Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-140/2023 07.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Neftçala bələdiyyəsinin xx.xx.2007cı il tarixli, 09 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin qərar əsasında Neftçala rayon bələdiyyəsi ilə onun arasında torpaq sahəsinin alqı-satqısına dair akt imzalanmış və bütün lazimi orqanlardan müvafiq rəylər alınmışdır. O, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə müraciət etmişdir. Çıxarış almaq üçün bütün idarə və təşkilatlardan tələb olunan sənədlər təqdim olunsa da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi xx.xx.2021-ci il tarixli, **********90 nömrəli məktubu ilə ona çıxarış verilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Hümbətova X11 Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlə Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Ərizə araşdırılan zamanı aşağıdakı çatışmamazlıqlar olduğu məlum olmuşdur. Belə ki, Neftçala Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha torpaq torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəmə Komitəsi tərəfindən elektron məlumat bazasına “kənd təsərrüfat təyinatlı torpaqlar” kateqoriyalı, məqsədli istifadə növü örüş kimi daxil edilmişdir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 9cu maddəsinin 3-cü bəndinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməsi Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycar Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi “kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə (bu halda həyətyanı deyil, örüş kimi) istifadəyə və icarəyə verilməsini” nəzərdə tutur. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnuzun qeydiyyata alınması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildirirlər ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Neftçala bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün sizə ayrılmış 0.06 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən elektron məlumat bazasına “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı, məqsədli istifadə növü örüş kimi daxil edilmişdir. Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına ziddir. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlər üçün istifadə edilməsi Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra mümkündür. O cümlədən Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi “kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə (bu halda həyətyanı deyil, örüş kimi) istifadəyə və icarəyə verilməsini” nəzərdə tutur. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan Neftçala Bələdiyyəsinin 30 sentyabr 2007-ci il tarixli, 09 saylı iclasının Qərarından Çıxarışdan görünür ki, Neftçala şəhər sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün şəhərin M.Ə.Sabir küçəsində bələdiyyə torpaq fondundan 600 kv.m torpaq sahəsi xüsusi mülkiyyətinə satılmışdır. İş materiallarına əlavə olunmuş torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Neftçala şəhər sakini İddiaçı tərəfindən Neftçala bələdiyyəsinə 05 sentyabr 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Neftçala Bələdiyyəsi ərazisində Neftçala şəhər sakini İddiaçı şəhərin M.Ə.Sabir küçəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin satılması barədə 30 sentyabr 2007-ci il tarixli, 09 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin baş məsləhətçisi Ə.F.İmanovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin aparıcı məsləhətçisi M.M.Əliyevin, Neftçala rayonunun baş memarı D.Q.Əliyevin, Neftçala bələdiyyəsinin sədri A.V.Dadaşovun və Neftçala şəhər sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2007-ci il tarixli Aktdan görünür ki, Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 693 saylı vəsatətinə əsasən Neftçala şəhər sakini İddiaçı şəhərin M.Ə.Sabir küçəsində bələdiyyə torpaq fondundan 600 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 693 saylı vəsatətinə əsasən Neftçala şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılmasına etiraz etmirlər. İş materiallarında olan “Tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi”nin xx.xx.2007-ci il tarixli Rəyindən görünür ki, Neftçala şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün şəhərin M.Ə.Sabir küçəsində 600,0 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılmasına etiraz etmirlər. İş materiallarında olan X2 Şahnaz Cavad qızına ünvanlanmış xx.xx.2021-ci il tarixli, 180 saylı məktubundan görünür ki, İddiaçı Neftçala Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə şəhərin M.Ə.Sabir küçəsində ayrılmış 600 kv.m torpaq sahəsi Neftçala bələdiyyəsinin ehtiyat fonduna aiddir. İş materiallarında olan Neftçala Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 49 saylı məktubundan görünür ki, Neftçala rayonu Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı iclas protokolunun çıxarışına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmiş 600 kv.m torpaq sahəsinə dair vətəndaşın mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmirlər və Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı hal-hazırda öz qüvvəsindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mühəndis-inventarlaşdırıcısı X10, Neftçala bələdiyyəsinin sədri X9, Torpaq sahəsinin mülkiyyətçisi X5 iştirakı ilə tərtib edilmiş Dürüstləşmə Aktından görünür ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən İddiaçı ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün torpaq sahəsinə yerində baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, mərz nişanları qoyulmuş və naturaya uyğun olaraq koordinatları təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanı tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın özgəninkişləşdirilməsi barədə qəbul olunmuş aktlar belə əsaslar kimi nəzərdə tutulmuşdur. Məhkəmə həmçinin mövcud qanunvericiliyin 2007-ci ildə, yəni müvafiq bələdiyyənin qərarı qəbul olunan dövrdə qüvvədə olan aşağıdakı normalarını diqqətə çəkir: «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respubklikasının xx.xx.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş «X1»nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının mümarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 hektar torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin; - Mübahisəli torpaq sahələrinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin; - Mübahisəli torpaq sahələri ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı torpaqları, yaşayış məntəqələrinin torpaqları və s.) olması və məqsədli istifadə növü müəyyən edilsin. İş materialları qərardadın icrası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə iş üzrə xx.xx.2022-ci il tarixli 10/6461 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İ.Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Neftçala şəhəri, M.Ə.Səbir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin 30 09 2007-ci il tarixli, 09 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yeri və koordinatları iddiaçının iştirakı ilə müəyyən edildi (yerquruluşu planında əks etdirilmişdir). - Qərardadın ikinci sualı üzrə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İ.Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmür; - - Qərardadın ücüncü sualı üzrə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İ.Cahangirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsində yerləşir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə iş üzrə xx.xx.2023-cü il tarixli 10/2003 nömrəli ekspert rəyi və iş materialları məhkəməyə daxil olmuşdur. Ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadm birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 25 avqust 2023-cü il tarixli **********23 nömrəli mütəxəssis rəyinə əsasən, Neftçala şəhəri, M.Ə.Səbir küçəsində yerləşən, Neftçala bələdiyyəsinin 30 09 2007-ci il tarixli, 09 saylı qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin naturada yeri və koordinatları iddiaçının iştirakı ilə müəyyən edildi. Qərardadın ikirıci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin faktiki koordinatlarının üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edildi. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsində yerləşdiyi müəyyən olundu. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ona fərdi yaşayış evinin tikintisi üçün ona həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Neftçala bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə İddiaçı ərizəsi nəzərə alınaraq, ona şəhərin M.Ə.Sabir küçəsində bələdiyyə torpaq fondundan 600 kv.m torpaq sahəsi satılmışdır. xx.xx.2007-ci il tarixdə İddiaçı ilə Neftçala bələdiyyəsi arasında sözügedən torpaq sahəsinin satılmasına dair alqı-satqısına dair akt imzalanmış və həmin alqı-satqı aktı Neftçala rayon Torpaq şöbəsində 503 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixdə torpağın ayrılmasına dair yerlərin seçilməsi barədə aktlar və ayrılmış torpaq sahələrinin yerquruluşu planı tərtib edilərək Neftçala bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Neftçala bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə alqı-satqı olunmuş 600 kv.m torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsində yerləşir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi ayrılan zaman kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsində yerləşsə də, bələdiyyə həmin torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi kimi iddiaçıya satılması barədə qərar qəbul etmişdir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməz. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, 600 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 100 (bir yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X6, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-140/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-140/2023
07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver