Məhkəmə qərarları › İş №2-1(120)-1406/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1406/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1406/2025 29.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayon Masallı Bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı Masallı rayon Masallı Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinə dair mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə 29 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi idarəsinə ( bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi idarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı rayonu Masallı Bələdiyyəsinin 30 noyabr 2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə alqı-satqı əsasında ona satılmış Masallı Bələdiyyəsi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşidirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, Masallı rayonu Masallı Bələdiyyəsinin 30 noyabr 2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə ayrılmış Masallı Bələdiyyəsi ərazisində yerləşən, faiktiki istifadəsində olan 0,0364 ha-dan ibarət torpaq sahəsinin koordinatlarının düzgün müəyyənləşdirilərək İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, 1990-cı illərdə bələdiyyələr formalaşmadığı üçün Masallı şəhəri, Dadva yaşayış massivi, Z.Əliyeva küçəsində yerləşən 400 kv.m ərazini qeyri qanuni tutub, orda yaşayış evi tikmişdir. xx.xx.2011-ci il tarixdə bələdiyyə mülkiyyəti olan torpaqdan istifadə etdiyi üçün fərdi yaşayış evinin altında və ətrafında olan 0,04 ha torpaq sahəsinin alqı-satqı qaydasında bilavasitə ona satılması üçün müraciət etmişdir. X2 iclasında baxılmış və Masallı Rayon Masallı Bələdiyyə mülkiyyəti olan torpaq sahəsi Dadava yaşayış massivi, Z.Əliyeva küçəsində tikib istifadə etdiyi torpaq sahəsinin alqı-satqı qaydasında ona satılması barədə xx.xx.2011-ci il tarixli 21 saylı protokolla qərar qəbul edilmişdir. Alqı-satqı nəticəsində onun tərəfindən Bələdiyyənin bank hesabına 1200 manat ödəniş etmişdir. Bunda sonra Masallı rayon Dövlət Torpaq və Xəritəçkəmə şöbəsi tərəfindən müvafiq rəy verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 114 saylı rəylə təsdiq olunmuşdur ki, istifadəsində olan torpaq sahəsi mühafizə zonasında yerləşmir.Bələdiyyə tərəfindən alqı-satqı qaydasında mülkiyyətinə verilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqularının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciəti təmin olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(120)-4224/2024 saylı qərardadı ilə Masallı rayon Masallı Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan DƏDKR-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 3-21-3-44/2-3892/2025 saylı xx.xx.2025-ci il tarixli yazılı münasibətdə (etiraz) qeyd göstərilmişdir ki, torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib edilməmişdir. Bələdiyyə tərəfindən torpaq 01 dekabr 2007-ci il tarixdən sonra satılmışdır ki, bu da həmin vaxt bələdiyyənin adına mülkiyyət hüququnu tanıtmadan torpaq sahəsini satılmasını qadağan edir.“Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİQD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə öz adına mülkiyyət hüququnu tanıtdırdıqdan sonra vətəndaşa hərrac yolu ilə və ya bilavasitə torpaq sata bilər.”Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxs Masallı rayon Masallı Bələdiyyəsi tərəfindən iddaya dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 8 saylı Ərazi İdarəsinin 3-21-3-44/2-4260/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 278461 №-li xx.xx.2011-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü" ilə bağlı arxiv sənədi və Masallı rayon Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş Masallı şəhərində yerləşən 400 kv.m torpaq sahəsinə dair İdarənin mütəxəssisləri tərəfindən yerində tərtib olunmuş müayinə aktı Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Masallı rayon Masallı Bələdiyyəsinin 193 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən Masallı rayonu Masallı Bələdiyyəsinə ünvanlanmış 116 №-li, xx.xx.2011-ci il tarixli rəydə qeyd olunmuşdur ki, Masallı şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılacaq torpaq sahəsi Masallı şəhərinin Z.Əliyeva küçəsində yerləşir. Masallı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Şəhərin ikinci zonasına aiddir. Masallı şəhərinin ikinci zonasında keçirilən son torpaq hərracının nəticələrinə əsasən 0,01 ha torpağın satış qiyməti 144,44 manat olmuşdur. Bələdiyyə tərəfindən bilavasitə satılacaq torpağın ümumi sahəsi 400 kv. metr olmaqla şimaldən Maqsud Həsənovə satılacaq torpaq sahəsi ilə, cənubdan Məhəmməd Zeynalova satılacaq torpaq sahəsi ilə, şərqdən bələdiyyə mülkiyyəti torpağı ilə, qərbdən yol ilə həmsərhəddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən ona alqı-satqı qaydasında satıla bilər. Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş “Masallı şəhər sakini İddiaçına satılacaq həyətyanı torpaq sahəsi barədə” 114 №-li, xx.xx.2011-ci il tarixli rəydə ( surətində) qeyd olunmuşdur ki, Masallı şəhər sakini İddiaçı satılacaq həyətyanı torpaq sahəsi Masallı şəhərinin Zərifə Əliyeva küçəsində yerləşir. Satılacaq torpağın ümumi sahəsi 0,04 ha olmaqla, şimaldan M.Həsənova satılması nəzərdə tutulan həyətyanı torpaq sahəsi, cənubdan M.Zeynalova satılması nəzərdə tutulan həyətyanı torpaq sahəsi, şərqdən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, qərbdən məhəllədaxili yolla həmsərhəddir. Sahədən kommunikasiya xətti keçmir. Nəzərdə tutulan sahə İddiaçı satıla bilər. Masallı Bələdiyyəsinin 05 saylı, 17 mart 2011-ci il tarixli iclas protokolundan çıxarışdan (surətindən) müəyyən olunur ki, iclasın nəticəsi olaraq qərara alınmışdır; Masallı şəhəri Seybətin küçəsi 09 saylı evdə yaşayan İddiaçı tikib istifadə etdiyi fərdi yaşayış evinin altındakı və ətrafındakı 0,04 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olduğuna görə həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə ona alqı-satqı qaydasında satılmasına razılıq verilməsi ( 1-ci bənd); İddiaçı satılacaq torpaq sahəsi 0,04 ha olmaqla şimaldan Maqsud Həsənova satılacaq torpaq sahəsi ilə, cənubdan Məhəmməd Zeynalova satılacaq torpaq sahəsi ilə, şərqdən bələdiyyə mülkiyyəti olan torpaq sahəsi ilə, qərbdən yol ilə həmsərhəddir (2-ci bənd). Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçkmə Komitəsi tərəfindən verilmiş dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 3742 № ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsünün surətindən müəyyən olunur ki, Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 05 saylı qərarı ilə 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Masallı rayon Masallı Bələdiyyəsinin 21 saylı 30 noyabr 2011-ci il tarixli iclas protokolundan çıxarışdan ( surətindən) müəyyən olunur ki, iclasın nəticəsi olaraq Masallı şəhəri Seybətin küçəsi 09 saylı evdə yaşayan İddiaçı tikib istifadə etdiyi fərdi yaşayış evinin altındakı və ətrafındakı 0,04 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olduğuna görə həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə uyğun olaraq bələdiyyə tərəfindən bilavasitə ona alqı-satqı qaydasında satılması qərara alınmışdır (1-ci bənd). 537 №-li, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən qeydə alınmış “Torpaqların alqı-satqısına dair” aktdan (surətindən) müəyyən olunur ki, İddiaçı ərizəsinə əsasən Masallı bələdiyyə orqanının iclasında baxılmış və Masallı bələdiyyə mülkiyyəti olan kəndaltı torpaq sahəsi olan Zərifə Əliyeva küçəsində tikib istifadə etdiyi fərdi yaşayış evinin altında və ətrafında olan 0,04 ha torpaq sahəsinin alqı-satqı qaydasında bilavasitə ona satılması barədə 30 11.12011-ci il tarixli 21 saylı protokolla qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən “Kapital Bank”ın Masallı filialında Masallı bələdiyyəsinin ******************** saylı hesablaşma hesabına 1200 manat torpaq sahəsinin haqqı tam ödənilmişdir. İddiaçının ( nümayəndəsi X1) hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-21-44-/2A-00538/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, məktubda qeyd edilmiş torpaq sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlər qanunamüvafiq qaydada tərtib olunmamışdır. İlkin torpaqayırma sənədləri 01 dekabr 2007-ci il tarixdən sonra tarixə tərtib olunmuşdur. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bə qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycg Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli qanunun tətbiq edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 01 dekal 2007-ci il tarixdən sonra bələdiyyə öz adına mülkiyyət hüququnu tanıtdırdıqdan sonra vətəndaşa hərrac və ya bilavasitə yolu ilə sata bilər. Notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi təqdim edildiyi təqdirdə sözü gedən torpaq sahəsinin qeydiyyata alınmasına qanunamüvafiq qaydada baxıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/1589/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2- 1194/2025 saylı mütəxəssis rəyinə əsasən Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A NN° 378461 seriyalı **********0463 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha (faktiki-0,0364 ha) həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1194/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A N° 378461 seriyalı **********0463 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha (faktiki-0,0364 ha) həyətyanı torpaq sahəsinin ayrılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı- həyətyanı, uqodiyası-tikili altında olan torpaqlar, əmlak növü-fərdi yaşayış evi, hüquqi statusu-xüsusi mülkiyyətdə saxlanılmış torpaq sahəsi olduğu müəyyən edildi. DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1194/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 21 sayluciclas protokolunun qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A N° 378461 seriyalı**********0463 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha (faktiki-0,0364 ha) həyətyanı torpaq sahəsinin fiziki sərhədlər daxilində təyinatına uyğun olaraq iddiaçının faktiki istifadəsində olduğu müəyyən edildi. DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1194/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A N° 378461 seriyalı **********0463 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ( faktiki 0,0364 ha) həyətyanı torpaq sahəsinin fiziki sərhədlər daxilində təyinatına uyğun olaraq iddiaçının faiktiki istifadəsində olduğu müəyyən edildi. DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1194/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A N° 378461 seriyalı **********0463 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha torpaq sahəsinin faktiki istifadəyə görə şimal, şimal- şərq, cənub-şərq və şimal-qərb istiqamətlərində müvafiq olaraq 3,2, 27,5, 6,0 ve 16,8 kv. metrədək hissələri Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında üçüncü səxslərin qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin hüdudları daxilində yerləşmə (üstüstə düşmə) vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Mütəxəssisin rəyinə əsasən, Masallı rayonu Masallı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə Masallı şəhəri Zərifə Əliyeva küçəsində A N° 378461 seriyalı **********0463 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 0,04 ha (faktiki-0,0364 ha) torpaq sahəsinin, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının koordinatları ilə faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları arasında texniki səhvin olduğu və üçüncü səxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edildi.Həmin texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsinə olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyənləşdirildi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. - 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İPM: 58.Sübutların araşdırılması qaydası. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin 30 noyabr 2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə ayrılmış Masallı Bələdiyyəsi ərazisində yerləşən 0,0364 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (maddə 8.0.1); Həmin Qanunun 11-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər: Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (maddə11.1). Həmin Qanunun 12-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi; Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (maddə 12.1). Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Masallı rayonunda yerləşən 400 kv.m (faktiki-0,0364 ha) həyətyanı torpaq sahəsi Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 21 saylı iclas protokolunun qərarı əsasında iddiaçıya satılmışdır və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müvafiq rəyi, Masallı rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, torpaqların alqı- satqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Masallı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarına və xx.xx.2011-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilərdi. Alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilərdi. Qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunurkı, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Hazırkı halda, iddiaçının iddiası torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından ibarət olduğundan, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin müddəalarına əsasən mübahisəli torpaq sahəsinə dair onun adına “torpaq sahəsinin planı və ölçüsü”də tərtib edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Masallı rayonu Masallı Bələdiyyəsinin 30 noyabr 2011-ci il tarixli 21 saylı iclas protokolunun qərarı ilə ayrılmış Masallı Bələdiyyəsi ərazisində yerləşən, İddiaçı faiktiki istifadəsində olan 0,0364 ha-dan ibarət torpaq sahəsinin koordinatlarının düzgün müəyyənləşdirilərək İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar