Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1398/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclasının katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi statusunun alınması üçün X6 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi statusunun alınması üçün X6 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, X4 gizir hərbi rütbəsində Beyləqan Qarnizonu Hərbi polisinin mühafizə bölüyünyün 2-ci tağımının komandiri vəzifəsində xidmət edərkən, 22 aprel 2021-ci il tarixdə xidmət etdiyi Füzuli rayonunun Kənd Horadiz məntəqəsində qorovul xidməti ilə bağlı hərbi xidmətdə olarkən həmin bölükdə 3-cü tağımda xidmət edən MAXEHHXHQ-su əsgər X15 xidmətlə bağlı aralarında yaranmış narazılıq səbəbindən özünə təhkim olunmuş avtomat silahdan atəş açaraq öldürmüşdür. Füzuli hərbi prokurorluğunda aparılmış araşdırma zamanı oğlunun əməllərində heç bir cinayətin əlamətləri aşkar edilməmiş, əsgər X12 barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə aparılan cinayət işinə Füzuli hərbi prokurorluğunun böyük müstəntiqi ədliyyə mayoru Elvin Ələsgərlinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) xitam verilmişdir. Həmin cinayət işinin materiallarından müəyyən olunur ki, X4 döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirmiş, qanuna müvafiq və “Hərbi xidmət keçmə haqqında Nizamnamə”yə uyğun hərəkət etməsinə baxmayaraq, öz hərbiçi yoldaşının psixikasında yaranmış pozuntular səbəbindən bu hərəkətləri özünə qarşı hörmətsizlik hesab edən şəxs tərfindən qətlə yetirilmişdir. Hal-hazırki vaxtadək X4na Şəhid statusu verilməmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki “Şəhid ailəsi“ statusunun verilməsi üçün gizirlər və zabit heyəti üçün arayışlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinə görə Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Cavabdeh Nazirlər Kabinetinin bu Qərarına istinad etsə də, X4nun ölümünün döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığını bildirərək, arayış verməkdən imtina etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və Şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində Azərbaycan Respublikasının suverenliyi, azadlığı uğrunda həlak olmuş, itkin düşmüş və qanunvericiliyə uyğun olaraq ölmüş hesab edilən şəxs Şəhid hesab olunur. X4 qanunvericiliyə uyğun olaraq döyüş təminatı ilə bağlı xidməti vəzifələrinin icrası zamanı ölmüşdür, ona görə də hesab edir ki, onun ölümü həmin Qanunun təsir dairəsinə düşür və onun Şəhid hesab olunması üçün əsasdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək etirazda qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi” statusunun alınması üçün X4nun şəhid hesab olunması barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsinə baxılır. İddia ərizəsi əsassız olduğundan təmin oluna bilməz. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən: “Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” nın 1.2.6-cı bəndinə əsasən: “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddia ərizəsinin mətnindən göründüyü kimi, iddiaçının oğlunun ölümü ilə bağlı cinayət işi olub. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) xitam verilmişdir. AR MPM-nin 82.4.-cü maddəsinə əsasən: “məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddia ərizəsinin 3-cü abzasına əsasən, X6 ölümü şəxsi münasibətlər zəminində baş vermişdir. Cinayət işi üzrə araşdırma aparıldığından, ölümün hansı şəraitdə baş verməsi və kim tərəfindən törədilməsi ilə bağlı qərar olduğundan, orada göstərilənlər məcburi sayılır və onları bir daha sübut etməyə ehtiyac qalmır. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi” statusunun alınması üçün X4nun şəhid hesab olunması barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə etdiyini və qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 4.1-ci bəndinin ikinci yarımbəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının oğlu gizir olduğundan hazırki tələbə cavab verməli inzibati orqan məhz Müdafiə Nazirliyidir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-25-14/2-M-1650/2-38/2023 nömrəli məktubla müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Beə ki, iddiaçı şəhid ailəsi statusunun alınması üçün X4nun şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-25-14/2-M-1650/2-38/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum gizir X6 Beyləqan Qarnizonu Hərbi Polisinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X15 tərəfindən 22 aprel 2021 -ci il tarixdə odlu silahdan açılmış atəş nəticəsində aldığı güllə yaralarından həlak olması normativ hüquqi aktda nəzərdə tutulan, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından, ona şəhid statusunun verilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyil. Övladınızın vaxtsız vəfatından kədərləndiyimizi və ağır dərdinizə şərik olduğumuzu bildirərək mərhuma Allahdan rəhmət diləyirik. Füzuli Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 16/5754 nömrəli məktubunda qeyd edilmişdir ki, Füzuli hərbi prokurorluğunda Beyləqan Qarnizonu hərbi polisinin mühafizə bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər X9 22 aprel 2021-ci il tarixdə qeyd edilən bölüyün 2-cı taqım komandiri, gizir X10 öldürməsi, sonra isə özünü öldürməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 120.1 və 125-ci maddələri ilə istintaq edilən ********* №li cinayət işinin icraatına 19 noyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPMnin 39.1.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir. Məlumat üçün bildirir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanındığından cinayət işinin materialları ilə Füzuli hərbi prokurorluğunda tanış ola bilərsiniz. Odur ki, bu barədə sizə məlumat verilməklə izah olunur ki, Azərbaycan Respublikası CPM-nin 282.1 -ci maddəsinin tələbinə əsasən müvafiq qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. İş üzrə X8 məxsus “Xiaomi Note 8 REDMİ" markalı smartfon tipli mobil telefon sizə göndərilir. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, 19 noyabr 2021-ci il tarixli qərarla Beyləqan Qarnizonu hərbi polisinin mühafizə bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər X11 22 aprel 2021-ci il tarixdə qeyd edilən bölüyün 2-cı taqım komandiri, gizir X10 öldürməsi, sonra isə özünü öldürməsi faktı təsdiq olunmuş və iş üzrə Azərbaycan Respublikası CM-nin 120.1 və 125-ci maddələri ilə istintaq edilən ********* №-li cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 43-11/2-72/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum Beyləqan Qarnizonu Hərbi Polis şöbəsidə gizir rütbəsində xidmət keçmiş, xx.xx.2021-ci il tarixdə saat 12:10 radələrində N nömrəli hərbi hissənin Füzuli bölməsinin X5 Bazasının mühafizəsində olarkən münaqişə zəminində AKMS markalı AFD 1412 nömrəli avtomatdan atılan atəş nəticəsində travmatik hemopnevmotoraksdan vəfat etmişdir. (Əsas: Hərbi Polis İdarəsinin 884 №-li xx.xx.2021-ci il tarixli bildirişi) xx.xx.2021-ci il tarixli Ölüm haqqında akt qeydindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə Füzuli rayonunda T79.2-Travmatik ikincili və ya residivləşən qanaxma, S27.2- Travmatik hemopenevmotoraks, X93-Əl odlu silahından atəş açma yolu ilə qəsd etmə nəticəsində ölmüşdür. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, övladınız mərhum X8 şəhid adının verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsində baxılmışdır. Bildiririk ki, hüquqi rəy verilməsi üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndərilmiş ərizənizə, Füzuli Hərbi Prokurorluğunun qərarına baxılmış və bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1,2.6-cı bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Ərizənizə əlavə olunan Füzuli hərbi prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 19 noyabr 2021 -ci il tarixli qərarından görünür ki, Beyləqan Qarnizonu Hərbi Polisinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X11 qəsdən avtomat silahdan atəş açması nəticəsində gizir X13 almış olduğu güllə yaralarından həlak olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Z.V.Mahmudlunun həlak olması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından, ona “Şəhid” adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.” Övladınızın vaxtsız ölümündən kədərləndiyimizi bildirərək, Uca Tanrıdan mərhuma rəhmət diləyirik. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisinə ünvanladığınız ərizəyə (oğlunuz mərhum gizir X8 ’’Şəhid” statusunun verilməsi barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinə görə şəhid- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Mərhum gizir X13 vəfat etməsi yuxarıda qeyd etdiyimiz normativ hüquqi aktda nəzərdə tutulan, döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şərtinə uyğun gəlmir. Təqdim etdiyiniz ərizənizə əsasən bildirirəm ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak edərkən, hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən, döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən, təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən, vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən, ezamiyyətdə olarkən, hərbi xidmət yerinə gedib-gələrkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Əlavə olaraq bildirirəm ki, övladınız mərhum gizir X6 22 aprel 2021-ci il tarixdə N nömrəli hərbi hissənin X7 sürtkü materialları bazasının mühafizəsində hərbi xidməti vəzifələrini yerinə yetirərkən xidmət yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X15 tərəfindən açılmış atəş nəticəsində (travmatik hemopnevmotoraks) həlak olmuşdur. Mərhum gizir X6 ölümü hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur. Övladınızın vaxtsız vəfatından kədərləndiyimizi və ağır dərdinizə şərik olduğumuzu bildirərək mərhuma Allahdan rəhmət diləyirik. Füzuli Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-3- 150/2-21-2936/24 nömrəli məktubdan görünür ki, 18 aprel 2024-cü il tarixli 2-1 (120)- 1398/2024 nömrəli məktubunuza cavab olaraq bildirirəm ki, Beyləqan Qarnizonu hərbi polisinin mühafizə bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər X11 qeyd edilən bölüyün 2-ci taqım komandiri, gizir X10 öldürməsi, sonra isə özünü öldürməsi faktı üzrə Azərbaycan Respublikası CM-nın 120 1 və 125-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Füzuli Hərbi prokurorluğunda istintaq aparılmış və 19 11.2021-ci il tarixdə Ə.Cəfərov barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə), sonra isə həmin silahdan atəş açaraq özünü öldürməsi faktı üzrə həmin məcəllənin 39.1.1 (cinayət hadisəsi olmadığından) maddələrinə əsasən cinayət işinə xitam verilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, xx.xx.2021-cı il tarixdə, saat 12:05 radələrində Beyləqan Qarnizonu hərbi polisinin mühafizə bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər X3 rayonunun Horadiz kəndi ərazisində N nömrəli hərbi hissənin yanacaq anbarı yaradıldığından həmin anbarın mühafizəsinin təşkil edilməsi məqsədilə Lənkəran şəhərindən verilmiş tapşırığa əsasən Beyləqan şəhərinə gəlmiş, və Füzuli rayonunun Horadiz kəndi ərazisində N nömrəli hərbi hissənin yanacaq anbarının mühafizə məqsədi ilə xidmətə çıxdığı zaman qarovul xidmətinin istirahəti üçün nəzərdə tutulmuş əsgər yataqxanasının giriş qapısının qarşısında xidməti istifadə üçün ona verilmiş "AKMS” markalı "AFD 1412” nömrəli avtomat silahdan avtomatik rejimdə atəşlər açaraq həmin bölüyün 2-ci taqım komandiri, gizir X10 öldürmüş, ardınca silahın lüləsini sağ gicgah nahiyəsində dirəyərək atəş açaraq özünü öldürmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 5-ci Hərbi Polis bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 238 nömrəli məktubunda qeyd edilmişdir ki, 5-ci Hərbi Polis bölməsinin mərhum hərbi qulluqçusu gizir X13 22 aprel 2021-ci il tarixdə N nömrəli hərbi hissənin Füzuli rayonunda yerləşən X5 bazasında xidmətdə olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu mərhum əsgər X15 tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur. Ölüm hərbi xidməti vəzifəsinin icrası ilə bağlıdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilmənin aparılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi normativ hüquqi aktlarda, istərsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş şəxslər şəhid hesab edilir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, mərhum gizir X13 ilə Beyləqan Qarnizonu Hərbi Polisinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X15 arasında şəxsi zəmində mübahisə yaranmış və sonuncu tərəfindən 22 aprel 2021-ci il tarixdə odlu silahdan açılmış atəş nəticəsində aldığı güllə yaralarından həlak olmuşdur. Və Füzuli Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə Beyləqan Qarnizonu hərbi polisinin mühafizə bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər X11 22 aprel 2021-ci il tarixdə qeyd edilən bölüyün 2-cı taqım komandiri, gizir X10 öldürməsi, sonra isə özünü öldürməsi faktı təsdiq olunmuş və iş üzrə Azərbaycan Respublikası CM-nin 120.1 və 125-ci maddələri ilə istintaq edilən ********* №-li cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericilik normalarının təhlili göstərir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olduğunu əhatə edir. X6 şəhid hesab edilməsi üçün hər hansı normativ əsas müəyyən edilməmişdir və onun ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından, ona şəhid statusunun verilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Eyni zamanda, iddiaçı da bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya onun tələb etdiyi arayışı vermək öhdəliyi yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-ə 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi statusunun alınması üçün X6 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid ailəsi statusunun alınması üçün X6 şəhid hesab olunması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərarda Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1398/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1398/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver