Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-139/2021 12.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Beyləqan rayonu, Bolsulu kəndi, N №-li hərbi hissədə qeydiyyatda olmaqla, faktiki olaraq Qusar şəhəri, Çingiz Qurbanov küçəsi, hərbi şəhərcik, mənzil 64-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «xx.xx.N-ci il tarixli əmrin ləğv edilməsi və onun N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-bölmə rəisi vəzifəsindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən ehtiyata buraxılması haqqında müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək «xx.xx.N-ci il tarixli əmrin ləğv edilməsi və onun N nömrəli hərbi hissə komandirinin MTT üzrə müavini-bölmə rəisi vəzifəsindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən ehtiyata buraxılması haqqında müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, N nömrəli hərbi hissə komandirinin MTT üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət edərkən tabeçiliyində olan hərbi hissənin ərzaq xidməti rəisi, baş leytenant Laçın Əhmədovun hərbi hissənin ərzaq anbarından N-ci ilin may ayında yol verdiyi ərzaq oğurluğu faktına görə vəzifəsindən kənarlaşdırılmış və onunla xx.xx.N-ci il tarixdə N nömrəli hərbi hissənin kadrlar şöbə rəisinin baş köməkçisi, polkovnik-leytenant Elzamin Məmmədov tərəfindən aşağı vəzifəyə təyin olunması barədə söhbətləşmə aparılmışdır. Söhbətləşmə vərəqəsində aşağı vəzifəyə keçirilməsi ilə razı olmadığını bildirmiş, həyat yoldaşının 1 ildən artıq ağır xəstə olmasını, himayəsində 5 azyaşlı uşağının olduğunu və özünün 2002-ci il tarixdən xidməti vəzifələrinin icrası zamanı hərbi travma aldığını bildirərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən ehtiyata buraxılmasını xahiş etmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən hərbi hissənin kargüzarlığında ehtiyata buraxılması haqqında raport yazsa da, raportu qəbul edilməmişdir. Belə ki, zabitlərdən ehtiyata buraxılmaqları haqqında raportların qəbul edilməsi qeyri-rəsmi olaraq qadağan edilmişdir. Bu səbəbə görə də o, hərbi hissə komandirinə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən ehtiyata buraxılmaq haqqında xx.xx.N-ci il tarixdə teleqram vasitəsilə raportla müraciət etmiş, lakin müraciəti cavablandırılmamış, nəticəsiz qalmış və onun N nömrəli hərbi hissəyə aşağı vəzifəyə təyin edilməsi barədə Müdafiə Nazirliyi müvafiq əmr də vermişdir. Eyni vaxtda - xx.xx.N-ci il tarixdə o, analoji xahişlə teleqram vasitəsilə raportlarla Müdafiə Nazirliyinin hüquq idarəsinə və müdafiə nazirinin müavininə müraciət etmişdir. Müraciətlərinin nəticəsiz qaldığını görərək N nömrəli hərbi hissəyə aşağı vəzifəyə təyin edilməsi barədə Müdafiə nazirinin müvafiq əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissə komandirinin MTT üzrə müavini-bölmə rəisi vəzifəsindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən ehtiyata buraxılması haqqında müvafiq əmrin verilməsi xahişi ilə xx.xx.N-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti bu günə qədər cavablandırılmamış və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz sayaraq hesab edir ki, aşağı vəzifəyə keçirilməsi haqqında Müdafiə nazirinin xx.xx.N-ci il tarixli əmrindən daha əvvəl - xx.xx.N-ci il tarixdə söhbətləşmə vaxtı ehtiyata buraxılması xahişi ilə müraciət etdiyi an və həmçinin xx.xx.N-ci il tarixdə hərbi hissə komandirinə və Müdafiə Nazirliyinə teleqramla müraciət etdiyi vaxt tutduğu N nömrəli hərbi hissə komandirinin MTT üzrə müavini vəzifəsindən ehtiyata buraxılmalıdır. Tələbinin hüquqi əsası kimi «Vətəndaşların müraciətlərinə baxılması haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Silahlı X1 117, 118-ci maddələrinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə istinad etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şərəf məhkəməsində iştirak etmiş, lakin protokolda göstərildiyi kimi bir pillə aşağı vəzifəyə təyin edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasına razı olduğunu bildirməmiş, özünün və həyat yoldaşının xəstə olmasını, himayəsində 5 azyaşlı uşağının olmasını nəzərə alaraq öz ərizəsi ilə ehtiyata buraxılmasını xahiş etmişdir. Şərəf məhkəməsinin protokolu sonradan saxtalaşdırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM-nin) 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şirvan İnzibati Məhkəməsinə daxil olmuş xx xxxxxxx N-ci il tarixli 11/5072 saylı iddia ərizəsinə etiraz məktubunda qeyd olunmuşdur ki, İddiaçı iddia tələbi əsassızdır və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx N-ci il tarixli 0452 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini - maddi-texniki təminat bölməsinin (Q4) rəisi polkovnik-leytenant İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə (müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən aşağı vəzifəyə) əsasən tutduğu vəzifədən azad edilmiş və N nömrəli hərbi hissənin Döyüş hazırlığı bölməsi rəisinin baş köməkçisi təyin olunmuşdur. Əmrin verilməsinə əsaslar iddiaçının aşağı vəzifəyə təyin edilməsinə dair tərtib edilmiş və iddiaçının bilavasitə rəisi - N nömrəli hərbi hissə komandiri ilə razılaşdırılmış 10.06. N-ci il tarixli təqdimat, iddiaçı ilə xx.xx.N-ci il tarixdə söhbət aparılmasını təsdiq edən söhbət vərəqəsi, xidmət vərəqəsi, xx.xx.N-ci il tarixli xidməti xasiyyətnamə, «Baş zabitlərin şərəf məhkəməsi»nin xx.xx.N-ci il tarixli protokolu və qərarı olmuşdur. Təqdimat «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 6 №-li əlavəsinə uyğun olaraq tərtib edilib N №-li hərbi hissə komandanlığı tərəfindən imzalandıqdan və komanda üzrə bilavasitə rəisinin rəyi alındıqdan sonra qərar qəbul edilməsi məqsədilə Müdafiə Nazirliyinə göndərilmişdir. Təqdimatda İddiaçı N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini maddi-texniki təminat bölməsinin (Q4) rəisi vəzifəsində xidmətdə etdiyi müddətdə özünü bacarıqsız, savadsız, hərbi hissənin döyüş və digər texnikasının material hissəsinin, həmçinin istismar və qorunub saxlanmasının qaydalarını bilməyən, şəxsi heyətinin texniki hazırlığına rəhbərlik etməyən və maddi vəsaitlərlə (o cümlədən keyfiyyətli qida ilə) təmin olunmasına nəzarət etməyən, hərbi hissənin bölmələrində və anbarlarında müəyyən edilmiş vaxtda yoxlamaları aparmayan, yetirməkdə çətinlik çəkən, tabeliyində olan bölmələrin şəxsi heyətinin işgüzar və mənəvi keyfiyyətlərini bilməyən bir zabitin olması göstərilmişdir. Təqdimatda həmçinin, onun xx.xx.N-ci il tarixdə N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsində dinlənilməsi və həmin məhkəmənin qərarına görə “bir pillə aşağı vəzifəyə təyin olunması” barədə qərarın qəbul edilməsi qeyd edilmişdir. Təqdimatda hərbi hissə komandiri “tutduğu vəzifəyə uyğun deyil, başqa hərbi hissədə aşağı vəzifəyə təyin olunması barədə vəsatət qaldırıram” nəticəyə gəlmişdir. İddiaçı ilə xx.xx.N-ci il tarixdə söhbət aparılıb, o söhbət vərəqəsində imza çəkməklə onunla söhbətləşmənin aparıldığını təsdiq etmişdir. Söhbət zamanı İddiaçı, onun xidmət vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanlara yol verilməsi, xidməti vəzifəsinin icrasının və məsuliyyətin aşağı səviyyədə olması, tutduğu vəzifə həcmində tələbkarlığın zəif olması, tabeliyində olan xidmət rəislərinin işlərinə rəhbərlik edə bilməməsi, hərbi hissədə olan maddi vəsaitlərin düzgün qorunub saxlanılmasına və hərbi hissə bölmələrinin normalara uyğun maddi vəsaitlərlə vaxtında təmin olunmasına zəif nəzarət və rəhbərlik etməsi, görülmüş profilaktik tədbirlərin (fərdi söhbətlər, intizam cəzalarının verilməsi) nəticəsinin olmaması barədə bir daha məlumat verilmiş, bu səbəbdən, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin xx.xx.N-ci il tarixli qərarına əsasən aşağı vəzifəyə təqdim olunması bildirilmişdir. İddiaçının N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini - maddi-texniki təminat bölməsinin (Q4) rəisi vəzifəsində xidmətini, birbaşa və bilavasitə rəislərin qiymətləndirilməsini əks etdirən xidmət vəsiqəsində onun dəfələrlə Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsində nəzərdə tutulmuş intizam cəzalarına cəlb edilməsi təsdiq olunur. İddiaçı vəzifəyə təyin olunduğu xx.xx.2018-ci il tarixdən aşağı vəzifəyə təyin olunması barədə qərar qəbul edildiyi xx.xx.N-ci il tarixədək olan dövr ərzində 15 dəfə, xx.xx.2018-ci il tarixdə “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə “Şiddətli töhmət”, xx.xx.2019-cu il tarixdə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, xx.xx.2019-cu il tarixdə “Töhmət”, digər pozuntuya görə xx.xx.2019-cu il tarixdə təkrar olaraq “Töhmət”, xx.xx.2019-cu il tarixdə “Töhmət”, xx.xx.2019-cu il tarixdə “Töhmət”, xx.xx.2019-cu il tarixdə “Töhmət”, xx.xx.N-ci il tarixdə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, xx.xx.N-ci il tarixdə “Şiddətli töhmət”, xx.xx.N-ci il tarixdə “Şiddətli töhmət”, xx.xx.N-ci il tarixdə “Şiddətli töhmət” növü intizam tənbehi cəlb edilmişdir. İddiaçı xidməti vərəqəsi ilə tanışlıq cədvəlində müxtəlif vaxtda və cəmi 5 dəfə imza çəkməklə vəzifədə olduğu dövrdə həvəsləndirilməsi və verilmiş intizam cəzaları barədə məlumatlandırılmışdır. N №-li hərbi hissə komandiri vəzifəsini icra edən tərəfindən İddiaçı verilmiş xx.xx.N-ci il tarixli xidməti xasiyyətnaməsində onun xidmət fəaliyyəti əsasən mənfi qiymətləndirilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 2876 nömrəli raportuna və N №-li hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən İddiaçı xidməti vəzifəsinin icrasını layiqincə yerinə yetirmədiyinə, tabeçiliyində olan xidmətlərin fəaliyyətinə vəzifəsindən irəli gələn tələbləri tam həcmdə nəzarətdə saxlamadığına və hərbi hissənin balansında olan avtomobil texnikalarında qanunsuz olaraq ehtiyat hissələrinin dəyişdirilməsi faktının müzakirəsi N nömrəli hərbi hissənin «Baş zabitlərinin şərəf məhkəməsi»nə çıxarılmışdır. «Baş zabitlərinin şərəf məhkəməsi»nin xx.xx.N-ci il tarixli 20 nömrəli protokolunda məhkəmənin baxışına çıxarılmış faktlar öz təsdiqini tapmış, iddiaçı tərəfindən etiraf edilmişdir. «Baş zabitlərin şərəf məhkəməsi»nin xx.xx.N-ci il tarixli qərarı ilə polkovnik-leytenant İddiaçı xidmətində buraxdığı nöqsanları nəzərə alaraq, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq “bir pillə aşağı vəzifəyə təyin edilməsi”nə dair vəsatət qaldırılmışdır. Əmrin verilməsinə əsas olan qeyd olunan sənədlər, vəzifəli şəxslərin onlardan irəli gələn hərəkətləri, o cümlədən iddiaçı barəsində müvafiq təqdimatın verilməsi və sonrakı 0452 nömrəli xx xxxx N-ci il tarixli əmrin verilməsi də düzgün olmuşdur. İddiaçının bir pillə aşağı vəzifəyə təyin olunması zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmiş, bununla bağlı qanuni əlverişli inzibati akt qəbul edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq 68.2-ci (Qanuni inzibati aktın ləğv olunması) maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda qanuni əlverişli inzibati akt ləğv edilə bilməz. İddia ərizəsində göstərilmişdir ki, “hərbi hissə komandirinə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair raport göndərildiyi xx.xx.N-ci il tarixədək onun müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən aşağı vəzifəyə təyin olunması üçün əsaslar mövcud olmuşdur. İddiaçı əvvəllər öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı komanda üzrə müraciət etməmiş, lakin şərəf məhkəməsi keçirildikdən, onunla sövdələşmə aparıldıqdan və təqdimat tərtib edildikdən sonra aidiyyəti üzrə raportla müraciət etmişdir. Bu faktlar iddiaçının onun barəsində qəbul edilməsi nəzərdə tutulmuş qərardan - qanuni əlverişsiz inzibati aktdan yayınması cəhdi kimi qiymətləndirilməlidir. Belə olan halda və əsaslarla Müdafiə Nazirliyi iddiaçının ehtiyata buraxılmağı barədə verdiyi raportun təmin edilməsi imkan xaricində olmuşdur. İddiaçının mübahisələndirdiyi əmrin qanuniliyini və əsaslığını o fakt təsdiq edir ki, həmin əmr cavabdeh orqan tərəfindən verilməmişdən əvvəl inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilmiş, iddiaçının «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş “dinləmə hüququ” təmin edilmişdir. Bu faktı iddiaçı ilə xx.xx.N-ci il tarixdə aparılmış söhbətləşmə təsdiq edir. Göstərilənlərə istinadən hesab edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N-ci il tarixli 0452 nömrəli əmrinin ləğv edilməsinə dair tələbi qanunsuz sayılmaqla təmin olunmadan saxlanılmalıdır. İş materialında olan İddiaçı tərəfindən AR Müdafiə nazirinin müavininə, Müdafiə Nazirliyinin Hüquq şöbəsinə və Qusar şəhəri N nömrəli hərbi hissəyə göndərilmiş xx.xx.Nci il tarixli teleqramlarda, o cümlədən xx.xx.N-ci il tarixli şikayət ərizəsində iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. Cavabdeh inzibati orqan iddiaçı barədə məhkəməyə təqdim etdiyi aşağıdakı sənədlərə istinad etmişdir; İş materialında olan N nömrəli hərbi hissə komandanlığının iddiaçıya ünvanlanmış xx.xx.N-ci il tarixli 1754 nömrəli müraciətə cavab məktubunda qeyd olunmuşdur ki, siz Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin döyüş hazırlığı bölməsi rəisinin baş köməkçisi vəzifəsinə təyin olunmusunuz. Ona görə də sizin Azərbaycan Ordusundan ehtiyata buraxılmağınız üçün yalnız yeni xidmət yerində hərbi hissə komandirinə yazılı müraciətiniz əsasında mümkündür. İş materialında olan N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edən Fuad Əliyev tərəfindən tərtib olunmuş xx xxxx N-ci il tarixli təqdimatla müəyyən olunur ki, polkovnik-leytenant İddiaçı tutduğu vəzifəyə uyğun deyil. Başqa hərbi hissədə aşağı vəzifəyə təyin olunması barədə vəsatət qaldırır. İş materialında olan İddiaçı ilə N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edən Fuad Əliyev tərəfindən xx.xx.N-ci il tarixdə aparılmış söhbətdən görünür ki, iddiaçı səhhəti ilə bağlı, eyni zamanda sıradan kənar xidmətə yararlılıq qabiliyyətində olmağı, həmçinin ailə vəziyyətinin ağır olmasını nəzərə alaraq ehtiyata buraxılmasını xahiş etmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N-ci il tarixli 0452 nömrəli əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında» əsasnamənin 81-ci maddəsinin “q” bəndinə (müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən aşağı vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini – maddi-texniki təminat bölməsinin (Q4) rəisi polkovnik-leytenant İddiaçı tutduğu vəzifədən azad edilmiş və N nömrəli HƏRBİ HİSSƏNİN DÖYÜŞ HAZİRLİĞİ BÖLMƏSİ RƏİSİNİN BAŞ KÖMƏKÇİSİ TƏYİN OLUNMUŞDUR. İş materialında olan N №-li hərbi hissə komandiri vəzifəsini icra edən Fuad Əliyev tərəfindən İddiaçı verilmiş xx.xx.N-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, onun xidmət fəaliyyəti əsasən mənfi qiymətləndirilmişdir. İş materialında olan N nömrəli hərbi hissənin Baş Zabitlərinin Şərəf Məhkəməsi xx xxxx N-ci il tarixli iclasının Protokolundan 20 nömrəli çıxarışından müəyyən olunur ki, polkovnik-leytenant İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq “bir pillə aşağı vəzifəyə təyin edilməsi” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasına, məhkəmədə ona qarşı deyilən iradlara razı olduğunu bildirmiş, xidmətdə etdiyi nöqsanlara görə üzr istədiyini qeyd edərək bir daha bu kimi halları təkrar etməyəcəyinə söz vermişdir. İş materialında olan N nömrəli hərbi hissənin baş zabitlərinin Şərəf Məhkəməsi iclasının xx xxxx N-ci il tarixli qərarından çıxarışla müəyyən olunur ki, polkovnik-leytenant İddiaçı xidmətdə buraxdığı nöqsanları nəzərə alaraq, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq “bir pillə aşağı vəzifəyə təyin edilməsi” barədə vəsatət qaldırılmışdır. İş materialında olan xx.xx.N-ci il tarixli 4638 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsassızdır. Azərbaycan Respublikasının İPM-nin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci və 2.0.11-ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N-ci il tarixli 0452 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini - maddi-texniki təminat bölməsinin (Q4) rəisi polkovnik-leytenant İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə (müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən aşağı vəzifəyə) əsasən tutduğu vəzifədən azad edilmiş və N nömrəli hərbi hissənin döyüş hazırlığı bölməsi rəisinin baş köməkçisi təyin olunmuşdur. İddiaçı sözügedən əmrin ləğvi barədə tələbinin qanuni əsası kimi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə, o cümlədən AR Müdafiə nazirinin müavininə, Müdafiə Nazirliyinin Hüquq şöbəsinə və Qusar şəhəri N nömrəli hərbi hissəyə xx.xx.N-ci il tarixdə göndərdiyi teleqramlara, Müdafiə nazirinə yazdığı xx.xx.N-ci il tarixli şikayət ərizəsinə əsaslanmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən öz arzusu ilə ehtiyata buraxılırlar. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, iddiaçı N nömrəli hərbi hissənin Baş Zabitlərinin Şərəf Məhkəməsinin xx xxxx N-ci il tarixli qərarından («Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq “bir pillə aşağı vəzifəyə təyin edilməsi barədə qaldırılmış vəsatətə dair”) 8 gün sonra yuxarıda sadalanan müraciətləri (teleqramlar və şikayət ərizəsi) etmiş və Azərbaycan Respublikası Silahlı X1 118-ci maddəsinə uyğun olaraq ona 15 gün müddətində cavab verilmişdir. Məhkəmə, xüsusi olaraq qeyd edir ki, N nömrəli hərbi hissənin Baş Zabitlərinin Şərəf Məhkəməsinin xx xxxx N-ci il tarixli qərarı qəbul edilənədək iddiaçının «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılma ilə əlaqədar heç bir müraciəti olmamışdır. Digər tərəfdən, iddiaçı həmin hərbi hissədə xidmətdə olduğu müddətdə dəfələrlə intizam tənbehi almış, lakin bundan nəticə çıxarmamışdır. İddiaçının intizam tənbehlərini lazımi qaydada mübahisələndirməməsi də nəticə etibarilə həmin tənbehlərin ona əsaslı verilməsi ilə razılaşmasını sübuta yetirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan hüquq normalarını düzgün tətbiq etmiş, iddiaçının müraciətindən haqlı olaraq imtina etmişdir. Müdafiə Nazirliyi mübahisələndirilən inzibati aktı qəbul edərkən və onun dəyişdirilməsindən imtina edərkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinin pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verməmişdir. Azərbaycan Respublikası İPM-nin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçı mübahisələndirdiyi inzibati aktın ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, o cümlədən əsassızlığını sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2.2.1, 4, 68, 70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «xx.xx.N-ci il tarixli əmrin ləğv edilməsi və onun N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-bölmə rəisi vəzifəsindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən ehtiyata buraxılması haqqında müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-139/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-139/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver