Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1415/2025 26.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iş üzrə Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığının xx.xx.N0N4-cü il tarixli N0-Ş/h saylı əmrinin ləğv edilməsi, onun əvvəlki “müddətdən artıq xidmət edən hərbi qulluqçu” həqiqi hərbi xidmətində çavuş rütbəsinə işə bərpa olunmağı və xidmətə bərpa olunacağı günədək məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-7155/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.N0N5-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.N0N0-ci il tarixində İmişli Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün N5031 saylı Hərbi Hissəyə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirməyə başlamışdır. Xidmətdə olduğu müddətdə qüsursuz xidmətlərinə görə “kiçik çavuş” rütbəsindən “çavuş” rürbəsinə yüksəlmiş, eyni zamanda N0N1-ci ilin N-ci yarımilində xidməti döyüş fəaliyyətində, hərbi intizamın möhkəmləndirilməsində, döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələrə nail olduğuna görə Hərbi Hissə komandiri tərəfindən xx.xx.N0NN-ci il tarixli Fərmanla mükafatlandırılmışdır. Eyni zamanda, Hərbi Hissə komandiri ailəsinə rəsmi məktub göndərərək, onun kimi intizamlı, bacarıqlı və cəsur bir əsgər tərbiyə etdiyinə görə atasına öz minnətdarlığını bildirmişdir. N0N3-cü ilin fevral ayında xidmətdə olduğu zaman ayağından zədələndiyinə görə, müayinə və müalicə olunmağı üçün həkimə müraciət etmək və qospitala getmək istəmişdir. Bu niyyətlə birbaşa rəhbərindən icazə alsa da, o, Hərbi Hissədə xidmət edən hansısa hərbi qulluqçunun qospitala yerləşdirilməsinin heç də yaxşı fikir olmadığını bildirdi və ona icazə vermədi. Lakin ağrıları şiddətləndiyinə görə, N0N3-cü ilin mart ayında özəl tibb müəssisəsi olan “Loğman Klinikası”na müraciət edərək MRK yoxlanışından keçmiş xidməti yerinə getmək şərtilə ev şəraitində müalicə almağa başlamışdır. Səhhətində yaranmış problemdən Hərbi Hissədə hər kəs xəbərdar olsa da, onun xəstəlik məzuniyyətinə icazə verilməmişdir. Ayağındakı narahatlıq səbəbindən fiziki hazırlıq məşğələlərinə vaxtında qoşula bilməmişdir. Məhz bu hal əsas gətirilməklə, xx.xx.N0N3-cü il tarixində ona töhmət elan edilib. O, fiziki hazırlıq məşğələlərinə qatıla bilməməyinin səbəblərinin üzrlü olduğunu bildirsə də, heç bir nəticəsi olmamış və Töhmət ləğv edilməmişdir. Bundan sonra ona xx.xx.N0N3-cü il tarixində ikinci dəfə töhmət elan edilsə də, bunun səbəbləri ilə bağlı ona əsaslı açıqlama verilməmişdir. Şəxsi işində bu Töhmətin “Subordinasiya qaydaları”nı pozmağı kimi qeyd edilsə də, o, heç vaxt subordinasiya qaydasını pozaraq yuxarı orqana birbaşa müraciət etməmişdir. Həmin vaxt Hərbi Hissə komandiri ilə münasibətlərin pisləşməməsi məqsədi ilə ona elan edilmiş töhmətlərdən şikayət verməmişdir. “Loğman Klinikası”nda MRT müayinəsindən keçdikdən sonra ona qoyulmuş: “Tibia epifizi kondilusarası hissədə fokal Grade N uyğun sümük iliyi ödeminə aid TN siqnal artışı; - Medial meniskin hündürlüyü azalmışdır, arxa buynuzunda geniş horizontal yırtıq izlənir; - Arxa çarpaz bağ liflərinin tibia sümüyünə birləşmə hissəsi gedişatı düzənsizdir, konturu qeyri-düzgündür, liflərin hissəvi qopması qeyd edilir, ödemə bağlı TN siqnai intensivliyi artmışdır”- diaqnozu üzrə müalicəni qospital şəraitində ala bilmədiyinə görə, sağlamlığını bərpa etməyi heç cür mümkün olmamışdır. Nəhayət, N0N3-cü ilin avqust ayında Hərbi Hissənin göndərişi əsasında MRT müayinəsindən keçmək üçün DİN X3 göndərilmişdir. Daha sonra sağ diz oynağından əməliyyat olunmağı üçün xx.xx.N0N3-cü il tarixində Qospitala göndərilmişdir. 3 oktyabr N0N3-cü il tarixində diz oynağından əməliyyat olunmuş və xx.xx.N0N3-cü il tarixində Qospitaldan buraxılmışdır. Qospitaldan verilmiş “Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarış”da qeyd edilmişdir ki, buraxıldıqdan sonra xidmətə müvəqqəti olaraq yararsız olduğuna görə, xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək xəstəlik məzuniyyətinə buraxılmışdır. Daha sonra xəstəlik məzuniyyəti xx.xx.N0N3-cü il tarixindən xx.xx.N0N3-cü il tarixinədək uzadılmışdır. Xəstəlik məzuniyyətinə buraxılmağına əsas Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının rəyi olmuşdur. Hərbi Həkim Komissiyasının həm xx.xx.N0N3cü il tarixli 1963 saylı, həm də xx.xx.N0N3-cü il tarixli N305 saylı Rəylərində onun hərbi xidmətə müvəqqəti yararsız olduğu göstərilmişdir. Lakin 7-13 noyabr N0N3-cü il tarixində Hərbi Hissədən ona zəng edilib və Hərbi Hissəyə İnspeksiya yoxlaması gəldiyinə görə Hərbi Hissəyə qayıtmalı olduğu bildirillib. O, çağırış əsasında Hərbi Hissəyə getdikdə isə İnspeksiya yoxlamasının qaydalarına uyğun olaraq təlimlərdən və yoxlamalardan keçməli olduğu bildirildi. O, inspeksiya daxilində olan və ciddi fiziki güc tələb edən bütün təlimlərdə iştirak etmiş və normativləri vermişdir. Həmin vaxt ondan fiziki hazırlıqdan da normativ verməyi tələb edilib. Lakin o, əməliyyatdan yeni çıxdığı, eləcə də xəstəlik məzuniyyətində olduğu üçün fiziki hazırlıqdan imtahan verə bilməyəcəyini bildirmiş və müvafiq həkim sənədlərini və məzuniyyət vərəqlərini təqdim etmişdir. Təəssüflər olsun ki, cavabdeh onun fiziki hazırlıqdan normativləri verməkdən imtinasını xidməti uyğunsuzluq kimi qəbul etmiş və ona təkrar töhmət vermək qərarına gəlmişdir. Nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığının xx.xx.N0N4-cü il tarixli N0-Ş/h saylı əmri ilə o, “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 56-cı maddəsinin “e” bəndi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hesab edir ki, yuxarıda göstərilən işin hallarına və qanunvericiliyin tələblərinə görə, cavabdehin qeyd edilən əmri tamamilə qanunsuz, əsassızdır və ləğv edilməlidir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı etiraz verərək etirazda qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan çavuş İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “əmrin ləğv edilməsi, çavuş rütbəsində işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı Daxili Qoşunlarda həqiqi hərbi xidmət keçməsi aşağıdakı kimi olmuşdur. X9 müavini-daxili qoşunların komandanının xx.xx.N0NN-ci il tarixli 73 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli ƏNN9-387-NN nömrəli nizami hissə üzrə əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci və 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 33-cü maddəsinin “a” bəndinə müvafiq olaraq, həqiqi hərbi xidmətə könüllü qəbul edilib, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunda baş atıcı vəzifəsinə təyin edilmişdir; X9 müavini-daxili qoşunlar komandanının xx.xx.N0N4-cü il tarixli N0 №-li şəxsi heyət üzrə əmrinə əsasən, N saylı hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli 3- 13-14-N6/Ə8/N0N4 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci yarımqrupunda baş atıcı vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xidmət etdiyi dövrdə xx.xx.N0N3-cü il tarixdə “Funksional vəzifələrinin icrasına məsuliyyətlə yanaşmayaraq (fiziki hazırlıq məşğələlərindən yayındığına) görə” bölmə komandiri tərəfindən “Töhmət”, xx.xx.N0N3-cü il tarixdə “Hərbi qulluqçuların etik davranış qaydalarını (3.9-cu bəndinin tələblərini) pozduğuna görə” dəstə komandiri tərəfindən “Töhmət”, xx.xx.N0N3-cü il tarixdə hərbi hissə komandirinin Ə 3-13-14/N6/1-1090/N0N3 nömrəli əmri ilə “Ümumi inspeksiya yoxlaması zamanı “qeyri-kafı” qiymət aldığına görə” “Töhmət” intizam cəzaları ilə cəzalandırılmış, üzərində qüvvədə olan 3 intizam cəzası olmuş, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. O, xidmət etdiyi müddət ərzində mükafatlandırılmamışdır. İddiaçı S.Fərzaliyev xx.xx.N0N3-cü il tarixdə Daxili Qoşunların hərbi hospitalında sağ diz oynağının medial meniskinin arxa buynuzunun horizontal yırtığına görə artoskopik meniskektoniya cərrahi əməliyyatı aparılmış, hərbi həkim komissiyasının xx.xx.N0N3-cü il tarixli 1963 nömrəli rəyinə əsasən 30 gün müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 3-13-14-N6/Ə749/N0N3 nömrəli əmrilə xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək Bakı şəhərinə “xəstəliyə görə məzuniyətə” buraxılmış, hərbi həkim komissiyasının xx.xx.N0N3-cü il tarixli N305 nömrəli rəyinə əsasən 30 gün müddətinə xx.xx.N0N3-cü il tarixədək məzuniyyət müddəti uzadılmış, N saylı hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 3-13-14-N6/Ə839/N0N3 nömrəli əmrilə xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək təkrar “xəstəliyə görə məzuniyətə” buraxılmışdır. İddiaçı ərizəsində 07-13 noyabr N0N3-cü il tarixlərdə hərbi hissədən ona zəng vurularaq inspeksiya yoxlamasının gəlməsi ilə əlaqədar hərbi hissəyə qayıtması barədə bildirildiyini qeyd etsə də, N saylı hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 3-13-14- N6/Ə940/N0N3 nömrəli əmrindən çıxarışdan məlum olmuşdur ki, 07 dekabr N0N3-cü il tarixdə “xəstəliyə görə məzuniyyətdən” qayıtmış hesab olunmuş, hərbi hissə komandanlığı tərəfindən məzuniyyətdən geri çağırılmamışdır. Hesab edirik ki, iddiaçı S.Fərzəliyev inspeksiya yoxlamalarına öz təşəbbüsü ilə qatılmışdır. Yuxarıda qeyd olunanlarla yanaşı bildirilir ki, iddiaçı S.Fərzaliyev hərbi- həkim komissiyasının xx.xx.N0N3-cü il tarixli 1963 nömrəli və xx.xx.N0N3-cü il tarixli N305 nömrəli rəyinə əsasən o, hərbi xidmətə müvəqqəti yarasız hesab edilmişdir. Hərbi-həkim komissiyasının xx.xx.N0N3-cü il tarixli N458 nömrəli tibbi şəhadətləndirilmə barədə arayışına əsasən “sıradankənar hərbi xidmətə yararlıdır. Sıra hazırlığı, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat vasitələrini idarə etməkdən 1N (on iki) ay müddətinə azad edilməlidir” qərarı verilmişdir. Həmçinin iddiaçı ərizəsində 07-13 noyabr N0N3-cü il tarixlərdə hərbi hissədən ona zəng vurularaq inspeksiya yoxlamasının gəlməsi ilə əlaqədar hərbi hissəyə qayıtması barədə bildirildiyini qeyd etsə də, hərbi hissədə inspeksiya yoxlaması xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək keçirilmiş, inspeksiya yoxlamasından sonra, yəni xx.xx.N0N3-cü il tarixdə hərbi həkim komissiyasının N458 nömrəli tibbi şəhadətləndirilmə barədə arayışına əsasən “sıradankənar hərbi xidmətə yararlıdır. Sıra hazırlığı, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat vasitələrini idarə etməkdən 1N (on iki) ay müddətinə azad edilməlidir” qərarı verlmişdir. Eyni zamanda, İddiaçı ərizəsində ona verilmiş intizam cəzalarının səbəbləri barədə məlumatsız olmasını bildirsə də, toplanılmış materiallardan məlum olmuşdur ki, xx.xx.N0N4-cü il tarixdə yol verdiyi intizam pozuntuları barədə izahat verməkdən imtina etmiş, bu barədə 3-13-14-N6/1- 761/N0N4 nömrəli akt tərtib olunmuşdur. Həmçinin, iddiaçı ərizəsində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasını inspeksiya yoxlaması zamanı fiziki hazırlıqdan imtahan verməkdən imtinasını xidmətə uyğunsuzluq kimi qəbul edilməsini qeyd etsə də, məlum olmuşdur ki, onun xidmət müddətində yol verdiyi intizam pozuntularına görə intizam qaydasında dəfələrlə cəzalandırılması olmuşdur. Belə ki, İddiaçı fiziki hazırlıq məşğələlərindən yayındığına, subardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etdiyinə, hərbiçi adına yaraşmayan hərəkətlərə yol verdiyinə, tutulan iradlardan düzgün nəticə çıxarmadığına, üzərində dönüş yaratmadığına, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutduğuna, həmçinin onunla aparılan fərdi və kollektiv tərbiyə işi tədbirlərindən nəticə çıxartmadığına görə N saylı hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli 3-13-14-N6/Ə39/N0N4 nömrəli əmrinə əsasən hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının Şərəf məhkəməsinə cəlb edilmiş, Şərəf məhkəməsinin xx.xx.N0N4-cü il tarixli iclasında dinlənilmiş və onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmış, ona məhkəmənin qərarından N gün müddətinə şikayət vermək hüququ izah olunmuş, lakin İddiaçı qərardan şikayət verməmiş, onunla aparılmış fərdi söhbəti imzalamaqdan imtina etmişdir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, İddiaçı N0N3-cü ilin yekunları üzrə keçirilmiş inspeksiya yoxlaması zamanı “qeyri-kafi” qiymət alması ilə əlaqədar deyil, xidmət müddətində aldığı intizam cəzaları, fiziki hazırlıq məşğələlərindən yayındığına, subardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etdiyinə, hərbiçi adına yaraşmayan hərəkətlərə yol verdiyinə, tutulan iradlardan düzgün nəticə çıxarmadığına, üzərində dönüş yaratmadığına, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutduğuna, həmçinin onunla aparılan fərdi və kollektiv tərbiyə işi tədbirlərindən nəticə çıxartmadığına görə Gizir və MAXE hərbi qulluqçuların Şərəf məhkəməsində dinlənilmiş, məhkəmənin qərarına əsasən onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmış, məhkəmənin qərarından N gün müddətinə şikayət vermək hüququ izah olunsa da, bu barədə müraciət etməmişdir. Onunla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hissə komandanlığı tərəfindən söhbət aparılmış, söhbət zamanı heç bir müraciəti olmamış və söhbət vərəqini imza etməkdən imtina etmişdir. Bundan başqa, yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı hissənin Gizir və MAXE hərbi qulluqçularının qərarı N saylı hərbi hissə komandirinin 3-13-14-N6/Ə50/N0N4 nömrəli xx.xx.N0N4-cü il tarixli əmri ilə elan olunmuş, qərardan şikayət vermək hüququ izah olunsa da, bu barədə müraciət etməmiş, onunla hissə komandanlığı tərəfindən fərdi söhbət zamanı şikayəti daxil olmamış, söhbət vərəqəsini imzalamaqdan imtina etmişdir. Həmçinin, X9 müavini-daxili qoşunlar komandanının xx.xx.N0N4-cü il tarixli N0 №-li şəxsi heyət üzrə əmri ona elan olunaraq hərbi qeydiyata alınmaq üçün SHXÇDX-nin İmişli rayon şöbəsinə göndərilməsi üçün göndəriş vərəqəsi təqdim olunmuş, göndərişi qəbul etsə də, bu barədə müvafiq kitabda imza etməkdən imtina etmişdir. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqqhesabı aparmaq üçün göndərilir. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan mümkünsüz hesab edilərək təmin edilməməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.N0N4-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiklərini bildirdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.N-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun N.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. N.N.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı İPM-in N.N.1-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N8 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehə qarşı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv olunmasını xahiş edir. Belə iddialar isə mübahisələndirmə haqqında iddia olmaqla inzibati mübahisədir. Xüsusi mümkünlük şərti kimi iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; N saylı hərbi hissə komandirinin Fərmanından görünür ki, “N0N1-ci ilin N-ci yarımilində xidməti döyüş fəaliyyətində, hərbi intizamın möhkəmləndirilməsində, döyüş və ictimai- siyasi hazırlığında yüksək nəticələrə nail olduqlarına görə” 1 -ci mühafizə bölüyünün 1-ci mühafizə taqımında 1-ci manqa komandiri kiçik çavuş İddiaçı mükafatlandırılmışdır. DİN-in Daxili Qoşunlar qospitalının 473 nömrəli, xx.xx.N0N3-cü il tarixli göndərişindən görünür ki, İddiaçı Sağ diz oynağının MRT-si üçün Zəfəran Hospitalına göndərilmişdir. DİN-in Daxili Qoşunlar qospitalının 569 nömrəli, xx.xx.N0N3-cü il tarixli göndərişindən görünür ki, İddiaçı X1N göndərilmişdir. 1963 nömrəli rəydən görünür ki, İddiaçı diaqnoz “sağ diz oynağının medial müniskinin arxa buynuzunun horizontal yırtığına görə aparılmış artroskopik memiskektoniya cərrahi əməliyyatından (0N.10.N3) sonrakı vəziyyət –Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.N0N4-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyası tərəfindən N saylı hərbi hissədə inspeksiya yoxlaması keçirilmişdir. Sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı hərbi hissə komandanlığı tərəfindən məzuniyyətdən geri çağırılması haqqında əmr mövcud deyil. Hərbi qulluqçuların xidmət yerinə giriş-çıxışı texniki vasitələrlə deyil, müvafiq buraxılış vərəqəsinə əsasən yerinə yetirilir. N saylı Hərbi Hissə Komandirinin № ƏNN9-387-NN nömrəli, xx.xx.N0NN-ci il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilsin: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci, 38.1.N-ci maddələrinə və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 33-cü maddəsinin “a” bəndinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət etmək haqqında öhdəlik vermiş, çavuş X6, X9 müavini - daxili qoşunların komandanının 14 aprel N0NN-ci il tarixli 73 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətə könüllü qəbul edilib, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı vəzifəsinə təyin edilməklə - 18 aprel N0NN-ci ildən vəzifəsinin icrasına başlamış hesab edilsin. N saylı hərbi hissənin komandirinin № 3-13-14-N6/Ə749/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı MAXE çavuş X6- 07 oktyabr N0N3-cü ildən 06 noyabr N0N3-cü ilədək xəstəliyə görə məzuniyyətə buraxılmışdır. N saylı hərbi hissənin komandirinin № 3-13-14-N6/Ə839/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı MAXE çavuş X6 07 noyabr N0N3-cü ildən 07 dekabr N0N3-cü ilədək İmişli rayonuna xəstəliyə görə məzuniyyətə buraxılmışdır. N saylı hərbi hissənin komandirinin № 3-13-14-N6/Ə950/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı MAXE çavuş X6 13 dekabr N0N3-cü ildən 13 yanvar N0N4-cü ilədək İmişli rayonuna xəstəliyə görə məzuniyyətə buraxılmışdır. Daxili Qoşunların Baş İdarəsinin İsnpeksiyası tərəfindən N saylı hərbi hissədə N7.11-xx.xx.N0N3-cü il tarixlərdə inspeksiya yoxlaması zamanı hərbi qulluqçuların təlim fənləri üzrə qəbul edilmiş imtahanların qiymət cədvəlindən çıxarışdan müəyyən edilir ki, X6 ictimia-siyası hazırlıdan 3, atəş hazırlığından 4, fiziki hazırlıq N, DQ taktikasından 4, SQ Nizamnaməsindən 3, Sıra hazırlığından 4, Ümumqoğun hazırlığından 3 və ümumi ümumi qiymət olaraq N almışdır. xx.xx.N0N4-cü il tarixli 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunda baş atıcı çavuş İddiaçı verilən intizam cəzaları barədə izahat verməkdən imtina etdiyinə dair aktda qeyd edilmişdir ki, hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini polkovnik Elsevər Fətəliyev, tərbiyə işləri üzrə bölmə rəisi-baş təlimatçı mayor Zamin Abbasov, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri VMİH baş leytenant Kərim Ələddinli, bu aktı ondan ötəri tərtib edir ki, həqiqətən də 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunda baş atıcı çavuş İddiaçı verilən intizam cəzaları barədə izahat verməkdən imtina etdiyini bildirmişdir. Funkisonal vəzifələrin icrasına məsuliyyətlə yanaşmayaraq (fiziki hazırlıq məşğələsindən yayındığına) görə xx.xx.N0N3-cü il tarixdə, hərbi qulluqçuların etik davranış (3.9-cu bəndinin tələblərini) qaydalarını pozduğuna görə xx.xx.N0N3-cü il tarixdə, ümumi inspeksiya yoxlaması zamanı “qeyri-kafi” qiymət aldığına görə xx.xx.N0N3-cü il tarixdə iddiaçıya töhmət verilmişdir. N saylı hərbi hissənin komandirinin xx.xx.N0N4-cü il tarixli, № 3-13-14- N6/N39/N0N4 nömrəli əmrində qeyd edilmişdir ki, N saylı hərbi hissənin 4-cii xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin, N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu MAXE çavuş İddiaçı ona verilmiş intizam cəzasından düzgün nəticə çıxartmadığına öz üzərində çalışmadığına və hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyinə görə hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsində dinlənilsin. MAXE çavuş İddiaçı xidməti haqqında müvafiq sənədlərin hazırlanaraq hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinə təqdim olunması 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin komandirinə tapşırılsın.Əmrin icrası hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinin sədrinə, nəzarət isə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavininə həvalə edilsin. N saylı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin sədri baş gizirin xx.xx.N0N4-cü il tarixli rəyində qeyd edilmişdir ki, MAXE çavuş İddiaçı xx.xx.N0NN-cü il tarixindən DİN-in Daxili Qoşunlarında xidmət edir, subay, orta təhsilli, xx.xx.N00N-ci il təvəllüdlü, Azərbaycanlıdır. Yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, MAXE çavuş İddiaçı xidmət etdiyi dövr ərzində mütəmadi olaraq xidməti vəzifə borclarının icrasına laqeyd münasibət bəsləyərək, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutmuşdur. Həmçinin, funksional vəzifə borclarının icrasına laqeyd yanaşmış, fiziki hazırlıq məşğələlərindən yayınmış, subardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etmiş, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutmuş, onunla aparılan fərdi tərbiyə işindən, verilən intizam cəzasından nəticə çıxartmamış, üzərində dönüş yaratmamış, həmçinin onunla aparılan fərdi və kollektiv tərbiyə işi tədbirlərdən nəticə çıxartmamış, yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində çalışmamışdır.Yol verdiyi nöqsanlara görə MAXE çavuş İddiaçı ilə fərdi və kollektiv tərbiyə işi aparılmış, lakin buna baxmayaraq xidməti fəaliyyətində heç bir müsbət dönüş yaratmamışdır. Xidməti vərəqəsini və digər materialları araşdırarkən müəyyən edilmişdir ki, MAXE çavuş İddiaçı hərbi hissədə xidmət etdiyi dövr ərzində yol verdiyi pozuntulara görə intizam qaydasında cəzalandırılmışdır. Belə ki, ona xx.xx.N0N3-cü il tarixdə bölmə komandiri tərəfindən xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşmadığına (fiziki hazırlıq məşğələsindən yayındığına) görə “Töhmət”, xx.xx.N0N3-cü il tarixdə dəstə komandiri tərəfindən hərbi qulluqçuların etik davranış qaydalarını (3.9 bəndinin tələblərini) pozduğuna görə “Töhmət”, xx.xx.N0N3-cü il tarixdə hərbi hissə komandiri tərəfindən inspeksya yoxlaması zamanı qeyri-kafi qiymət aldığına görə “Töhmət”, intizam cəzaları elan edilmişdir. Beləliklə, bütün səylərə və görülən tədbirlərə baxmayaraq, MAXE çavuş İddiaçı hərbi qulluqçu kimi əməllərində, davranışlarında və xidməti fəaliyyətində müsbət dönüş yaratmadığına görə onun hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsində dinlənilməsi məqsədə uyğundur. N saylı hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçuların şərəf məhkəməsinin iclasının 4 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin, N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş alıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidmət etdiyi dövr ərzində mütəmadi olaraq xidməti vəzifə borclarını icrasına laqeyd münasibət bəslədiyinə, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutduğuna, həmçinin, funksional vəzifə borclarının icrasına laqeyd yanaşdığına, fiziki hazırlıq məşğələlərindən yayındığına, subardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etdiyinə, onunla aparılan fərdi tərbiyə işindən nəticə çıxartmadığına, dəfələrlə cəzalandırılmasına baxmayaraq, üzərinə düşən vəzifələrin və verilmiş tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına, yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində çalışmadığına, xidməti fəaliyyətində şəxsi intizamsızlıq nümayiş etdirərək tutulan iradlardan düzgün nəticə çıxartmadığına, habelə tutduğu vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. MAXE çavuş İddiaçı məhkəmənin qərarından N gün müddətində hərbi hissə komandirinə bilavasitə yazılı şikayət verə bilər. N saylı hərbi hissənin gizir heyətinin xx.xx.N0N4-cü il tarixli şərəf məhkəməsinin qərarında qeyd edilmişdir ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin, N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidmət etdiyi dövr ərzində mütəmadi olaraq xidməti vəzifə borclarını icrasına laqeyd münasibət bəslədiyinə, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutduğuna, həmçinin, funksional vəzifə borclarının icrasına laqeyd yanaşdığına, fiziki hazırlıq məşğələlərindən yayındığına, sııbardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etdiyinə, onunla aparılan fərdi tərbiyə işindən nəticə çıxartmadığına, dəfələrlə cəzalandırılmasına baxmayaraq, üzərinə düşən vəzifələrin və verilmiş tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına, yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində çalışmadığına, xidməti fəaliyyətində şəxsi intizamsızlıq nümayiş etdirərək tutulan iradlardan düzgün nəticə çıxartmadığına, habelə tutduğu vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. MAXE çavuş İddiaçı məhkəmənin qərarından N gıin müddətində hərbi hissə komandirinə bilavasitə yazılı şikayət verə bilər. X9 X7 Komandaninin N0 Ş/h nömrəli, xx.xx.N0N4-cü il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: çavuş X6 N saylı hərbi hissənin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı Hərbi Hissə Komandirinin №3-13-14-N6/Ə8/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılsın: 156-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ‘'Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, X9 müavini-daxili qoşunların komandanının N4 yanvar N0N4-cü il tarixli 19 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N4 yanvar N0N4cü ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı MAXE çavuş X6. N0N4-cü il üçün növbəti məzuniyyətdən istifadə etməyib. 01 yanvar N0N4-cü il tarixdən N4 yanvar N0N4-cü il tarixədək döyüş hazırlığının saxlanılması, vəzifə borclarının yerinə yetirilməsi və yol verdiyi nöqsanlara görə birdəfəlik pul mükafatının verilməsinə layiq deyil. xx.xx.N0N4-cü il tarixə xidmət illəri təqvimlə 03 il 03 ay 19 gün təşkil edir. Hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə göndərilsin. Loğman Klinikasının məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, N00N-ci il təvəllüdlü İddiaçı həqiqətəndə xx.xx.N0N3-cü il tarixində “Loğman Klinikası”da doktor Şirinov R.tərəfindən göndərilərək Şüa diaqnostikası MRT müayinəsindən keçmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyası tərəfindən N saylı hərbi hissədə inspeksiya yoxlaması keçirilmişdir. Sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı hərbi hissə komandanlığı tərəfindən məzuniyyətdən geri çağırılması haqqında əmr mövcud deyil. xx.xx.N0N4-cü il tarixli söhbət vərəqəsindən görünür ki, İddiaçı söhbət vərəqəsinə imza atmaqdan imtina etmişdir. İddiaçıya məxsus Xidməti Vərəqədən görünür ki, Fərzalıyev X4 vəzifələrinin icrasına məsuliyyətlə yanaşmayaraq (fiziki hazırlıq məşğələlərindən yayındığına) görə xx.xx.N0N3-cü il tarixli 3-13-14-N6-1/4016/N0N3 nömrəli əmrlə töhmət, Hərbi qulluqçuların etik davranış (3.9-cu bəndinin tələblərini) qaydalarını pozduğuna görə xx.xx.N0N3-cü tarixli, 3-13-14-N6/1-733N/N0N3 nömrəli əmri ilə töhmə və Ümumi inspeksiya yoxlaması zamanı “qeyri-kafi” qiymət aldığına görə xx.xx.N0N3-cü il tarixli, Ə 3-13- 14/N6/1- 1090/N0N3 nömrəli əmri ilə töhmət verilmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.N0N5-ci il tarixli, N87 nömrəli arayışında qeyd edilmişdir ki, X6, məzuniyyət dövründə hərbi hissəyə çağırılmamışdır. N0N3-cü ilin ümumi inspeksiya yoxlaması hərbi hissədə N7.11xx.xx.N0N3-cü il tarixlərdə keçirilmişdir. N0N3-cü ilin ümumi inspeksiya yoxlaması zamanı öz təşəbbüsü ilə iştirak etmişdir. Hərbi Həkim Komissiyasının N458 nömrəli, xx.xx.N0N3-cü il tarixli arayışında qeyd edilmişdir ki, Xəstəliklər cədvəlinin 65 “c” maddəsinin İİİ qrafasına əsasən: Sıradankənar hərbi xidmətə yararlıdır. Sıra hazırlığı, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat vasitələrini idarə etməkdən 1N (on iki) ay müddətinə azad edilməlidir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N0N3-cü il tarixdə məzuniyyətdə olmamış, xidməti vəzifələrin icrasında olmuşdur. N saylı hərbi hissə komandirinin 3-13-14- N6/Ə749/N0N3 nömrəli xx.xx.N0N3-cü il tarixli nizami hissə üzrə əmrilə 07 oktyabr N0N3cü ildən 06 noyabr N0N3-cü ilədək xəstəliyə görə məzuniyyətə getmiş hesab edilmiş, N saylı hərbi hissə komandirinin 3-13-14-N6/Ə837/N0N3 nömrəli xx.xx.N0N3-cü il tarixli nizami hissə üzrə əmrilə 06 noyabr N0N3-cü ildə xəstəliyə görə məzuniyyətdən gəlmiş hesab edilmişdir (əmrlərin surətləri əlavə olunur). İddiaçı inspeksiya yoxlaması zamanı çağırılmasına dair əmr, bildiriş, məktub və telefonoqram mövcud deyil. O, hərbi hissənin komandanlığı tərəfindən məzuniyyətdən geri çağırılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: N6-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: N.0.N-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. N.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. N.0.11 -ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.N-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. N4.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi qulluqçuların statusu” haqqında Qanunun: N-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının N3 sentyabr 1994-cü il tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı X1»nin 19-cu maddəsinə əsasən bu Nizamnamənin müddəaları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, sərhəd və daxili qoşunlarının bütün hərbi qulluqçularına, toplanışa çağırılan vaxt hərbi vəzifəlilərə, ehtiyatda və istefada olan və hərbi forma geymiş gizirlərə (miçmanlara), zabitlərə, generallara və admirallara aiddir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
1. Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir: əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti.
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidməthaqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
33. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir: a) müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə; b) ehtiyatda olan əsgər, matros və çavuşlarla, eləcə də hərbi uçotda olmayan qadınlarla. Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar 8 sinifdən aşağı olmayan təhsilə malik olmaqla hərbi ixtisası yaxşı bilməli, Silahlı Qüvvələrin müvafiq növlərində, qoşun növlərində və orqanlarda xidmət etmək üçün zəruri tələblərə cavab verməlidirlər, eləcə də xidmət və ya iş (təhsil) yerindən müsbət xarakterizə edilməlidirlər. Hərbi qulluqçuları və hərbi vəzifəliləri, eləcə də qadınları müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etmək və onların xidmət müddətini uzatmaq hüququna korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yüksək hüquqlara malik olan rəislər malikdirlər.
130. Dinc və müharibə dövründə xəstəliyə görə məzuniyyət hərbi qulluqçuya hərbi-həkim komissiyasının rəyinə görə verilir. Xəstəliyə görə məzuniyyətin müddəti xəstəliyin xarakterinə görə müəyyənləşdirilir. Qüvvədə olan qanunvericiliyə görə bəzi xəstəliklərlə bağlı daha uzun müddətli müalicələrin nəzərdə tutulması halları istisna olmaqla dinc dövrdə fasiləsiz olaraq müalicə müəssisələrində və xəstəliyə görə məzuniyyətdə olmaq bütünlükdə 6 aydan artıq olmamalıdır. Bu müddət müalicə müəssisəsinin rəyi əsasında korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəislərin qərarı ilə uzadıla bilər. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq müddəti bitəndən sonra hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək üçün o, hərbi-həkim komissiyasında yenidən müayinədən keçməlidir. Xəstəliyə görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Hərbi qulluqçuların müalicə müəssisələrində müalicə olunduğu və xəstəliyə görə məzuniyyətdə olduğu (6 aydan artıq olmamaq şərti ilə) zaman ehtiyata və ya istefaya buraxılması həyata keçirilmir. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim komissiyasında yenidən müayinədən keçməsi barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar. Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin başqa tapşırıqlarının icrası zaman xəsarət (yaralanma, travma, kontuziya) almış ya da Azərbaycan Respublikasının müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların hərbi xidmətə yararlılığı barədə hərbi-həkim komissiyasının müayinəsi yalnız müalicə müəssisəsində müalicə başa çatdıqdan sonra həyata keçirilir. Dinc dövrdə vərəm xəstəliyinə tutulduqda hərbi qulluqçunun müalicədə və xəstəliyə görə məzuniyyətdə olma müddəti 1N aydan artıq ola bilməz. Hərbi qulluqçunun hər hansı səbəb üzündən xəstəliyə görə məzuniyyəti hərbi hissədən kənarda keçirə bilmədiyi hallarda o, məzuniyyət dövründə bütün məşğələlərdən və xidmət naryadlarından azad edilmək şərti ilə hərbi hissədə saxlanıla bilər. Gəmilərin hərbi qulluqçuları (yalnız müddətli və müddətdən artıq həqiqi hərbi xidmətin hərbi qulluqçuları) belə hallarda əlahiddə donanma komandasının, ekipajının, yarım ekipajının dəyişən heyətinin siyahısına salınır (gəminin siyahısından çıxarılmamaq şərti ilə). Onların olmadığı yerlərdə isə hərbi dəniz qüvvələri komandanının sərəncamı ilə sahil hissələrindən birinə yerləşdirilir və bütün təminatlarla təmin edilirlər. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən buraxılarkən onlara xəstəliyə görə məzuniyyət verilmir (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətinin başa çatmasına iki aydan az qalıbsa onlar ehtiyata buraxılırlar). Müharibə dövründə xəstəliyə görə məzuniyyət bu Əsasnamənin 195-ci maddəsinin tələblərinə uyğun olaraq verilir.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ...
Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçının tələbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığının xx.xx.N0N4-cü il tarixli N0-Ş/h saylı əmrinin ləğv edilməsi, onun əvvəlki “müddətdən artıq xidmət edən hərbi qulluqçu” həqiqi hərbi xidmətində çavuş rütbəsinə işə bərpa olunmağı və xidmətə bərpa olunacağı günədək məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ona ödənilməsindən ibarətdir. İddiaçı müvafiq əmrin qanunsuz olmasını məzuniyyət vaxtı onun inspeksiya yoxlamasına məcbur çağrılması, onun əməliyyatdan yeni çıxdığı, eləcə də xəstəlik məzuniyyətində olduğu üçün fiziki hazırlıqdan imtahan verə bilməyəcəyini bildirdiyi üçün cavabdeh tərəfindən onun fiziki hazırlıqdan normativləri verməkdən imtinasını xidməti uyğunsuzluq kimi qəbul etməsi və ona təkrar töhmət verməsi və töhmət əsasında isə xidmətdən ehtiyata buraxılması ilə əsaslandımışdır. İşin məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən olunur ki, xx.xx.N0N0ci il tarixində İmişli Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün N5031 saylı Hərbi Hissəyə göndərilmişdir. N saylı hərbi hissə komandirinin Fərmanı ilə “N0N1-ci ilin N-ci yarımilində xidməti döyüş fəaliyyətində, hərbi intizamın möhkəmləndirilməsində, döyüş və ictimai- siyasi hazırlığında yüksək nəticələrə nail olduqlarına görə” 1-ci mühafizə bölüyünün 1-ci mühafizə taqımında 1-ci manqa komandiri kiçik çavuş İddiaçı mükafatlandırılmışdır. DİN-in Daxili Qoşunlar qospitalının 473 nömrəli, xx.xx.N0N3-cü il tarixli göndərişindən görünür ki, İddiaçı Sağ diz oynağının MRT-si üçün Zəfəran Hospitalına göndərilmişdir. DİN-in Daxili Qoşunlar qospitalının 569 nömrəli, xx.xx.N0N3-cü il tarixli göndərişindən görünür ki, İddiaçı X1N göndərilmişdir. 1963 nömrəli rəydən görünür ki, İddiaçı diaqnoz “sağ diz oynağının medial müniskinin arxa buynuzunun horizontal yırtığına görə aparılmış artroskopik memiskektoniya cərrahi əməliyyatından (0N.10.N3) sonrakı vəziyyət –Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.N0N4-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyası tərəfindən N saylı hərbi hissədə inspeksiya yoxlaması keçirilmişdir. Sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı hərbi hissə komandanlığı tərəfindən məzuniyyətdən geri çağırılması haqqında əmr mövcud deyil. Hərbi qulluqçuların xidmət yerinə giriş-çıxışı texniki vasitələrlə deyil, müvafiq buraxılış vərəqəsinə əsasən yerinə yetirilir. N saylı hərbi hissənin komandirinin № 3-13-14-N6/Ə749/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı MAXE çavuş X6- 07 oktyabr N0N3-cü ildən 06 noyabr N0N3-cü ilədək xəstəliyə görə məzuniyyətə buraxılmışdır. N saylı hərbi hissənin komandirinin № 3-13-14-N6/Ə839/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı MAXE çavuş X6 07 noyabr N0N3-cü ildən 07 dekabr N0N3-cü ilədək İmişli rayonuna xəstəliyə görə məzuniyyətə buraxılmışdır. N saylı hərbi hissənin komandirinin № 3-13-14-N6/Ə950/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı MAXE çavuş X6 13 dekabr N0N3-cü ildən 13 yanvar N0N4-cü ilədək İmişli rayonuna xəstəliyə görə məzuniyyətə buraxılmışdır. Daxili Qoşunların Baş İdarəsinin İsnpeksiyası tərəfindən N saylı hərbi hissədə N7.11-xx.xx.N0N3-cü il tarixlərdə inspeksiya yoxlaması zamanı hərbi qulluqçuların təlim fənləri üzrə qəbul edilmiş imtahanların qiymət cədvəlindən çıxarışdan müəyyən edilir ki, X6 ictimia-siyası hazırlıdan 3, atəş hazırlığından 4, fiziki hazırlıq N, DQ taktikasından 4, SQ Nizamnaməsindən 3, Sıra hazırlığından 4, Ümumqoğun hazırlığından 3 və ümumi ümumi qiymət olaraq N almışdır. xx.xx.N0N4-cü il tarixli 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunda baş atıcı çavuş İddiaçı verilən intizam cəzaları barədə izahat verməkdən imtina etdiyinə dair aktda qeyd edilmişdir ki, hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini polkovnik Elsevər Fətəliyev, tərbiyə işləri üzrə bölmə rəisi-baş təlimatçı mayor Zamin Abbasov, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri VMİH baş leytenant Kərim Ələddinli, bu aktı ondan ötəri tərtib edir ki, həqiqətən də 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunda baş atıcı çavuş İddiaçı verilən intizam cəzaları barədə izahat verməkdən imtina etdiyini bildirmişdir. Funkisonal vəzifələrin icrasına məsuliyyətlə yanaşmayaraq (fiziki hazırlıq məşğələsindən yayındığına) görə xx.xx.N0N3-cü il tarixdə, hərbi qulluqçuların etik davranış (3.9-cu bəndinin tələblərini) qaydalarını pozduğuna görə xx.xx.N0N3-cü il tarixdə, ümumi inspeksiya yoxlaması zamanı “qeyri-kafi” qiymət aldığına görə xx.xx.N0N3-cü il tarixdə iddiaçıya töhmət verilmişdir. N saylı hərbi hissənin komandirinin xx.xx.N0N4-cü il tarixli, № 3-13-14- N6/N39/N0N4 nömrəli əmrində qeyd edilmişdir ki, N saylı hərbi hissənin 4-cii xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin, N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu MAXE çavuş İddiaçı ona verilmiş intizam cəzasından düzgün nəticə çıxartmadığına öz üzərində çalışmadığına və hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyinə görə hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsində dinlənilsin. MAXE çavuş İddiaçı xidməti haqqında müvafiq sənədlərin hazırlanaraq hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinə təqdim olunması 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin komandirinə tapşırılsın.Əmrin icrası hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinin sədrinə, nəzarət isə hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavininə həvalə edilsin. N saylı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin sədri baş gizirin xx.xx.N0N4-cü il tarixli rəyində qeyd edilmişdir ki, MAXE çavuş İddiaçı xx.xx.N0NN-cü il tarixindən DİN-in Daxili Qoşunlarında xidmət edir, subay, orta təhsilli, xx.xx.N00N-ci il təvəllüdlü, Azərbaycanlıdır. Yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, MAXE çavuş İddiaçı xidmət etdiyi dövr ərzində mütəmadi olaraq xidməti vəzifə borclarının icrasına laqeyd münasibət bəsləyərək, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutmuşdur. Həmçinin, funksional vəzifə borclarının icrasına laqeyd yanaşmış, fiziki hazırlıq məşğələlərindən yayınmış, subardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etmiş, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutmuş, onunla aparılan fərdi tərbiyə işindən, verilən intizam cəzasından nəticə çıxartmamış, üzərində dönüş yaratmamış, həmçinin onunla aparılan fərdi və kollektiv tərbiyə işi tədbirlərdən nəticə çıxartmamış, yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində çalışmamışdır.Yol verdiyi nöqsanlara görə MAXE çavuş İddiaçı ilə fərdi və kollektiv tərbiyə işi aparılmış, lakin buna baxmayaraq xidməti fəaliyyətində heç bir müsbət dönüş yaratmamışdır. Xidməti vərəqəsini və digər materialları araşdırarkən müəyyən edilmişdir ki, MAXE çavuş İddiaçı hərbi hissədə xidmət etdiyi dövr ərzində yol verdiyi pozuntulara görə intizam qaydasında cəzalandırılmışdır. Belə ki, ona xx.xx.N0N3-cü il tarixdə bölmə komandiri tərəfindən xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşmadığına (fiziki hazırlıq məşğələsindən yayındığına) görə “Töhmət”, xx.xx.N0N3-cü il tarixdə dəstə komandiri tərəfindən hərbi qulluqçuların etik davranış qaydalarını (3.9 bəndinin tələblərini) pozduğuna görə “Töhmət”, xx.xx.N0N3-cü il tarixdə hərbi hissə komandiri tərəfindən inspeksya yoxlaması zamanı qeyri-kafi qiymət aldığına görə “Töhmət”, intizam cəzaları elan edilmişdir. Beləliklə, bütün səylərə və görülən tədbirlərə baxmayaraq, MAXE çavuş İddiaçı hərbi qulluqçu kimi əməllərində, davranışlarında və xidməti fəaliyyətində müsbət dönüş yaratmadığına görə onun hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsində dinlənilməsi məqsədə uyğundur. N saylı hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçuların şərəf məhkəməsinin iclasının 4 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin, N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş alıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidmət etdiyi dövr ərzində mütəmadi olaraq xidməti vəzifə borclarını icrasına laqeyd münasibət bəslədiyinə, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutduğuna, həmçinin, funksional vəzifə borclarının icrasına laqeyd yanaşdığına, fiziki hazırlıq məşğələlərindən yayındığına, subardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etdiyinə, onunla aparılan fərdi tərbiyə işindən nəticə çıxartmadığına, dəfələrlə cəzalandırılmasına baxmayaraq, üzərinə düşən vəzifələrin və verilmiş tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına, yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində çalışmadığına, xidməti fəaliyyətində şəxsi intizamsızlıq nümayiş etdirərək tutulan iradlardan düzgün nəticə çıxartmadığına, habelə tutduğu vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. MAXE çavuş İddiaçı məhkəmənin qərarından N gün müddətində hərbi hissə komandirinə bilavasitə yazılı şikayət verə bilər. N saylı hərbi hissənin gizir heyətinin xx.xx.N0N4-cü il tarixli şərəf məhkəməsinin qərarında qeyd edilmişdir ki, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin, N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidmət etdiyi dövr ərzində mütəmadi olaraq xidməti vəzifə borclarını icrasına laqeyd münasibət bəslədiyinə, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutduğuna, həmçinin, funksional vəzifə borclarının icrasına laqeyd yanaşdığına, fiziki hazırlıq məşğələlərindən yayındığına, sııbardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etdiyinə, onunla aparılan fərdi tərbiyə işindən nəticə çıxartmadığına, dəfələrlə cəzalandırılmasına baxmayaraq, üzərinə düşən vəzifələrin və verilmiş tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına, yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində çalışmadığına, xidməti fəaliyyətində şəxsi intizamsızlıq nümayiş etdirərək tutulan iradlardan düzgün nəticə çıxartmadığına, habelə tutduğu vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. MAXE çavuş İddiaçı məhkəmənin qərarından N gıin müddətində hərbi hissə komandirinə bilavasitə yazılı şikayət verə bilər. X9 X7 Komandaninin N0 Ş/h nömrəli, xx.xx.N0N4-cü il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: çavuş X6 N saylı hərbi hissənin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı Hərbi Hissə Komandirinin №3-13-14-N6/Ə8/N0N4 nömrəli, xx.xx.N0N4-cü il tarixli əmrindən çıxarışda qeyd edilmişdir ki, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılsın: 156-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, X9 müavini-daxili qoşunların komandanının N4 yanvar N0N4-cü il tarixli 19 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N4 yanvar N0N4cü ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci xüsusi vasitələrin tətbiqi qrupunun N-ci yarımqrupunun baş atıcısı MAXE çavuş X6. N0N4-cü il üçün növbəti məzuniyyətdən istifadə etməyib. 01 yanvar N0N4-cü il tarixdən N4 yanvar N0N4-cü il tarixədək döyüş hazırlığının saxlanılması, vəzifə borclarının yerinə yetirilməsi və yol verdiyi nöqsanlara görə birdəfəlik pul mükafatının verilməsinə layiq deyil. xx.xx.N0N4-cü il tarixə xidmət illəri təqvimlə 03 il 03 ay 19 gün təşkil edir. Hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə göndərilsin. Loğman Klinikasının məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, N00N-ci il təvəllüdlü İddiaçı həqiqətəndə xx.xx.N0N3-cü il tarixində “Loğman Klinikası”da doktor Şirinov R.tərəfindən göndərilərək Şüa diaqnostikası MRT müayinəsindən keçmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək Daxili Qoşunların Baş İdarəsinin İnspeksiyası tərəfindən N saylı hərbi hissədə inspeksiya yoxlaması keçirilmişdir. Sabiq hərbi qulluqçu, ehtiyatda olan çavuş İddiaçı hərbi hissə komandanlığı tərəfindən məzuniyyətdən geri çağırılması haqqında əmr mövcud deyil. xx.xx.N0N4-cü il tarixli söhbət vərəqəsindən görünür ki, İddiaçı söhbət vərəqəsinə imza atmaqdan imtina etmişdir. İddiaçıya məxsus Xidməti Vərəqədən görünür ki, Fərzalıyev X4 vəzifələrinin icrasına məsuliyyətlə yanaşmayaraq (fiziki hazırlıq məşğələlərindən yayındığına) görə xx.xx.N0N3-cü il tarixli 3-13-14-N6-1/4016/N0N3 nömrəli əmrlə töhmət, Hərbi qulluqçuların etik davranış (3.9-cu bəndinin tələblərini) qaydalarını pozduğuna görə xx.xx.N0N3-cü tarixli, 3-13-14-N6/1-733N/N0N3 nömrəli əmri ilə töhmə və Ümumi inspeksiya yoxlaması zamanı “qeyri-kafi” qiymət aldığına görə xx.xx.N0N3-cü il tarixli, Ə 3-13- 14/N6/1- 1090/N0N3 nömrəli əmri ilə töhmət verilmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.N0N5-ci il tarixli, N87 nömrəli arayışında qeyd edilmişdir ki, X6, məzuniyyət dövründə hərbi hissəyə çağırılmamışdır. N0N3-cü ilin ümumi inspeksiya yoxlaması hərbi hissədə N7.11xx.xx.N0N3-cü il tarixlərdə keçirilmişdir. N0N3-cü ilin ümumi inspeksiya yoxlaması zamanı öz təşəbbüsü ilə iştirak etmişdir. Hərbi Həkim Komissiyasının N458 nömrəli, xx.xx.N0N3-cü il tarixli arayışında qeyd edilmişdir ki, Xəstəliklər cədvəlinin 65 “c” maddəsinin İİİ qrafasına əsasən: Sıradankənar hərbi xidmətə yararlıdır. Sıra hazırlığı, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat vasitələrini idarə etməkdən 1N (on iki) ay müddətinə azad edilməlidir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.N0N5-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N0N3-cü il tarixdə məzuniyyətdə olmamış, xidməti vəzifələrin icrasında olmuşdur. N saylı hərbi hissə komandirinin 3-13-14- N6/Ə749/N0N3 nömrəli xx.xx.N0N3-cü il tarixli nizami hissə üzrə əmrilə 07 oktyabr N0N3cü ildən 06 noyabr N0N3-cü ilədək xəstəliyə görə məzuniyyətə getmiş hesab edilmiş, N saylı hərbi hissə komandirinin 3-13-14-N6/Ə837/N0N3 nömrəli xx.xx.N0N3-cü il tarixli nizami hissə üzrə əmrilə 06 noyabr N0N3-cü ildə xəstəliyə görə məzuniyyətdən gəlmiş hesab edilmişdir (əmrlərin surətləri əlavə olunur). İddiaçı inspeksiya yoxlaması zamanı çağırılmasına dair əmr, bildiriş, məktub və telefonoqram mövcud deyil. O, hərbi hissənin komandanlığı tərəfindən məzuniyyətdən geri çağırılmamışdır. Məhkəmə iş materiallarında olan yuxarıda qeyd olunan sənəd və sübutlara əsasən, qeyd edir ki, iddiaçı X9 müavini-daxili qoşunlar komandanının xx.xx.N0N4-cü il tarixli N0 №-li şəxsi heyət üzrə əmrinə əsasən, N saylı hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli 3-13-14-N6/Ə8/N0N4 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin N-ci xüsusi vasitələrin tətbiqi bölməsinin N-ci yarımqrupunda baş atıcı vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xidmət etdiyi dövrdə xx.xx.N0N3-cü il tarixdə “Funksional vəzifələrinin icrasına məsuliyyətlə yanaşmayaraq (fiziki hazırlıq məşğələlərindən yayındığına) görə” bölmə komandiri tərəfindən “Töhmət”, xx.xx.N0N3-cü il tarixdə “Hərbi qulluqçuların etik davranış qaydalarını (3.9-cu bəndinin tələblərini) pozduğuna görə” dəstə komandiri tərəfindən “Töhmət”, xx.xx.N0N3-cü il tarixdə hərbi hissə komandirinin Ə 3-13-14/N6/1-1090/N0N3 nömrəli əmri ilə “Ümumi inspeksiya yoxlaması zamanı “qeyri-kafı” qiymət aldığına görə” “Töhmət” intizam cəzaları ilə cəzalandırılmış, üzərində qüvvədə olan 3 intizam cəzası olmuş, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. Həmin töhmətlərdən şikayət verməmiş və mübahisələndirməmişdir. İddiaçı S.Fərzaliyev xx.xx.N0N3-cü il tarixdə Daxili Qoşunların hərbi hospitalında sağ diz oynağının medial meniskinin arxa buynuzunun horizontal yırtığına görə artoskopik meniskektoniya cərrahi əməliyyatı aparılmış, hərbi həkim komissiyasının xx.xx.N0N3-cü il tarixli 1963 nömrəli rəyinə əsasən 30 gün müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 3-13-14- N6/Ə749/N0N3 nömrəli əmrilə xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək Bakı şəhərinə “xəstəliyə görə məzuniyətə” buraxılmış, hərbi həkim komissiyasının xx.xx.N0N3cü il tarixli N305 nömrəli rəyinə əsasən 30 gün müddətinə xx.xx.N0N3-cü il tarixədək məzuniyyət müddəti uzadılmış, N saylı hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 3- 13-14-N6/Ə839/N0N3 nömrəli əmrilə xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək təkrar “xəstəliyə görə məzuniyətə” buraxılmışdır. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında şifahi şəkildə 07-13 noyabr N0N3-cü il tarixlərdə hərbi hissədən ona zəng vurularaq inspeksiya yoxlamasında iştirak etməli olduğunu bildirsə də, bu hal mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. N saylı hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 3-13-14-N6/Ə940/N0N3 nömrəli əmrindən çıxarışdan məlum olmuşdur ki, 07 dekabr N0N3-cü il tarixdə “xəstəliyə görə məzuniyyətdən” qayıtmış hesab olunmuş, hərbi hissə komandanlığı tərəfindən məzuniyyətdən geri çağırılmamışdır. Beləliklə də, S.Fərzəliyev inspeksiya yoxlamalarına öz təşəbbüsü ilə qatılmışdır. Həmçinin məhkəmə bildirir ki, iddiaçı S.Fərzaliyev hərbi-həkim komissiyasının xx.xx.N0N3-cü il tarixli 1963 nömrəli və xx.xx.N0N3-cü il tarixli N305 nömrəli rəyinə əsasən o, hərbi xidmətə müvəqqəti yarasız hesab edilmişdir. Hərbi-həkim komissiyasının xx.xx.N0N3-cü il tarixli N458 nömrəli tibbi şəhadətləndirilmə barədə arayışına əsasən “sıradankənar hərbi xidmətə yararlıdır”. Sıra hazırlığı, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat vasitələrini idarə etməkdən 1N (on iki) ay müddətinə azad edilməlidir” qərarı verilmişdir. Həmçinin iddiaçı ərizəsində 07-13 noyabr N0N3-cü il tarixlərdə hərbi hissədən ona zəng vurularaq inspeksiya yoxlamasının gəlməsi ilə əlaqədar hərbi hissəyə qayıtması barədə bildirildiyini qeyd etsə də, hərbi hissədə inspeksiya yoxlaması xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək keçirilmiş, inspeksiya yoxlamasından sonra, yəni xx.xx.N0N3-cü il tarixdə hərbi həkim komissiyasının N458 nömrəli tibbi şəhadətləndirilmə barədə arayışına əsasən “sıradankənar hərbi xidmətə yararlıdır. Sıra hazırlığı, fiziki hazırlıq üzrə məşğələlərdən və bütün növ nəqliyyat vasitələrini idarə etməkdən 1N (on iki) ay müddətinə azad edilməlidir” qərarı verlmişdir. Eyni zamanda, İddiaçı ərizəsində ona verilmiş intizam cəzalarının səbəbləri barədə məlumatsız olmasını bildirsə də, toplanılmış materiallardan məlum olmuşdur ki, xx.xx.N0N4-cü il tarixdə yol verdiyi intizam pozuntuları barədə izahat verməkdən imtina etmiş, bu barədə 3-13-14-N6/1- 761/N0N4 nömrəli akt tərtib olunmuşdur. Həmçinin, iddiaçı ərizəsində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasını inspeksiya yoxlaması zamanı fiziki hazırlıqdan imtahan verməkdən imtinasını xidmətə uyğunsuzluq kimi qəbul edilməsini qeyd etsə də, məlum olmuşdur ki, onun xidmət müddətində yol verdiyi intizam pozuntularına görə intizam qaydasında dəfələrlə cəzalandırılması olmuşdur. Belə ki, İddiaçı fiziki hazırlıq məşğələlərindən yayındığına, subardinasiya qaydalarına əməl etməyərək birbaşa rəhbər şəxslərə müraciət etdiyinə, hərbiçi adına yaraşmayan hərəkətlərə yol verdiyinə, tutulan iradlardan düzgün nəticə çıxarmadığına, üzərində dönüş yaratmadığına, şəxsi mənafeyini xidməti mənafeyindən üstün tutduğuna, həmçinin onunla aparılan fərdi və kollektiv tərbiyə işi tədbirlərindən nəticə çıxartmadığına görə N saylı hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli 3-13-14-N6/Ə39/N0N4 nömrəli əmrinə əsasən hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının Şərəf məhkəməsinə cəlb edilmiş, Şərəf məhkəməsinin xx.xx.N0N4-cü il tarixli iclasında dinlənilmiş və onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmış, ona məhkəmənin qərarından N gün müddətinə şikayət vermək hüququ izah olunmuş, lakin İddiaçı qərardan şikayət verməmiş, onunla aparılmış fərdi söhbəti imzalamaqdan imtina etmişdir. Və iddiaçı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hissə komandanlığı tərəfindən söhbət aparılmış, söhbət zamanı heç bir müraciəti olmamış və söhbət vərəqini imza etməkdən imtina etmişdir. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, qulluq dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini cavabdeh inzibati orqan haqlı olaraq xidməti uyğunsuzluq qismində qiymətəndirmişdir. Cavabdehin apardığı inzibati icraat üzrə qəbul etdiyi N4 yanvar N0N4-cü il tarixli əmri əlverişsiz inzibati akt kimi «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsi baxımından da mütənasibdir. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının ehtiyata buraxılımasına dair qəbul edilmiş xx.xx.N0N4-cü il tarixli, N0 ş/h nömrəli əmr qanunvericiliyə zidd sayıla bilməz, cavabdehin mübahisələndirilən əmri iddiaçının hüquqlarının pozulması ilə nəticələnmədiyindən onun tələbi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işə bərpa olunmağı və xidmətə bərpa olunacağı günədək məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ona ödənilməsi tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı hesab edilməməlidir. Beləliklə, məhkəmə toplanmış, şifahi məhkəmə iclasında tədqiq edilmiş və proses iştirakçılarının öz mülahizələrini bildirdikləri sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 5N-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, N-ci, N3.1-ci, 58.7-ci, 6N-ci, 75-ci, 78-ci, 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Pərvanə Qurbanova