Məhkəmə qərarları › İş №2-1(120)-1391/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1391/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1391/2025 20.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-4204/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə, iş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi cavabdehlər siyahısından çıxarılaraq, iddia tələbinə “İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr N99N-ci il tarixdən Fizuli rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər ərəfəsində könüllü olaraq döyüşə getmiş və N nömrəli hərbi hissə komandirinin N3 noyabr N992-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissənin İ bölüyünə qəbul edilmişdir. 23 iyul N993-cü il tarixdə döyüş zamanı bir qrup döyüşçü ilə birlikdə mühasirəyə düşmüşlər və ermənilər silahlı dəstəsi tərəfindən əsir götürülmüşlər. 2 ilə yaxın əsirlikdə qalmışdır və Dövlət Komissiyası tərəfindən N2 may N995-ci ildə əsirlikdən azad edilmişdir. Əsirlikdən azad edildikdən sonra onunla birlikdə azad olunanlara bildirilmişdir ki, avtomatik olaraq onlara müharibə veteranı adı veriləcək. Lakin, bu günədək bu ad verilməyib. Özü təxminən N0 il müddətində ağır psixi vəziyyətdə olmuşdur və müharibə veteranı adı verilməsi üçün müraciət edə bilməmişdir. Hazırki işlə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə ərizə ilə müraciət etsə də, cavabdeh orqan hərəkətsizlik göstərmiş, ərizəyə bugünə qədər heç bir cavab verilməmişdir.Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri Azərbaycan Respubikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə tənzimlənir. Həmin Qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək silahlı birləşmələrdə olmuş şəxslərə müharibə veteranı adı verilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz: İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”sına müraciəti daxil olmuş, lakin hər hansı inzibati akt qəbul edilmədən məhkəməyə müraciət etmişdir. İddiaçının müraciəti hal-hazırda komissiyada baxılmadadır.Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı barəsində müvafiq hərbi hissəyə sorğu verilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N -ci bəndinin NN-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.“Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid etmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. AR İPM-nin 35.N -ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır.Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq məhkəmədənİddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkündür, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azerpoçt MMC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli, ********* nömrəli poçt qəbzindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məktub ünvanlamışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 9/2-8352 nömrəli məktubuna əsasən, N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli 2N7 №-li əmrilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, İddiaçı Şamxar oğlu döyüş əməliyyatları zamanı itkin düşdüyü qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N994-cü il tarixli 2N0 №-li əmrində sıravi X3 xx.xx.N993-cü il tarixdə Füzuli rayonun Cuvarlı kəndində güllə yarasından həlak olduğuna görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-43- N9/2-N079/2024 nömrəli məktubda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-8352 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.N992-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N7 nömrəli əmrində döyüş əməliyyatları zamanı itkin düşdüyünə görə qazan təminatından çıxarılması barədə məlumat vardır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etiraz məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin N.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” yə əsasən bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş və yaxud döyüş bölgələrinə ezam olunmuş şəxslərə xidmət keçdikləri sonuncu hərbi hissəsi hansı qoşun növüdürsə həmin dövlət qurumları tərəfindən “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair məsələsinə baxa bilər. İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək Müadfiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində hərbi xidmət keçdiyinə görə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin səlahətlərindən kənar olduğu səbəbdən İddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair Şirvan İnzibati Məhkəməsi tərəfindən- müvafiq qərarın verilməsinə etiraz etmir. - İşdə olan Füzuli Hərbi Prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-3-N50/2-2N-4904/2024 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi prokurorluğuna vətəndaş İddiaçı barəsində cinayət işi və ya təqsirləndirici material olub-olmaması haqqında yazdığı müraciət baxılması üçün Füzuli hərbi prokurorluğuna göndərilmişdir. İddiaçı barəsində Füzuli hərbi prokurorluğunda cinayət işi və ya təqsirləndirici material olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-25-29/2-26N/2025 nömrəli məktubunda göstərilmişdir ki, N () Nq-İİ hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 443 Nq-İi əmrilə (əsas: səh-27, sıra-2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı hərbi hissənin N-ci bölüyünə qəbul edilmişdir. N N-İi hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2NN Nq-İi əmrilə (əsas: §-2 səh-N53, sıra-2, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) N Nq-İİ hərbi hissənin hərbi qulluqçusu, «Parимов Xaледдин Шанхар» oğlu döyüş əməliyyatları gedən zamanı itkin düşdüyü üçün qazan təminatından çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “702 Nq-İİ hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: kitab: xx.xx.N993-xx.xx.N993, səh- N29, sıra-59, məlumat olduğu kimi köçürülmüşdüı) yazılmış “702 Nq-İİ hərbi hissənin yanvar N992-ci il tarixdən NN oktyabr N993-cü il tarixədək itkin düşənlərin siyahısında” N Nq-İİ hərbi hissənin hərbi qulluqçusu, Füzuli RHK-nın çağırışçısı, N97N-ci il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdə itkin düşməsi qeyd olunmuşdur. N Nq-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 2N0 Nq-İİ əmrində (əsas: §-4, səh-NN9, əmrdə adı “Xalədin”, atasının adı “Şahmar” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi X3 xx.xx.N993-cü il tarixdə Füzuli rayonun Cuvarlı kəndində xidməti vəzifə borcunu yerinə yetirərkən güllə yarasından həlak olduğuna görə, hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N995-xx.xx.N997-ci il tarixli “Əsirlikdən azad olunanların siyahısı” qovluğunda İddiaçı əsirlikdən azad olması barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-25-N4/2-R-N7xx-xx/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədləri komissiyaya daxil olmuşdur. Yaranmış zəruriyyət ilə əlaqədar olaraq, barəsində (Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna, Əsir və İtkin Düşmüş, X2 Əlaqədar Dövlət Komissiyasına) müvafiq sorğular verilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X2 Əlaqədar Dövlət Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, N9-3/2-234/2025 nömrəli məktubunda göstərilmişdir ki, əsirlikdən azad edilmiş şəxs kimi Azərbaycan Respublikasının (AR) Əsir və itkin düşmüş, X2 əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) qeydiyyata alınmış Füzuli rayonu, Arayatlı kənd sakini, hazırda ünvan 2 ünvanında müvəqqəti məskunlaşmış, N97N-ci il təvəllüdlü İddiaçı MN-in N () nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçərkən N993-cü ilin iyul ayının 23-də Füzuli rayonunun Cuvarlı kəndi uğrunda gedən döyüşlər zamanı əsir düşmüş və N2 may N995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə azad olunmuşdur. İddiaçı barəsində Dövlət Komissiyasına AR Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sından daxil olmuş eyni məzmunlu xx.xx.2025-ci il tarixli, 3-25-N4/2-R-998-20/25 nömrəli sorğu müvafiq qaydada cavablandırılmışdır. (c.m. xx.xx.2025-ci il, Ns N9-3/2-228/2025) “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N -ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə "hərbi biletlər” sözlərindən sonra "(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və "yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra "(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini xahiş etmişdir, cavabdeh orqan tərəfindən N saylı nömrəli həri hissə komandirinin xx.xx.N992-ci il tarixli, 443 saylı əmrilıə İddiaçı hərbi hissənin N-ci bölüyünə qəbul edilmişdir. N saylı nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 2N7 saylı əmrilə N saylı nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı döyüş əməliyyatları zamanı itkin düşdüyü üçün qazan təimantından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 2N0 saylı əmrində İddiaçı xx.xx.N993-cü il tarixdə Füzuli rayonun Cuvarlı kəndində güllə yarasından həlak olduğuna görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Məhkəməyə daxil olmuş məlumatlar əsasında müəyyən olunur ki, İddiaçı əsirlikdən azad edilmiş şəxs kimi Azərbaycan Respublikasının (AR) Əsir və itkin düşmüş, X2 əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) qeydiyyata alınmış Füzuli rayonu, Arayatlı kənd sakini, hazırda ünvan 2 ünvanında müvəqqəti məskunlaşmış, N97N-ci il təvəllüdlü İddiaçı MN-in N () nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçərkən N993-cü ilin iyul ayının 23-də Füzuli rayonunun Cuvarlı kəndi uğrunda gedən döyüşlər zamanı əsir düşmüş və N2 may N995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə azad olunmuşdur. İddiaçı barəsində Dövlət Komissiyasına AR Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sından daxil olmuş eyni məzmunlu xx.xx.2025-ci il tarixli, 3-25-N4/2-R-998- 20/25 nömrəli sorğu müvafiq qaydada cavablandırılmışdır. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq, Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X2 Əlaqədar Dövlət Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, N9-3/2-234/2025 nömrəli məktubunda göstərilmişdir ki, əsirlikdən azad edilmiş şəxs kimi Azərbaycan Respublikasının (AR) Əsir və itkin düşmüş, X2 əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) qeydiyyata alınmış Füzuli rayonu, Arayatlı kənd sakini, hazırda ünvan 2 ünvanında müvəqqəti məskunlaşmış, N97N-ci il təvəllüdlü İddiaçı MN-in N () nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçərkən N993-cü ilin iyul ayının 23-də Füzuli rayonunun Cuvarlı kəndi uğrunda gedən döyüşlər zamanı əsir düşmüş və N2 may N995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə azad olunmuşdur. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, N () Nq-İİ hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 443 Nq-İi əmrilə İddiaçı hərbi hissənin N-ci bölüyünə qəbul edilməsi, N N-İi hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2NN Nq-İi əmrilə N Nq-İİ hərbi hissənin hərbi qulluqçusu, «Parимов Xaледдин Шанхар» oğlu döyüş əməliyyatları gedən zamanı itkin düşdüyü üçün qazan təminatından çıxarılması, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “702 Nq-İi hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda yazılmış “702 Nq-İi hərbi hissənin yanvar N992-ci il tarixdən NN oktyabr N993-cü il tarixədək itkin düşənlərin siyahısında” N Nq-İİ hərbi hissənin hərbi qulluqçusu, Füzuli RHK-nın çağırışçısı, N97N-ci il təvəllüdlü İddiaçı xx.xx.N993-cü il tarixdə itkin düşməsi, N Nq-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 2N0 Nq-İİ əmrində kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi X3 xx.xx.N993-cü il tarixdə Füzuli rayonun Cuvarlı kəndində xidməti vəzifə borcunu yerinə yetirərkən güllə yarasından həlak olduğuna görə, hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması qeyd olunmuşdur. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsi və digər iş məlumatları üzrə İddiaçı sağsalamat olması və yaralanaraq həlak olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X2 Əlaqədar Dövlət Komissiyası İddiaçı barəsində Dövlət Komissiyasına AR Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sından daxil olmuş eyni məzmunlu xx.xx.2025-ci il tarixli, 3-25-N4/2-R-998-20/25 nömrəli sorğu müvafiq qaydada cavablandırılmışdır. İnzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı N993-cü ilin iyul ayının 23-də Füzuli rayonunun Cuvarlı kəndi uğrunda gedən döyüşlər əməliyyatlarında iştirak etdiyi üçün və döyüş zamanı əsir düşərək N2 may N995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə azad olunduğu müəyyən olunduğu üçün cavabdeh orqan tərəfindən müharibə veteranı adı və vəsiqəsi ilə təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar