Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1412/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X14nə qarşı Ağcabədi Rayon Mərkəzi Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı nümayəndəsi X9, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X14nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X14nə qarşı Ağcabədi rayon X11 Hüquqi Şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə inzibati işə 03 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0013 №-li qərarının ləğv olunması, xx.xx.2024-cü il tarixli xxxxxxx0013 №-li qərarının ləğv olunduğu tarixdən İddiaçı təyin olunmuş İİİ dərəcə əlilliyin bərpa edilməsi ilə bağlı qərar qəbul edilməsi vəzifəsinin Agentliyə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir xəstəliyi ilə əlaqədar sağlamlığını itirmişdir, buna görə də barəsində İİİ qrup əlillik təyin edilmişdir.Cavabdeh inzibati orqanın 30 aprel 2024-cü il tarixli qərarı ilə barəsində əlillik müəyyən edilməsindən imtina edilmişdir, səbəb isə onun tam reabilitasiya olunmağı olmuşdur.İnzibati orqanın mövqeyini əsassız hesab edir, xəstəliyi uzun illərdir və hazırda da davam edir, həmin xəstəlikdən əziyyət çəkir, işləmir. Ona əllilik dərəcəsinin təyin olunması üçün əsaslar tam mövcuddur, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Ağcabədi rayon X8 Hüquqi Şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqan Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsilə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları =>FC0-F09 - Simptomatik forma da daxil olmaqla, uzvi psixi pozğunluqlar => F07-Baş beynin xəstəliyi zədələnməsi və ya disfunksiyası nəticəsi....Diaqnozun mətni:Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər uzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MSS-nın uzvi xəstəliyi nəticəsində Yaddaş, intellektin enməsi, davranış pozuntuları. Funksional tutmalarla Üzvi mənşəli şəxsiyyət pozğunluğu Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensıya. Ağıl zəifliyi və tez-tez baş verən funksional tutmalar ilə ayda(7- 8dəfə).Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması-Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir... qərarı verilmişdir. Ağcabədi rayon sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti 01 01.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfdən qiymətləndirilmiş və ona "Baş beynin xəstəliyi. travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MSS-nin üzvi xəstəliyi nəticəsində yaddaş, intellektin enməsi, davranış pozuntuları. Funksional tutmalarla. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Ağıl zəifliyi və tez-tez baş verən funksional tutmalar ilə ayda (7-8 dəfə) diaqnozu ilə Ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-2395/2024 nömrəli qərar əsasında xx.xx.2022-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması" barədə qərar qəbul edilmişdir.Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü il tarixundə əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən psixiatrik xəstə olduğu bildirilmiş, eyni zamanda tutmaların olması barədə məlumat verilmişdir.Təqdim edilmiş Respublika Psixiatriya xəstəxanasının xx.xx.2021-xx.xx.2021- ci il tarixli 5304/21 nömrəli epikrizində diaqnoz "MSS-nin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi. Tez tez baş verən funksional tutmalarla" kimi göstərilmiş, eyni müəssisıənin xx.xx.2021- xx.xx.2021-ci il tarixli 8688/21 nömrəli çıxarışında diaqnoz “MSS-nin üzvi xəstəliyi. Yaddaş intellektin enməsi. Davranış pozuntuları. Funksional tutmalarla" olmuş, Ağcabədi Rayon mərkəzi xəstəxanasında aparılmış kranial nativ KT müayinəsində “Hər iki para, reiventrikulyar, sentrum semiovaledə qliozis ocaqlar qeyd olunur. Yan mədəciklər genişlənmişdir. İntrakranial hipertenziyaya xarakter. Beyin və beyincik şırımları minimal kortikal atrofiyaya xarakter dərinləşmişdir. Alın gicgah paylarında subaraxnoidal sahədə minimal genişlənmə qeyd olunur" kimi göstərilmişdir.DTSERA-da psixiatr müayinəsi zamanı psixiatrik xəstəliyə aid heç br əlamət müəyyən edilməmiş, aqrovasiya edərək diqqət çəkməyə çalışmışdır.Təsvir edilmiş tutmanın xarakterinin dəqiqləşdirilməsi məqsədi ilə DTSERA-da EEQ müayinəsindən keçməsi istənilmiş və EEQ müayinə nəticəsi “Baş beynin bioelektik aktivliyi yaşa uyğun formalaşıb. Regional assimmetriya yoxdur.Funksional sinaqlar normal. Epileptiform aktivlik yoxdur” kimi qeyd edilmişdir.Anamnestik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən hazırda əlillik təyinatına əsas verən psixopatoloji vəziyyət aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3- 17-4/3-3-2395/2024 nömrəli qərara əsasən təyin edilmiş “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-4/2-13-196633/2024 saylı məktubla iddiaçı X10 nümayəndəsi X12 bildirişmişdir ki, sonuncu xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinədə iştirak etmiş və ona ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixində təyin edilmiş müddətli üçüncü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ********* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1983-cü ildə Ağcabədi rayonu, Hüsülü kəndində doğulmuş Baxışova X13 rayonu, Hüsülü kəndində qeydiyyatdadır. İddiaçı aid aşağıdakı; - xx.xx.2014-cü il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: V sinif-Psixi pozğunluqlar => F70-F79-Əqli gerilik => F72-Ağır dərəcəli əqli gerilik...Diaqnozun mətni: MSS-nin üzvü xəstəliyi nəticəsində ağıl zəifliyi tez-tez olan funksional qıcolma tutmaları ilə....Meyar: 2.2. İkinci dərəcəli əlillik =>2.2.12.Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu... xx.xx.2015-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: V sinif-Psixi pozğunluqlar => F00-F09-Simotomatik forma da daxil olmaqla, üzvi psivi pozğunluqlar=> F07-Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi ...Diaqnozun mətni: M,S,S,Ü,X-yi nəticəsində kəskin nəzərə çarpan intiliktin enməsi Sol tərəfli hemparez.....Meyar: 2.2. İkinci dərəcəli əlillik =>Digər: M,S,S,Ü,X-yi nəticəsində kəskin nəzərə çarpan intiliktin enməsi Sol tərəfli hemparez.. xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: V sinif-Psixi pozğunluqlar => G90-F99-Sinir sisteminin digər pozğunluqları=>G96- Mərkəzi sinir sisteminin digər pozğunluqları=> G96.9-Mərkəzi sinir dəqiqləşdirilmiş zəd... Diaqnoz mətni: Mərkəzi sinir sisteminin digər pozğunluqları, MSS-nin xəstəliyin nəticəsində ağır zəifliyi ilə tez-tez baş verən funksional tutmaları ilə (ayda 6-7 dəfə)...Meyar İmtina edilir...İmtianın səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Stasionar müalicəsi yetərli deyil.İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin. xx.xx.2021-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: V sinif-Psixi pozğunluqlar => G00-F09- Simotomatik forma da daxil olmaqla, üzvi psivi pozğunluqlar=> F07-Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi .... Diaqnoz mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi nəticəsində....Meyar: İmtina edilir..İmtinanın səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: Xəstənin adına əmək müqaviləsi olduğu halda xəstəyə əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmayıb. xx.xx.2021-ci il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: V sinif-Psixi pozğunluqlar => F`99-Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq...Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi nəticəsində...Meyar: İmtina edilir....İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb- 1 saylı Respublika Psixiatriya xəsətəxanasında rəy və ya müayinə məsləhət görülsün. xx.xx.2021-ci il tarixli, xxxxxxx0008 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: V sinif-Psixi pozğunluqlar => F`00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07-Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsin....Diaqnozun mətni: F.07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, MSS-nin üzvi xəstəliyi nəticəsində Yaddaş, intellektin enməsi, davranış pozuntuları funksional tutmalarla...Ağırlaşma F02.8* Başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Ağıl zəifliyi və tez-tez baş verən funksional tutmalar ilə ayda ( 7-8 dəfə), Ağırlaşma F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu, davranış pozuntuları....Meyar: İmtina edilir... İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Diaqnostik müayinələr diqanozun ağırlıq dərəcəsini təsdiq etmir. İxtisaslı müayinə.. Ağcabədi Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0220003AAZ4K №-li göndərişdə (Forma 88) əsas diaqnoz-Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MSS-nin üzvi xəstəliyi nəticəsində Yaddaş, intellektin enməsi, davranış pozuntuları, Funksional tutmalarla (F07.8); Ağırlaşma: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Ağıl zəifliyi və tez-tez baş verən funksional tutmalar ilə ayda ( 7-8 dəfə) qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli, xxxxxxx0013 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=> F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07-Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsin....Diaqnozun mətni: Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyə və davranış pozğunluqları MSS-nin üzvi xəstəliyi nəticəsində Yaddaş,intellektin enməsi, davranış pozuntuları. Funksional tutmalarla..Üzvi mənşəli şəxsiyyət pozğunluğu..Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəsətliklər zamanı demensiya , Ağıl zəifliyi və tez-tez baş verən funksional tutmalar ilə ayda (708 dəfə), Meyar: İmtina: edilir... İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması-Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazsirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 30 aprel 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, X6 nəzarət audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əllilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 6 (altı) nəfər daha öncəki tarixlərdə əyani müayinəyə dəvət olunmaqlarına baxmayaraq əyani müayinədə iştirak etməmişdirlər. Bu səbəbdən mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar araşdırılaraq əlillik təyinatları ləğv edilmiş və müvafiq protokollarla rəsmiləşdirilmişdir. Bundan sonra əlillik təyinatları barədə qərarları ləğv edilmiş vətəndaşların müraciəti əsasında Agentlik tərəfindən yenidən 5 (beş) nəfər xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət edilmiş, təqdim edilən tibbi sənədləri də nəzərə alınmaqla əyani müayinəsi həyata keçirilmiş, əlillik vəziyyətləri yenidən qiymətləndirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Ağcabədi rayon sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfdən qiymətləndirilmiş və ona "Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MSS-nin üzvi xəstəliyi nəticəsində yaddaş, intellektin enməsi, davranış pozuntuları. Funksional tutmalarla. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Başga rubrikalarda təsnif edilən, digər dəgigləşdirilmiş xəstəliklər zamanı demensiya, Ağıl zəifliyi və tez-tez baş verən funksional tutmalar ilə ayda (7-8 dəfə)" diaqnozu ilə Ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-2395/2024 nömrəli gərar əsasında xx.xx.2022-ci il tarixindən diaqnozun təsdiqini tapmaması barədə qərar gəbul edilmişdir. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü il tarixində əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə Ağcabədi rayon sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfdən qiymətləndirilmiş və ona “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MSS-nin üzvi xəstəliyi nəticəsində yaddaş, intellektin enməsi, davranış pozuntuları. Funksional tutmalarla. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Ağıl zəifliyi və tez-tez baş verən funksional tutmalar ilə ayda (7-8dəfə)" diaqnozu ilə Ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir.Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-2395/2024 nömrəli qərar əsasında xx.xx.2022-ciil tarixindən diaqnozun təsdiqim tapmaması" barədə qərar qəbul edilmişdir.Qərardan narazı olan vətəndaşın müraciəti əsasında yenidən xx.xx.2024-cü il tarixundə əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir.Müayinəyə gələrkən psixiatrik xəstə olduğu bildirilmiş, eyni zamanda tutmaların olması barədə məlumat verilmişdir.Təqdim edilmiş Respublika Psixiatriya xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 5304/21 nömrəli epikrizində diaqnoz MSS-nin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi. Tez tez baş verən funksional tutmalarla" kimi göstərilmiş, eyni müəssisənin xx.xx.2021- xx.xx.2021-ci il tarixli 8688/21 nömrəli çıxarışında diaqnoz "MSS-nin üzvi xəstəliyi. Yaddaş intellektin enməsi. Davranış pozuntuları. Funksional tutmalarla" olmuş, Ağcabədi Rayon mərkəzi xəstəxanasında aparılmış kranial nativ KT müayinəsində "Hər iki para, reiventrikulyar. sentrum semiovaledə qliozis ocaqlar qeyd olunur. Yan mədəciklər genişlənmişdir. İntrakranial hipertenziyaya xarakter. Beyin və beyincik şırımları minimal kortikal atrofiyaya xarakter dərinləşmişdir. Alın gicgah paylarında subaraxnoidal sahədə minimal genişlənmə qeyd olunur" kimi göstərilmişdir.DTSERA-da psixiatr müayinəsi zamanı psixiatrik xəstəliyə aid heç bir əlamət müəyyən edilməmiş, aqrovasiya edərək diqqət çəkməyə çalışmışdır.Təsvir edilmiş tutmanın xarakterinin dəqiqləşdirilməsi məqsədi ilə DTSERA-da EEQ müayinəsindən keşməsi istənilmiş və EEQ müayinə nəticəsi “Baş beynin bioelektik aktivliyi yaşa uyğun formalaşıb. Regional assimmetriya yoxdur.Funksional sinaqlar normal. Epileptiform aktivlik yoxdur." kimi qeyd edilmişdir.Anamnestik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən hazırda əlillik təyinatına əsas verən psixopatoloji vəziyyət aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17- 4/3-3-2395/2024 nömrəli qərara əsasən təyin edilmiş “diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, xx.xx.2024-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması"na dair qərar qəbul edilsin. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3086 saylı rəyində qeyd olunmuşdur ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində hal-hazırkı psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir: Somatik statusu: Yoxlanılan şəxs düzgün bədən quruluşludur.Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili Orqanlar tərəfindən kobud patalogiya aşkar olunmur. Nevroloji statusu: Mərkəzi Sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişikliyi qeyd edilmir. Psixi statusu: Düşüncəsi kobud pozulmamışdır, bələdliyi formal saxlanılmışdır, lakin cari tarixi və anadan olduğu ili göstərə bilmir. Zahirən çaşqın və gərgin olması görüntüsü yaradır. Ünsiyyətə formal daxil olur, verilən suallara əksər hallarda “bilmirəm” kəlməsi ilə və yaxud çiyinlərinin hərəkəti ilə təəccüblü baxışlarla baxaraq danışmır. Yoxlanılan şəxslə produktiv ünsiyyət yaratmaq mümkün olmur. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı tibbi sənədlərə görə əvvəllər psixiatrik qeydiyyatda olmaqla müalicə olması, hazırkı müayinə zamanı simulyativ davranış təəssüratı yaratdığını nəzərə alaraq qərarda göstərilən sualları cavablandırmaq mümkün olmadığı üçün daha əsaslı və uzun müddətli müayinəyə ehtiyacı vardır. Buna görə ddə İddiaçı müayinəsinin stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsində keçirilməsinə zərurət vardır. Səhiyyə Nazirliyinin Ağdam X15 tərəfindən verilmiş Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışda İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müalicə almış, Üzvi ağıl zəifliyi (F02.8) diaqnozu təyin olunmuşdur. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. ... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin qiymətləndirilməsi qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir):
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4 TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ... 3.4 Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5 Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
... Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər 67.3 Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bununla yanaşı, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MSS-nin üzvi xəstəliyi nəticəsində yaddaş, intellektin enməsi, davranış pozuntuları. Funksional tutmalarla.Üzvi mənşəli şəxsiyyət pozğunluğu.Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Ağıl zəifliyi və tez-tez baş verən funksional tutmalar ilə ayda (7-8 dəfə)” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra, müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə təyin edilmiş əlillik dərəcəsinin əsaslılığının yoxlanılması üçün iddiaçı Agentlikdə yaradılmış Komissiya tərəfindən əyani müayinəyə cəlb edilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz üçüncü dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşıdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyinininə əsas verən diaqnoz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli 3-17- 4-/3-3-23995/2024 nömrəli qərar əsasında xx.xx.2022-ci il tarixindən “diaqnozun təsdiqni tapmaması” barədə qərar qəbul olunmuşdur. Qərardan narazı olan vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixdə iddiaçının əlilliyi ləğv edərkən Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bu əsasla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş cavabdeh Agentlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-4/2-13-19633/2024 saylı məktubunda göstərilmişdir ki, Şübhə doğuran əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati başlanılmışdır. Bundan əlavə iddiaçının əlilliyinin ləğv olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Belə ki, nə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat başlaması barədə iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-13-19633/2024 saylı məktubunda nə də Agentliyin Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar barədə heç bir məlumat mövcud deyildir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0013 №-li qərarı ləğv olunsun. xx.xx.2024-cü il tarixli xxxxxxx0013 №-li qərarın ləğv olunduğu tarixdən İddiaçı təyin olunmuş müddətli İİİ dərəcə əlilliyin bərpa edilməsi ilə bağlı qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva