Məhkəmə qərarları › İş №2-1(120)-1394/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1394/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1394/2024 17.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X7 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1946-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X31”, ana adı qrafasında “X42” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X16” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “X7 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1946-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X31”, ana adı qrafasında “X42” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X16” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı ərizəsinə əsasən iddia tələbi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə dəqiqləşdirilərək İddiaçı Cavabdehnə qarşı “X7 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1946-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X31”, ana adı qrafasında “X42” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X16” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, babası X16 və nənəsi X10 adlarına özəlləşdirilmiş pay torpaqlarının vərəsəlik hüququ üzrə keçməsi üçün payçı, ailənin ikinci övladı olan X3 doğum haqqında şəhadətnaməsini təqdim etmə zərurəti yaranmışdır. Belə ki, mülkiyyətçi X16 xx.xx.1999-cu il tarixdə, X21 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Belə olduğu təqdirdə, birincidən qalan payları irsi transmissiya qaydasında, ikincidən qalma payları isə Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, birinci növbə vərəsələr qismində qəbul etmək hüququ var. Ancaq vərəsələrdən X7 doğum haqqında şəhadətnaməsində “Valideynlər haqqında” məlumatların göstərildiyi səhifədə onların ata adında (tam ad) digər vərəsələrdə olduğundan fərqliliyin olması müəyyən edilmişdir. Belə ki, Mirəslanın doğum haqqında şəhadətnaməsində ata adı kimi X34 göstərilərək onun rəsmi nikahdan doğulduğu əks olunsa da, atasının 1956-cı ildə qeydə alınan nikah haqqında şəhadətnaməsində adı “Seyidquli” olaraq qeyd edilmişdir. Eyni zamanda, işə əlavə olunan Cavabdeh tərəfindən verilmiş arayışda X7 doğum haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Bu səbəbdən atasının doğum haqqında akt qeydinin bərpa olunnmasından imtina edilmiş, doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunması ona tövsiyə edilmişdir. Neftçala Rayon Məhkəməsinə xüsusi icraat qaydasında atasının doğum faktının müəyyən olunması tələbli iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə doğum faktının artıq müəyyən olunduğunu qeyd edərək ərizəni icraata qəbul etməkdən imtina etmişdir. Qərardaddan verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin yolverilməzlik barədə qərardadı qüvvədə qalmışdır. Qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, atanız X7 xx.xx.1946-cı il tarixli doğum yerinin Neftçala rayon, Uzunbabalı kəndi, ata qrafasında X17,ana qrafasında X21 yazılması və akt qeydinə uyğun doğum haqqında arayışda ata adı qrafasında dəyişiklik edilərək X17 yazılması üçün ərizənizə baxlılmışdır. Akt qeydinin aşkar edilməsi məqsədilə Cavabdeh habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Göstərilənlərə əsasən iddia etdiyiniz doğum haqqında arayışın verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyiniz doğum faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır. xx.xx.1946-cı il tarixli, ИЕ № 710985 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1946-cı ildə anadan olmuşdur (doğulmuşdur), atası X34, ana qrafasında X24 qeyd edilmişdir. xx.xx.2007-ci il tarixli, AZ-İ№ 251686 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2007-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli, AZ-İİ№ 302823 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2012-ci il tarixdə ölmüşdür. xx.xx.2000-ci il tarixli, AZ-İİ№ 051446 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1999-cu il tarixdə ölmüşdür. xx.xx.1956-cı il tarixli Evlənmə haqqında şəhadətnamədan görünür ki, X16 ilə X21 arasında xx.xx.1956-cı ildə rəsmi nikah bağlanmışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan İddiaçı Cavabdehnə atası mərhum X7 doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Tələbin təmin olunması məqsədilə şöbənin arxivində saxlanılan 1945—1951 -ci illərə dair Cavabdeh və Bankə qəsəbə İƏN-i üzrə ilkin və 1948—1966-ci illərə dair bərpa doğum akt qeydləri yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin həmin əlavə olaraq X15 Reyestri xidmətinə sorğu göndərilmiş və həmin qurumun cavab məktubunda, X15 Reyestri xidmətinin arxivində ilkin və bərpa akt qeydləri üzrə doğum akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Bundan başqa X11 məxsus xx.xx.1946-cı il tarixli, İE 710985 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən şəxsin 1946-cı ildə rəsmi nikahdan doğulduğu görünsə də, ata və ana qrafasındakı şəxslərə məxsus nikahın 1956-cı ildə rəsmiləşdirildiyi, həmçinin doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X14 qeyd olunsa da, 1956-cı il tarixli nikahın X16 ilə Əmirova (nikahdan öncə Musayeva) Xanımbibi Fətulla qızına məxsus olduğu aşkar olunmuşdur. Qeyd olunan ziddiyyətlər səbəbindən müvafiq doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina olunmuş və İddiaçı məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. xx.xx.1956-cı il tarixli, 81 nömrəli Evlənmə haqqında akt qeydindən görünür ki, X17 ilə Əmirova (Musayeva) Xanımbibi Fətulla qızının 6 uşaqları olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DSX İstintaq və Təhqiqat İdarəsində İddiaçı barəsində hər hansı bir cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. Neftçala Rayon Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2023 nömrəli mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ilə X2 doğum faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. X2 Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2023 nömrəli mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadından verdiyi şikayət məhkəmənin 27 fevral 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, iş Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 683/2023 nömrəli mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qərardadı ilə X2 şikayəti təmin edilməmiş və Neftçala Rayon Məhkəməsinin 2(053)-134/2023 nömrəli mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Neftçala rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala rayon Bankə qəsəbəsi, S.Vurğun küçəsində qeydiyyatda olan,xx.xx.1980-cı il təvəllüdlü İddiaçı barəsində hal-hazırda Neftçala RPŞ-də məhkumluq və təqsirləndirci material aşkar olunmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X5 nikahı və ölümü, X22 doğumu, X8 doğumu, , X3 nikahı və ölümü, X9 ölümü, X23 doğumu haqqında akt qeydlərinin surəti Sizə göndərilir. Bildiririk ki, 1947-ci ilədək akt qeydi kitabları saxlanma müddətinə aid tələbiərə əsasən X43 rayon filialına təhvil verildiyindən X7 doğumu haqqında akt qeydinin aşkarlanması mümkün olmamışdır. Bununla bağlı bildiririk ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X3 və X35 doğumu haqqında akt qeydləri aşkar olunmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaya qarşı etirazımız yoxdur və iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmirik.İşə bizim iştirakımız olmadan baxılmasını xahiş edirik. xx.xx.1980-cı il tarixli, 26 nömrəli doğum akt qeydindən görünür ki, X36 xx.xx.1980-cı il tarixdə anadan olmuş, atası X19, anası X40r. xx.xx.1981-ci il tarixli, 111 nömrəli Nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X12 ilə (Quliyeva) X41 arasında nikahın bağlanması haqqında akt qeydi bağlanmışdır. Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Neftçala rayon Dövlət Arxivində mühafizə olunan 1921-ci il doğum qeydiyyat kitablarında X4 , 1946-cı il doğum qeydiyyat kitablarında X6 adı aşkar edilmədi. 1948-ci il qeydiyyat kitabları Neftçala rayon Dövlət Arxivinə təhvil verilmədiyindən X1 doğum aktı haqqında cavab vermək imkan xaricindədir. Neftçala Rayonu İcra Hakimiyyəti Başçısının Bankə Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X12 (xx.xx.1948)-ci ildə doğulub xx.xx.2011-ci ildə Seyidlər kəndində vəfat edib və X7 doğum tarixi xx.xx.1946-ci ildə doğulub xx.xx.2007-ci il tarixində vəfat edib, ataları X17 olmuşdur. 09.1921-ci ildə doğulub, xx.xx.1999-ci ildə vəfat etmişdir. Vəfat etdiyi günə kimi ailəsi ilə birlikdə Bankə qəsəbəsində yaşamışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X3 və X35 doğumu haqqında akt qeydləri aşkar olunmamışdır. xx.xx.1986-cı il tarixli, 174 nömrəli doğum akt qeydindən görünür ki, X13 xx.xx.1986-cı il tarixdə anadan olmuş, atası X12, anası X30r. xx.xx.1984-cü il tarixli, 121 nömrəli doğum akt qeydindən görünür ki, X25 xx.xx.1984-cü il tarixdə anadan olmuş, atası X12, anası X30r. Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Azərbaycan Respublikasinin Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1946-cı ilə dair Neftçala rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X7 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanımız xaricindədir. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X55 "Neftçala Rayon Mərkəzi Xəstəxanasi" X53 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1980-cı il tarixli Cavadova (Əmirova) Afiqə Miraslan qızının anadan olması ilə bağlı “Neftçala RMX” PHŞ-də mövcud olan sənədlər məhvə verildiyi üçün onun barəsində heç bir məlumat yoxdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X12 xx.xx.1948-ci ildə Neftçala rayonu, Uzunbabalı kəndində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X19 xx.xx.1946-cı ildə Neftçala rayonu, Seyidlər kəndində anadan olmuşdur. Tətbiq olunan hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydinin bərpa olunaraq düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X15 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar AR Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və AR Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, AR Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən X15 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə X15 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə X15 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - X15 qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 4-cü bəndinə görə X15 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, X15 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, X15 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə X15 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X15 dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X15 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X15 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X15 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X15 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.X15 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X15 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi “X7 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1946-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X31”, ana adı qrafasında “X42” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X16” yazılmasından ibarətdir. Həmçinin iş materiallarında olan digər sübutlardan da müəyyən olunur ki, doğum haqqında şəhadətnamədə X7 doğum tarixinin “xx.xx.1946-cı il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X31”, ana adı qrafasında “X42” kimi qeyd edilmişdir.Lakin şəxsin doğumundan uzun müddət keçdiyinə görə akt qeydi aşkar edilməmişdir.Həmçinin şəxsə məxsus digər sənədlərlə onun ata adının Quli yox, Seyidquli olduğu da öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı “X7 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1946-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X31”, ana adı qrafasında “X42” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X16” kimi düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, doğum akt qeydinin bərpa edilərək dəyişiklik edilməsi üçün iddiaçının kifayət qədər əsasları vardır və iddia tələbi təmin edilərək “X7 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1946-ci il”, doğum yerinin ”Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X31”, ana adı qrafasında “X42” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X16” yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “X7 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1946-ci il”, doğum yerinin ”Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X31”, ana adı qrafasında “X42” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X16” yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar