Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1404/2020 22.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 X2 üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Şirvan şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1404/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3 Şirvan şəhər şöbəsinə qarşı “əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 X2 üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Şirvan şəhər filialının hüquqi varisi qismində tanınması, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Şirvan şəhər filialı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 X2 üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Şirvan şəhər filialının cavabdeh siyahısından çıxarılması qərara alınmışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət X3 xx xxxxx 2019-cu il tarixli, **********7 nömrəli əmri ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 X2 üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Şirvan şəhər filialının xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubunda aşağıdakılar qeyd edilmişdir” “İddiaçı hüququnun yarandığı xx.xx.2005-cı il tarixdən müraciət etdiyi dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq əmək pensiyasının məbləği 397,50 manat hesablanaraq pensiya hesabına ödənilir. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 Publik Hüquqi şəxsin direktorunun xx xxxxx 2019-cu il tarixli **********7 saylı Əmrinə əsasən 2019-cu il 01 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatı Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 X2 üzrə Mərkəzi fiiialı tərəfindən həyata keçirilir. Bu səbəbdən Fondun rayon şöbələri tərəfindən bele təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. Sizə müraciətinizi Azərbaycan Respublikası Əmək və X1 Nazirlivi vanında Dövlət X3 X2 üzrə Mərkəzi filialına (Bakı şəhəri, Z.Bünyadov 43) ünvanlamağınız tövsiyyə olunur». Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 X2 üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhəri olduğu üçün iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi" barədə xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 X2 üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X3 X2 üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının xx.xx.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1404/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1404/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver