Məhkəmə qərarları › İş №2-1(120)-1414/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1414/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1414/2024 01.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 16 saylı qərarının ona aid olan hissədə qismən ləğv edilməsini və ondan tutulan pulun geri qaytarılması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli əmlak vergi borcu ilə bağlı qərarının ləğv edilməsi və əmlak vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Biləsuvar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 16 saylı qərarının ona aid olan hissədə qismən ləğv edilməsini və ondan tutulan pulun geriq qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Biləsuvar şəhərində yaşayır, mülkiyyətində heç bir bina və tikili yoxdur. Bu günlərdə Biləsuvar İcra və Probasiya şöbəsi onu icra şöbəsinə çağıraraq bildirir ki, bələdiyyəyə əmlak borcub var, guya bələdiyyə 30 noyabr 2021-ci ildə qərar qəbul edib ki, onun əmlak vergisi borcu vardır. Həmun qərar 2023-cü ildə icra şöbəsinə verilib və içra şöbəsi də işlədiyi müəssisəyə göndərmişdir. Bundan sonra bələdiyyəyə müraciət etmiş ki, onun heç bir əmlak vergi borcu yoxdur və qərarı əsassızdır. 23 avqust 2023-cu il tarixdə bələdiyyə ona cavab göndərərk onun guya bələdiyyəyə 426 manat 11 qəpik əmlak vergi borcu vardır. Bələdiyyənin həmin qərarı qanunsuz və əsassız hesab edir. Qeyd edilənləri nəzərə alaraq Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 16 saylı qərarının ona aid olan hissədə qismən ləğv edilməsini və ondan tutulan pulun geriq qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini qəbul etməyərək iddiaya qarşı yazılı etiraz təqim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı bələdiyyəyə verdiyi iddia tələbi əsassızdır. Belə ki, AR Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi vergi məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəməli olan istənilən şəxsdir. Beləliklə bələdiyyə ərazisində yaşayan fiziki şəxslər xüsusi mülkiyyətində olan tikililərə görə əmlak vergisinin, mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsinə görə torpaq vergisinin ödəyiciləridir. Qeyd edirik ki, İddiaçı Biləsuvar şəhəri, S.Vurğun küçəsində yaşayır, əmlakı, həyətyanı və pay torpağı vardır. Dövlət tərəfindən ona torpaq sahəsi barədə 936 saylı şəhadətnamə də verilibdir. Demək o, əmlak və torpaq vergisi ödəyicisidir. 2015-2021-ci illərdə ona dəfələrlə vergi ödənişi bildirişi göndərildiyi, şifahi xəbərdarlıqlar olmasına baxmayaraq o, müntəzəm olaraq vergi borcunu ödəməkdən yayınmışdır. Ondan vergi borcunun icbari qaydada alınması barədə bələdiyyə tərəfindən tədbir görülmüşdür. 2015-2021-ci illərdə vergi borcu barədə məlumat belədir: Cəmi borc 355.36 manat olmuş, bundan xx.xx.2018-ci il tarixdə 10 manat ödənilərək 2021-ci ilin axırına 345.36 manat borc qalmışdır. Daha doğrusu vergi borcunu icbari qaydada alınması üçün “İnzibati İcraat haqqında” xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş AR qanununa uyğun olaraq İddiaçı aid borc sənədləri Biləsuvar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Beləliklə yuxarıda qeyd olunan faktlara görə İddiaçı bələdiyyəyə qarşı iddia tələbinin hüquqi əsası yoxdur. Buna görə xahiş edirik ki, onun iddia tələbinin əsassız olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin məhkəməyə təqdim edilən sənədlərə əsasən iddiaçı tərəfindən iddia müddəti ilə bağlı şərtin pozulmadığı müəyyən edilir. İddia mümkün olmaqla yanaşı, həm də qismən əsaslıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarının surətindən görünür ki, bələdiyyə qarşısında vergi öhdəliklərini yerinə yetirməyən və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq vergi ödənişindən yayınan İddiaçı 343 (üç yüz qırx üç) manat vergi borclarının məcburi qaydada ödənilməsini təmin etmək üçün materiallar Biləsuvaı rayon Probasıya və İcra şöbəsinə göndərilsin. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Biləsuvar rayon İcra və Probasiya şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 269285/2022 nömrəli məktubun surətindən görünür ki, Biləsuvar şəhəri bələdiyyəsinin 13 nömrəli, xx.xx.2021-ci il tarixli il tarixli icra sənədinə əsasən borclu İddiaçı 343 manat məbiəğində pul vəsaiti tutularaq tələbkar Biləsuvar şəhəri bələdiyyəsinin xeyrinə ödənilməlidir. İcra tədbirləri zamanı müəyyən edilmişdir ki, borclu İddiaçı Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatından əmək haqqı alır. Odur ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələbinə əsasən borclu İddiaçı əmək haqqından və digər gəlirlərindən hər ay 50%-i tutulmaqla 343 manat Biləsuvar şəhəri bələdiyyəsinin hesabına, 24.01 manat isə borclu icra sənədini könüllü icra müddəti ərzində icra etmədiyindən icra ödənişi alınaraq icra məmurlarının verlı xəzinə orqanında olan depozit hesabına köçürülməlidir. İcra sənədinin icraata götürülməsi barədə dərhal, tutulmalar barəsində isə hər rübdə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə rəsmi məlumat verilməli, icra sənədi icra olunduqdan sonra İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə borclu İddiaçı 343 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Biləsuvar rayon Biləsuvar şəhəri Bələdiyyəsinin xeyrinə ödənilməlidir. Borclu İddiaçı, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbinə əsasən “İcraata başlamaq haqqında” qərarı və tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq icra sənədini könüllü icra müddəti ərzində icra etməmişdir. İcra tədbirləri zamanı müəyyən edilmişdir ki, borclu İddiaçı Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatından əmək haqqı alır. Odur ki, borclu İddiaçı əmək haqqından icra sənədi uzrə borcun 7%-i həcmində yəni 24,01 manat, icra ödənişi tutularaq icra məmurlarının Biləsuvar rayon YXO-da olan depozit hesabına köçürülməlidir. İş materiallarında olan Biləsuvar bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 506 nömrəli məktubundan görünür ki, Biləsuvar Bələdiyyəsinə hal-hazırda, yəni xx.xx.2023-cü il tarixə əmlak və torpaq vergi borcu 426 manat 11 qəpik təşkil edir. Onun illik əmlaka görə vergi 29 manat, torpağa görə isə 9 manat 38 qəpik hesablanmışdır. Bildiririk ki, yaranmış borc 2015-ci ildən bu günə kimi olan illəri əhatə edir. 2015-ci ildən bu günə kimi 3 dəfə Bələdiyyənin hesabina xx.xx.2018-ci ildə 10 manat əmlak, xx.xx.2020-ci ildə 10 manat əmlak, xx.xx.2023-cü ildə 10 manat torpaq vergisi ödəmişdir. Hal-hazırda ötən dövrlər üzrə 299 manat 23 qəpik, vaxtında ödəniş etmədiyinə görə faiz məbləği 110 manat 69 qəpik olmaqla cəmi 426 manat 11 qəpikdir. Vətəndaşlara hesablanan faiz borcu Bələdiyyə tərəfindən deyil, X1 Sistemi (BAMS) vasitəsi ilə hesablanır. İş materiallarında olan Biləsuvar bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 586 nömrəli məktubundan görünür ki, dövlət tərəfindən torpaq islahatı aparılarkən həmin 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və 936 saylı şəhadətnamə ilə təstiq edilmişdir. Bu da bələdiyyə tərəfindən üzərində tikililərilə birlikdə, vergi alınması üçün qeydiyyata götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-265/2024 nömrəli məktubuna əlavə edilmiş JN-936F KOD 80800001 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Biləsuvar şəhər sakini İddiaçı və ailə üzvləri X9, X4, X5, X3 və X6 Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 34 nömrəli qərarı ilə 0.06 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-39-29/2-82/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin işçisi İddiaçı barəsində “icra ödənişlərinin alınması haqqında” xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə idarəyə daxil olmuş, onun sentyabr və oktyabr 2023-cü il əmək haqqından 171,50 manat, cəmi 343 manat tutularaq Biləsuvar bələdiyyəsinin hesabına köçürülmüşdür. 24.01 manat icra ödənişi isə İddiaçı mart 2024-cü il əmək haqqından tutularaq icra məmurlarının Biləsuvar rayon YXO-da olan depozit hesabına ödəniləcəkdir. İş materiallarında olan Biləsuvar bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 490 nömrəli məktubundan görünür ki, vergi borclarının məcburi qaydada alınacağı barədə bələdiyyə aktlarından və Biləsuvar rayon Probasiya və İcra şöbəsinin mesajından məlumatı olmayıbdır. Onun dedikləri həqiqətə uyğun deyildir. Biləsuvar rayon Probasiya və İcra şöbəsi hələ xx.xx.2023-cü il tarixli məktubla Valehin iş yeri olan Kommunal Müəssisələri Kombinatından tələb etmişdir ki, onun əmək haqqından tutulub bələdiyyəyə köçürülsün. Şübhəsiz bu barədə müəssisənin mühasibatlığı İddiaçı məlumat vermişdir. Lakin əmək haqqından tutulma olmamışdır. Bundan sonra Probasiya və İcra şöbəsi xx.xx.2023-cü il tarixli (№269285/2022) məktubla KMKdan yenidən tələb etmişdir ki, əmək haqqından tutulma aparsın. Vəziyyətin kritik olduğunu nəzərə alaraq KMK sentyabr ayının əmək haqqından 17fj.50 manat və oktyabr ayının əmək haqqından da həmən məbləğdə tutulma edərək 07 oktyabr və 06 noyabr 2023-cü il tarixlərdə bələdiyyənin poçt hesabına köçürmüşdür. İddiaçı bələdiyyənin müvafiq aktlarından (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarları) və rayon Probasiya və İcra şöbəsinin onun əmək haqqından tutulma aparılması üçün KMK-a göndərdiyi xx.xx.2023-cü il tarixli məktubundan tam xəbərdar olubdur. Buna görə İddiaçı 14 avqust 2023-cü il tarixli ərizəsi ilə bələdiyyəyə müraciət edərək xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Faktlar bir daha sübut edir ki, İddiaçı mübahisə predmetinə aid sənədlərlə hər vaxt məlumatlı olubdur. Sadəcə olaraq vergi ödənişindən yayınmağa üstünlük vermişdir. Qeyd edirik ki, İddiaçı mübahisə doğuran borcu qurtarmış olsa da 2022-2024-cii illər üzrə vergi borcu 126.52 manat (əsas 76.61 manat, faiz 30.72 manat) vardır, yenədə ödəniş aparmır. Odur ki, xahiş edirik qərar qəbul edərkən qeyd olunan sübutları nəzərə alasınız. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da qərarın və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edibedə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi belə məhkəmə hesab edir ki, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 278-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin: 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə iş materiallarındakı sənədlərdən müəyyən etmişdir ki, İddiaçı 2015-ci il tarixdən 2021-ci il tarixədək torpaq vergisi üzrə borcu yaranmışdır. Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli qərarı ilə vergi öhdəliklərini yerinə yetirməyən və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq vergi ödənişindən yayınan İddiaçı 343 (üç yüz qırx üç) manat vergi borclarının məcburi qaydada ödənilməsini təmin etmək üçün materiallar Biləsuvaı rayon Probasıya və İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Biləsuvar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə borclu İddiaçı 343 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Biləsuvar rayon Biləsuvar şəhəri Bələdiyyəsinin xeyrinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-39- 29/2-82/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin işçisi İddiaçı barəsində “icra ödənişlərinin alınması haqqında” xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə idarəyə daxil olmuş, onun sentyabr və oktyabr 2023-cü il əmək haqqından 171,50 manat, cəmi 343 manat tutularaq Biləsuvar bələdiyyəsinin hesabına köçürülmüşdür. Belə ki, İddiaçı Biləsuvar şəhəri, S.Vurğun küçəsində yaşayır, əmlakı, həyətyanı və pay torpağı vardır. Dövlət tərəfindən ona torpaq sahəsi barədə 936 saylı şəhadətnamə də verilib, iddiaçı əmlak və torpaq vergi ödəyicisidir. Onun 2015-2021-ci illər üzrə vergi borcu yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). vergi ödəyicisinin vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək hüququ vardır (maddə 15.1.3). Həmin Məcəllənin: Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; 6.1.4. aksizlər; 6.1.5. hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; 6.1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; 6.1.7. yol vergisi; 6.1.8. mədən vergisi; 6.1.9. sadələşdirilmiş vergi. Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.(maddə 85.5). Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda silinir (maddə 93.1.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair 12 yanvar 2011-ci il tarixli Qərarı ilə hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməsinin mümkünlüyü müəyyən edilmişdir. Qərarda qeyd edilir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının bələdiyyə orqanının tələb etmə hüququ keçmiş xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yaranmış əmlak vergisi, torpaq vergisi üzrə yaranmış borc məbləği Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən silinməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia qismən təmin olunmalı, Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 16 saylı qərarının İddiaçı aid olan hissədə qismən, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yaranmış əmlak vergisi, torpaq vergisi üzrə yaranmış borc məbləği üzrə ləğv edilməli və xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmış borc üzrə tutulan pul məbləği geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Biləsuvar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 16 saylı qərarının İddiaçı aid olan hissədə qismən, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yaranmış əmlak vergisi, torpaq vergisi üzrə yaranmış borc məbləği üzrə ləğv edilsin və xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmış borc üzrə tutulan pul məbləği geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar