Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-141/2022 26.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı Cavabdehnə qarşı “03.05.2021-ci il tarixli, 66 saylı sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı oğlu Cavabdehnə qarşı iddia qaldıraraq “03.05.2021-ci il tarixli, 66 saylı sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 03.05.2021-ci il tarixli 66 saylı sərəncamı ilə Cavabdeh başçısının Ovçubərə kənd inzibati arazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Hesab edir ki, bu sərəncam qanunsuz, əsassız va təkrar olmaqla yanaşı həddindən artıq ağır intizam tənbeh tədbiri kimi tutduğu vəzifədən azad edilməsini və dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini özündə ehtiva edir. Belə ki, bu vəzifədə 03.10.2007-ci ildən çalışır, Dövlət qulluqçusu kimi əmək və icra intizamına əməl etməklə, prinsipial mövqe tutmağa, nöqsanlarla barışmamağa, obyektivliyə, qərəzçilikdən uzaq olmağa, vətəndaşlarla səmimi ünsiyyət qurmağa va intizamsızlıqlara qarşı mübarizə aparmağa çalışmış, dövlətin mənafeyini və maraqlarını müdafiə etmişdir. Lakin Cavabdeh aparatından, keçmiş rəhbərlərindən, habelə Ovçubərə kəndinin bir qrup öyrədilmiş sakinlərindən ona qarşı qərəzçilik görmüş və buna qarşı mübarizə aparmışdır. Şəxsi münasibətlər zəminində öyrədilmiş ayrı-ayrı vətəndaşların əsassız müraciətlərinə istinadən Cavabdeh Başçısının onun haqqında verilmiş 19 03.2021-ci il tarixli 52 saylı sərəncamı barədə məlumat vermək obyektivlik baxımından zəruridir. Çünki həmin sərəncam şikayət etdiyi sərəncamla sıx bağlıdır, qanunsuz sərəncamın verilməsi üçün planlaşdırılmış addımdır. Töhmət almasının səbəbi kimi həmin sərəncamla göstərilmiş Ovçubərə kənd sakini X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş, təyin olunmuş vəzifəni yerinə yetirməmiş, işə davamiyyət jurnalına imza etməmişdir. Sosial işçi kimi Ovçubərə kənd icra nümayəndəliyinə 30.10.2020-ci il tarixdə göndərilmiş və həmin tarixdən qanun üzrə səfərbərliyə çağrılmış və təlimlərdə iştirak etmişdir. Bu müddətdə ona əmək haqqı verilmişdir. Ordudan (səfərbərlikdən) qayıtdıqdan sonra yanvar ayında ona əmək haqqı verilmiş və 2021-ci ilin fevral ayında əmək haqqı yazılmamışdır. 02.03.2021-ci ildə icra nümayəndəliyində akt tərtib edilmiş 2 nəfər sosial işçinin Çürrükov M.C və M.Rəhimovun fəaliyyət göstərəcəkləri sahələr müəyyənləşdirilmiş və imza etdirilmişdir. M.Rəhimov ona təhkim olunmuş sahədə təmizlik və abadlıq işlərini görsə də M.Ç.Çürrükov Əmək Məcəlləsinin tələblərini nümayişkarcasına pozmuş, üzürsüz səbəblərdən işə çıxmamışdır. Öz xidməti vəzifəsini yerinə yetirmək əvəzinə icra nümayəndəliyinə gəlmiş və nümayəndəlikdə normal iş rejimini pozmuşdur. Ona hüquq və vəzifələri izah edilsə də ona qarşı kobudluq etmiş, qanunsuz olaraq mobil telefon vasitəsi ilə səsini yazmışdır. M.G.Çürrukovun onun barəsində Cavabdehnə yazdığı ərizədə göstərilən digər faktlar araşdırılıb qiymət verilməmişdir. Halbuki həmin şahid kimi göstərilmiş Qasım Abdullayevin əmək haqqı verilməməsi barədə məhkəməyə müraciəti əsassız olduğundan rədd edilmişdir. M.G.Çürrükov da eyni şəkildə əmək intizamını pozmuşdur. Biləsuvar rayon İcra Hakimiyəti ona töhmət intizam tənbehi verərkən M.G.Çürrükov və digər şəxslərin asassız müraciətlərini həqiqət kimi qəbul etmiş, mövcud olmayan faktlara istinad edilmişdir. Qərəzli mövqe tutan Cavabdeh "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21 iyul 2002-ci il tarixli Qanunun tələblərini özü pozmuşdur. Lakin təmkinlilik və səbr göstərməklə etik davranış qaydalarına əməl etmiş, əsassız verilmiş töhmət intizam tədbirləri ilə bağlı şikayət etməmişdir. Halbuki həmin fakt üzrə yuxarıda qeyd etdiyi kimi icra hakimiyyəti tərəfindən heç bir araşdırma aparılmamış, zərurətlə əlaqədar xidməti yoxlama təyin edilməmişdir. Cavabdeh tərəfindən qabaqcadan qərəzli şəkildə müəyyənləşdirilmiş plan əsasında 19.03.2021-ci il tarixli 52 saylı sərəncamla (töhmət verilmiş) işdən azad olunmasına sanki hüquqi baza yaradılmışdır. Buna görə də həmin sərəncamda sadalanmış faktla eyni məzmun və xarakterdə olan faktlara istinad edilərək tutduğu vəzifədən azad edilməsi barədə 03.05.2021-ci il tarixli 66 saylı sərəncam kobud qanun pozqunluğu hesab olunmalıdır. Belə ki, bir intizam xətasına görə eyni zamanda iki intizam tənbeh tədbirinin tətbiq edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə qadağandır. (Madda 189.1). Zaman etibarı ilə və eyni xarakterli mövcud olmayan faktlara görə işdən azad edilmə intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə "Dövlət quluğu haqqında” və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulmuşdur. Tutduğu vəzifədən azad edilməsi barədə 03 may 2021-ci il tarixli 66 saylı sərəncamda istinad edilən faktlar şişirdilmiş, süni şəkildə yaradılmışdır. Buna görə də həmin faktlar barədə məlumat verilməsi mübahisənin ədalətli həlli üçün zəruridir. Sözü gedən sərəncamda qeyd edilmişdir ki, İddiaçı ötən bir ay müddət ərzində verilmiş töhmətdən heç bir nəticə çıxarmamış, Ovçubərə kəndində yaşayan kənd sakinlərinə qarşı dövlət qulluqçusuna yaraşmayan hərəkətlərini davam etdirmişdir. Belə ki, icra nümayəndəsi kimi Ovçubərə kənd sakini X19 və onun oğlu Möhübbət Qurbanov, X7, X20, hətta araşdırma aparan İcra Hakimiyyətinin şöbə müdiri Zamiq Mənsimli və aparatın baş məsləhətçisi Sahil Hüseynzadəyə münasibətdə dövlət qulluqçularının etik davranış qaydalarını pozmuşdur. Halbuki sərəncamda göstərilmiş Adilə Əliyeva və oğlu Möhübbət Qurbanovun müraciəti onun səlahiyyətinə aid deyildir. Bu mübahisə 2016-cı ildən davam edir ki, ona da Biləsuvar Rayon Məhkəməsində baxılmış və hüquqi qiymət verilmişdir. Adilə Əliyeva ləğv edilmiş vəsiyyətnamə ilə heç bir hüquqi olmadığı halda miras əmlakdan pay almışdır. Bununla kifayətlənməyərək pay torpağının da bölünməsini də tələb etmişdir. Qüvvədə olan qaydaları ona izah etmiş və onunla arasında heç bir söyüş və təhqiredici hərəkətlər olmamışdır. Adilə Əlyevanın rayon icra hakimiyyətinə müraciəti əsassızdır. Adilə Əliyeva və oğlu Möhübbət Qurbanov icra hakimiyyətinin şöbə müdiri Zamiq Mənsimlinin də iştirak etdiyi kənd icra nümayəndəliyində görüş (qabul) zamanı Möhübbət Qurbanov ünvanına sən ermənisən, erməniyə oxşayırsan, sənin o stolda oturmağa haqqın yoxdur” ifadələri işlətməklə şərəf və ləyaqətini alçaltmışdır. Zamiq Mənsimlinin susduğunu görüb onu intizama dəvət edərək otaqdan çıxmasını təklif etmişdir. Bu zaman Zamiq Mənsimli onlara yaxınlaşmışdır. Geri qayıdarkən təsadüfən dirsəyi onun burun nahiyyəsinə toxunmuşdur. O, yuxarı instansiya orqanının məsul işçisi kimi məsələni (mübahisənin) mahiyyətini öyrənmək əvəzinə kənd icra nümayəndəliyində deyil, Rayon İcra Hakimiyyətində saxta akt tərtib edərək onu sillə ilə vurduğunu qeyd etmiş və qərəzli niyyətini bir daha sübut etmişdir. Zamiq Mənsimli icra nümayəndəliyində onun səlahiyyətinə aid olmayan məsələ üzrə Möhübbət Qurbanovdan izahat alarkən ona deyirdi ki, "yaz icra nümayəndəsi mənə (yəni Möhübbətə) küçük dedi” yenə də etik davranış qaydalarına əməl edərək Zamiq Mənsimlinin dövlət quluqçusuna yaraşmayan mövqeyi barədə heç kimə məlumat verməmişdir. Onun gəncliyini və təcrübəsizliyini nəzərə almışdır. Hesab edir ki, prinsipial mövqeyi ilə Adilə Əliyeva və onun oğlu Möhübbət Qurbanovun qanunsuz hərəkətləri nəticəsində yeganə varis Sevil Qurbanovanın vərəsəlik hüququnun pozulmasının və bu əsasda Adilə Əliyevanın və oğlu Möhübbət Qurbanovun əsassız varlanmasının (MM-nin 1091-ci mad) qarşısını almağa, X6 ilə təsbit olunmuş vərəsəlik hüququnu təmin etmiş, qorumuşdur. İşdən çıxarılmasına səbəb göstərilmiş X4 müraciəti ilə əlaqədar bildirir ki, onun müraciətinə əsasən sahəyə şəxsən baxış keçirmiş, əkin sahəsinin foto şəkilini çəkmişdir. Onun şikayət etdiyi X40 nümayəndəliyə dəvət olunmuş, qanunsuz hərəkətləri izah edilmişdir. X12 şikayəti yerində onun xeyrinə həll edilmişdir. Məmmədağa Məmmədov və oğlu X47 Mikayılov arasında olan mübahisəli məsələyə aidiyyəti üzrə Biləsuvar Rayon Polis Şöbəsinin Təhqiqat və İstintaq bölmələrində baxılmış və Rayon Məhkəməsində hər iki tərəf 500 manat məbləğində cərimə olunmaqla onların əməlinə hüquqi qiymət verilmişdir. Buna baxmayaraq M.Məmmədov küçədə ona demişdir ki,”sən məni aldatdın Əli Mikayılov əmin oğlu olduğu üçün ziyan aktı yazmadın” Ona izah etmişdir ki, onun ziyan aktı yazmaq səlahiyyəti yoxdur. O, isə yuxarı təşkilatlara yazacağını bildirdi. Əsassız olsa da vətəndaşın istədiyi təşkilata yazılı və ya şifahi müraciət etmək hüququ vardır ki, bundan istisna deyildir. İntizam tənbehi tədbirinin tətbiq edilməsi üçün fakt kimi istinad edilmiş Biləsuvar Rayon Polis Şöbəsinin 11.03.2021-ci il tarixli L-39-6659-1221 saylı məktubunda göstərilmiş X21 münasibətdə bildirir ki, Nüşabə və əri ilə aralarına heç bir mübahisə və narazılıq olmamışdır. Vətəndaşın hər bir halda hər hansı şəxs və ya məsələ barəsində dövlət orqanlarına müraciət etmək hüquqları, vardır və bunun iş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Onlardan onun əleyhinə qanunsuz, planlı şəkilda izahatlar alınmışdır. İcra hakimiyyətində mənə qarşı toplanmış qərəzli, əsassız, ədalətsiz və sübuta yetməyən izahatlara, faktlara əsaslanmışlar. Bir daha bildiririk ki, məsul işçi kimi Zamiq Mənsimli kənd icra nümayəndəliyində vətəndaşları qəbul edərkən döyülmə faktının şişirtmək və həqiqət kimi qələmə vermək üçün onlardan izahat alarkən şikayətçiləri onları söydüyünü, onları təhqir etdiyini yazmaqlarını təkidlə tələb edirdi. Cavabdeh başçısının 03.05.2021-ci il tarixli 66 saylı sərəncamında qeyd, edilmişdir ki, vəzifəsindən azad edilərkən və bağlanmış əmək müqaviləsinə xitam verilərkən razılıq alınması üçün DİİXİ X24 rayon komitəsinə və Cavabdeh ilk həmkarlar təşkilatına müraciət olunmuş və X33 28.04.2021-ci il tarixli razılıq qərarı alınmışdır. Bununla əlaqədar bildiririk ki, həmkarlar təşkilatının İclasından xəbəri olmamış və keçirilmiş (dəqiq məlum deyildir) iclasda iştirak etməmişdir. Buna görə də sərəncamın bu müddəası "X27” Azərbaycan Respublikasının 24.02.1994-cü il tarixli 792 saylı Qanununun və həmin Qanunun 4-cü maddəsində əks olunmuş - Həmkarlar ittifaqlarının Nizamnaməsinin” tələblərinə ziddir. Belə ki, qeyd edilən Qanunda və Nizamnamədə göstərilmişdir ki, həmkarlar itifaqı təşkilatları seçkili kollegial orqan olmaqla qərarları keçirilən yığıncaqda (İclasda) yığıncaq iştirakçılarının əksəriyyətinin səsi (səs çoxluğu) ilə qəbul edilir. Yığıncağın rəyi qərar formasında qəbul edilir. Hesab edirik ki, bu yığıncaq (iclas) formal olaraq kağız üzərində keçirilmiş və rəsmiləşdirilmişdir. İclasın keçirilməsi, qəbul edilmiş qərar kargüzarlıq qaydalarına uyğun olaraq iclas protokolunun rəsmiləşdirilməsi barədə məlumatı olmamış, bu barədə ilk həmkarlar təşkilatından bildiriş və ya çağırış almamışdır. Halbuki, Nizamnamənin 1-ci maddəsində göstərilir ki, həmkarlar ittifaqı, həmkarlar ittifaqı üzvlərini birləşdirən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən könüllü qeyri-siyasi təşkilatdır. Göründüyü kimi X33 da mövqeyi əsassız və qərəzli olmaqla formal xarakter daşıyır. Hesab edirik ki, bu faktlar doğru olsa belə 19.03.2021-ci il tarixli 52 saylı sərəncamın verilməsinə qədər zaman etibarı ilə mövcud olmasına baxmayaraq qəsdən həmin sərəncamda öz əksini tapmamış, töhmət verilməsi üçün M.Ç.Çürrükov faktına istinad edilmişdir. 03.05.2021-ci il tarixli 66 saylı sərəncamla növbəti intizam tənbehi tədbiri kimi tutduğu vəzifədən azad edilməsinə hüquqi baza yaradılmışdır. Beləliklə bu faktlar saxlanılmış və daha ağır intizam tənbehi tədbiri tətbiq edilməsi üçün tənbeh ardıcıllığına formal olaraq zəmin yaradılmışdır. Beləliklə hesab edirik ki, hər iki sərəncamın mahiyyəti eynidir. Etik davranış qaydalarının pozulması kimi ehtimal edilərsə eyni nöqsana görə iki intizam tənbehi tədbiri tətbiq edilmiş olur ki, bu da yol verilməzdir, yəni "Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsainin tələbi pozulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsində göstərilir ki, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11 -ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdaki intizam tənbehi tədbirlərindən biri tətbiq edilə bilər. Qeyd edilən Qanunun 25.2.6-cı maddəsində göstərilmiş "dövlət qulluğundan azad edilməsi" intizam tənbeh tədbirini vəzifələrini icrası zamamı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Humanizm prinsipindən çıxış edən istinad olunan qanun bu normaya imperativ xarakter verməmişdir. Çünki hər bir tənbeh tədbirinin arxasında insan taleyi dayanır ki, ona da həssaslıqla, ədalətlə yanaşılmalıdır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25.8-ci maddəsinə uyğun olaraq qeyd edilən sərəncamdan 7 iş günü müddətində Cavabdehnə yazılı qaydada müraciət (şikayət) etmişdir. Lakin heç bir cavab almamışdır. Yuxarıda qeyd etdikləri, habelə işin faktiki halları və hər iki sərəncam tərtib edilərkən qərəzçiliyə yol verilməsi təsdiqini tapmamış və onun səlahiyyətinə aid olmayan, əslində dövlət quluqçusu kimi şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən qarayaxma, əsassız, uydurma faktlara istinad edilməsi, X33 formal, əslində keçirilməmiş iclasın qərarı, habelə icra hakimiyyəti işçisinin etik davranış qaydalarını pozması bir mənalı şəkildə haqlı olduğunu sübut edir. 03 may 2021-ci il tarixli 66 saylı sərəncamda göstərilən faktların 19.03.2021-ci il tarixli 52 saylı sərəncama qədər mövcud olması ehtimal edilərsə həmin faktların 19.03.2021-ci il tarixli 52 saylı sərəncamla əhatə edilərək töhmət intizam tənbeh verilməsini bütün hallarda qərəzli olsa belə hər halda tutduğu vəzifədən azad olunmasına nisbətdə yüngül intizam tənbeh tədbiri kimi qəbul etmiş və şikayət verməmişdir. Yuxarıda qeyd edilənləri və "Dövlət qulluğu haqqqında” Azərbaycan Respublikası Qanununun 25.8ci maddəsini rəhbər tutaraq Cavabdeh Başçısının barəsində verilmiş 03.05.2021-ci il tarixli 66 saylı sərəncamı əsassız olduğundan ləğv olunmasını, işə bərpa olunmadığı və məcburi iş buraxmaya görə əmək haqqının verilməsi vəzifəsini Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı oğlu şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, 03.05.2021-ci il tarixli, 66 saylı sərəncamın ləğv edilməsini, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan şə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, ailəli, Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh Başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may 2021-ci il tarixli, 165 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayır. İş materiallarında olan Cavabdeh 03 oktyabr 2007-ci il tarixli, 142 nömrəli sərəncamından görünür ki, 1963-cü ildə anadan olmuş, ali təhsilli alim-aqronom İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 28.6-cı maddəsinə əsasən rayon İcra Hakimiyyəti başçısının Ovçubərə inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə 1 (bir) il stajçı kimi təyin edilmişdir. İş materiallarında olan 30.09.2014-cü il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz olaraq İcra Hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair” 30.09.2014-cü il tarixli, xxxxxxx000100 nömrəli məlumatdan görünür ki, Cavabdeh başçısı X44 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi “03.10.2007” tarixli “xxxxxxx000100” nömrəli “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(032)-142/2021 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qət edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 3(032)-142/2021 nömrəli məktubundan görünür ki, Biləsuvar rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(032)-142/2021 nömrəli qərarı 02 iyun 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Cavabdeh 19 mart 2021-ci il tarixli, 52 nömrəli sərəncamında qeyd edilmişdir ki, ünvan 3 sakini X3 2021-ci ilin yanvar ayında ictimai işlərdə sosial işçi kimi çalışaraq əmək haqqı aldığını, lakin 2021-ci ilin fevral ayında işləsə də, Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı tərəfindən qərəzli və məqsədli şəkildə işə davamiyyəti ilə bağlı tabelin tərtib olunmaması və nəticədə əmək haqqı ala bilməməsi və bununla bağlı müraciətləri zamanı nümayəndə İddiaçı tərəfindən dəfələrlə təhqirlərə məruz qalması, dövlət qurumlarının ünvanına mənfi ifadələr işlətməsi və bu fikirlərini təsdiq edən səs yazılarının və videogörüntünün (CD) olması barədə 09 mart 2021-ci il tarixdə Rayon icra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Səs yazıları və videogörüntüyə baxılaraq dinlənilmiş və Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı da faktlarla bağlı verdiyi 19 mart 2021-ci il tarixli izahatında səslərin ona aid olduğunu təsdiq etmişdir. İddiaçı bu hərəkətləri ilə dövlət qulluqçusunun bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olması, xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanları rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə qiymət verilməsindən çəkinməsi, dövlət qulluğu vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan və onun adına xələl gətirə biləcəyi, habelə dövlət nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməsi, insanların hüquq və azadlıqlarını, qanunu maraqlarım pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə yol verməməsi, bütün şəxslərə münasibətdə nəzakətli, xeyrixah, diqqətli, səbirli və qərəzsiz olması barədə “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Belə ki, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas yaradır. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.3.1-ci və “Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamə”nin 4.1.8ci maddələrinə istinad edərək qərara alıram: Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X26 töhmət verilsin. Şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin bu sərəncamla tanış olmaları təmin edilsin. Sərəncamın icrasına nəzarət Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Fəxri Rəhimliyə və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Aslanova tapşırılsın. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri X28, Cavabdeh başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X8, Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X9, Cavabdeh başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində könüllü kimi fəaliyyət göstərən X35 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, Biləsuvar rayon Ovçubərə kənd sakinləri X13 Cavabdehnə, X4 Azərbaycan Respublikasının Prezidentinin ünvanına daxil olmuş İddiaçı barəsində müraciətlərinin Ovçubərə kənd inzibati ərazi dairəsinin nümayəndəsinin xidməti otağında araşdırılması zamanı baş vermiş hadisələr barədə 22 aprel 2021-ci il tarixində, Biləsuvar rayon Ovçubərə kəndində tərtib edilmiş AKT-ilə İddiaçı tanış olmuş və o, həmin AKT-ı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli aktda qeyd edilmişdir ki, Biləsuvar rayon Ovçubərə kənd sakinləri X13 Cavabdehnə, X4 Azərbaycan Respublikasının Prezidentinin ünvanına daxil olmuş İddiaçı barəsində müraciətlərinin Ovçubərə kənd inzibati ərazi dairəsinin nümayəndəsinin xidməti otağında araşdırılması zamanı aşağıdakılar baş verdi. X29 və övladı X14 ilə söhbət zamanı ərizədə qeyd etdiklərinin həqiqəti əks etdirməsi ilə bağlı izahat alınarkən orada iştirak edən Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı dəfələrlə söhbətə müdaxilə edərək, onların rəsmi izahat verməsinə mane olmuşdur. Eyni zamanda şikayətçi Əliyeva Adilə və onun övladı ilə dövlət qulluqçusuna yaraşmayan qeyri-etik davranış nümayiş etdirmişdir. İzahatla bağlı şikayətçilər dinlənilərkən Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İddiaçı yenidən söhbətə müdaxilə edərək X5 izahatında yazdığı: İddiaçı axşam saatlarında ona zəng edərək sabah torpaq sahəsinə gəlməsini, torpağın 80 sot hissəsinin ölçülüb torpaq sahibinin varisi bibisinə verilməsi ilə bağlı zəngi təkzib etməyini tələb etmiş və ona zəng etmədiyini bildirmişdir. Bu söhbət zamanı yaranmış mübahisə zəminində İddiaçı M.Qurbanova qarşı böyrəklərinin xəstəliyini eyham vuraraq “yarımçıq adam” alçaldıcı ifadəsini işlətdi və İddiaçı onun üzərinə gedərək hədə-qorxu gəldi və dövlət qulluqçusunun etik davranış qaydalarını kobud şəkildə pozaraq yumruğu ilə şikayətçini vurdu və sonra Cavabdeh başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri X41 onları ayırmaq üçün müdaxilə edərkən İddiaçı ona da əl-qol hərəkətləri ilə fiziki təsir göstərdi. Digər şikayətçi X15 övladı X10 ilə birlikdə izahat versələr də onlarla söhbət zamanı nümayəndə İddiaçı yenidən şikayətçilərin sərbəst formada izahat verməsinə mane olmağa çalışmışdır. Belə ki, M.Məmmədovun oğlu Ə.Məmmədov izahatla bağlı dindirilərkən nümayəndə İddiaçı müxtəlif hədə-qorxu yolu ilə onun düzgün ifadə verməsinə mane olmağa çalışmış və Ə.Məmmədovun inzibati binanı dərhal tərk etməsini kobudcasına (yüksək səslə tez ol otaqdan çıx deyərək) tələb etmişdir. Ə.Məmmədovun ərizəsində qeyd etdiyi: İddiaçı tərəfindən kənd sakinlərinə qarşı təhqiramiz ifadələr işlətməsi-fikri ilə bağlı dinlənilərkən söhbətə yenidən müdaxilə İddiaçı M.Məmmədovun oğlu Ələkbər Məmmədova ‘”kəs səsini” deyərək, onun həmin binanı tərk etməsini tələb etmiş, hətta əlbəyaxa vəziyyətinə qədər gəlib çıxmış, lakin X28 müdaxiləsi nəticəsində buna imkan verilməmişdir. Qeyd edirik ki, izahatlar alınarkən İddiaçı həm şikayətçilərə, həm də Cavabdeh başçısı aparatının işçilərinə qarşı etik davranış qaydalarından kənar hərəkətlər nümayiş etdirmiş, vətəndaşlarla söhbət zamanı dövlət qulluqçusuna yaraşmayan ifadələrlə müxtəlif müdaxilə və təzyiqlər göstərməyə çalışmışdır. Onu da əlavə edirik ki, Ağadın Mikayılov və İltifat Əliyev saat 14:37 radələrində iş yerinə gəlmişdir. İş materiallarında olan X16 21.04.2021-ci il tarixli izahatında qeyd edilmişdir ki, şikayətimlə bağlı onu demək istəyirəm ki, Ovçubərə kənd icra nümayəndəsi İddiaçı bir neçə dəfə bizim evə gələrək mənə aidiyyatı olmayan yol təmizləmək üçün işləmək üçün yersiz göstərişlər vermişdir. Məlumat üçün bildirirəm ki, mən kənd tibb məntəqəsində xadimə işləyirəm. Gündəlik öz işimə gedirəm. İddiaçı isə mənə və qüsurlu həyat yoldaşım X22 müxtəlif vaxtlarda təzyiqlər göstərərək, hədə qorxu gələrək, ağır burda ifadə olunması mümkün olmayan təhqirlər yağdıraraq zibil təmizlənməsinə cəlb etmək istəmişdir. Bir neçə dəfə həyat yoldaşımı zibil təmizləməyə məcbur etmişdir. Yoldaşım zibil təmizləməyə ona görə getmişdir ki, getmədiyi halda məni işdən çıxaracağı ilə hədələmişdir. Bununla bağlı Biləsuvar rayon Polis şöbəsinə müraciət etmişəm. İş materiallarında olan Biləsuvar rayon Polis şöbəsinin 25.03.2021-ci il tarixli, 139- 7713-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3ində yaşayan X17 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanlanmış, araşdırılması üçün ünvan 1ə xadiməçi işlədiyini, Biləsuvar rayon Ovçubərə kənd icra nümayəndəsi İddiaçı onların yaşadığı evin yanına gəlib xəstə həyat yoldaşını zibil daşımaq üçün işləməyə aparmaq istəməsi, həyat yoldaşı getmək istəmədiyi üçün onu tibb məntəqəsindən işdən çıxartdıracağı ilə hədələməsi və onları söyüb-təhqir etməsindən narazı olması göstərilmişdir. Daxil olmuş müraciətlə bağlı tərəfimizdən araşdırma aparılmış və toplanmış material RPŞ-nin dəftərxanasında işə tikilmişdir. Baş vermiş mübahisənin gələcəkdə xoşagəlməz və ya digər hüquqpozmaya çevrilməsinin qarşısının alınması məqsədilə Biləsuvar rayon Ovçubərə kənd icra nümayəndəsi İddiaçı ilə profilaktiki söhbətlər aparılması sizdən xahiş olunur. İş materiallarında olan Cavabdeh X33 ümumi yığıncağının 28 aprel 2021-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, Biləsuvar RİH-i başçısının Ovçubərə KİƏD-si üzrə nümayəndəsi İddiaçı Dövlət qulluğu haqqında Azərbaycan Respublikası qanununun 18, Dövlət qulluqçularının davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun 23.1, 23.3.1 maddələrinin tələblərini pozduğuna görə RİH-i başçısının 19 mart 2021-ci il tarixli, 52 saylı sərəncamı ilə verilmiş töhmət, 22 aprel 2021-ci il tarixdə ona qarşı tətbiq olunmuş aktı nəzərə alaraq İddiaçı tutduğu vəzifədən azad edilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Cavabdeh 03 may 2021-ci il tarixli, 66 nömrəli sərəncamında qeyd edilmişdir ki, Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X36 “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 23.1 və 23.3.1-ci maddələrinin tələblərini pozduğuna görə barəsində intizam tənbeh tədbiri tətbiq edilməklə ona Cavabdeh başçısının 19 mart 2021-ci il tarixli 52 saylı sərəncamı ilə töhmət verilmişdir. Ağaddin Mikayılov ötən bir ay müddət ərzində verilmiş töhmətdən heç bir nəticə çıxarmamış Ovçubərə kəndində yaşayan kənd sakinlərinə qarşı dövlət qulluqçusuna yaraşmayan hərəkətlərini davam etdirmişdir. Belə ki, Ovçubərə kənd sakini X30 rayon icra hakimiyyətinə müraciət edərək mərhum qaynanası Ağabəyimin mülkiyyətində olmuş və miras əmlak kimi qalmış müklə əlaqədar yaranmış narazılığın araşdırılması ilə bağlı Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi İddiaçı müraciəti zamanı vəzifəli şəxsə yaraşmayan hərəkətlərlə qarşılaşdığını və oğlu Möhübbətə zəng olunaraq təhqir edici ifadələrlə İddiaçı tərəfindən sahəyə çağrılmasını bildirmişdir. İcra hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli və aparatın baş məsləhətçisi Sahil Hüseyinzadə 22 aprel 2021-ci il tarixdə Ovçubərə kənd icra Nümayəndəliyinin inzibati binasında şikayətçi X23 və oğlu Möhübbət Qurbanovla birlikdə qəbul edərkən icra nümayəndəsi İddiaçı vətəndaşın dinlənilməsinə maneçiliklər törətmiş və ona xəbərdarlıq edilməsinə baxmayaraq o, X11 Qurbanovu əli ilə vurmuş və onları ayırmağa çalışan aparatın şöbə müdiri Zamiq Mənsimliyə də əl və qol hərəkətləri ilə fiziki təsir göstərmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına İddiaçı qanunsuz hərəkətləri ilə bağlı müraciət etmiş X15 aparatın məsul işçiləri tərəfindən həmin vaxt Ovçubərə kənd İcra Nümayəndəliyinin inzibati binasında qəbul edilərkən Ağadin Məmmədov tərəfindən M.Məmmədova da hədə qorxu gəlinmiş və inzibati binadan çıxmasını kobud şəkildə tələb etmişdir. Faktlarla bağlı yerində akt tərtib olunmuş və İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Məmmədağa Məmmədovun mülkiyyətində olan taxıl sahəsinin həmkəndliləri tərəfindən otarılması ve bununla bağlı tədbir görülməsinə köməklik olunması barədə Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı 11 fevral 2021-ci il tarixdə şifahi və 15 fevral 2021-ci il tarixdə isə yazılı müracət etiyi halda müraciətinə cavab verilməmiş və nədəki müraciət aidiyyəti üzrə göndərilməmişdir. Ağaddin Mikayılov bu hərəkətləri ilə - vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmuşdur. Nəticədə vətəndaş Məmmədağa Məmmədov tətəfindən respublikanın mərkəzi icra hakimiyyəti orqanlarına çoxsaylı müraciətlərin olunmasına şərait yaratmışdır. Bununla yanaşı Biləsuvar rayon Polis şöbəsi 11 mart 2021-ci il tarixli L39-6659-1221 nömrəli məktubla rayon İcra hakimiyyətinə müraciət edərək Ovçubərə kəndində yaşayan X17 icra nümayəndəsi İddiaçı qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanlanmış və baxılmaq üçün Biləsuvar rayon Polis şöbəsinə daxil olmuş müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, baş vermiş mübahisənin gələcəkdə xoşagəlməz və ya digər hüquqpozmaya çevrilməsinin qarşısının alınması məqsədilə İddiaçıla profilaktik söhbətlər aparılmalıdır. İddiaçı bu hərəkətləri ilə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.05 və 18.0.12-ci maddələrinin və “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini bir daha pozmaqla intizam məsuliyyətinə yenidən cəlb edilməsi üçün əsaslar yaratmışdır. İddiaçı Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxıb razılıq verilməsi ilə bağlı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X25 rayon Komitəsinə və Cavabdeh ilk Həmkərlar təşkilatına müraciət olunmuş və ilk həmkərlar təşkilatının 28 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı tutduğu vəzifəsindən azad olunmasına razılıq verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.3.1-ci “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.5, 18.012, 25.1, 25.2 və 25.2.6-cı və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin” 4.1.8-ci maddələrinə istinad edərək qərara alıram: İddiaçı 03 may 2021-ci il tarixdən Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilsin, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsi müvəqqəti olaraq nümayəndənin müavini X18 tapşırılsın. İddiaçı son haqqhesab ödənilməsi Ovçubərə İƏD üzrə nümayəndəliyinin mühasibi Nadir Mənsimova tapşırılsın. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanova və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Fəxri Rəhimova tapşırılsınki, sərəncamdan irəli gələn məsələləri həll etsin. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi 27 iyul 2021-ci il tarixli, 1/395 nömrəli etiraz ərizəsində qeyd edilmişdir ki, ünvan 3i ünvanında yaşayan Vətən müharibəsi iştirakçısı X3 2021-ci ilin yanvar ayında ictimai işlərdə sosial işçi kimi çalışaraq əmək haqqı aldığını, lakin 2021-ci ilin fevral ayında işləsə də Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı tərəfindən qərəzli və məqsədli şəkildə işə davamiyyəti ilə bağlı tabelin tərtib olunmaması və nəticədə əmək haqqı ala bilməməsi və bununla bağlı müraciətləri zamanı nümayəndə A.Mikaylov tərəfindən dəfələrlə təhqirlərə məruz qalması, dövlət qurumlarının ünvanına mənfi ifadələr işlətməsi və bu fikirlərini təsdiq edən səs yazılarının və videogörüntünün olması barədə mərkəzi icra hakimiyyəti orqanlarına yazdığı ərizələrindəki fikirləri araşdırılmış və İddiaçı verdiyi 19 mart 2021-ci il tarixli izahatında bu fikirlərin əksəriyyəti öz təsdiqini tapmışdır. Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 23.1 və 23.3.1-ci maddələrinin tələblərini pozduğuna görə barəsində intizam tənbeh tədbiri tətbiq edilməklə ona Cavabdeh başçısının 19 mart 2021-ci il tarixli 52 saylı sərəncamı ilə töhmət verilmişdir. Bununla yanaşı X1 İddiaçı qanunsuz hərəkətləri barədə Biləsuvar rayon Polis şöbəsinə daxil olmuş şikayət ərizəsi araşdırılmışdır. Biləsuvar rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli (3(022)-142/2021 nömrəli iş) iclasında İddiaçı məhkəmə iclasında inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə Qərarı ilə İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Ağaddin Mikayılov verilmiş intizam tənbehindən ötən bir aydan çox müddət ərzində verilmiş töhmətdən heç bir nəticə çıxarmamış Ovçubərə kəndində yaşayan kənd sakinlərinə qarşı dövlət qulluqçusuna yaraşmayan hərəkətlərini davam etdirmişdir. Belə ki, Ovçubərə kənd sakini X29 Rayon İcra Hakimiyyətinə müraciət edərək mərhum qaynanası Ağabəyimin mülkiyyətində olmuş və miras əmlak kimi qalmış mülklə bağlı yaranmış narazılığın araşdırılması ile bağlı Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi İddiaçı müraciəti zamanı vəzifəli şəxsə yaraşmayan hərəkətlərlə qarşılaşdığını və İddiaçı tərəfindən oğlu Möhübbətə zəng olunaraq təhqiredici ifadələrlə sahəyə çağırılmasını bildirmişdir. Bundan əlavə kənd sakini Məmmədağa Məmmədovun mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edərək mülkiyyətində olan taxıl sahəsinin həmkəndliləri tərəfindən otarılması ilə bağlı tədbir görülməsinə köməklik olunması barədə Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı 11 fevral 2021-ci il tarixdə şifahi və 15 fevral 2021-ci il tarixdə isə yazılı müraciət etdiyi halda müraciətinə cavab verilməmiş və nədəki, müraciət aidiyyəti üzrə göndərilməmişdir. İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi"nin müdiri Zamiq Mənsimli, aparatın baş məsləhətçisi Sahil Hüseynzadə 22 aprel 2021-ci il tarixdə Ovçubərə kənd icra Nümayəndəliyinin inzibati binasında şikayətçi X23 və oğlu Möhübbet Qurbanovla birlikdə qəbul edilərkən icra nümayəndəsi İddiaçı vətəndaşın dinlənilməsinə maneçiliklər törətmiş və ona xəbərdarlıq edilməsinə baxmayaraq o, X11 Qurbanovu əli ilə vurmuş və onları ayırmağa çalışan aparatın şöbə müdiri Zamiq Mənsimliyə də əl və qol hərəkətləri ilə fiziki təsir göstərmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidenti Administirasiyasına İddiaçı qanunsuz hərəkətləri ilə bağlı müraciət etmiş X15 aparatın məsul işçiləri tərəfindən həmin gün Ovçubərə kənd icra Nümayəndəliyinin inzibati binasında qəbul edilərkən İddiaçı tərəfindən M.Məmmədova da hədə qorxu gəlinmiş və inzibati binadan çıxmasını kobud şəkildə tələb etmişdir. Faktlarla bağlı yerində akt tərtib olunmuş və İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Qeyd edirik ki, Biləsuvar rayon Polis şöbəsi 11 mart 2021-ci il tarixli L39-6659- 1221 nömrəli məktubla Rayon icra Hakimiyyətinə müraciət edərək Ovçubərə kəndində yaşayan X17 icra nümayəndəsi İddiaçı qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanlanmış və baxılmaq üçün Biləsuvar rayon Polis şöbəsinə daxil olmuş müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, baş vermiş mübahisənin gələcəkdə xoşagəlməz və ya digər hüquqpozmaya çevrilməsinin qarşısının alınması məqsədilə İddiaçıla profilaktik söhbətlər aparılmalıdır. İddiaçı bu hərəkətləri ilə "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 18.05 və 18.0.12-ci maddələrinin və "Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini bir daha pozmaqla intizam məsuliyyətinə cəlb edilməsi üçün yenidən əsaslar yaratmışdır. İddiaçı Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən, dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxıb razılıq verilməsi ilə bağlı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X24 rayon Komitəsinə və Cavabdeh ilk Həmkarlar təşkilatına müraciət olunmuş və X33 28 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı tutduğu vəzifəsindən azad olunmasına razılıq verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanunun 23.1 və 23.3.1-ci, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.5, 18.012, 25.1, 25.2 və 25.2.6-cı və “Yerli İcra Hakimiyyətiləri haqqında Əsasnamənin” 4.1.8-ci maddələrinə istinad edilərək Cavabdeh başçısının 03 may 2021-ci il tarixli 66 saylı sərəncamı ilə İddiaçı Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edirik ki, İddiaçı Cavabdehnə qarşı "03.05.2021-ci il tarixli, 66 saylı sərəncamının ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" barədə iddia ərizəsində qeyd edilən sərəncamların qanunsuz, əsassız, təkrar, həddindən artıq ağır intizam tənbeh tədbiri olması, töhmət verilməklə bağlı verilmiş 52 saylı sərəncam üzrə zərurətlə əlaqədar xidməti yoxlamanın aparılmaması, dövlət qulluğunun xitamına səbəb olmuş, sərəncamda istinad olunan əməllərinin süni şəkildə yaradılması, şərəf və ləyaqətinin alçaldılması, həmkarlar ittifaqının işdən azad olunma ilə bağlı verdiyi razılığın qanunsuz olması və formal xarakter daşıması, hər iki sərəncamın mahiyyətinin eyni olması və bu sərəncamların Rayon icra Hakimiyyətinin aparatının işçilərinin, Ovçubərə kəndinin bir qrup sakininin qərəzli münasibəti nəticəsində yaranması ilə bağlı fikirlər iddiaçının şəxsi mülahizələrinə əsaslanır və sərəncamların ləğvi ilə bağlı hüquqi əsas yaratmır. Belə ki, idddiaçının öz ərizəsində qeyd etdiyi kimi səlahiyyətli olduğu ərazinin vətəndaşları ilə müntəzəm şəkildə problemlər yaşamış və bununla bağlı xidməti yoxlama təyin edilmişdir. Yoxlama zamanı iddiaçı dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə yol vermiş və bu hərəkətlər prosedural qaydalara uyğun olmaqla rəsmiləşdirilmişdir. İddiaçının əvvəlcədən yol verdiyi nöqsanlar və bu nöqsanların müntəzəm xarakter daşıması nəzərə alınmaqla dövlət qulluğuna xitam verilıməsi ilə bağlı sərəncam imzalanmışdı. Qeyd edirik ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qullluqçusu statusu daşıyan şəxslərin davranış qaydalarını tənzimləyən normalar öz əksini tapmışdır. Həmin qanunda dövlət qulluqçusu statusu daşıyan şəxlərin üzərinə onların hər bir şəxs üçün vicdanlılıq nümunəsi olması, dövlət qulluqçusunun onun xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməsi, dövlət qulluqçusu dövlət qulluğu ile bağlı vəzifələrin icrası ile bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməsi, dövlət qulluqçusunun insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməsi, dövlət qulluqçusunun bütün şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olması vəzifələri qoyulmuşdur. Həmin qanunun 20-ci maddəsində etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbərinin xidməti qaydada həyata keçirməsi öz əskini tapmışdır. Həmçinin 21.2.9-cu maddəsində dövlət orqanının rəhbərinin qarşısında etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməsi vəzifə olaraq müəyyənləşdirilmişdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25-cİ maddəsində dövlət qulluqçusunun intizam məsuliyyətinin yaranması əsasları göstərilmiş və intizam məsuliyyətinin növləri hallara uyğun qeyd olunmuşdur. İddiaçının qeyd etdiyi töhmət verilməklə bağlı sərəncam üzrə heç bir araşdırılmanın, zəruri xidməti yoxlamanın aparılmaması fikrinə cavab olaraq qeyd edirik ki, sözügedən sərəncamın imzalanmasına səbəb olan hallar üzrə dövlət qulluğu haqqında qanunun 25.3-cü maddəsinə uyğun olaraq iddiaçının izahatı alınmışdır. İzahatında hadisə üzrə halları ətraflı qeyd etdiyi və hər hansı təkzibedici fakt göstərmədiyindən dövlət qulluğu haqqında qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş zərurət əsası yaranmamış və bu səbəbdən xidməti yoxlama teyin edilməmişdir. Dövlət qulluğu haqqında qanunun 25.6-cı maddəsində dövlət qulluğundan azad edilmənin hallan və şərtləri gösterilmişdir. Bu maddəyə əsasən dövlət qulluğundan azad edilməyə dövlət qulluqçusu statusu daşıyan şəxsin vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdikdə əsas yaranır. İddiaçı 19 mart 2021-ci il tarixli haqqında inzibati tənbeh tətbiq edilməsi ilə bağlı sərəncamdan sonra arda-arda müntəzəm şəkildə dövlət qulluqçusunun etik davranış normalarını pozmağa, kənd sakinlərinə, fəaliyyətinə inzibati nəzarəti həyata keçirən icra hakimiyyəti aparatının işçilərinə qarşı kobud pozuntulara yol vermişdir. Beləliklə, 25.6-cı maddədə nəzərdə turulmuş iddiaçının dövlət qulluğununun xitamına səbəb olan pozuntuların kobud və mütəmadi olması əlaməti yaranmışdır. Yuxarıda sadalanan normalar iddiaçının öz ərizəsində qeyd etdiyi hüquqi və faktiki əsasların təhrikedici olmasını göstərir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi 30.12.2021-ci il tarixli, 1/739 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “03.05.2021-ci il tarixli, 66 nömrəli sərəncamının ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası ilə bağlı etiraz ərizəsinə əlavə olaraq bildiririk ki, ötən müddət ərzində məhkəmə iclaslarında İddiaçı çıxışlarında bir daha dövlət qulluqçusuna yaraşmayan ifadələr işlətməklə onun barəsində tərəfimizdən qəbul edilmiş qərarların düzgünlüyünü bir daha təsdiqləyir. Belə ki, İddiaçı məhkəmə iclaslarındakı çıxışlarında “Azərbayçan dövlətini, indiki hakimiyyəti və sonda icra hakimiyyətini tanımadığını”, “Möhübbət Qurbanovun anasının (Adilə Əliyevanın) erməni olması”, “Biləsuvar rayonun son iki ildə prezident tərəfindən pis günə qoyulması”, “X34 (dul olduğu üçün) yüyənsiz at adlandırması” kimi ifadələr işlətməsi İddiaçı dövlət qulluqçusuna uyğunsuzluğunu bir daha sübut edir. Qeyd edirik ki, İddiaçı bu hərəkətləri ilə “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərini pozduğu halda (dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə və ifadələrin işlədilməsinə yol verməklə) yenidən dövlət qulluğuna qayıtmaq istəyi təəccüb doğurur. Məlumat üçün bildiririk ki, İddiaçı törətdiyi qanunsuz hərəkətlərə haqq qazandırmaq üçün “məhkəmədə onların şahid kimi dindiriləcəyinin və məhkəməyə getməmək üçün ərizə yazıb notariusda təsdiqləyərək göndərmələrini” özü ilə həmfikir olan şəxslərə bildirərək ərizələr toplamaqla məşğuldur. Halbuki, məhkəməyə ərizə göndərən şəxslərin bu məsələyə aidiyyəti olsaydı İddiaçı iddia ərizəsində həmin şəxsləri şahid kimi əvvəlcədən göstərə bilərdi. Nəzərə almağınızı xahiş edirik. Məhkəmə gəldiyi nəticəsini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.2-ci maddəsinə əsasən İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 18.0.4-cü maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 18.0.12-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. 20.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa ixtiyarı yoxdur. 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8-ci maddəsinə əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10-ci maddəsinə əsasən dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 25.11-cu maddəsinə əsasən Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 12.2-ci maddəsinə əsasən dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. 13.2-ci maddəsinə əsasən tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. 15.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə müəyyən etdi ki, Biləsuvar RİHB-nin Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı oğlu ali təhsilli alim-aqronom İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 28.6-cı maddəsinə əsasən rayon İcra Hakimiyyəti başçısının Ovçubərə inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsinə 1 (bir) il stajçı kimi təyin edilmişdir. 30.09.2014-cü il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında müddətsiz olaraq İcra Hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. Biləsuvar rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(032)-142/2021 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Cavabdeh 19 mart 2021-ci il tarixli, 52 nömrəli sərəncamı ilə Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X26 töhmət verilmişdir. Cavabdeh 03 may 2021-ci il tarixli, 66 nömrəli sərəncamı ilə “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.3.1-ci “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.5, 18.012, 25.1, 25.2 və 25.2.6-cı və “Yerli İcra Hakimiyyətiləri haqqında Əsasnamənin” 4.1.8-ci maddələrinə istinad olunaraq İddiaçı 03 may 2021-ci il tarixdən Cavabdeh başçısının Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmiş, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununlarından göründüyü kimi dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdikdə, vəzifədə olaraq etik davranış qaydalarına əməl etmədikdə onların barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə qeyd olunan intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. Məhkəmə iş üzrə tərəflərin dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh, iddiaçının müvafiq hərəkətlərə (etik davranış qaydalarına əməl olunmamasına) yol verməklə “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunlarının tələblərini pozması qənaətinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunan əsasla ona “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi həm «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununuun 25.2-ci maddəsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxmından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl ...”dövlət qulluğunun ona verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmiş və qulluğa qəbul olunduqdan sonra etik davranış qaydarına riayət etmək dövlət qulluqçusu kimi onun vəzifəsi olmuşdur. Lakin onun yol verdiyi hərəkətlər həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət də təşkil edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati İcraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı oğlunun Cavabdehnə qarşı «03.05.2021-ci il tarixli, 66 saylı sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “03.05.2021-ci il tarixli, 66 saylı sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-141/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-141/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver