Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1390/2020 30.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X2rşı «xx xxxxxx 2018-ci il tarixli **********440700 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidməti 5 saylı X3 İddiaçı MMC-yə dair xx xxxxxx 2018-ci il tarixli **********440700 nömrəli vergilərin hesablanması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 5 saylı X3 xx xxxxxx 2018-ci il tarixli **********440700 nömrəli vergilərin hesablanması barədə qərarı ilə İddiaçınə kameral yoxlama nəticəsində əsassız olaraq vergi məbləğləri hesablanmışdır. Qeyd olunan qərarı yanlış, qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı fəaliyyəti uzun müddətdir ki, dayandırılmışdır, təsərrüfat fəaliyyəti yoxdur, bununla əlaqədar bütün lazımi bəyannamə və hesabatlar təqdim edilmişdir. Müəssisə dəqiqləşdirilmiş hesabatları təqdim etmiş və bu hesabatlar üzrə yaranmış vergini də ödəmişdir. Lakin cavabdeh yanlış kameral yoxlama nəticəsində əsassız vergi hesablamışdır. Odur ki, qeyd oluan qərarla hesablanmış vergilər, həmçinin həmin qərar əsas alınaraq şəxsi hesab vərəqəsinə işlənmiş 226.001,79 manat cəmi ödənilməli borc silinməlidir. İddiaçınə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X3 xx xxxxxxxx 2020-ci il tarixli **********627400 saylı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC cavabdeh 5 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdarə tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx xxxxxx 2018-ci il tarixli **********440700 nömrəli qərarın ləğv edilməsi və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmiş 226.001,79 manat borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir: Belə ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) 2018-ci ilin sentyabr ayı ƏDV bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral qaydada əlavə vergi məbləği hesablanaraq vergi ödəyicisinə göndərilmiş xx.xx.2018-ci il tarixli **********440700 nömrəli qərarı vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində yenidən dürüstləşdirilərək kameral qaydada hesablanmış vergi məbləği azaldılaraq vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********599500 nömrəli qərar göndərilmişdir. Nəticədə xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi İddiaçı (VÖEN **********) üçün kameral vergi yoxlaması nəticəsində hesablanmış artıq vergi məbləğinin azaldılması vergi orqanı tərəfindən təmin edilmiş və vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdə ŞHV əsasən vergi üzrə 4223,22 manat əsas borcunun olduğu müəyyən edilmişdir. İddiaçı MMC-nin iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında izahat verərək, bildirdi ki, iddia ərizəsi onlara göndərildikdən sonra tərəflərindən araşdırma aparılmış və eyni dövr üzrə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmişdir. Bununla da həmin dövr üzrə iddiaçı barəsində vergilərin hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərar öz qüvvəsini itirmişdir. Nəticədə xx.xx.2018-ci il tarixdə iddiaçı barəsində qəbul edilmiş qərarla müəyyən olunmuş 163.424.81 manat vergi borcu azaldılmış və xx.xx.2020-ci il tarixli qərarla iddiaçının 4223.22 manat məbləğində vergi borcu müəyyən olunmuşdur. Hesab edir ki, xx.xx.2018-ci il tarixli qərar artıq öz qüvvəsini itirdiyindən iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.4-55.5-ci maddələrinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X2rşı «xx xxxxxx 2018-ci il tarixli **********440700 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işin icraatına xitam verilməlidir. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 5 saylı X2rşı «xx xxxxxx 2018-ci il tarixli **********440700 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1390/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1390/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver