Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1392/2025 30.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Cavabdehnə qarşı X8 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Bələdiyyə mülkiyyətində olan, ümumi sahəsi 0,0129 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə satılmasına dair Cavabdeh qərarının və iş üzrə üçüncü şəxs X8 ilə bağlanmış 10 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 10 iyul 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0129 ha olan torpaq X2 hüquqlarını pozmuşdur.Mübahisəli torpaq sahəsini almaq məqsədi ilə dəfələrlə Bələdiyyəyi müraciət etmiş, lakin cavabdeh həmin torpaq sahəsini ona satmaqdan imtina etmişdir. Mübahisəli torpaq sahəsi mülkiyyətində və hazırda istifadəsində olan fərdi yaşayış sahəsi ilə təxmini 1 metr məsafədə yerləşir və üçüncü şəxs onun evinin və torpaq sahəsinin yaxınlığında olmuş olur. Üçüncü şəxs Cəmilə Əlirzayevaya 2022-ci il tarixində mübahisəli torpaq sahəsini ələ keçirmək üçün həmin sahəni zəbt edərək metal setka ilə çəpərləmişdir. Bununla bağlı Şirvan Şəhər Məhkəməsinin icraatında mülki iddia olmuş, iddia tələbi təmin edilərək, setkanın sökülərək əvvəlki vəziyyətinə qaytarılması qət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-1(120)-4205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iclasında məhkəmədən iddiasının mümkün hesab edirlərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə üçüncü şəxsin mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan bələdiyyə qərarının və alqı-satqı aktının ləğv olunmasına nail olmaqdan ibarətdir Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, Şirvan şəhəri Cavabdeh 14 iyun 2024-cü il tarixli 14 №-li icalsının protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi almaqdan ötəri müraciət etmiş, Bələdiyyə ərazisində 5 il müddətindən az olmamaqla daimi yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan X6 Bələdiyyə büdcəsinə 516 manat rüsumun onun tərəfindən ödəniləcəyini nəzərə almaqla Cavabdeh ehtiyat fonduna məxsus, yaşayış məntəqəsi kateqoriyalı torpaqlardan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Ərazi idarəsində 03 aprel 2024-cü il tarixli RX Elektron (qey.nöm. **********) saylı reyestrdən çıxarışla qeydiyyata alınmış, Energetik küçəsində 0,0129 ha torpaq sahəsi yol təminatı nəzərə alınmaqla onun mülkiyyətinə verilməsi qərara alınmışdır (1-ci bənd). xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri, Energetik küçəsi ünvanında yerləşən ümumi sahəsi 0,0129 ha olan torpaq sahəsini X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Şirvan şəhəri, Energetik küçəsində yerləşən xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri torpağında yerləşən ümumi sahəsi 0,0129 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdən Daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində X4 adına qeydə alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-2797/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X3 şəhəri, Energetik küçsi, 3-cü dalan, 14 saylı ünvanda yerləşən mülkiyyətində olan ümumi sahəsi 0,06 ha torpaq sahəsindən 0,02 ha hissəsini İddiaçı bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh 15 noyabr 2023-cü il tarixli 32 №-li iclas protokolundan çıxarışda qeyd olunmuşdur ki, Cavabdeh alqı-satqı predmeti olan 0,0129 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planı yaşayış məntəqəsinin baş planına ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən torpaq sahəsinin həyətyanı məqsədilə bilavasitə mülkiyyətə verilməsi ilə bağlı həmin torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılsın (1-ci bənd). Bələdiyyənin Mülkiyyət Hüquqlarının qeydiyata alınması nəzərdə tutulan, Cavabdehnə məxsus Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinə baxış keçirilməsi, müvafiq rəyin alınması və hüquqların dövlət qeydiyyatı məqsədilə DƏDKR PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsin (2-ci bənd). Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış 06/17 №-li, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274- İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 11-ci bəndinə əsasən, ərizəçi X9 bələdiyyəyə müraciət edərək Şirvanı şəhər Energetik küçəsində yerləşən 0.0129 ha torpaq sahəsinin mülkiyyətinə həyətyanı məqsədilə ayrılmasını xahiş etmişdir.Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təynatı həmin ərazinin yerqurluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur, həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdir, habelə, elektirk, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmir.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.5-ci maddəsinin tələblərini nəzərə alaraq Şirvan bələdiyyənin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, Şəhərin prespektiv inkişaf fondunda yerləşən 0.0129 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədilə mülkiyyətə verilməsi üçün bilavasitə yolu ilə ayrılmasına rəyin verilməsi və “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və torpaq sahəsinin plan” sənədinin hazırlanması barədə köməklik göstərməyniz xahiş olunur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, Energetik küçəsində yerləşən Bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri torpağından 0,0129 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Şirvan şəhəri Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şirvan Şəhəri Cavabdehnə ünvanlanmış 3-21-3/2-3612/2024 saylı, xx.xx.2024-cü il tarixli “Fərdi yaşayış evinin tikintisi məqsədilə bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan Şirvan şəhəri Energetik küçəösində yerləşən 0,0129 ha torpaq sahəsinin ayrılmasına dair” rəydə( surətində) qeyd olunmuşdur ki, Şirvan şəhəri Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunlarının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır.Şirvan şəhəri Cavabdeh mülkiyyətində olan bilavasitə qaydada mülkiyyətə verilməsi nəzərdə tutulan 0,0129 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Torpaq sahəsi alqısatqı predmetidir.Torpaq sahəsi-X-323574.0928, Y-4425014.1259; X-323573.1473, Y- 4425010.2081; X-323550.0273, Y-4425017.3122; X-323552.4060, Y-4425024.3898; X- 323567.9885, Y-4425015.0629 koordinatlarda yerləşir. Bələdiyyə tərəfindən təqdim olunan sənədlərə əsasən bilavasitə qaydada mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ayrılması yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədlərinə, kateqoriya və məqsədli istifadə təyinatına uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir.Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmir.Şirvan şəhəri, Cavabdeh xx.xx.2024-cü il tarixli 06/17 nömrəli müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0129 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə, müvafiq ərazidə torpağın ayrılması ilə bağlı mövcud texniki normalar nəzərə alınmaqla və satış qiymətinin normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti əsasında edilərək fiziki şəxs X5 mülkiyyətinə bilavasitə ayrılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti etiraz etmir. Cavabdeh ərazisindən Şirvan şəhəri Energetik küçəsində həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0,0129 ha torpaq sahəsinin planı Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi və Cavabdeh tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/3181/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-1005/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları mütəxəsiss rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsi faktiki olaraq X4 istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin koordinatlarının üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha-dan ibarət olan torpaq sahəsindən istifadə həmin ərazidə olan ümumi yoldan üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmadığı müəyyən edilmişdir. Subyektiv hüququn olmaması ilə bağlı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). Hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının subyektiv hüquqi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/3181/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən göründüyü kimi, Bələdiyyənin xx.xx.2024-cü il tarixli 14 №-li iclas protokolunun qərarı ilə üçüncü şəxsin mülkiyyətinə ayrılmış Şirvan şəhəri, Energetik küçəsində yerləşən 0,0129 ha torpaq sahəsinin koordinatlarının üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi və mübahisəli torpaq sahəsindən istifadə həmin ərazidə olan ümumi yoldan üçüncü şəxslərin istifadə etmələrini məhdudlaşdırmadığı müəyyən edildiyindən iddiaçının həmin torpaq sahəsinə dair bələdiyyənin prosedur qərarını mübahisələndirmək hüququnun mövcudluğu müəyyən olunmur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının subyektiv hüququ müəyyən olunmadığı üçün iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım hazırkı iş üzə məqsədə müvafiq hesab olunmamışdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-1392/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1392/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver