Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1411/2024 25.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə tərəflərin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İşdə olan **********0122023 nömrəli ölüm haqqında akt qeydində göstərilmişdir ki, İddiaçı 12 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür və barəsində Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən **********0122023 saylı ölüm akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı xx.xx.2023-cü il tarixdə öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti, qanunvericiliyin tələbi baxımından hüquq varisliyinə yol vermədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 55 və 80-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1411/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1411/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver