Məhkəmə qərarları › İş №2-1(120)-1401/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1401/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1401/2024 14.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********392800 nömrəli və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********018200 nömrəli qərarların ləğv edilməsi və əsassız hesablanmış vergi borcunun silinməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehlər sırasında qeyd olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdehlər sırasından çıxarılaraq Cavabdeh qismində Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi kimi davam etdirilməsini və iddia tələbinin dəyişdirilərək “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “iş üzrə iddia tələbinin və cavabdehin dəyişdirilməsi barədə” ərizəsi təmin edilmiş, iddia “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi göstərilmiş, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin prosessual iştirakına xitam verilmiş və cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh qismində prosessual iştirakı davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** saylı VÖEN-lə vergi xidmətindən qeydiyyatdan keçməklə fərdi sahibkar kimi fəaliyyət göstərir və fəaliyyət istiqaməti quş ətinin istehsal etməklə diri və kəsilmiş halda satışının həyata keçirilməsindən ibarətdir. Həmin fəaliyyətini həmin təsərrüfat (broyler təsərrüfatı) ünvan 1 ünvanında ümumi sahəsi 30 kv.m olan obyektdə (obyekt kodu **********-26001) icarə əsasında həyata keçirir. Həmin fəaliyyətə 2022-ci il tarixdə başlanılmış və hazırki vaxta kimi fəaliyyətini həmin istiqamətdə davam etməklə rayonda və ölkə üzrə quş əti sahəsində məhsul bolluğunun yaradılmasına xidmət edir. 2022-ci ildə yeni fəaliyyətə başladığı üçün təsərrüfat gəlir gətirməmiş və quşların yem bazasının təmin edilməsi, orada işləyən fəhlə və işçilərin əmək haqqlarının vaxtında ödənilməsi təmin edilmiş və həmin ödənişlər üzrə dövlət büdcəsinə vergi, sosial sğorta haqları ödənilmişdir. Təsərrüfatın inkişaf eidirilməsindən ötrü Dövlət xətti ilə 23 fevral 2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı tərəfindən 170000 manat məbləğində kredit ayrılmış və həmin kredit məbləği quşların yem bazasının təmin edilməsinə yönəldilmişdir. Həmin kredit məbləğinin əsas borc olan 170000 manat hissəsinə 21344.42 manat faiz olmaqla, 26 oktyabr 2022-ci il tarixdə isə 40000 manat əsas borc olmaqla 9918.08 manat faiz borcun üəzərinə gəlməklə kderit hesabına maliyyə bazası formalaşdırılmışdır. Həmin il obyektin fəaliyyəti barədə müvafiq dövrlər üçün vergi bəyannamələri qanunamüvafiq qaydada təqdim edilmiş və vergi xidməti tərəfindən də həmin bəyannamələr qəbul edilməklə təsdiqlənmişdir. Lakin Vergi xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, **********182500 nömrəli bəyannamənin təqdim edilməsi haqqında bildirişin göndərilməsini, lakin həmin bilririşə əsaslandırılmış cavab verilmədiyinə görə vergi orqanı heç bir araşdırma aparmadan müəssisəyə Dövlət Vergi Xidmətinin 6 saylı Baş Vergi İdarəsi tərəfindən 2022-ci il üçün əsassız olaraq 55549.55 manat məbləğində vergi vesablamış və bundan sonra müəssisəyə (sahibkara) heç bir məlumat vermədən bank hesabına sərəncam qoymuşdur. Daha sonra təkrar olaraq hesablanma aparılmış və məbləğ dəqiqləşdirilməklə əsassız hesablanmış vergi məbləği 56629.27 manata qaldırılmışdır. Bundan sonra Vergi orqanına müraciət olunmuş və Vergi orqanı tərəfindən kameral yoxlama aparılmışdır. Aparılmış kameral yoxlama zamanı tam və hərtərəfli araşdırma aparılmamış, kameral yoxlamanın aparılma qaydalarına riayət edilməməklə əvvəllər hesablanmış vegi məbləği dəyişdirilmədən saxlanması və həmin vergi məbləğinin sahibkar tərəfindən ödənilməsi barədə 02 avqust 2023-cü il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərardan verilmiş şikayətə 14 avqust 2023-cü il tarixdə Dövlət Vergi Xidmətində baxılmış və şikayət təmin edilməmiş Vergi Xidməti özünün **********392800 nömrəli 14 avqust 2023-cü il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul etməklə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 avqust 2023-cü il tarixli **********018200 nömrəli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Aşağıda qeyd olunanlara əsasən inzibati orqan olan Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş hər iki qərara qanunsuz və əsassız olduğundan ləğv edilməli, hesablanmış vergi borcu silinləlidir. Qeyd edilənləri nəzərə alaraq Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, Uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, fəaliyyət növünün "broyler təsərrüfatı” olduğu, ünvan 2 ünvanında ümumi sahəsi 30 m2 olan (obyektin kodu: **********- 26001) “İcarə Obyekti” adlı təsərrüfat subyektinin xx.xx.2022-ci il tarixdə vergi orqanında uçota alındığı müəyyən edilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən iddiaçı tərəfindən 2022-ci il üzrə elektron qaimə- fakturalar əsasında 1388738,66 manat məbləğində malların (işlərin, xidmətlərin) əldə edilməsinə baxmayaraq 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********182500 nömrəli “Bəyannamənin təqdim edilməsi haqqında” məktub göndərilmiş lakin vergi ödəyicisi tərəfindən müvafiq cari bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin “Gəlir vergisinin bəyannaməsi”nə 55 549,55 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********196500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, lakin tələb olunan zəruri təsdiqedici sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin gəlir vergisi bəyannaməsinə 56.629,27 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********018200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. (Qeyd olunan qərar qüvvədən düşmüşdür) Belə ki, vergi ödəyicisinin 2022-ci il üçün kassa metodu ilə təqdim etdiyi gəlir vergisi bəyannaməsi üzərində “Təqdim etdiyiniz “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfinizdən idxal edilmiş və e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 1388738.66 manat az əks etdirilmişdir.” məzmununda uyğunsuzlq yaranmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********182500 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə gəlirin əldə olunması ilə bağlı məlumat olmadığından NK 55 saylı qərara əsasən 56629.27 manat gəlir vergisi hesablanmış və xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaiməfakturalarla 1.388.861,10 manat məbləğində 148.676,25 kq miqdarında olan yem və yem məhsullarının əldə edildiyi, malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturanın təqdim edilmədiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə kassa metodu ilə 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində 1 685 850,00 manat, 1224.8ci (Vergilərdən azad edilən gəlirlər (sətrin təsnifatı 3 №-li Əlavə ilə təqdim olunur)) sətrində 1.685.850,00 manat, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 1.682.825,00 manat (o cümlədən, 1226.1-ci (Əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrində 11.400,00 manat, 1226.2-ci (Sosial sığorta haqları) sətrində 2.280,00 manat, 1226.4cü (Malın dəyəri) sətrində 1.668.860,00 manat məbləğ, 1234-cü (Ödənilmiş sığorta haqları) sətrində 285,00 manat məbləğ, bəyannamənin 1 nömrəli əlavəsinin 1.3-cü (Ehtiyyatlar) sətrinin “Dövr ərzində daxil” olmuşdur sütununda 1.668.860,00 manat məbləğ, “Təqdim edilmişdir” sütununda 280.000,70 manat məbləğ, “Silinmişdir” sütununda 1.388.860,00 manat “Hesabat dövrünün sonuna” sütununda 0,00 manat məbləğ göstərilməklə 0 manat məbləğində gəlir vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim olunan 2022-ci ilin gəlir vergisi bəyannaməsində dövr ərzində kənd təsərrüfatı üzrə əldə edilmiş gəlirlərin 1.685.850,00 manat olduğu qeyd olunsa da, vergi ödəyicisinin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olması kameral vergi yoxlaması ilə müəyyən edilməmiş, eyni zamanda xərc məbləği kimi qeyd edilən malların dəyərinin 1.668.860,00 manat göstərilməsinə baxmayaraq uçot baza məlumatlarına əsasən əldə edilmiş malların dəyərininl 388.861,10 manat olması səbəbindən kənarlaşmalar yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********939800 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 56 629,27 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarınırı hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********018200 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın təqdim edilib-edilməməsi barədə məiumatın, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarında müalicə, dezinfeksiya və detarizasiya tədbirlərinin keçirilməsi barədə bağlanılmış müqavilə, quşların saxlanmasına əsas verən torpaq sahəsi, saxlanc yerləri, texniki imkanlar, işçi qüvvəsi, dərman, pereparatlar, habelə əldə edilmiş subsidiya, güzəştli kredit və s. vergi ödəyicisinin X3 intormasıya Sistemində qeydiyyatdan keçib-keçməməsi barədə məlumatların və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran X4 Mərkəzinə göstərilmiş xidmətlər barədə məlumatların həmçinin Mərkəzdə hər hansı bir qeydiyyatının və ya müraciətinin olub-olmaması barədə məlumatların təqdim edilməsi barədə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən sorğuya cavab olaraq fərdi sahibkarın “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmadığı bildirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran X4 Mərkəzindən təqdim edilmiş məlumata əsasən İddiaçı X3 İnformasiya Sistemində (EKTlS-də) fermer kimi qeydiyyatda olduğu, M. Abbasovun 2021-2022ci əkin ilinin payızlıq dövründə 21 dekabr 2021-ci il tarixdə 0,36 ha arpa əkini barədə EKTİS-də bəyan etmiş və 25 fevral 2022-ci ildə 75,60 manat əkin subsidiyası Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən onun fermer kartına köçürüldüyünü, 2022-2023-cü il əkin ilinin payızlıq əkin dövründə 15 dekabr 2022-ci il tarixdə 0,36 ha yonca əkini barədə EKTİS- də bəyan etmiş və 08 fevral 2023-cü ildə 18,00 manat əkin subsidiyası AKİA tərəfindən onun fermer kartına köçürüldüyünü bildirilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən xx.xx.2023-cü il tarixdə edilmiş sorğuya Agentlik tərəfindən verilmiş cavabda İddiaçı məxsus broyler təsərrüfatında müalicə, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılması barədə müqavilə bağlanmadığını bildirilmişdir. Araşdırma zamanı İddiaçı “X2” ASC-nin (VÖEN: **********) rəhbəri və təsisçisi olduğu, ASC-nin xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, fəaliyyət növünün “ev (kənd təsərrüfatı) quşlarının yetişdirilməsi”ndən ibarət olduğu, Lənkəran rayonu, Lənkəran şəhəri, Ləvəngi Dairəsi ünvanında ümumi sahəsi 30.030,0 m2 olan (obyektin kodu: **********- 26001) “Quşçuluq Fabriki” adlı təsərrüfat subyektinin xx.xx.2011-ci il tarixdə vergi orqanında uçota alındığı müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı “X2” ASC tərəfindən elektron qaimə-fakturalar əsasında 63.213,04 manat məbləğində təbii qazın, 10.908,57 manat məbləğində “T_748*1053_TFFFT_ BB(9/5)_BOBST, T_1005*720_TFFFT BB(9/5)_BOBST” adlı malların (işlərin, xidmətlərin), 47,18 manat məbləğində “Standartlarla təmin edilmə (ГОСТ 31962-2013, AZS 004-1993)” adlı xidmətlərin, 35,40 manat məbləğində “Sınaq işlərinin aparılması” adlı xidmətlərin, 114,01 manat məbləğində “Q/K saxlanması və reyestrin aparılması” adlı xidmətlərin, 5483,62 manat məbləğində “Polietilen ortuk-toyuq paketi” adlı malların, 80,83 manat məbləğində “Öv nin yoxlanılması” adlı xidmətlərin, 11,80 manat məbləğində “Orqanoleptika (xarici görünüş, rəngi,dadı, iyi,)” adlı xidmətlərin, 17,70 manat məbləğində “Nəmlik” adlı malların (işlərin, xidmətlərin), 59,0 manat məbləğində “Notarius xidmətləri, hüquq sənədləri və sertifikatları sahəsində xidmətlər” adlı xidmətlərin, 229,30 manat məbləğində “Broyler cücə ətinin sertifikatlaşdırılması” adlı xidmətlərin, 360 manat məbləğində auditor xidmətinin və 118.250, manat məbləğində 107.500,0 ədəd miqdarında “Birgünlük cücə” adlı malların əldə edildiyi, elektron qaimə-fakturalar əsasında 31.266,39 manat məbləğində 6623,11 kq miqdarında “bütöv qanadlar, nazik ucla və ya onsuz” adlı malların təqdim edildiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı, elektron alış aktları vasitəsilə malların əldə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, uçot-baza məlumatlarına əsasən “X2” ASC tərəfindən vergi orqanında qeydiyyata alındığı gündən bugünədək vergi öhdəliklərinə uyğun olaraq bəyannamələrin təqdim edilmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda vergi orqanının gəliri (mənfəəti) Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ vardır. Fərdi sahibkar izahatında fərdi sahibkar oiaraq da broyler təsərrüfatı ilə məşğul olduğunu, adlarını bilmədiyi sahibkarlara quşları diri halda özünə məxsus ünvandan satıldığını bildirməsinə baxmayaraq, fərdi sahibkar tərəfindən elektron qaimə fakturaların təqdim edilmədiyi, həmçinin izahatında əldə edilmiş malları "X2" ASC təqdim edildiyini bildirməsinə baxmayaraq, müvafiq mallarla bağlı elektron qaimə faktura təqdim etmədiyi müəyyən edilmişdir. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarına əsasən 2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Həmçinin vergi ödəyicisi əldə etdiyi gəliri mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsində nəzərdə tutulur ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün, bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir və hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi; Vergi Məcəlləsinin 13.2.61.1-ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir; Beləliklə, uçot-baza məlumatlarına, edilmiş sorğulara əsasən fərdi sahibkarın istifadəsində digər təsərrüfat subyektinin olmadığı, ünvan 2 ünvanında ümumi sahəsi 30 m2 olan “İcarə Obyekti” adlı təsərrüfat subyektində quşların yetişdirilməsinin qeyri-mümkün olduğunu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən sorğuya cavab olaraq fərdi sahibkarın “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmadığını, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran X4 Mərkəzindən təqdim edilmiş məlumata əsasən İddiaçı X3 informasiya Sistemində (EKTİS-də) fermer kimi qeydiyyatda olduğunu, fəaliyyətinin əkinçiliklə bağlı olduğunu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən təqdim edilmiş məlumata əsasən İddiaçı məxsus broyler təsərrüfatında müalicə, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılması barədə müqavilələr bağlanmadığını, fərdi sahibkar İddiaçı araşdırmaya təqdim etdiyi yazılı izahatında quşçuluq fəaliyyəti ilə bağlı olaraq yem aldığını, alınmış yemlərin təsisçisi və rəhbəri olduğu X2” ASC-nin balansında olan təsərrüfat subyektində quşçuluq fəaliyyəti ilə bağlı istifadə etdiyini, quş ətlərinin diri və kəsilmiş formada satıldığını, fərdi sahibkar kimi tərəfindən 1 078 650,00 manat məbləğində 235 000,00 baş quşun diri şəkildə satıldığını, 607 200,00 manat dəyərində 110 000,00 baş quşun kəsilib satıldığını, 280 000,00 manat dəyərində 350 000,00 baş sutkalıq cücə alındığını, qeyd edilən satış və alışlar ilə bağlı təsdiqedici sənədlərin olduğunu və araşdırmaya təqdim ediləcəyini bildirsə də araşdırmaya qeyd edilənlər ilə bağlı heç bir sənəd təqdim edilmədiyini, fərdi sahibkar olaraq quş ətlərinin satışının topdan qayda da həyata keçirildiyini, quş ətlərinin topdan qayda da satılması zamanı elektron qaimə-faktura təqdim edilməməsinin səbəbini bilmədiyini, Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalının - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsindən ibarət olduğunu, həmçinin həmin Məcəllənin 13.2.61.1- ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışının istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsindən ibarət olduğunu, lakin inzibati araşdırma ilə vergi ödəyicisinin quşların diri və ya kəsim halında satılmasının təsdiq edilmədiyini, həmçinin fərdi sahibkar tərəfindən də hər hansı təsdiqedici sənədlərin araşdırmaya təqdim edilmədiyini, eyni zamanda topdan qaydada satışlar edildiyi halda satılmış malların qanunvericiliyin tələbləri əsasında rəsmiləşdirilmədiyini, vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş dəqiqləşmiş gəlir vergisi bəyannaməsində xərc məbləği kimi qeyd edilən malların dəyərinin 1 668 860,00 manat göstərilməsinə baxmayaraq uçot-baza məlumatlarına əsasən əldə edilmiş malların dəyərinin 1 388 861,10 manat olduğunu və təqdim edilmiş bəyannamədə 1 685 850,00 manat məbləğində göstərilən gəlirlərin kənd təsərrüfatı məhsullarının satışına aid edildiyini, lakin inzibati araşdırma ilə vergi ödəyicisinin kənd təsərrüfatı məhsullarını istehsal etməsinin və satışının təsdiqlənmədiyini, quş ətlərinin diri və ya kəsilmiş halda satışının təsdiqlənmədiyini, araşdırmaya təqdim edilmiş izahatda əldə edilmiş malların "X2" ASC təqdim edildiyini bildirməsinə baxmayaraq, müvafiq mallarla bağlı elektron qaimə faktura təqdim etmədiyini, həmin mallarının təqdim edilməsi ilə bağlı aparılmış əməliyyatların qanunvericilikdə vergidən azad olunmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin: 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi; 13.2.61.1-ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir; 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.3-cümaddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.1.Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsi portalında (bundan sonra - İnternet Vergi idarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Etirazı əsaslandıran dəlilləri nəzərə alaraq hesab edirik ki, iddiaçının iddia tələbləri tamamilə əsassızdır. İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçıya Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarla 56.629,27 manat vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı və 56.629,27 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. Məhkəmənin iş üzrə 19 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/94/2023 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Təqdim edilmiş iş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərarın ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdim edilmiş iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərar ilə İddiaçı 2022-ci il üzrə əlavə hesablanmış 56.629,27 manat gəlir vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. İş materiallarının 68-78-ci səhifələrində öz əksini tapmış vergi orqanının xx.xx.2023- cü il tarixli etirazında vergi orqanı tərəfindən İddiaçı 2022-ci il üzrə əlavə hesablanmış 56.629,27 manat gəlir vergisinin hesablanması ilə bağlı aşağıdakılar göstərilmişdir: Bildirilir ki, vergi orqanının etirazında uçot-baza məlumatlarına, edilmiş sorğulara əsasən fərdi sahibkarın istifadəsində digər təsərrüfat subyektinin olmadığı, ünvan 4 ünvanında ümumi sahəsi 30 m2 olan “İcarə Obyekti” adlı təsərrüfat subyektində quşların yetişdirilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Lakin təqdim edilmiş iş materiallarının 7-ci səhifəsində öz əksini tapmış Anbar və Quş damlarının icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi, İddiaçı anbar və 4000 kvm quş damlarının təyinatı üzrə icarəyə götürülməsi barədə icarə müqaviləsi imzalamışdır. Bundan başqa vergi orqanının etirazında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran X4 Mərkəzindən təqdim edilmiş məlumata əsasən İddiaçı X3 İnformasiya Sistemində (EKTİS-də) fermer kimi qeydiyyatda olduğu, fəaliyyətinin isə əkinçiliklə bağlı olduğu qeyd olunmaqla, vergi orqanı tərəfindən vergi ödəyicisinin kənd təsərrüfatı məhsullarını istehsal etməsinin və satışının təsdiqlənmədiyi və aparılmış əməliyyatların qanunvericilikdə vergidən azad olunmadığı göstərilmişdir. Lakin təqdim edilmiş iş materiallarında bununla bağlı, yəni İddiaçı fəaliyyətinin əkinçilik olması ilə bağlı hər hansı məlumat öz əksini tapmamaqla yanaşı, iş materiallarında olan sənədlərə əsasən fəaliyyətinin broyler təsərrüfatı olduğu müəyyən edildi. Belə ki, vergi orqanının uçot baza məlumatları ilə də bu hal öz təsdiqini tapır. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə bir neçə sexdən və anbardan ibarət 4000 kvm quş damlarının təyinatı üzrə icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlamış, quşçuluq fəaliyyəti ilə bağlı yem məhsulları almış, tabeçiliyində 8 nəfərdən ibarət işçi işlətmiş, hər ay sexlər üzrə yem rasionunun və quşların hərəkət cədvəlini tərtib etmişdir. Yəni, göründüyü kimi, cavabdehin fəaliyyəti broyler təsərrüfatı, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından ibarət olmuşdur ki, bu hal da təqdim edilmiş iş materialları ilə öz təsdiqini tapır. Bundan başqa vergi orqanının etirazında fərdi sahibkar İddiaçı quş ətlərinin diri və kəsilmiş formada satıldığını, fərdi sahibkar kimi tərəfindən 1078650,00 manat məbləğində 235000,00 baş quşun diri şəkildə satıldığını, 607200,00 manat dəyərində 110000,00 baş quşun kəsilib satıldığını, 280000,00 manat dəyərində 350000,00 baş sutkalıq cücə alındığını, qeyd edilən satış və alışlar ilə bağlı təsdiqedici sənədlərinin olduğunu və araşdırmaya təqdim ediləcəyini bildirsə də araşdırmaya qeyd edilənlər ilə bağlı heç bir sənəd təqdim etmədiyi göstərilmişdir. Vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilmədiyindən vergi orqanı tərəfindən AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən 56.629,27 manat gəlir vergisi hesablanmışdır. Bildirilir ki, iş üzrə əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixdə vəsatət verilmiş, həmin vəsatətə cavab olaraq Şirvan İnzibati Məhkəməsinin məktubu ilə 01 qovluqdan ibarət əlavə sənədlər xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuşdur. Həmin sənədlərlə tanışlıq zamanı təqdim edilmiş sənədlərin kassa mədaxil orderindən, kassa məxaric orderindən, sexdə yerləşən quşların aylar üzrə hərəkət cədvəllərindən, bank çıxarışlarından, xəzinə sənədlərindən və e- qaimələrdən ibarət olması müəyyən edildi. Təqdim edilmiş sənədlər üzrə tədqiqat aparılaraq vergi ödəyicisinin gəlirləri və xərcləri müəyyən olundu. Belə ki, hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarında olan qaimə fakturalara əsasən diri quş ətinin satışından vergi ödəyicisinin əldə etdiyi gəlirlərinin ******* manat təşkil etdiyi, xərclərinin isə ümumilikdə 1425483,61 manat olmaqla aşağıdakı elementlərdən ibarət olduğu müəyyən edildi, o ci 22120 manat əmək haqqından 2280 manat sosial sığorta haqqından, 600 manat icarə haqqından, 2082,04 bank xidməti üzrə xərclərdən, 122,40 ödənilmiş sığorta haqlarından, 11486 xammal və materialdan, 1386792,81 manat isə alınmış malların dəyərindən ibarət olması müəyyən edildi. Qeyd edilir ki, Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalının - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsindən ibarətdir. Həmçinin həmin Məcəllənin 13.2.61.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışının istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsindən ibarətdir. Həmçinin həmin Məcəllənin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəir vergisindən azaddırlar. Beləliklə, tədqiqata təqdim edilmiş iş materiallarında olan məlumatlara və yuxarıda göstərilənlərə əsasən vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» barədə qərarla hesablanmış vergilərin vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə uyğun hesablanmadığı müəyyən edildi. Eyni zamanda, ekspert qarşısında qoyulmuş suala müvafiq olaraq bildirilir ki, iş materiallarında olan sənədlər və Vergi Məcəlləsinin yuxarıda göstərilən tələbləri nəzərə alındığı təqdirdə İddiaçı dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən olunmur. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan məlumatlara və yuxarıda göstərilənlərə əsasən vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» barədə qərarla hesablanmış vergilərin vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə uyğun hesablanmadığı müəyyən edildi. Eyni zamanda, ekspert qarşısında qoyulmuş suala müvafiq olaraq bildirilir ki, iş materiallarında olan sənədlər və Vergi Məcəlləsinin yuxarıda göstərilən tələbləri nəzərə alındığı təqdirdə İddiaçı dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsindən ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.61.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışınının stehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər gəlir vergisindən azaddırlar. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Belə ki, vergi orqanı tərəfindən iddiaçıya Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarla 56.629,27 manat vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı və 56.629,27 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. İş materiallarında olan Anbar və Quş damlarının icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi, İddiaçı anbar və 4000 kvm quş damlarının təyinatı üzrə icarəyə götürülməsi barədə icarə müqaviləsi imzalamışdır. Vergi orqanının etirazında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran X4 Mərkəzindən təqdim edilmiş məlumata əsasən İddiaçı X3 İnformasiya Sistemində (EKTİS-də) fermer kimi qeydiyyatda olduğu, fəaliyyətinin isə əkinçiliklə bağlı olduğu qeyd olunmaqla, vergi orqanı tərəfindən vergi ödəyicisinin kənd təsərrüfatı məhsullarını istehsal etməsinin və satışının təsdiqlənmədiyi və aparılmış əməliyyatların qanunvericilikdə vergidən azad olunmadığı göstərilsə də, iş materiallarında olan sənədlərə əsasən İddiaçı fəaliyyətinin əkinçilik olması ilə bağlı hər hansı məlumat öz əksini tapmamaqla yanaşı, əsasən fəaliyyətinin broyler təsərrüfatı olduğu müəyyən edilir. Vergi orqanının uçot baza məlumatları ilə də bu hal öz təsdiqini tapır. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə bir neçə sexdən və anbardan ibarət 4000 kvm quş damlarının təyinatı üzrə icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlamış, quşçuluq fəaliyyəti ilə bağlı yem məhsulları almış, tabeçiliyində 8 nəfərdən ibarət işçi işlətmiş, hər ay sexlər üzrə yem rasionunun və quşların hərəkət cədvəlini tərtib etmişdir. Yəni, göründüyü kimi, cavabdehin fəaliyyəti broyler təsərrüfatı, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından ibarət olmuşdur ki, bu hal da təqdim edilmiş iş materialları ilə öz təsdiqini tapır. Vergi orqanının etirazında fərdi sahibkar İddiaçı quş ətlərinin diri və kəsilmiş formada satıldığını, fərdi sahibkar kimi tərəfindən 1078650,00 manat məbləğində 235000,00 baş quşun diri şəkildə satıldığını, 607200,00 manat dəyərində 110000,00 baş quşun kəsilib satıldığını, 280000,00 manat dəyərində 350000,00 baş sutkalıq cücə alındığını, qeyd edilən satış və alışlar ilə bağlı təsdiqedici sənədlərinin olduğunu və araşdırmaya təqdim ediləcəyini bildirsə də araşdırmaya qeyd edilənlər ilə bağlı heç bir sənəd təqdim etmədiyi göstərilmişdir. Vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilmədiyindən vergi orqanı tərəfindən AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən 56.629,27 manat gəlir vergisi hesablanmışdır. Qeyd edilən hissə də məhkəmə tərəfindən qəbul edilən qərardada əsasən tədqiqat aparılmış və təqdim edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/94/2023 nömrəli ekspert rəyində münasibət bildirilərək qeyd edilmişdir ki, iş üzrə əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixdə vəsatət verilmiş, həmin vəsatətə cavab olaraq Şirvan İnzibati Məhkəməsinin məktubu ilə 01 qovluqdan ibarət əlavə sənədlər xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuşdur. Həmin sənədlərlə tanışlıq zamanı təqdim edilmiş sənədlərin kassa mədaxil orderindən, kassa məxaric orderindən, sexdə yerləşən quşların aylar üzrə hərəkət cədvəllərindən, bank çıxarışlarından, xəzinə sənədlərindən və eqaimələrdən ibarət olması müəyyən edildi. Təqdim edilmiş sənədlər üzrə tədqiqat aparılaraq vergi ödəyicisinin gəlirləri və xərcləri müəyyən olundu. Belə ki, hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarında olan qaimə fakturalara əsasən diri quş ətinin satışından vergi ödəyicisinin əldə etdiyi gəlirlərinin ******* manat təşkil etdiyi, xərclərinin isə ümumilikdə 1425483,61 manat olmaqla aşağıdakı elementlərdən ibarət olduğu müəyyən edildi, o ci 22120 manat əmək haqqından 2280 manat sosial sığorta haqqından, 600 manat icarə haqqından, 2082,04 bank xidməti üzrə xərclərdən, 122,40 ödənilmiş sığorta haqlarından, 11486 xammal və materialdan, 1386792,81 manat isə alınmış malların dəyərindən ibarət olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/94/2023 nömrəli ekspert rəyinə əsasən Vergilərin hesablanması hallarında uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan məlumatlara və yuxarıda göstərilənlərə əsasən vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» barədə qərarla hesablanmış vergilərin vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə uyğun hesablanmadığı müəyyən edildi. Eyni zamanda, ekspert qarşısında qoyulmuş suala müvafiq olaraq bildirilir ki, iş materiallarında olan sənədlər və Vergi Məcəlləsinin yuxarıda göstərilən tələbləri nəzərə alındığı təqdirdə İddiaçı dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən olunmur. İnzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilməmiş, qanunvericiliyin digər normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən iddiaçı barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli, **********046200 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar