Məhkəmə qərarları › İş №2-1(120)-1389/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1389/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1389/2025 02.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. t ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-xx.xx.1983-cü il tarixə (2 il 06 ay 09 gün) kimi “X19 Texnikumun”-da əyani təhsil almışdır. Əmək fəaliyyətinə isə xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə (11 ay 10 gün) kimi “Azneft” İB-nin Kürsəngi NQÇİ-də “kollektor-operator”, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixə (07 il 01 ay 05 gün) kimi “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” və xx.xx.1991-ci il tarixdə “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodu ləğv edilərək “Araz” Zavodu ilə birləşərək xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixə (04 il 09 ay 06 gün) kimi “Araz” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” vəzifələrində işləmiş və xx.xx.2004-cü il tarixdən (xx.xx.2017-cı il tarixə kimi - 13 il 01 ay) hal-hazıra kimi “Əli Bayramlı (indiki Şirvan) şəhər Mərkəzləşmiş kitabxana sistemin”-də “rəssam” vəzifəsində işləyir. Onun xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 28 il və zərərli iş stajı isə 11 il 10 ay 12 təşkil edir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan, hesab edir ki, ona xx.xx.2014-cü il tarixdən, 52 yaşdari güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. O cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətin, əmək kitabçasının əslin, diplomun sürətin və ƏƏSMN-nin yanında DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-17-S/2-A-1678/2024 №-li arayışı əlavə edərək ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona xx.xx.2024cü il tarixli, 3-17-1/2-A-44003/2024 №-li məktubla cavab verərək təqdim etdiyi sənədlərdə iş yerinin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən onun güzəştli iş stajını müəyyən etmək olmadığı bildirmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlər üzrə pensiya məbləğinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, 2-1(120)- 4202/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, İnzibati Prosessual Məcəllənin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-44003/2024 nömrəli məktubla cavablandırılmış və müvafiq sənədlər təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. İddiaçı iddia ərizəsində 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlər üzrə pensiya məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir.İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, beləliklə də xx.xx.2014-cü il tarixdə 52 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2014-cü il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur:“Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.”İstinad olunan normanın müddəaları baxımından İddiaçı xx.xx.2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu:İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi): İddiaçı iş stajının ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi);İddiaçı ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi). İnzibati icraat materiallarından aydın olur ki, İddiaçı güzəştli iş stajı ilə bağlı heç bir sənəd təqdim etməmiş, bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının güzəştli is stajına münasibət bildirmək imkanına malik olmamışdır. İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya 2 nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar qeyd olunmalıdır:

1. Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı;

2. Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı;

3. Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı;

4. Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər;

5. Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay, günlə göstərilməklə);

6. Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri;

7. Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə/ (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər.Həmin icmal məktubunda qeyd olunur ki, bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçı iddia ərizəsində pensiya hüququnun 2015-ci ildə yarandığını və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarfnda güzəştli arayış barədə normanın qeyd edilmədiyini bildirmişdir. İddiaçının istinad etdiyi Qaydalara 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş verinin arayışı təqdim edilməlidir.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-669/2024 nömrəli qərarında oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. "Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarında da qeyd olunduğu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı tələb edilən sənədlərdən biri də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışıdır. Həmin sənədin Mərkəzi Filial tərəfindən X6 Sistemi vasitəsilə əldə edilməsi qeyri- mümkündür və bilavasitə işəgötürən tərəfindən ərizəçiyə təqdim edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdehin imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır:

1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması;

2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi.

3. Mövcud icraat materiallarına əsasən İddiaçı güzəştli iş stajını təsdiq edən sənəd təqdim edilmədiyinə görə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə pensiya təyinatına münasibət bildirmək mümkün olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, güzəştli iş stajı və ümumi iş stajı tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmadığına görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, yuxarıda göstərilənləri və İPM-in 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlər üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair 2- 1(120)-4202/2024 nömrəli inzibati mübahisəyə dair iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur və Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 1 P,m. 37-də qeydiyyatda olmaqla orada yaşayır. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 52 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 10 il güzəştli iş stajının olması tələb olunur. İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə (11 ay 10 gün) kimi “Azneft” İB-nin Kürsəngi NQÇİ-də “kollektor-operator”, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixə (07 il 01 ay 05 gün) kimi “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” və xx.xx.1991-ci il tarixdə “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodu ləğv edilərək “Araz” Zavodu ilə birləşərək xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixə (04 il 09 ay 06 gün) kimi “Araz” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” vəzifələrində işləmiş və xx.xx.2004-cü il tarixdən (xx.xx.2017-cı il tarixə kimi - 13 il 01 ay) hal-hazıra kimi “Əli Bayramlı (indiki Şirvan) şəhər Mərkəzləşmiş kitabxana sistemin”-də “rəssam” vəzifəsində işləyir. İşdə olan iddiaçının DT-İ 766829 nömrəli diplomunun təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1980-xx.xx.1983-cü il tarixə (2 il 06 ay 09 gün) kimi “X19 Texnikumun”-da əyani təhsil almışdır. İşdə olan “Azərsilah” X13” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış 20 fevral 2025-ci il tarixli, 1/03/270 nömrəli məktubunda göstərilmişdir ki, X18 şöbəsinə ünvanlanan 2025-ci il 22 yanvar tarixli 2-1(120)- 855/2024 nömrəli məktuba "xxxx" Elmi-İstehsalat Müəssisəsində baxılmışdır. İcraatda olan İddiaçı inzibati işi üzrə məhkəmə tərəfindən ünvanlanan sorğuya baxılarkən məlum oldu ki, "xxxx" EİM-in X18 şöbəsinin arxiv sənədlərində xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövr üçün sözügedən vətəndaşa aid hər hansı sənəd aşkar edilməmişdir. Arxivdə müvafiq sənədlərin olmaması səbəbindən, İddiaçı haqqında məlumat təqdim etmək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Dövlət X9 iddiaçıya ünvanladığı 02 aprel 2025-ci il tarixli, 3-48-DA-14F/2-453/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Əli Bayramlı (indiki Şirvan) “Uzaq rabitə” (Дальняя связь) -“Araz" zavodunun 1987-1996-cı illərin əmrlər kitabında K-99 və 108/a əmrlər aşkar edilmişdir. xx.xx.1987-ci il tarixli K-99 nömrəli əmrdə göstərilmişdir ki, xx.xx.1991-cı il tarixli, 108/a nömrəli əmrdə göstərilmişdir ki, xx.xx.1991-ci il tarixdə “Dalnaya svyaz (Uzaq rabitə)” Zavodu ləğv edilərək “Araz” Zavodu ilə birləşərək İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixə (04 il 09 ay 06 gün) kimi “Araz” Zavodunda “kimyəvi labaratoriya” sexində “labarant” vəzifələrində işləmişdir. İşdə olan İİİ-ЖГ 404871 nömrəli nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 18 may 1985-ci il tarixdə X5 ilə X7 arasında nigah bağlanmışdır. Nigahdan sonra qadın Allahverdiyeva soyadını götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-17-5/2-A-1678/2024 nömrəli məktubunda göstərilmişdir ki, “xx.xx.1984-cü il tarixdən xx.xx.1991 -ci il tarixə kimi Uzaq rabitə (’’Дальная связь”) zavodunda kimyəvi laboratoriya sexində, xx.xx.1991 -ci il tarixdən xx.xx.1996-ci il tarixə kimi "Şirvan-Araz” Zavodunda kimyəvi laboratoriya sexində işləmiş olduğu laborant vəzifəsinin zərərli və ağır iş sahəsi olması, işlədiyi vəzifə üzrə əmək funksiyalarının nədən ibarət olduğu, hansı kimyəvi maddələrlə işləməklə zərərli işə görə aylıq əmək haqqına əlavələr və əmək məzuniyyətinə neçə təqvim günü əlavə məzuniyyət verilməsi hüququnun olduğuna dair” arayışın verilməsinə köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şirvan- Salyan regional şöbəsinə etdiyi müraciətə baxıldı. Müraciət ilə əlaqədar "X20” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş məktubda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "n” bəndinə əsasən iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq işçinin əmək müqaviləsi üzrə əsas hüquqlarından biri olduğunu və həmin Məcəllənin 88-ci maddəsinin (İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri) 1-ci hissəsinin tələblərinə uyğun olaraq işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərin təsdiq edilmiş surətlərini, habeiə onun peşəkarlıq, işgüzarlıq səviyyəsi və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə işəgötürənin borclu olduğu qeyd olunmuşdur. “X20” MMC-dən daxil olmuş 10 yanvar 2024-cü il tarixli 16/05 saylı məktubda bildirilir ki, 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra "X20” MMC yenidən fəaliyyətə başlamışdır. Müdafiə Sənayesi Nazirliyi yaradılmasından öncəki sənədlərin arxivə verilib-verilməməsi haqqında heç bir məlumat yoxdur. Bu səbəbdən arxivin olubolmaması, mərkəzi arxivə təhvil verilməsi və yaxud hər hansı səbəbdən məhv olması haqqında heç bir məlumatın olmadıqlarını bildirmişlər. Bu səbəbdən arxiv sənədləri haqqında arayışı verə bilmədikləri qeyd etmişlər. Müraciətdə göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan “Azərsilah” “X13” QSC "xxxx" X10 MMC “X20” tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, 16/186 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən, xx.xx.1984-cü il tarixdə Əli bayramli şəhərində yerləşən "Uzaq Rabitə" zavodunun Kimyəvi Laboratoriya sexində laborant vəzifəsində çalışmışdir. xx.xx.1991-ci il tarixdə "Uzaq Rabitə" zavodu "Araz" zavodu ilə birləşdirilmiş və İddiaçı Mərkəzi zavod laboratoryasına laborant vəzifəsinə keçirilmişdir. xx.xx.1996-ci il tarxində Azərbaycan Respublikasinin qüvvədə olan Əmək Mecelləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Arayış hal-hazırda verilən sənətlərə və əmək kitabçasında öz əksini göstərən subutlara əsaslanaraq hazırlanılmışdır. "Uzaq Rabitə" və "Araz” zavodu üzrə X1 ümumi iş staji 11 il, 10 ay, 12 gün təşkil edir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 23 fevral 2024-cü il tarixli, 3-17-1/2-A-44003/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 6 fevral 2024-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdər başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddət şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2o yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan X11 və Humanitar Kollecinin xx.xx.2024-cü il tarixli, 74 nömrəli arxiv arayışında göstərilmişdir ki, X11 və Humanitar Kollecinin arxiv sənədlərinə əsasən verilir X2 ondan ötrü ki, həqiqətən də o, 1980-ci ildə X19 Texnikumunun xx.xx.1980-ci il tarixli 149 saylı əmri ilə əyani şöbənin “Quyuların geofiziki üsulla tədqiqi” ixtisasına qəbul olunmuşdur. N.Ə.Alxasova 1983-cü ildə X19 Texnikumunun xx.xx.1983-cü il tarixli 34 saylı əmri ilə təhsilini bitirmiş və ona “texnik-geofizik” ixtisası üzrə flT-İ№766829 nömrəli,423 qeydiyyatlı adi diplom verilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 23 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-229179/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilir. İşdə olan Azərbaycan Respublikası Dövlət X9 məhkəməyə ünvanladığı 04 oktyabr 2024-cü il tarixli, 3-48-DA-14F/2-433/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı verilən xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2- 453/2023 nömrəli arxiv arayışının verilməsinə əsas olan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini təqdim edir. İşdə olan “Azərsilah” X13” QSC "xxxx" EİM-nin Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 100/03-589 nömrəli məktubunda göstərilmişdir ki, olan 2-1(120)-4202/2024 nömrəli xx.xx.2024-cü il tarixli iş üzrə Telemexanika İdarəetmə şöbəsinə ünvanladığı sorğuya cavab olaraq “Azərsilah” X13” QSC "xxxx" EİM-nin Telemexanika İdarəetmə şöbəsinin mərkəzi laboratoriyasında bugünki gündə işləyən işçilərə dair məlumatlar aşığıdakı kimi qeyd olunur: İlk öncə bildirilir ki, Telemexanika İdarəetmə şöbəsinin mərkəzi laboratoriyasında hazırda işləyən işçilərin vəzifələri (peşələri) zərərli əmək kateqoriyasına aiddir. Habelə mövcud qanunvericiliyin tələbi istiqamətində həmin işçilərə əməkhaqqlarına əlavələr və eləcə də əmək məzuniyyəti günlərinə də əlavələr olunur. Həmin işçilərin funksional vəzifələri bütün iş günü ərzində kimyəvi məhlullar, o cümlədən, kimyəvi maddə və elementlərin məşğulundan ibarətdir. Həmçinin həmin işçilərin hal-hazırda müəssisədə istifadə etdikləri kimyəvi maddələr aşağıda qeyd edilən kimidir:

1. H2 S04 - Sulfat Turşusu (faizli məhlulu 60 °C tempraturda qızdırılan vannanın faizci tərkibi).

2. Co- Qurğuşun (materialın tərkibində SB (stibium) faizinin yoxlanması).

3. NO3 -Azot turşusu (kimyəvi analizlərdə istifadə olunur).

4. Ba (N03)2 - Barium nitrat.

5. PAM - Aliminium tozu.

6. Sr NO3 - Aronsium nitrat.

7. Barıt - (tərkibi 90%-ə qədər nitro celyuloza). Əlavə olaraq qeyd olunur ki, hal-hazırda müəssisənin mərkəzi laboratoriyasında əmək fəaliyyəti ilə məşğul olan əməkdaşların icra etdikləri işlər (vəzifə və ya peşələr), 0 cümlədən sorğuda adı çəkilən vətəndaşın (İddiaçı) sorğuda qeyd olunan müddətlərdə məşğul olduğu əmək fəliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı və həmçinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 8-ci bölməsində (Kimya istehsalatı: xüsusi istehsalat və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər; istehsalatlarda bilavasitə məşğul olan sex və istehsalat laboratoriyalarının işçiləri), bununla yanaşı 9-cu bölməsində (Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı: - 9.1. Bərk azot turşusunun, selenin əsasında kükürd, azot turşusunun və onların duzlarının, duru raket yanacağının oksidləşdiricilərinin istehsalı, işlənmiş turşuların denitrasiyası və konsentrasiyası, partlayıcı maddələrin və barıtların istehsalatında turşuların rekuperasiyası; 9.3. Hər növ barıtların, bərk yanacaq qidalandırıcılarının, qazsız, az qazlı və pirotexniki tərkiblərin, odqarışdırıcı, oddaşıyıcı və partlayıcı naqillərin, qidalandırıcıların, yanan gilizlərin, tünd azot turşusu əsasında duru raket yanacağı oksidləşdiricilərinin, həmçinin yarımfabrikatların və onların əsasında kompozisiyaların istehsalı və yenilərinin işlədilməsi; 9.6. Efirin, kollodiumun istehsalı, əridicilərin saflaşdırılması və rekuperasiyası; 9.8. Metanol, selektiv əridicisinin natriumdinitrokrezolyatorların və amoniumun istehsalı; 9.9. Hər növdən olan döyüş sursatlarının, döyüş hissələrinin raket mühərriklərinin “barıtlı, reaktiv məhlullu, qatı yanacaqlı” və onların aqreqatlarının, mühərrik qurğularının, raket bloklarının, pirotexniki məmulatların və tezpartlayan partlayıcı maddələrin, məhsulların sınaqdan keçirilməsi; 9.13. zərərli məhsullar qaytarılan qabların yuyulması və işlədilməsi, kimyəvi aparatların, avadanlığın, tutumların təmizlənməsi ilə məşğul olan fəhlələr; 9.14. Müəssisələrin və təşkilatların laboratoriyaları “bölmələri”; duru raket yanacağının komponentləri ilə çirklənmiş raket silahının neytrallaşdırılması və sökülməsi, kosmik raket vasitələrinin doldurulması, ləğv edilməsi işlərini görən işçilər, fəhlələr, mütəxəssislər və rəhbərlər) nəzərdə tutulan işlər ilə (peşələr və vəzifələr ilə) eynilik təşkil edir. Telemexarıika İdarəetmə şöbəsi ilə Araz İdarəetmə şöbəsi eyni profilli müəssisədirlər və adıçəkilən müəssisələrin fəaliyyəti (müəssisələrdə görülən işlər) eynilik təşkil edir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1962-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun müraciətindən imtina edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdər başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddət şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2o yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə bunu vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı və həmçinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı hal-hazırki tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 52 yaşı –xx.xx.2014-cü ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi xx.xx.2014cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 20 ildən çox ümumi iş stajı olmalı və bundan azı 10 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006-cı ilədək, yəni xx.xx.1972-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Azərenerjixüsusitəmir” müəssisəsinin Əli-Bayramlı təmir tikinti sahəsində rəngsaz peşəsi kimi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının xx.xx.1984-cü il tarixdən “Uzaq Rabitə” zavodunun Kimyəvi Laboratoriya sexində laborant, xx.xx.1991-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Uzaq Rabitə” zavodu “Araz” zavodu birləşdirildiyi üçün Mərkəzi zavod laboratoriyasında laborant peşəsində işləməsi Azərbaycan Respublikası Dövlət X9 iddiaçıya ünvanladığı 02 aprel 2025-ci il tarixli, 3-48-DA-14F/2-453/2023 nömrəli arxiv arayışı, “Azərsilah” “X13” QSC "xxxx" X10 MMC “X20” tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, 16/186 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən, xx.xx.1984-cü il məktubda öz əksini tapmışdır. Belə olan halda iddiaçı tələb olunan 10 ildən artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İşdə olan Azərbaycan Respublikası Dövlət X9 məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-48-DA-14F/2-433/2024 saylı məktubuna əsasən, “Uzaq Rabitə” zavodunun xx.xx.1987-ci il tarixli əmrinin, “Araz” Zavodunun xx.xx.1991-ci il tarixli, xx.xx.1997-ci il tarixli əmrlərinin surətləri təqdim edilmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdər başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddət şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2o yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı və həmçinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 8-ci bölməsində (Kimya istehsalatı: - xüsusi istehsalat və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər; istehsalatlarda bilavasitə məşğul olan sex və istehsalat laboratoriyalarının işçiləri), bununla yanaşı 9-cu bölməsində (Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı: - 9.1. Bərk azot turşusunun, selenin əsasında kükürd, azot turşusunun və onların duzlarının, duru raket yanacağının oksidləşdiricilərinin istehsalı, işlənmiş turşuların denitrasiyası və konsentrasiyası, partlayıcı maddələrin və barıtların istehsalatında turşuların rekuperasiyası; 9.3. Hər növ barıtların, bərk yanacaq qidalandırıcılarının, qazsız, az qazlı və pirotexniki tərkiblərin, odqarışdırıcı, oddaşıyıcı və partlayıcı naqillərin, qidalandırıcıların, yanan gilizlərin, tünd azot turşusu əsasında duru raket yanacağı oksidləşdiricilərinin, həmçinin yarımfabrikatların və onların əsasında kompozisiyaların istehsalı və yenilərinin işlədilməsi; 9.6. Efirin, kollodiumun istehsalı, əridicilərin saflaşdırılması və rekuperasiyası; 9.8. Metanol, selektiv əridicisinin natrium-dinitrokrezolyatorların və amoniumun istehsalı; 9.9. Hər növdən olan döyüş sursatlarının, döyüş hissələrinin raket mühərriklərinin “barıtlı, reaktiv məhlullu, qatı yanacaqlı” və onların aqreqatlarının, mühərrik qurğularının, raket bloklarının, pirotexniki məmulatların və tezpartlayan partlayıcı maddələrin, məhsulların sınaqdan keçirilməsi; 9.13. zərərli məhsullar qaytarılan qabların yuyulması və işlədilməsi, kimyəvi aparatların, avadanlığın, tutumların təmizlənməsi ilə məşğul olan fəhlələr; 9.14. Müəssisələrin və təşkilatların laboratoriyaları “bölmələri”; duru raket yanacağının komponentləri ilə çirklənmiş raket silahının neytrallaşdırılması və sökülməsi, kosmik raket vasitələrinin doldurulması, ləğv edilməsi işlərini görən işçilər, fəhlələr, mütəxəssislər və rəhbərlər) nəzərdə tutulan işlər ilə (peşələr və vəzifələr ilə) eynilik təşkil edir. Telemexarıika İdarəetmə şöbəsi ilə Araz İdarəetmə şöbəsi eyni profilli müəssisədirlər və adıçəkilən müəssisələrin fəaliyyəti (müəssisələrdə görülən işlər) eynilik təşkil edir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 10 ildən artıq güzəştli iş stajına malik olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununа dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə əsasən, həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı cavabdeh inzibati orqana hazırkı tələblə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etdiyindən qanunvericiliyə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki üç il üçün (xx.xx.2024 - 3 il = xx.xx.2021) ödənildiyindən ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanıb ödənilməlidir Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən 52 yaşdan təyin edilsin və müraciət tarixindən əvvəlki 3 il yəni, xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-520/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ:

İddiaçı iddiası təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən 52 yaşdan təyin edilsin və müraciət tarixdən (xx.xx.2024-cü il) əvvəlki 3 il yəni, xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar