Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1395/2024 17.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X1 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1948-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X17” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X8” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “X1 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1948-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X17” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X8” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı ərizəsinə əsasən iddia tələbi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə dəqiqləşdirilərək İddiaçı Cavabdehnə qarşı “X1 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1948-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X17” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X8” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, babası X8 və nənəsi X4 adlarına özəlləşdirilmiş pay torpaqlarının vərəsəlik hüququ üzrə keçməsi üçün payçı, ailənin ikinci övladı olan X1 doğum haqqında şəhadətnaməsini təqdim etmə zərurəti yaranmışdır. Belə ki, mülkiyyətçi X8 xx.xx.1999-cu il tarixdə, X10 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Belə olduğu təqdirdə, birincidən qalan payları irsi transmissiya qaydasında, ikincidən qalma payları isə Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, birinci növbə vərəsələr qismində qəbul etmək hüququ var. Ancaq vərəsələrdən X1 doğum haqqında şəhadətnaməsində “Valideynlər haqqında” məlumatların göstərildiyi səhifədə onların ata adında (tam ad) digər vərəsələrdə olduğundan fərqliliyin olması müəyyən edilmişdir. Belə ki, Seyidhəsənin doğum haqqında şəhadətnaməsində ata adı kimi X16 göstərilərək onun rəsmi nikahdan doğulduğu əks olunsa da, atasının 1956-cı ildə qeydə alınan nikah haqqında şəhadətnaməsində adı “Seyidquli” olaraq qeyd edilmişdir. Eyni zamanda, işə əlavə olunan Cavabdeh tərəfindən verilmiş imtina məktubunda X1 doğum haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Bu səbəbdən atasının doğum haqqında akt qeydinin bərpa olunnmasından imtina edilmiş, doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunması ona tövsiyə edilmişdir. Neftçala Rayon Məhkəməsinə xüsusi icraat qaydasında atasının doğum faktının müəyyən olunması tələbli iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə doğum faktının artıq müəyyən olunduğunu qeyd edərək ərizəni icraata qəbul etməkdən imtina etmişdir. Qərardaddan verdiyi apellyasiya şikayəti təmin edilmiş və ərizənin mümkünlüyünə yenidən baxılması üçün iş Neftçala Rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin məhkəmənin növbəti qərardadı ilə ərizə yenidən icraata götürülməmiş və doğum faktının artıq müəyyən olunduğuna təkrarən vurğu edilərək yolverilməzlik barədə qərardad qəbul edilmişdir. Hazırda həmin qərardad qanuni qüvvəyə minmişdir. Qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, atanız X1 xx.xx.1948-ci il tarixli doğum yerinin Neftçala rayon, Uzunbabalı kəndi, ata qrafasında X9, ana qrafasında X10 yazılması və akt qeydinə uyğun doğum haqqında arayışda ata adı qrafasında dəyişiklik edilərək X9 yazılması üçün ərizənizə baxlılmışdır. Akt qeydinin aşkar edilməsi məqsədilə Cavabdeh habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Göstərilənlərə əsasən iddia didiyiniz doğum haqqında arayışın verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyiniz doğum faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır. xx.xx.1948-ci il tarixli, ИЕ № 710996 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1948-ci ildə anadan olmuşdur (doğulmuşdur), atası X16, ana qrafasında X12 qeyd edilmişdir. xx.xx.2001-ci il tarixli, AZ-İ№ 503061 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə ölmüşdür. xx.xx.2000-ci il tarixli, AZ-İİ№ 051446 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1999-cu il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli, AZ-İİ№ 302823 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə ölmüşdür. xx.xx.1956-cı il tarixli Evlənmə haqqında şəhadətnamədan görünür ki, X8 ilə X10 arasında xx.xx.1956-cı ildə rəsmi nikah bağlanmışdır. xx.xx.1982-ci il tarixli, Vİİİ-ЖГ №465458 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə anadan olmuşdur (doğulmuşdur), atası X5, ana qrafasında Nümayəndə qeyd edilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan Əmirov X3 rayon qeydiyyat şöbəsinə atası mərhum X1 doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Tələbin təmin olunması məqsədilə şöbənin arxivində saxlanılan 1945—1951 -ci illərə dair Cavabdeh və Bankə qəsəbə İƏN-i üzrə ilkin və 1948—1966-ci illərə dair bərpa doğum akt qeydləri yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin həmin əlavə olaraq X7 Reyestri xidmətinə sorğu göndərilmiş və həmin qurumun cavab məktubunda, X7 Reyestri xidmətinin arxivində ilkin və bərpa akt qeydləri üzrə doğum akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Bundan başqa X2 məxsus olduğu iddia edilən 21,09.1948-ci il tarixli, İE 710996 nömrəli doğum haqqında şəhadətnamədə şəxsin adında pozuntu olduğu müəyyən edilmişdir. Müvafiq şəhadətnaməyə əsasən şəxsin 1948-ci ildə rəsmi nikahdan doğulduğu görünsə də, ata və ana qrafasındakı şəxslərə məxsus nikahın 1956-cı ildə rəsmiləşdirildiyi, həmçinin doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X6 qeyd olunsa da, 1956-cı il tarixli nikahın X8 ilə Əmirova (nikahdan öncə Musayeva) Xanımbibi Fətulla qızına məxsus olduğu aşkar olunmuşdur. Qeyd olunan ziddiyyətlər səbəbindən müvafiq doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina olunmuş və İddiaçı məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. 1956-cı il tarixli, 81 nömrəli Evlənmə haqqında akt qeydindən görünür ki, X9 ilə Əmirova (Musayeva) Xanımbibi Fətulla qızının 6 uşaqları olmuşdur. Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1948-ci ilə dair Neftçala rayonu doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X1 doğum və ölüm haqqında akt qeydinin axtarışının aparılması imkanımız xaricindədir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində X19 (Seyidquli) oğluna aid hər hansı Akt aşkar edilməmişdir. Arxivdə saxlanılan Neftçala rayonu, Bankə qəsəbəsi, Seyidlər yaşayış məntəqəsi üzrə pay torpaq sahəsinə dair subyektlərin ilkin və düzəliş siyahılarından X11 və onun ailə üzvü Əmirova Xanımbibi hissədən çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. Tətbiq olunan hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydinin bərpa olunaraq düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X7 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar AR Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və AR Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, AR Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən X7 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə X7 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - X7 qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas Müddəaların 4-cü bəndinə görə X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə X7 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas Müddəaların 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X7 dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X7 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X7 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X7 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X7 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.X7 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X7 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi X1 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1948-ci il”, doğum yerinin ”Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X17” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X8” yazılmasından ibarətdir. Həmçinin iş materiallarında olan digər sübutlardan da müəyyən olunur ki, doğum haqqında şəhadətnamədə X1 doğum tarixinin “xx.xx.1948-ci il”, doğum yerinin ”Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X17” kimi qeyd edilmişdir. Lakin şəxsin doğumundan uzun müddət keçdiyinə görə akt qeydi aşkar edilməmişdir.Həmçinin şəxsə məxsus digər sənədlərlə onun ata adının Quli yox, Seyidquli olduğu da öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı X1 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1948-ci il”, doğum yerinin ”Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X17” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X8” kimi düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, doğum akt qeydinin bərpa edilərək dəyişiklik edilməsi üçün iddiaçının kifayət qədər əsasları vardır və iddia tələbi təmin edilərək X1 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1948-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X17” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X8” yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1 doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1948-ci il”, doğum yerinin “Xıllı rayonu Uzunbabalı kəndi”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X17” yazılması və akt qeydinə uyğun doğum haqqında şəhadətnamədə ata adı qrafasında dəyişiklik edilərək “X8” yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1395/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1395/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver