Məhkəmə qərarları › İş №2-1(120)-1386/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1386/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1386/2024 06.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-5533/2024 saylı qəbul edilmiş qərarın səbəb əlaqəsinin dəyişdirilərək, İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlilliyin və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tаriхli, 2-1(120)- 4137/2023 nömrəli qərardadı ilə “Neftçala rayon Mərkəzi Xəstəxanası” X10 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmşdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1386/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-5533/2024 saylı qəbul edilmiş qərarın səbəb əlaqəsinin dəyişdirilərək, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin və əlillik dərəcəsinin təyin edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1-ci Qarabağ müharibəsində iştirak etmiş və 1994-cü ildə döyüş zamanı “Mina” partlaması nəticəsində yaralanaraq 5 saylı Bakı şəhər Klinik xəstəxanasına gətirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə şəhadətləndirilmişdir. Qərarda Hərbi tramvadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Cavabdeh orqanın xx.xx.2017-ci il tarixli Əlilliyin Qiymətləndirilməsinə dair 4110003AAB4F saylı 88 nömrəli forma arayışında “kəllədaxili taravmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Travmatik arxanodit. Kompleks parsial qıcolma travmaları ilə müşahidə olunan lokalizə olunmuş simptomatik epilepsiya və epilestik sindiromlar, tez-tez təkrarolunan epileptik qıcolma travmaları (ayda 5-6 dəfə) diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin etmiş və əliliik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilik” olduğu qeyd edilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu ilə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarına istinad edilməklə “Əlilliyin müəyyən olunması Meyarlarına” müvafiq olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir. Eyni zamanda bildirilmişdir ki, ümumi xəstəlikdən olan xəstəliklə bağlı əlilliyin təyinatı üçün müraciət edə bilər. Sonrakı müddətlərdə səhətinin daha da ağırlaşmasına baxmayaraq sonuncu dəfə əsassız olaraq imtina edilmişdir. Hesab edir ki, həmin imtina əsassızdır və cavabdehin hərəkətləri qanunsuz hesab edilərək əlillik dərəcəsinin verilməsi cavabdehə həvalə edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iş materiallarında olan iddiaya qarşı etirazında qeyd etmişdir ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Neftçala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: "Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Koksartroz [bud -çanaq oynağının artrozu], Hər iki bud-çanaq oynağının koksartrozu.)”;.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə. 8. Neftçala rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 303 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı travması nəticəsində üzün, alnın, boynun qulaq seyvanının, hər iki saidin aşadı 1/3-nin, sol bel-oma nahivvəsinin yanıqdan sonrakı dəri çapıqları, ətrafların funksiyasının pozulmaması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında minaya düşərək yandığını, bud-çanaq oynağına endoprotez qoyulmalı olduğunu bildirmiş, qıcolma tutmalarını yatdığı zaman bədən əzələlərinin yığılması kimi təsvit etmiş, medikamentoz preparatlardan “Fillepsal”, “Fenozepam” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli rentgen şəklində bud-çanaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir. Kartından Çıxarışda diaqnoz “Kəllədaxili travmalarm nəticələri, Keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri. Travmatik araxnoidit. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan epileptik qıcolma tutmalarıda 5-6 dəfə)" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1593 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu-deoressiv əlamətlərin üstünlüyü-xroniki ağrı sindromu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Oksigen Klinikasının xx.xx.2022-ci il tarixli Bud çanaq MR müayinəsinin nəticəsi “Hər iki bud basında solda daha ciddi olmağla avaskulvar osteonekroz lehinə geografik tərzdə demarkasion xətti geyd edildi. Hər iki femur başında ciddi kollaps izlənilməsədə. kortikal nahamarlıq diggəti çəkdi. Sol bud başı və boynunda eləcədə proksimal diafizində intramedullar sümük iliyi ödemi geyd edildi. Solda bud-çanag oynag ətrafında iliopsas bursiti lehinə-6.5x3x2 sm ölçüsündə maye kolleksiyası izlənildi. Ətraf yumşaq toxumalar ödemi idir" kimi qeyd olunmuşdur. Medistyle Hospitalın xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı elektrofizioloii göstəricilər sol ayağda L4, L5, S1 əzələlərdə radikulopatiya lehinə dəyərləndirilib kimi olunmuş, əlillik təyinatına əsas verməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Partlayış travmasından sonrakı vəziyyət. Hər iki bud çanağ oynağının bud sümüklərinin avaskulvar nekrozu. Hər iki bud çanaq oynağının İV mərhələ koksartrozu. Hər iki bud canag oynağının kəskin kontrakturası. bükmə 150 dərəcə, açma 120 dərəcə, uzaqlaşma 5 dərəcə. Sol diz oynağının deformasivaedici artrozu. bükücü kontrakturası bükmə 130 dərəcə. Yerişin kəskin pozulması. Qoltugağacı ilə olması. Dayaq hərəkət funksiyasının pozulması. Ağrı sindromu" kimi qeyd olunmuşdur. İstanbul NS klinikasının xx.xx.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplazivası. Hər iki lateral mədəciklərin ön buynuzları ətraflnda millimetrik ölçülərdə qeyri spesifik glioz ocağları mövcuddur. Alın paylarının ön kəsimlərində, gicgah paylarında yüngül subatrofiyaya bağlı parenxima həcmində azalma, subaraxnoidal və ekstraaksial məsafələrin yüngül genişlənmələri" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli rentgen şəklində bud-çanaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Təqdim edilmiş hərbi biletində “AR MM Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası" haqqında xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi isə etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2000-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.1994-cü ildə mina partlaması nəticəsində yaralanması, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” qeyd edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Arxivinin xx.xx.2000-ci il tarixli, 26/2- 3120 nömrəli arayışından görünür ki, N saylı hərbi hissədə xidmətdə olmuş, xidməti vəzifəsini yerinə yetirərkən 14 may 1994-cü il tarixdə yaralandığına görə komandirin xx.xx.1994-cü il tarixli, 105 nömrəli əmri ilə qazan təminatından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3672/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 30 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 303 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Mina partlayışı travması nəticəsində üzün, alnın, boynun qulaq seyvanının, hər iki saidin aşağı 1/3-nin, sol bel-oma nahiyyəsinin yanıqdan sonrakı dəri çapıqları, ətrafların funksiyasının pozulmaması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında minaya düşərək yandığını, bud-çanaq oynağına endoprotez qoyulmalı olduğunu bildirmiş, qıcolma tutmalarını yatdığı zaman bədən əzələlərinin yığılması kimi təsvit etmiş, medikamentoz preparatlardan “Fillepsal, “Fenozepam" qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Təqdim olunmuş xx.xx.2023cü il tarixli rentgen şəklində bud-çanaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir. X3 xx.xx.2022-xx.xx.2022-ci il tarixli X2 diaqnoz “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, Travmatik araxnoidit. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan epileotik qıcolma tutmaları (ayda 5- 6 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1593 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusi-depressiv əlamətlərin üstünlüvüxroniki ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. “Oksigen Klinikasının” xx.xx.2022-ci il tarixli Bud çanaq MR müayinəsinin nəticəsi uHər iki bud başında solda daha ciddi olmaqla avaskulyar osteonekroz lehinə geoqrafik tərzdə demarkasion xətti qeyd edildi. Hər iki femur basında ciddi kollaps izlənilməsədə, kortikal nahamarlıq diqqəti çəkdi. Sol bud başı və boynunda eləcədə proksimal diafizində intramedullar sümük iliyi ödemi qeyd edildi. Solda bud-canaq oynaq ətrafında ilioosas bursiti lehinə -6.5x3x2 sm ölçüsündə maye kolleksiyası izlənildi. Ətraf yumşaq toxumalar ödemlidir" kimi qeyd olunmuşdur. “Medistyle Hospitalın” xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı elektrofizioloii göstəricilər sol ayaqda L4, L5. S1 əzələlərdə radikulopatiya lehinə dəyərləndirilir'' kimi olunmuş, əlillik təyinatına əsas verməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Partlayış travmasından sonrakı vəziyyət. Hər iki bud canaq oynağının bud sümüklərinin avaskulvar nekrozu. Hər iki bud çanaq oynağının İV mərhələ koksartrozu. Hər iki bud çanaq oynağının kəskin kontrakturası, bükmə 150 dərəcə, acma 120 dərəcə, uzaqlaşma 5 dərəcə. Sol diz oynağının deformasivaedici artrozu, bükücü kontrakturası bükmə 130 dərəcə. Yerişin kəskin pozulması. Qoltuqağacı ilə olması. Dayaq hərəkət funksiyasının pozulması. Ağrı sindromu" kimi qeyd olunmuşdur. “İstanbul NS klinikasının” xx.xx.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplaziyası. Hər iki lateral mədəciklərin ön buynuzları ətrafında millimetrik ölçülərdə qeyri spesifik qlioz ocaqları mövcuddur. Alın paylarının ön kəsimlərində, gicgah paylarında yüngül subatrofiyaya bağlı parenxima həcmində azalma, subaraxnoidal və ekstraaksial məsafələrin yüngül genişlənmələri" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli rentgen şəklində bud-çanaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir. Hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Təqdim edilmiş hərbi biletində “AR MM Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası" haqqında xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-5533/2024 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) müxtəlif tarixlərdə aşağıda adları göstərilən 13 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Neftçala rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin J00074663BVC nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-14480/2023). Növbəti dəfə 3-17-4/1-5464/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1386/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 303 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı travması nəticəsində üzün, alnın, boynun qulaq seyvanının, hər iki saidin aşağı 1/3-nin, sol bel-oma nahiyəsinin yanıqdan sonrakı dəri çapıqları, ətrafların funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş, lakin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” alt sistemində həmin Qərarın qüvvədən düşməsi haqqında məlumat əks olunmuşdur. Təqdim edilmiş hərbi biletində AR MM-nin “Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası” haqqında xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu-depressiv əlamətlərin üstünlüyü xroniki ağrı sindromu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Medistyle Hospitalın xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloii göstəricilər sol ayaqda L4, L5, S1 əzələlərdə radikulopativa lehinə dəyərləndirilir” kimi qeyd edilmişdir. Akademik M.Ə.Mirqsımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1695 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Bas beyin atrofiyası. Diskogen radikulopatiya davamlı ağrı sindromu” kimi qeyd olunmuşdur. İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplaziyası. Hər iki lateral mədəciklərin ön buynuzları ətrafında millimetrik ölçülərdə geyri-spesifik glioz ocaqları mövcuddur. Alın paylarının ön kəsimlərində, gicgah paylarında yüngül subatrofiyaya bağlı parenxima həcmində azalma, subaraxnoidal və ekstraaksial məsafələrin yüngül genişlənmələri" kimi qeyd edilmişdir. X8 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Keçirilmiş ağciyər vərəmindən sonra qalıq əlamətləri, bərk ocaq və fibroz şəklində. Qarısıq tipli mötədil ventilyasiya pozğunluğu” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X8 Xəstəlikləri İnstitutunun xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 3,09 77%, FEV1 2,13 65%. Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli Sol diz oynağının MRT müayinəsinin nəticəsi “Medial meniskin arxa buynuzunda grade İ degenerasiya. Budun dörd başlı əzələsinin patella əsasına yapışma səviyyəsində tendinozis lehinə kəskin dəyişikliklər” kimi qeyd olunmuşdur. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli Bud-çanaq oynaqlarının MRT müayinəsinin nəticəsi “Saq bud sümüyünün basında Ficat və Arlett klassifikasiyası ilə stage 2 solda staqe 3 avaskulyar nekroz, hər iki bud-çanaq oynağında sinovial maye artısı soltərəfli iliopsoas bursiti" kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. X5 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli Oma büzdüm sümükləri rentgenoqrafiyası müayinəsinin nəticəsi “Saq bud çanaq oynağında: oynaq yarığı səthində düzənsizlik, osteoskleroz və oynaq kənarında osteofitik sivriləşmələr qeyd edilir: İİ-İİİ dərəcə koksartroz. Femor başı oynaq səthində çökmə, oynaq səthi tamlığının pozulması, subxondral kistoz destruktiv dəyişikliklər və perifokal osteoskleroz (demokrasiya zonası) aşkar edilir: bud sümüyü başının lll-İV dərəcə avaskulyar nekrozu. Sol bud-çanaq oynadında: oynaq yarığı qismən daralıb, hər iki oynaq səthində düzənsizlik, osteoskleroz və oynaq kənarında osteofitik sivriləşmələr qeyd edilir: İİİ dərəcə koksartroz. Femor başı oynaq səthində çökmə fonunda deformasiya, oynaq səthi tamlığının pozulması, subxondral kistoz destruktiv dəyişikliklər və perifokal osteoskleroz (demorkasiva zonası) aşkar edilir: bud sümüyü başının İV-V dərəcə avaskulyar nekrozu. Solda daha bariz olmaqla sakroliak oynaq yarıqları kənarlarında osteoskleroz təyin edilir. Bilateral xroniki sakroilet yönündə dəyərləndirilməsi məsləhətdir kimi qeyd edilmişdir. X5 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Saq bud sümüyü başının üçüncü-dördüncü dərəcə avaskulyar nekrozu. Sağ tərəfli ikinci-ücüncü dərəcəli koksartroz, osteoskleroz, kənari osteofitlər. Sol bud sümüyü başının dördüncü-beşinci dərəcəli avaskulyar nekrozu, üçüncü dərəcə koksartroz, bud sümüyü başının deformasiyası, osteoskleroz, osteofitlər. Solda daha kəskin olmaqla hər iki oynağın riqid kontrakturası, bükmə 120 dərəcə, uzaqlaşma 0 dərəcə, acma 150 dərəcə. Bilateral xronik sakroileiti. Sümüklərin osteoparozu. Daimi ağrılar axsama və verişin pozulması” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında minaya düşərək yandığını, bud- canaq oynağına endoprotez qoyulmalı olduğunu bildirmiş, qıcolma tutmalarını yatdığı zaman bədən əzələlərinin yığılması kimi təsvir etmiş, medikamentoz preparatlardan “Fillepsal”, “Fenozepam” qəbul etdiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma ücün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloii və psixi defisit müşahidə edilməmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli rentgen şəklində bud-canaq oynağının destruksiya və avaskulyar nekroz əlamətləri izlənilmişdir” kimi qeyd olunmuş, Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Əyani müayinəsi zamanı müayinə otağına qoltuqaltı əsalar ilə daxil olmuş, yanıq xəsarətləri aldığını, belində sınıq olduğunu, həmin vaxt təxminən 2 il yeriyə bilmədiyini, epilepsiya, yuxusuzluq, başağrıları, bud-çanaq oynağında olan ağrılardan əziyyət çəkdiyini qeyd etmişdir. Medikamentoz preparatlardan Fenozepam, Finlepsal, Probegin, Tramadol qəbul etdiyini bildirmişdir. Anamnezində tutmalarının ay ərzində təxminən 4-5 dəfə olduğunu, davam etdiyini, ailə üzvlərinin onu böyrü üstə çevirdikləri zaman nisbətən sakitləşdiyini ifadə etmişdir. Müayinə zamanı sağ saidin aşağı 1/3-də, belində səthi yanıq çapıqları izlənilmiş, bud-çanaq oynağında 180-150 dərəcəarası hərəkət göstərmiş, əlillik təyinatına əsas verə biləcək hərəki məhdudluq, kontraktura müəyyən edilməmişdir. Vətəndaşın arterial təzyiqi 130/80 mm.c.st, saturasiyası Sp02 98%, nəbzi 96 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, auskultasiyada vezikulyar tənəffüs eşidilmişdir. Nevroloji və psixiatrik cəhətdən əlillik təyinatına əsas verə biləcək patologiya aşkar olunmamışdır. Hərbi qərarda qeyd edilmiş travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Yanaşı olaraq əlillik təyinatına əsas verən bud-çanaq oynağının koksatrozunun xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qeyd olunan sənədlərdən göründüyü kimi iddiaçı “Mina partlayışı travması nəticəsində üzün, alnın, boynun qulaq seyvanının, hər iki saidin aşağı 1/3-nin, sol bel-oma nahiyəsinin yanıqdan sonrakı dəri çapıqları, ətrafların funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş, hərbi həkim komissarlığında sağ ayağından müayinə olunduğunu, sağ ayağında olan xəstəlik əlamətləri əlillik dərəcəsinin təyin edilməməsinin əsası kimi qeyd etmişdir. Məhkəmə iş materialları ilə müəyyən edir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin səbəb əlaqəsi kimi, Azərbaycan Respublikasının ərazi bütovlüyü ilə əlaqədar qeyd edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını yoxlayaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, İddiaçı təyin edilmiş xx.xx.2017-ci il tarixli Əlilliyin Qiymətləndirilməsinə dair 4110003AAB4F saylı 88 nömrəli forma arayışında “kəllədaxili taravmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Travmatik arxanodit. Kompleks parsial qıcolma travmaları ilə müşahidə olunan lokalizə olunmuş simptomatik epilepsiya və epilestik sindiromlar, tez-tez təkrarolunan epileptik qıcolma travmaları (ayda 5-6 dəfə) diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilmiş və əliliik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilik” qeyd edilmiş, xx.xx.2022ci il tarixdə müddətinin bitməsi ilə əlaqədar ona təyin edilmiş əlillik qüvvədə düşmüşdür. İddiaçı əllik müddətinin uzadılaması ilə əlaqədar cavabden inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan əlillik dərəcəsinin yenidən təyin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadı əsasında xx.xx.2024-cü il tarixində iddiaçı əlavə əyani müayinəsinin araşdırılması aparılmış, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin müddəti və orqanizmin funksiyalarının 40 faiz pozulması hissəsində bərpa olunmuş, lakin səbəb əlaqə hissəsi ilə razılmamışdır. Məhkəmə müəyyən edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 303 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mina partlayışı travması nəticəsində üzün, alnın, boynun qulaq seyvanının, hər iki saidin aşağı 1/3-nin, sol bel-oma nahiyəsinin yanıqdan sonrakı dəri çapıqları, ətrafların funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Həmin qərarın qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyİ, qüvvədə olma müddəti qurtardığı və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi, cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edildiyi halda, hazır ki vəziyyətədə ümumi xəstəlik qeyd edilməsinin səbəbini cavabdeh inzibati orqan sübuta yetirə bilməmiş, iddiaçının hərbi biletində hərbi xidmətinin ləğv edilməsi qeyd eildiyini əsas gətirərək bu qənaətə gəlmişdir ki, iddiaçıya təyin edilmiş əlillik səbəbi ümumi xəstəliklə əlaqədar olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı əlillik təyin edilməsinə əsas olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli 303 nömrəli qərarının və iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin edilmiş əvvəlki qərarın səbəb əlaqə hissədə düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. İddiaçıya təyin olunmuş əlilliyin ümumi xəstəlik əsasında yaranmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla bağlı cavabdeh inzibati orqan əlilliyin səbəb əlaqəsini şübhə altına alan əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsipinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İddiaçıya münasibətdə etimad prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının barəsində tərib olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2000-ci il tarixli 303 nömrəli qərarı mövcud olduğu və ona təyin edilmiş ilkin əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd olunduğu halda, ona yenidən əlillik təyin edilərkən qərarın səbəb əlaqə hissəsində ümumi xəstəlik qeyd olunmuşdur. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-5533/2024 saylı qərarının səbəb əlaqəsi hissəsində dəyişdirilməli, İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlilliyin və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-5533/2024 saylı qərarının səbəb əlaqəsinin dəyişdirilərək, İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar əlilliyin və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar