatriya Xəstəxanası” phş tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, X00189951İSJ saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı psixi statusu, kliniki, anamnestik, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi ekspertlər tərəfindən 0% qeyd edilmişdir. - Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 969 nömrəli rəyindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Masallı rayon Ərkivan qəsəbə sakini İddiaçı xx.xx.2025 tarixdə SN LPX-nın inzibati binasında yuxarıda göstərilən tərkibdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur.
1. Əyani müayinə zamanı “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu,depressiv epizodlar, özünü kəsmələrlə” diaqnozu öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022 tarixli 187№-İi “Əlilliyin müəyyən olunması meyarları”nm təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərarında bu halda orqanizmin funksiyalarının 35-60% və ya 65-80% pozulması nəzərə alınmaqla müvafiq olaraq ikinci və ya üçüncü dərəcə əlillik təyinatı nəzərdə tutulur.
2. Müayinə olunan şəxsin səhhətini əks etdirən funksional diaqnostik müayinələrin nəticələri, dəfələrlə psixiatriya xəstəxanalarında stasionar müalicədə olması, mütəmadi ambulator psixiatr müalicəsi alması və bunun nəticəsində əmək qabiliyyətinin qeyri-qənaətbəxş olmasını əsaslandırır.
3. İddiaçı müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə qeyd edilən xəstəlik “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə” əyani müayinə zamanı öz təsdiqini tapır.
4. Dz.Üzvi 2-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektivpozuntu, depressiv epizodlar, özünü kəsmələrlə (Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanununun 8.1 maddəsi əsas tutulur).
5. Müayinə olunan şəxsin xəstəliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə əlaqədardır.
6. İddiaçı üzərində aparılan əyani müyinələrin nəticəsi ona “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ NAZİRLƏR KABİNETİNİN 13 may 2022 tarixli QƏRARİ-nın 7.6.2.1 bəndində qeyd olunan orqanizmin funksiyalarının 40% itirilməsi ilə 2 il müddətinə üçüncü dərəcəli əlillik təyinatına imkan verir.
Əsaslandırma hissəsi:
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 7.6.2 F07 - üzvi mənşəli şəxsiyyət pozuntusundan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60 faiz – 2 il müddətinə; 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 faiz – 2 il müddətinə; XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, İddiaçı əlilliyin təyini ilə bağlı tibbi sənədləri AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən ona “X1” üzrə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə F 07.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 2372 nömrəli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış kim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə F07.0 olmuşdur. Eləcə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 3989 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, yaddaşın enməsi ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 3.5 (üç tanm onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Cavabdeh göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1380/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli T 413/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə “Respublika Psixiatriya Xəstəxanası” phş-də “F.07.O-Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünü kəsmələrlə, dekompensasiya dövrü” diaqnozu ilə stasionarda müalicədə olmuşdur. Diaqnoz aparılan müayinələrin nəticələri əsasında əldə olunduğundan onunla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Belə ki, o, məhkəmə-tibbi müayinədən təxminən 2-3 ay əvvəl stasionarda müalicədə olmuşdur. Qeyd edilən xəstəlik tam (sağalmır) reabilitasiya olunmur, yalnız uzun müddət remissiya fazasında ola bilər. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Lənkəran şəhər Psixiatriya Xəstəxanası” phş tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, X00189951İSJ saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı psixi statusu, kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi ekspertlər tərəfindən 0% qeyd edilmişdir. Qeyd edilən rəylə bağlı məhkəmə qeyd edir ki, rəyin nəticə hissəsində əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə keçirilmiş əyani müayinənin nəticəsinə dair qəbul edilmiş qərardakı imtina əsasları təkrarlanmış və iddiaçıda olan xəstəliklərin mövcudluğu hissəsində səthi cavablar verilmişdir. Bu səbəbdən qeyd edilən rəy qismən mötəbər hesab edilir. Ekspert rəyinin tam qənaətbəxş olmadığı nəzərə alınaraq məhkəmə digər sübutlarıda qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 2372 nömrəli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış kim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə F07.0 – diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş və hər dəfəsində ona eyni diaqnoz - Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0 – qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 969 nömrəli rəyindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Masallı rayon Ərkivan qəsəbə sakini İddiaçı xx.xx.2025 tarixdə SN LPX-nın inzibati binasında yuxarıda göstərilən tərkibdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Rəyə əsasən İddiaçı müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişdə qeyd edilən xəstəlik “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, özünü kəsmələrlə” əyani müayinə zamanı öz təsdiqini tapmış, əyani müyinələrin nəticəsi ona “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ NAZİRLƏR KABİNETİNİN 13 may 2022 tarixli QƏRARİ-nın 7.6.2.1 bəndində qeyd olunan orqanizmin funksiyalarının 40% itirilməsi ilə 2 il müddətinə üçüncü dərəcəli əlillik təyinatına imkan verdiyi qeyd edilmişdir. Məhkəmə qeyd edilən rəylə razılaşır, lakin orqanizmin funksiyalarının konkret itirilmə faiz dərəcəsini 40% kimi deyil, 35-60% göstəricisi kimi qeyd ediməsini məqsədəmüvafiq hesab edir. Belə ki, gələcəkdə 40% dərəcə ilə əlillik təyin olunduğu təqdirdə sonrada cüzi dəyişiklik tərəfin əlillik qərarının dəyişdirilməsinə səbəb ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş müayinələr ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. İddiaçı məxsus xəstəlik sənədeləri və məhkəmə tərəfindən əldə edilən sübutlarla qeyd edilən "Əlilliyin müəyyən olunması meyarları”nın qarşılıqlı təhlili zamanı iddiaçıda olan xəstəliklərin meyarların 7.6.2.1-ci bəndi üzrə qiymətləndirmə halına – “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” uyğun olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddiası üzrə “üzvi mənşəli şəxsiyyət pozuntusu”nun 35-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)- 1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarın ləğv olunması və üzvü mənşəli şəxsiyyət pozuntusu diaqnozuna uyğun olaraq Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov