Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-141/2025 16.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin torpaq sahəsinin planı və ölçüsünə aid sənədin ləğv edilməsi və 5 ha torpaq sahəsinin İddiaçı-nin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2025-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında (ünvan: ünvan 2 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Şirvan İnzibаti Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-360/2024 nömrəli qərardadı ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddia tələbinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və 5.0 ha torpaq sahəsinin İddiaçı-nin adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi və “X7 İnstitutu” X9 X2 zəruri çəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibаti Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(120)-141/2025 nömrəli qərardadı ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və 5.0 ha torpaq sahəsinin İddiaçı-nin adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddia tələbinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin torpaq sahəsinin planı və ölçüsünə aid sənədin ləğv edilməsi və 5 ha torpaq sahəsinin İddiaçı-nin adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibаti Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2-1(120)-141/2025 nömrəli qərardadı ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və 5.0 ha torpaq sahəsinin İddiaçı-nin adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddia tələbinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin torpaq sahəsinin planı və ölçüsünə aid sənədin ləğv edilməsi və 5 ha torpaq sahəsinin İddiaçı-nin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiklərini bildirərək iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəmdəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Ləkəran şəhər İcra Hakimiyyətinin 21 fevral 1996-cı il tarixli Sərəncamı əsasında Dövlət Aktına əsasən İddiaçı-nin mülkiyyətinə, sahibliyinə və istifadəsinə 5,0 ha torpaq sahəsi verilmiş və bunun əsasında Dövlət Akt-ı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-cı il tarixli məktubdan görünür ki, A001431 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının və həmin Dövlət Aktına aid heç bir məlumat müəyyən olunmamamışdır. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin 06 May 1965-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnistutunun təşkili Haqqında Qərarından görünür ki, X6 İnstitutu yaradılmışdır. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin 06 May 1965-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnistutunun təşkili Haqqında Qərar əsasında Lənkəran rayon İcraiyyə Komitəsinin 04 mart 1968-ci il tarixli qərarı qəbul edilmiş, Azərbaycan SSR Lənkəran rayonu Zona-Təcrübə Stansiyasına daimi istifadə etmək üçün təhkim olunmuş torpaqların Planı tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəməyə ünvanladığı ekspert Təhqiqatın Nəticəsi hissəsində qeyd olunmuşdur ki, Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2022/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 21,02.1996cı il tarixli, 795 saylı sərəncamı əsasında 001431 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı" ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Rüfət" kəndli (fermer) təsərrüfatına verilmiş 5,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən olmuşdur. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 5,2 ha olması və ərazidə tikililərin (ferma binalarının) mövcud olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2022/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 795 saylı sərəncamı əsasında 001431 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Rüfət” kəndli (fermer) təsərrüfatına verilmiş 5,0 ha (faktiki 5,2 ha) torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən hüquqi statusunun dövlət mülkiyyətində, kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının əkin torpaq sahəsi olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualları üzrə:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2022/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 795 saylı sərəncamı əsasında 001431 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı" ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Rüfət” kəndli (fermer) təsərrüfatına verilmiş 5,0 ha (faktiki 5,2 ha) torpaq sahəsinin faktiki yerləşmə yeri ilə sənəd üzrə yerləşmə yerinin uyğun olması müəyyən edilmişdir. Qərardadın dördüncü sualları üzrə:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2022/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 795 saylı sərəncamı əsasında 001431 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı" ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Rüfət” kəndli (fermer) təsərrüfatına verilmiş 5,0 ha (faktiki 5,2 ha) torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması müşahidə olunmuşdur. Qərardadın beşinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-43/2-2022/2024 saylı Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 21,02.1996-cı il tarixli, 795 saylı sərəncamı əsasında 001431 nömrəli "Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Rüfət” kəndli (fermer) təsərrüfatına verilmiş 5,0 ha (faktiki 5,2 ha) torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli,********** qeydiyyat nömrəli və **********02 reyestr nömrəli Çıxarışa əsasən "X6 İnstitutu" X9 X2 istifadəsində olan 2,55 ha torpaq sahəsinin (torpaq sahəsinin hüquqi statusu dövlət mülkiyyətində) koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli, çıxarışın ləğv edilməsi və 5.0 ha torpaq sahəsinin İddiaçı-nin adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Belə ki, iş üzrə təyin edilmiş tikinti-texniki və yerşünaslıq ekspertizası nəticəsində təqdim edilmiş 3-16-16/2-10/4515 nömrəli ekspert rəyinin məzmununda qeyd olunur ki, (qərardadın 5-ci sualına cavab olaraq təqdim edilmiş) Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli, 975 saylı sərəncamı əsasında 001431 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı kəndli (fermer) təsərrüfatına verilmiş 5,0 ha (faktiki 5,2 ha)torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********02 reyestr nömrəli çıxarışa əsasən “X6 İnstitutu” X9 X2 istifadəsində olan 2,55 ha torpaq sahəsinin (torpaq sahəsinin hüquqi statusu dövlət mülkiyyətində) koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran sübutları təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ləğv edilməsini istədiyi **********9 qeydiyyat nömrəli çıxarış Azərbaycan SSR Nazirlər Sovetinin 06 May 1965-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnistutunun təşkili Haqqında qərarına əsasən Lənkəran rayon İcraiyyə Komitəsinin 04 mart 1968-ci il tarixli qərarı əsasında verilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, ********** qeydiyyat nömrəli çıxarış Azərbaycan SSR Nazirlər Sovetinin 06 May 1965-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnistutunun təşkili Haqqında Qərarı əsasında Lənkəran rayon İcraiyyə Komitəsinin 04 mart 1968-ci il tarixli qərarı əsasında "X6 İnstitutu" X9 xeyrinə qeydə alınmışdır. İddiaçının hüquqi marağına uyğun iddiaya cavab verməli inzibati orqan Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran ərazi idarəsi deyil, Lənkəran Rayon İcra Hakimiyyəti olmalıdır. Göründüyü kimi Lənkəran rayon İcraiyyə Komitəsinin 04 mart 1968-ci il tarixli, qərarı uzun müddətdir ki, qəbul olunmuş həmin qərar əsasında X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışı verilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi hazırki iddia tələbinə cavab verməli olan inzibati orqan deyildir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0-cu bəndinə əsasən, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin etmək və daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil etmək Xidmətin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir. “X6 İnstitutu” X9 X2 istifadəsində olan 2,55 ha torpaq sahəsinin iddiaçının iddia etdiyi 5.0 (beş) ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə çıxarışın ləğv edilməsinə dair iddia tələbi üzrə hazır ki cavabdeh inzibati orqan cavab verməli olan inzibati orqan deyil. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında nümayəndəsinə şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına təsir edən Lənkəran rayon İcraiyyə Komitəsinin 04 mart 1968-ci il tarixli qərarı mübahisələndirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3- cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin dəqiqləşdirəcəyi təqdirdə xx.xx.1965-ci il tarixli Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnistutunun təşkili Haqqında Qərarı əsasında qəbul edilmiş Lənkəran rayon İcraiyyə Komitəsinin 04 mart 1968-ci il tarixli qərardan şikayət vermə müddətlərinə riayət edilməsinə xüsusi diqqət yetirməlidir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hüquqi marağına zidd olan qərarı mübahisələndirdiyi halda tətbiq edilməli olan xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından İddiaçı iddia tələbi üzrə iddia müddətini ötürmüş olur. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-711/2024 nömrəli qərarında iddia müddəti ilə bağlı mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin torpaq sahəsinin planı və ölçüsünə aid sənədin ləğv edilməsi və 5 ha torpaq sahəsinin İddiaçı-nin adına mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “X6 İnstitutu” X9 X3 verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin torpaq sahəsinin planı və ölçüsünə aid sənədin ləğv edilməsi və 5 ha torpaq sahəsinin İddiaçı-nin adına mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-141/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-141/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver