Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1400/2025 07.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajının qəbul edilməsindən imtina edilməsi qanunsuz və əsassız hesab edilməli və ona dövlət qulluqçusu kimi əmək pensiyasının əlavələrlə birlikdə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajının qəbul edilməsindən imtina edilməsi qanunsuz və əsassız hesab edilməli və ona dövlət qulluqçusu kimi əmək pensiyasının əlavələrlə birlikdə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə baxılmadan saxlanılmasını və iddia tələbinin dəqiqləşdirilərək “hüququnun yarandığı tarixdən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə hazırkı qərardadın təsviri hissəsində qeyd edilən məzmunda icraata qəbul edilmiş, iddiaçı tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-ci il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi baxılmadan saxlanılmış, iddia tələbi “hüququnun yarandığı tarixdən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında 43 il iş stajı ilə yaşa görə 240 ( iki yüz qırx ) manatla əmək pensiyasına çıxmışdır. Malik olduğu stajı 9 il 5 aydan artığını X3 4 il 11 aydan artığını isə Əmək və ƏSM orqanlarında qulluq etmiş, 14 il 4 aydan artıq qulluq stajı olduğuna görə ona yaşa görə əmək pensiyasına qulluq stajına görə əlavə pul verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 mart 2018-cil il tarixli, 012-10538T-3218 saylı arayışa əsasən 07 sentyabr 1979 -cu ildən 13 yanvar 1987-ci il tarixə qədər X3 xidmət etmişdir. Azərbaycan Respublikası Şirvan İnzibati Məhəkəmsinin 24 may 2024-cü il tarixli, 4-9/2-T-24-6/24 saylı məktubunda ərizəsinə cavab olaraq qeyd etdiyi məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etməlidir. 10 iyun 2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına dövlət qulluqçusu kimi pensiya almağı üçün müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 1 iyul 24-cü il tarixli 3-17-1/2-T-150910/2024 saylı ona verilmiş məktuba əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun dövlət qulluğu stajının 15 ildən az (4 il 11 ay 2 gün ( xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdəndə ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı onun X3 təqvim hesablanması ilə 9 il 05 ay 09 gününün xidmət etməyinin qulluq stajına əssasız olaraq hesablamamışdır. Onun ümumilikdə 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajı vardır. Qeyd edilənləri nəzərə alaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı (bundan sonra Mərkəzi Filial) "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalı tərəfindən 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajının qəbul edilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsi və ona dövlət qulluqçusu kimi əmək pensiyasının əlavələrlə birlikdə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filial tərəfindən aiddiyyəti üzrə baxılmışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (4 il 11 ay 2 gün (xx.xx.2001xx.xx.2006-cı il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən ümumi şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. İddiaçının təqdim etdiyi Fondun 5 saylı X4 arayışına əsasən onun dövlət qulluğunda işləməsi və aylar üzrə əməkhaqqı alması müəyyən olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunan 1979-1987-ci Hərdə X3 təqvim illəri üzrə 09 il 05 ay 09 gün xidmət müddəti ümumi əsaslarla yaşa görə əmək pensiyasının tərkib hissəsidir və dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü - xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə mənasını ifadə edir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitseprezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının X3 işlədiyi vəzifə dövlət qulluğunun xüsusi növünə aiddir və ümumi dövlət qulluğuna görə pensiya təyin olunması zamanı nəzərə alınmır. “Əmək pensiyaları haqqında” Qanunun 37.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filalı tərəfindən 14 il 04 ay 11 gün dövlət qulluqçusu kimi stajının qəbul edilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsi və ona dövlət qulluqçusu kimi əmək pensiyasının əlavələrlə birlikdə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir, İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığından və iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2018-ci il tarixli, 012-10538-T-3218 nömrəli məktubundan görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək X3 xidmət etmişdir. xx.xx.1986-cı il tarixdə xidmət müddəti: təqvimi hesablama ilə - 09 il, 05 ay, 09 gün təşkil edir (Əsas: arxiv şəxsi işin № Siyahı-15, Arx.739). İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-T-150910/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi dövlət qulluğu stajının 15 ildən az (4 il 11 ay 2 gün (xx.xx.2001-xx.xx.2006-cı il tarixlər arasındakı dövr) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-17/2-759/2025 nömrəli məktubundan görünür ki, İddiaçı arxiv sənədləri öyrənilərkən onun Silahlı Qüvvələrdə xx.xx.1976-xx.xx.1978-ci illərdə, X3 xx.xx.1979-xx.xx.1987-ci illərdə xidmət etdiyi və xidmət illərinin 13 yanvar 1987-ci il tarixə təqvimi hesablama ilə-09 il, 05 ay, 22 gün təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı xx.xx.1979xx.xx.1987-ci illərdə X3 müvafiq ardıcıllığa uyğun xüsusi rütbə daşımaqla (milis sıravisi, milis kiçik serjantı, daxili xidmət leytenantı) xidmət etdiyindən onun tutduğu vəzifə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən “dövlət qulluğunun xüsusi növü”nə aid edilir. İşdə olan Azərbaycan Respublikası X7nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 9- 3/2-127/2025 nömrəli məktubundan görünür ki,...1979-1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində rütbə nəzərdə tutulan vəzifələrdə xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası X7nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 9- 3/2-1162/2025 nömrəli məktubundan görünür ki,...1979-1987-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində rütbə nəzərdə tutulan vəzifələrdə xidmət müddəti dövlət qulluğunun xüsusi növündə qulluq illərinə (xidmət illərinə) daxil edilir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -20.1.7 Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. -20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bir daha qeyd olunmalıdır ki, hazırda vətəndaşa dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Məhkəmə bildirir ki, bu zaman təkcə iş stajının 15 il olması deyil, xüsusi ilə dövlət qulluğunda stajın 15 il olması zəruridir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Şərh olunan müddəaların hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən onun dövlət qulluğunda iş stajı kimi 14 il 04 ay 11 gün nəzərə alınması mübahisələndirilməyən haldır. İddiaçı və cavabdeh arasında yaranmış mübahisənin əsasının iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunan 1979-1987-ci Hərdə X3 təqvim illəri üzrə 09 il 05 ay 09 gün xidmət müddəti ümumi əsaslarla yaşa görə əmək pensiyasının tərkib hissəsidir və dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. X7 tərəfindən sorğuya cavab məktubuna əlavə olunmuş aidiyyəti inzibati orqanların məktublarına əsasən: - 1979-1987-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində rütbə nəzərdə tutulan vəzifələrdə xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” ölkə Prezidentinin 1991-ci il 18 oktyabr tarixli 372 nömrəli Fərmanın 5ci hissəsinin ikinci abzasında rayonların, şəhərlərin (respublikası tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərmələri qeyd olunsa da, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”də sözügedən qurumların strukturu ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) Qeyd olunmalıdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan pensiya təyin edən orqan kimi inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu müstəvidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının iddia etdiyi 1979-1987-ci illərdə işlədiyi vəzifənin dövlət qulluğuna aid olub-olmaması ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan həmin dövrü dövlət qulluğu kimi nəzərə alınmasından imtina etmiş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. İMəhkəmə qeyd edir ki, iddiaçının 1979-1987-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyində rütbə nəzərdə tutulan vəzifələrdə xidmət müddəti onun dövlət qulluğu stajına əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə 20 fevral 2024-cü il tarixli, 91 nömrəli qərarına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı işlədiyi 1979-1987-ci illər onun dövlət qulluğu stajına əlavə edilməlidir. Qeyd edilən illərin (09 il 05 ay 09 gün) mübahisəsiz hesab edilən 04 il 11 ay 02 gün (xx.xx.2001-xx.xx.2006-cı illər aralığı) ilə cəmlədikdə İddiaçı dövlət qulluqçusu kimi stajının 14 il 04 ay 11 gün təşkil etdiyi müəyyən edilir. Lakin iş üzrə əsas məqam iddiaçının 1979-1987-ci illər nəzərə alındığı, yəni dövlət qulluqçusu kimi stajının 14 il 04 ay 11 gün təşkil etdiyi təqdirdə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə qeyd edilən tələblərə cavab verib-verməməsi halıdır ki, həmin hissədə də məhkəmə tərəfindən tam araşdırma aparılmışdır. İlk öncə iş materiallarına əsasən iddiaçının 2 arqument irəli sürdüyü müəyyən edilir:
1. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5 il müddət nəzərə alınmaqla təyinastın aparılması,
2. Və ya xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən şərtlər ödənilnmədiyi təqdirdə Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi. Həmin hallar üzrə məhkəmə qeyd edir ki, Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiqi zamanı müəyyən olunur ki, iddiaçının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olan vaxtda 5 il dövlət qulluğu stajı olsa da, bu hal iddianın təmini əsası qismində çıxış etmir. Məhkəmə bununla bağlı iki əsası bildirir. Birincisi, iddiaçının xx.xx.2005-ci il tarixədək 5 il dövlət qulluğu stajı olsa da, o həmin dövrdə əlilliyə görə işdən çıxmamışdır. Belə ki, iş materiallarında olan pensiya işindən olan qeydlərdən görünür ki, iddiaçıya əlilliyə görə pensiya xx.xx.2017-ci il tarixdə təyin edilmişdir. Həmin dövrdə vətəndaşın yaşa görə əmək pensiyası hüququ tamam olmamışdır. Belə olan halda xx.xx.2005-ci il tarixədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. İkincisi isə odur ki, xx.xx.2005-ci il tarixdən sonra belə qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçı tərəfindən ödənilmədiyindən, həmin dövrdə olan normaların ona münasibətdə tətbiq edilməsi mümkün deyildir. Belə ki, iddiaçıya müraciəti əsasında xx.xx.2017-ci il tarixdə əlilliyə görə pensiya təyin edilmiş və həmin pensiyanı xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. olsa da və 5 il dövlət qulluğu stajına malik olsa da, o, xx.xx.2006-cı il tarixdə əlilliyə görə pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda əmək fəaliyyətində olmuşdur. Həmçinin, iddiaçının həmin dövrdə yaşa görə əmək pensiya hüququ yaranmamışdır. İddiaçının 2-ci arqumenti üzrə isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olub-olmamasına münasibət bildirilməsi zəruridir. Normanın məzmununa görə vətəndaşın 14 il 04 ay 11 gün qulluq stajı (dövlət qulluğunda) əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yalnız 2 əsas olduğu halda yaranır: -dövlət qulluğuna xitam verilməsi bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmuşdursa; -15 il qulluq stajının toplanmasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda. Məhkəmə diqqətə çatdırır ki, dövlət qulluğuna xitam verildiyi tarixə iddiaçı 14 il 04 ay 11 gün qulluq stajına malik olsa da, onun “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsi əsasında pensiya hüququnun yaranması istisna olunur. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ- hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericilik dövlət qulluğçusu kimi yaşa görə əmək pensiyasının 14 il 04 ay 11 gün qulluq stajı əsasında təyinatını konkret müddəa əsasında təsbit etmişdir ki, bu zaman dövlət qulluğuna xitam verilməsinin bilavasitə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmasını şərtləndirmişdir. Hazırki mübahisə üzrə iddiaçının dövlət qulluğuna xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə bağlı olmadığından, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-1-ci maddələri ona münasibətdə tətbiq edilmir. İddiaçının dövlət qulluğunda tələb olunan 15 il stajı olmadığından həmin hissədə də hüququnun yaranmadığı müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, imtinanın əsasında dayanan hal əsası aradan qalxsa belə qanunvericiliyin tələbləri üzrə iddiaçının hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzrəinə qoyulması barədə tələbi əsaslı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Hilal Nəcəfov