Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1385/2020 27.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Cavabdeh2nə qarşı tərtib olunmuş xidməti təhqiqatın nəticəsinə dair rəyin əsassız hesab edilməsi, əmrin ləğv edilməsi, xidmətə bərpa olunmağı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-in X1 tərəfindən tərtib olunmuş xidməti təhqiqatın nəticəsinə dair rəyin əsassız hesab edilməsini, Azərbaycan Respublikası DİN-in xx.xx.2020-ci il tarixli X2 xidmətdən xaric olunmağı barədə əmrin ləğv edilməsini və Azərbaycan Respublikası X2 xidmətə bərpa olunmağı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehlərə təqdim olunmuş, cavabdehlərdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün xx xxxxxxx 2020-ci il tarixdə saat 14:30-da məhkəməyə dəvət olunmuşlar. Cavabdehlərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək, xx xxxxxx 2020-ci il tarixli iddia ərizəsindən imtina olunması və məhkəmə icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının iddiadan imtinaya dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Cavabdeh2nə qarşı tərtib olunmuş xidməti təhqiqatın nəticəsinə dair rəyin əsassız hesab edilməsi, əmrin ləğv edilməsi, xidmətə bərpa olunmağı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49, 50, 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Cavabdeh2nə qarşı tərtib olunmuş xidməti təhqiqatın nəticəsinə dair rəyin əsassız hesab edilməsi, əmrin ləğv edilməsi, xidmətə bərpa olunmağı və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair işin icraatına xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1385/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1385/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver