Məhkəmə qərarları › İş №2-1(120)-14/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-14/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-14/2024 16.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X9 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan 2175,87 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1459/2020 saylı qərardadı ilə X9, X1, X2, X5, X10, X11, X7 və Saatlı rayon Sarıcalar bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bundan əlavə məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Saatlı Rayon Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı əsasında İddiaçı Saatlı rayonu Sarıcalar kəndində ayrılmış 2175,87 kv.m ölçüdə torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Saatlı rayonu Sarıcalar kəndində yaşayır. Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı ilə ona 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi verilmişdir. Ona verilən torpaq sahəsi X21 kitabında 06 may 2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmışdır. 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi üzrə ona Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 157027 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına ahnması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin sözügedən idarədən 11 avqust 2020-ci il tarixdə **********54 saylı məktubla ona imtina verilmişdir. Hesab edir ki, istifadəsində olan 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbində haqlıdır. Yuxarıda qeyd etdiyi kimi, sözügedən torpaq sahəsi artıq 40 ildir ki, onun istifadəsindədir. Hal-hazırda həmin torpaq sahəsini adına rəsmləşdirə bilmir. Odur ki, o, inzibati məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs X9 nümayəndəsi və vəkili Vəkil1 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********54 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sözügedən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yerində aparılmış ölçü işləri zamanı müəyyən edilmişdir ki, sizin mülkiyyətinizə yuxarıda qeyd edilmiş komissiyanın qərarına əsasən ayrılmış, xx.xx.2009-cu il tarixli, A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin sərhədləri daxilində digər şəxsə məxsus özbaşına (qanunsuz) tikililər mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Qeyd edilən qanunsuz tikililər digər şəxs tərəfindən sizin mülkiyyətinizə ayrılmış torpaq sahəsi üzərində tikildiyindən, eyni zamanda yaranmış mübahisə, uyğunsuzluq səbəbindən müraciətinizin icrası qeyri-mümkündür. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. O cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərardan, xx.xx.2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı ilə Saatlı rayonu Sarıcalar kənd YAİK-nın xx.xx.2004-cü il tarixli, 1 saylı protokolu təsdiq edilmiş, İddiaçı 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi X21 kitabında 06 may 2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi üzrə iddiaçıya Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 157027 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı hüquqi əsaslar üzrə mülkiyyət hüququnu əldə etdiyi 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb kimi xx.xx.2009-cu il tarixli, A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin sərhədləri daxilində digər şəxsə məxsus özbaşına (qanunsuz) tikililərin mövcud olduğunu qeyd etmişdir. Məhkəmənin 17 noyabr 2020-ci il tarixli, 2-1(120)-1459/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsi hansı döngə nöqtə koordinatlarda yerləşir (sxemi çəkilməklə)? - Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsinin hüquqi statusu, kateqoriyası, növü, təyinatı nədir? - Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu? - Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşürmü, düşürsə hansı hissədə düşür (hüquq sahibləri barədə məlumat verilməklə)? - Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsinin koordinatları daxilində özbaşına tikililər mövcuddurmu? - Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsi və orada olan özbaşına tikililər faktiki olaraq kimin istifadəsindədir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/622 nömrəli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin Mərkəzə təqdim edilməməsi əsas gətirilərək, ekspertizanın aparılmasından imtina edilmiş və inzibati iş 15 aprel 2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)-36/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 11 noyabr 2022-ci il tarixli, 10/5899 saylı rəylə birlikdə inzibati iş 25 noyabr 2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/5899 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: - Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsi hansı döngə nöqtə koordinatlarda yerləşdiyi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir. - Qərardadın ikinci sualı üzrə: Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid fərdi yaşayış evinin tikintisi məqsədi üçün xüsusi mülkiyyətinə verilmişdir. - Qərardadın ücüncü sualı üzrə: Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və Məmmədova (Alışova) Almaz Əmirxan qızının adına tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2175.87 kv.m həyətyanı torpaq sahəsinin koordinatları ilə faktiki iddia etdiyi torpaq sahəsinin koordinatları əsasında uyğunsuzluq mövcuddur. Belə ki, A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar iddiaçının faktiki iddia etdiyi həyətyanı torpaq sahəsindən təxminən 82,0 metr şimal-qərbdə yerləşir. - Qərardadın dördüncü sualı üzrə: Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və Məmmədova (Alışova) Almaz Əmirxan qızının adına tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2175.87 kv.m həyətyanı torpaq sahəsinin koordinatları üçüncü şəxsin, yəni X9 istifadəsində olan 1244.47 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. - Qərardadın besinci və altıncı sualları üzrə: Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və Məmmədova (Alışova) Almaz Əmirxan qızının adına tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2175.87 kv.m həyətyanı torpaq sahəsinin koordinatları daxilində hər hansı bir tikilinin olması müəyyən edilməmişdir. İddia edilən mübahisəli 1244,47 kv.m torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-23/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4533 nömrəli rəylə birlikdə inzibati iş 09 sentyabr 2024-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4533 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: - Qərardadın birinci sualı üzrə: Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və Məmmədova (Alışova) Almaz Əmirxan qızının adına tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2175.87 kv.m həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun tərəflərindən GPS aləti vasitəsi ilə plana alınan koordinatları (0.2178 ha) və A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatları (0.2175 ha) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatları ilə naturada faktiki istifadə edilən torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, islahat zamanı ayrılmış torpaq sahəsi ilə naturada faktiki istifadə olunan torpaq sahəsi eynidir. Lakin tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar texniki səhv olaraq Sarıcalar kəndində yerləşən Dövlət mülkiyyətində saxlanılan pambıq tədarükü məntəqəsinin yerləşdiyi əraziyə vurulmuşdur. - Qərardadın üçüncü sualı üzrə: A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların yerləşdiyi torpaq sahəsi iddiaçı və ailə üzvləri tərəfindən istifadə olunmur. Həmin ərazi Dövlət mülkiyyətində saxlanılmaqla istifadəsiz ərazidir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflərindən GPS aləti vasitəsi ilə naturada plana alınan və 0.2178 ha müəyyən edilən mübahisəli həyətyanı torpaq sahəsi üzərində **********93-10301 Reyestr nömrəli Çıxarışla İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqiqeydiyyata alınmışdır və həmin torpaq sahəsinin 0.1261 hektarı üçüncü şəxs X9 istifadəsindədir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair baxılmış və tərtib edilmiş Məhkəmə Qərardadında qoyulan sualları elektron kadastr məlumat bazasına əsasən düzgün olaraq cavablandırmışdır. Belə ki, sözügedən inzibati iş üzrə iki dəfə müxtəlif vaxtlarda məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və həmin ekspertizanın nəticəsinə uyğun 2021-ci ildə və 2023-cü ildə tərəfindən mütəxəsis rəyi tərtib edilərək məhkəməyə təqdim etmişdir. Hər iki mütəxəssis rəyində yazdığı qeydlər eynidir. Yəni birinci və ikinci mütəxəssis rəyində qeyd etdiyi İddiaçı adına tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2175.87 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarını baza məlumatlarına əsasən düzgün olaraq göstərmişdir. Lakin birinci mütəxəssis rəyindən fərqli olaraq ikinci rəydə geniş şərh verərək bildirmişdir ki, İddiaçı adına tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində olan koordinatlar texniki səhv olaraq sürüşmə nəticəsində Sarıcalar kəndində yerləşən Dövlət mülkiyyətində saxlanılan pambıq tədarükü məntəqəsinin yerləşdiyi əraziyə vurulmuşdur. Həmçinin İddiaçı iddia etdiyi və yerdə mütəxəssisə göstərdiyi torpaq sahəsi “elektron kadastr uçotu informasiya sistemi” xəritəsində də yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazi kimi göstərilmişdir. Hər iki mütəxəssis rəyini özü tərtib etmiş və doğruluğunu təsdiq edir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/5899 nömrəli və 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4533 saylı ekspert rəyləri, həmçinin, məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X13 tərtib etdiyi mütəxəssis rəyləri və məhkəməyə verdiyi izahatı ilə müəyyən olunur ki, Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında İddiaçı ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aiddir və fərdi yaşayış evinin tikintisi məqsədi üçün onun xüsusi mülkiyyətinə verilmişdir. İslahat zamanı ayrılmış torpaq sahəsi ilə naturada faktiki istifadə olunan torpaq sahəsi eynidir. Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış və Məmmədova (Alışova) Almaz Əmirxan qızının adına tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2175.87 kv.m həyətyanı torpaq sahəsinin koordinatları daxilində hər hansı bir tikilinin olması müəyyən edilməmişdir. Həmin torpaq sahəsi üçüncü şəxsin, yəni X9 istifadəsində olan 1244.47 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin tərtib edilmiş A № 157027 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar texniki səhv olaraq Sarıcalar kəndində yerləşən Dövlət mülkiyyətində saxlanılan pambıq tədarükü məntəqəsinin yerləşdiyi əraziyə vurulmuşdur. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış A 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında fərdi yaşayış evinin tikintisi məqsədi üçün İddiaçı xüsusi mülkiyyətinə verilmiş yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid 2175.87 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş və A 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların texniki səhv olaraq başqa əraziyə vurulmasının məsuliyyətinin iddiaçının üzərinə qoyulmasi yolverilməzdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Cavabdeh inzibati orqan imtinasının əsası kimi qeyd etdiyi xx.xx.2009-cu il tarixli, A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin sərhədləri, yəni koordinatları daxilində digər şəxsə məxsus özbaşına (qanunsuz) tikililərin mövcud olması qənaətinə də məhz həmin torpaq sahəsinin koordinatlarının texniki səhv olaraq başqa əraziyə vurulması nəticəsində gəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə yuxarıda qeyd edilən halları tam və hərtərəfli müəyyən etdikdən sonra hüquqi qiymət verməli olduğu halda bunu etməmiş, qanunvericiliyin tələbinə müvafiq olaraq zəruri araşdirmanı aparmadan İddiaçı hüquqi əsaslarla əldə etdiyi 2175.87 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 41.1ci maddəsinə əsasən İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. Beləliklə, iş üzrə təqdim olunmuş hüquqmüəyyənedici sənədlərlə təsdiq olunur ki, İddiaçı Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 1785 nömrə ilə uçota alınmış A № 157027 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında mülkiyyətinə ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. İş üzrə təyin edilmiş ekspertizaların nəticələri iddiaçının mülkiyyətinə ayrılmış 2175.87 kv.m həyətyanı torpaq sahəsinin yüklü olmamasını, hər hansı şəxsin həmin sahəyə mülkiyyət hüququnun qeydiyyata alınmamasını təsdiqləyir. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın iddiaçıya verimiş torpaq sahəsinin qeydə alınmasına imtinasını xx.xx.2009-cu il tarixli, A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin sərhədləri, yəni koordinatları daxilində digər şəxsə məxsus özbaşına (qanunsuz) tikililərin mövcud olması ilə şərtləndirməsi özü-özlüyündə yolverilməzdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bütün zəruri sənədlər əldə olunmaqla iddiaçıya Saatlı rayonu Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı ilə ayrılması, həmin qərarın qüvvədə olması, torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Bundan başqa, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Digər tərəfdən, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və əsas X4» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qararında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və Əsas X4» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdan sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və Əsas X4» Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və Əsas X4» Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüqunun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Həmçinin, «İnsan hüquqlarının və əsas X4» Avropa Konvensiyanın 1 saylı protokolunnu 1-ci maddəsinin təsir dairəsinə təşəkkül tapmış presedent hüququna əsasən hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi də daxildir. Belə ki, «X19 Ltd.» şirkəti İrlandiyaya qarşı məhkəmə işində (bax A 222 (1991)) Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü ildə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Məhkəmənin xatırlatmasına görə «tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir» («Burdov Rusiya Federasiyasınna qarşı» və «Yunanistan neftayırma zavodu «Strən» və «X3rşı» işlər). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətinə qanunla müəyyən edilmiş qaydada veridiyindən və həmin torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Saatlı Rayon Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı əsasında ona Saatlı rayonu Sarıcalar kəndində ayrılmış 2175,87 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 100 (bir yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Saatlı Rayon Aqrar İslahat Komissiyasının 25 mart 2005-ci il tarixli, 01 nömrəli qərarı əsasında ona Saatlı rayonu Sarıcalar kəndində ayrılmış 2175,87 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X6, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar