Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1394/2020 19.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «gediş-gəliş yollarının və su arxlarının zəbtdən azad edilərək mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, bələdiyyə mülkiyyətinə aid olan gedişgəliş yollarının və su arxlarının zəbtdən azad edilərək mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq, məhkəməyə dахil оlduğu gündən icrааtа qəbul еdilmiş sаyılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 55 nəfər sakinin adından kənd ərazisində pay torpaq sahələri arasındakı gediş-gəliş zolaqlarının və su arxlarının heç bir hüquq müəyyənedici sənədlər olmadan bəzi vətəndaşlar tərəfindən zəbt olunması barədə müraciət etmişdir. Həmin ərazidəki beton üzlüklü suvarma kanalı dövlət mülkiyyətində, pay torpaqları arasındakı suvarma arxları isə bələdiyyə mülkiyyətindədir. Bununla bağlı Bağbanlar bələdiyyəsinə, ərazi nümayəndəsinə və digər orqanlara müraciətləri olmuşdur. Səbəb də budur ki, mülkiyyətçilər adı çəkilən su arxlarından və gediş-gəliş yollarından son vaxta qədər istifadə edirdilər. Bu barədə müvafiq sənədlər də vardır. Lakin bələdiyyə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyd edilən su arxlarını və gediş-gəliş yollarını zəbtdən azad etmir. Bu günə kimi öz mülkiyyətini bilərəkdən tanımaq istəmir. Nəticədə onlar öz pay torpaqlarını vaxtlı-vaxtında suvara bilmirlər. Bu barədə heç bir orqan onlara qanuna müvafiq araşdırma aparıb köməklik göstərmir. Bələdiyyə heç bir inzibati araşdırma aparmır, istəyi də yoxdur. Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəsmi göstərişlərini bələdiyyənin sədri icra etmir. Göstərilənlərə əsasən bələdiyyə mülkiyyətinə aid olan gediş-gəliş yollarının və su arxlarının zəbtdən azad edilərək mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmçinin iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddia ərizəsinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il **********2 nömrəli, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumlarının nümayəndələrinin, bələdiyyə sədrinin, sudan istifadəedənlər birliyinin direktorunun və onun iştirakı ilə əraziyə baxış keçirilməsi barədə xx xxx 2020-ci il tarixli aktının, bu iddia tələbinin 55 nəfər kənd sakininin imzası ilə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətlərinin surətlərini əlavə etdiyini qeyd etmişdir. Ərizədə qeyd olunur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin qeyd olunan rəsmi cavabının 3-cü abzasında göstərilir ki, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. Göstərilən xx.xx.2020-ci il tarixli aktda su ötürücü kanalların əkin altında olması göstərilir. Yəni su arxları bələdiyyə mülkiyyətindədir. Həmin pay sahibləri hüquq müəyyənedici sənədlər olmadan həmin torpaq sahəsini əkirlər. Bu, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx xxxxxx 2018-ci il **********41 saylı cavabında bildirilir. Odur ki, hesab edir ki, bələdiyyə özü inzibati qaydada həmin payçılardan öz mülkiyyətinə almalıdır, sahib çıxmalıdır və təyinatı üzrə yönəltməlidir. Əks təqdirdə öz mülkiyyəti üzrə yerli məhkəmədə iddia qaldırmalıdır. Buna onun hüququ yoxdur. Lakin bələdiyyə sədri pay torpaq mülkiyyətçilərinin hüquqlarını pozur. 55 nəfər kənd sakinlərinin və onun hüquqlarını bələdiyyə sədri vəzifəsindən sui-istifadə edərək, pozur. O, öz pay torpağını vaxtlı-vaxtında suvarmaq üçün su istəyir. İddia ərizəsinin aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında izahat verərək, bildirdi ki, çöl torpaqlarının suvarılması zamanı istifadə olunan beton kanallar islahat aparılarkən kənd sakinlərinə paylanılmış pay torpaqlarının arasında qalmışdır. Həmin torpaq sahələrindən istifadə edənlər beton kanalları söküb çıxartmış və əkin sahələrinə birləşdirmişlər. İddiaçı su yolunun açılması tələbi ilə bələdiyyəyə deyil, ayrı-ayrı kənd sakinlərinə qarşı məhkəmədə iddia qaldıra bilər. Bununla bağlı dəfələrlə İddiaçı izah edilmişdir ki, su yolunun açılması ilə bağlı mülki iddia ilə həmin su yolunu bağlayan ayrı-ayrı fiziki şəxslərə qarşı rayon məhkəməsində mülki iddia qaldıra bilər. Həmçinin eyni iddia tələbinə əvvəllər də Şirvan İnzibati Məhkəməsində baxılmış və iddia mümkün sayılmamışdır. Odur ki, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(086)-1055/2019 saylı qərardadından görünür ki, iddiaçı X2 cavabdeh Biləsuvar rayon Bağbanlar bələdiyyəsinə qarşı bələdiyyənin balansında olan suvarma arxının bərpa edilməsinin və yenidən mülkiyyətçilərin əkin sahələrinin suvarılmasına xidmət etməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 27 nömrəli münasibət məktubunda qeyd edilmişdir ki, Bağbanlar kənd sakini X2 iddia ərizəsinə əsasən zolaqların açılması tələbinə dair iddiasına Şirvan İnzibati-İqtisadi Məhkəməsində baxılmış və xx xxxxx 2019-cu il tarixli 2-1(086)-1055/2019 nömrəli məhkəmə qərarı qəbul edilmişdir. Hafiz Nəzərovun iddia etdiyi zolaqlar “55 hektar” adlanan ərazidə yerləşir və islahatadək həmin sahənin suvarılması məqsədilə istifadə edilmişdir. Hafiz Nəzərovun pay torpaq sahəsi isə tamam başqa ərazidə, yəni “34 hektar” adlanan ərazidə yerləşir və onun suvarma təminatı beton kanal vasitəsi ilə icra olunur. Kəndin ərazi xəritəsinin elektronlaşdırılması işi başa çatmadığı üçün iddia edilən zolaqların bələdiyyə mülkiyyəti olub-olmaması barədə əsasları yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Bələdiyyələr inzibati orqan statusuna malik olsalar da, hazırkı iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində (torpaq sahəsinə gediş-gəliş və su yollarının açılması ilə bağlı) yaranmışdır ki, burada da onlar mülki hüququn bərabər hüquqlu subyektləridirlər. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci maddəsində qeyd olunur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4-cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iddiaçının iddia ərizəsinin aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməsi barədə xahişi ilə bağlı qeyd edir ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 15.1-ci bəndinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin qərarın 15.2-ci bəndində isə qeyd olunur ki, bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmadığından, yəni mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia ərizəsi aidiyyəti üzrə göndərilə bilməz. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «gediş-gəliş yollarının və su arxlarının zəbtdən azad edilərək mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dаir iddiаya inzibati icraat qaydasında baxılması mümkün sаyılmаmаlıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 35, 50 və 80-ci mаddələrini rəhbər tutаrаq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı «gediş-gəliş yollarının və su arxlarının zəbtdən azad edilərək mülkiyyətçilərin istifadəsinə qaytarılmasının təmin edilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dаir iddiаya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1394/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1394/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver