Məhkəmə qərarları › İş №2-1(120)-1416/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1416/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1416/2024 17.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Qarabucaq-1” KFT-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Qarabucaq-1” KFT-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi: İddiaçı Qarabucaq-1” KFT cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-2023-cü il üzrə 110.6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-4185/2023 nömrəli qərardadı ilə İddiaçı KFT-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2022-2023-cü il üzrə 110.6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon İcra hakimiyyəti Başçısının 1996-cı il 15 noyabr tarixli 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi daimi istifadəyə verilmişdir. Sözügedən torpaq sahəsinin ümumi sahəsi 110,66 hektardır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 00076 saylı “torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı tərtib olunaraq verilmişdir. Dövlət aktında torpaq sahəsi iki hissədən ibarət olmaqla 28,1 hektarı 3-cü keyfiyyət, 82,5 hektarı isə 4-cü keyfiyyət qrupuna aid edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən və uzun müddətdir onun istifadəsində olan torpaq sahəsində tərəfindən xeyli vəsait sərf olunaraq şor suların axıdılması üçün kanallar qazılmış, suvarma şəbəkəsi qurulması üçün su xətti çəkilmişdir. Eyni zamanda torpağın münbitliyinin artırılması üçün müxtəlif mineral və üzvi gübrələr verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində taxıl əkinləri aparılaraq hər il dövlətdən taxıl məhsulu istehsalına görə subsidiya alır. Lakin, sonuncu dəfə subsidiya üçün müvafiq dövlət orqanına müraciət etdikdə ona artıq dövlət aktı əsasında subsidiya verilmədiyini, istifadə hüquqlarınıza dair çıxarışın təqdim olunduqdan sonra subsidiya verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan sonra Kürdəmir rayon X10 mərkəzinə ərizə ilə müraciət edərək, hansı səbəbdən bizə subsidiya verilməsindən imtina olunduğunun səbəblərinin izah edilməsini istədik. Müraciətə verilən cavab məktubundan qeyd olunur ki, EKTlS-də operator tərəfindən axtarış verilən zaman Qarabucaq kəndi üzrə fermer olaraq şəxsi elektron kabinetinizdə yerləşən JN-0076, kod 90610058 nömrəli qeyd edilən sənəd əsasında 110.66 ümumi torpaq sahəsinin 106.6582 sahəsinə payızlıq buğda bitkisi bəyan edildiyi görünür. Lakin iddia etdiyiniz müvafiq torpaq sahəsinə aid sənəd 2022-2023-cü il sənədlərin təsnifatı halları üzrə ediləcək hərəkətlər barədə müvafiq reqlamentə əsasən Çıxarış sənədinə çevrilmədiyi üçün müvafiq elektron bazada tapılmadığı üçün sistem tərəfindən avtomatik təsdiqlənməmişdir. Daha sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, subsidiyanın verilməsini xahiş etsələr də, onlarında cavabı eyni qaydada olmuşdur. Verdikləri imtina əsaslarının qanunsuz olduğunu müraciət məktublarında izah etməyə çalışsalar da əsassız olaraq çıxarışın olmamasını bəhanə gətirərək subsidiyanın verilməsindən imtina etmişlər. Cənab Prezidentin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanına uyğun olaraq X8 ilə əvəz olunmasının 2025ci ilin yanvarın 1-dən məcburi olduğu aydın məsələdir. Onlara isə müraciətdə çıxarış olmadığı üçün sistemdə təsdiqlənmədiyi bildirilir. Sistemin yalnış şəkildə qurulması onların iradəsindən asılı olan hal deyil. Təbii haldır ki, əgər onların çıxarışı mövcud deyilsə sistem bunu tapmayacaq. Ama yuxarıda qeyd edilən Fərmana istinadən bir daha qeyd edir ki, çıxarış yalnız 2025-ci ilin yanvarın birindən istisnasız tələb oluna bilər. Onların isə hazırda dövlət aktı var və qüvvədədir, buna uyğun olaraqda hər il subsidiya alırlar. Onlara ünvanlanan məktubda həmçinin 2022-2023-cü il sənədlərin təsnifatı halları üzrə ediləcək hərəkətlər barədə müvafiq reqlamentdən bəhs edilir. Necə ola bilər ki, hər hansı bir reqlament normativ hüquqi akt hesab edilən Azərbaycan Respublikasının Fərmanından üstündür və yaxud ona ziddir. Əgər ziddirsə, bunun həll yolu qanunvericiliklə tənzimlənib. Həll yolu odur ki, daha üstün hüquqi qüvvəyə malik olan Fərman tətbiq olunmalıdır. Reqlament qanunvericiliyə uyğun müəyyən edilməlidir. Qanunvericiliyin tətbiq edilməsi üsullarını sadələşdirməlidir. Hazırkı halda isə qanunla yanaşı onların hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən 2022-2023-cü il üzrə 110,6582 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, İddiaçı kəndli fermer təsərrüfatının rəhbəri Qanuni nümayəndə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2022-2023-cü il üzrə 110,6582 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. Etiraz edərək bildiririk ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’na (bundan sonra - Qayda) uyğun olaraq X3 İnformasiya Sistemi (bundan sonra - EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X4 2022-ci il 8 dekabr tarixli Qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. Eyni zamanda Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Qaydanın 3.1-1-ci bəndinə əsasən istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Habelə Qaydanın 3.8.3cü yarımbəndinə görə fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini SİS-ə (EKTİS-in altsistemi olan “Subsidiya” informasiya sistemi) daxil edirlər. Adıçəkilən Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabr ayının 30-dək, yazlıq əkinlər və meyvə bağları (mövcud və yeni) üzrə növbəti il fevralın 1-dən başlayaraq may ayının 31-dək müəyyən edilmişdir. 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə (01.09-xx.xx.2022 il tarixlərində) EKTİS-ə daxil edilən 110,66 hektar payızlıq buğda əkini qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı kəndli fermer təsərrüfatı tərəfindən sığortalanmamış və sığorta müqaviləsinə dair məlumatlar SİS-ə daxil edilməmişdir. Həmçinin 2022-2023-cü əkin ili üzrə EKTİS-ə daxil edilən 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd (Dövlət aktı JN: 0076, ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənməmişdir. Qeyd edilənləri, o cümlədən “Qarabucaq-T’ kəndli fermer təsərrüfatının rəhbəri Qanuni nümayəndə tərəfindən qanunvericiliyin tələbləri pozularaq bitkilərin sığortalanmamasını, habelə hüquqi aktlarla müəyyən olunmuş müddətdə sənədləri təqdim etməli olduğu halda vaxtında sənədlərin təqdim olunmamasını nəzərə alaraq iddiaçıya subsidiya hesablanması mümkün olmamış və ödənilməməlidir. Göstərilənlərə, o cümlədən iddianın əsassız olmasına əsasən cavabdehin iddiasının təmin edilməməsini xahiş edirik. İddiaçı Qarabucaq-1” KFT-nin nümayəndəsi Qanuni nümayəndə şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cаvаbdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X3” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.3. X7 (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X10 mərkəzlərinin (bundan sonra-DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-Agentlik) həyata keçirir.

15. İddiaçı qeyd edilən Qaydaların məqsədləri üçün SİS-də qeydiyyata alınan hüquqi şəxs kimi fermer hesab olunur. İddia mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-2/2- A-581-16-800/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, əkin subsidiyasının verilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığınız müraciətə baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X3 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. 2022-2023-cü əkin ili üzrə EKTİS-ə daxil etdiyiniz 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd (Dövlət aktı JN: 0076, ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİSə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1 -ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən payızlıq buğda əkininə görə Sizə subsidiya hesablanması mümkün olmamışdır. Nəzərə alınmasını xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22-3- 33/2-A-14-xx-xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin X9 inkişaf Mərkəzinə ünvanladığınız xx.xx.2023-cü il tarixli ərizənizə cavab olaraq bildiririk ki, kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 27 iyun 759 nömrəli fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir. Ərizənidə qeyd etdiyiniz kimi X10 Mərkəzləri fermerlərdən sənədlərin qəbulunu həyata keçirmir, yalnız müvafiq qaydaların 2.8.2 bəndinə əsasən subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müracətlərinin SİS-ə daxil edilməsini həyata keçirir. EKTlS-də operator tərəfindən axtarış verilən zaman Qarabucaq kəndi üzrə fermer olaraq şəxsi elektron kabinetinizdə yerləşən JN-0076, kod 90610058 nömrəli qeyd edilən sənəd əsasında 110.66 ümumi torpaq sahəsinin 106.6582 sahəsinə payızlıq buğda bitkisi bəyan edildiyi görünür. Lakip iddia etdiyiniz müvafiq torpaq sahəsinə aid sənəd 2022- 2023-cü il sənədlərin təsnifatı halları üzrə ediləcək hərəkətlər barədə müvafiq reqlamentə əsasən Çıxarış sənədinə çevrilmədiyi və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reystrinin elektron məlumatları bazasından tapılmadığı üçün sistem tərəfindən avtomatik təsdiqlənməmişdir. Məlumat üçün bildiririk ki, reqlamentə əsasən kəndli fermer təsərrüfatına verilmiş X8 sənədinə çevrilməsinə xx.xx.2023-cü il tarixinədək vaxt verilmişdir. Müvafiq X1ydalarının 2.6 bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benfisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X10 mərkəzlərinin (bundan sonra-DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-Agentlik) həyata keçirir. Nəzərə alınmasını xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanladığı 11 avqust 2023-cü il tarixli, 3- 22/2-A-30xx-xx-3227/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, əkin subsidiyasını ala bilməməyiniz barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.1-1 -ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2- ci bəndinə uyğun olaraq yaradılan X4 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) X3 İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X4 2022-ci il 8 dekabr tarixli Qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. 2022- 2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 110,66 hektar payızlıq buğda əkini qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı üçün Sizə həmin əkinə görə subsidiya ödənilməsi mümkün deyil. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, EKTİS-ə daxil edilən 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəddə yer alması zəruri olan məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİSə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir. Növbəti əkin ili (2023-2024) üzrə əkin subsidiyasından yararlanmaq üçün sığorta predmeti olan əkinlərin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanması, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək istifadənizdə olan 110,66 hektar torpaq sahəsinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya həmin torpaq sahəsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədinin əldə edilərək EKTİS-ə daxil edilməsi tövsiyə olunur. Nəzərə alınmasını xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya ünvanladığı 21 dekabr 2023-cü il tarixli, 3-22- 2/2-2620/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 2022-ci ilədək İddiaçı kəndli (fermer) təsərrüfatına subsidiyanın verilib-verilməməsi barədə məlumatın və subsidiyanın alınması üçün təqdim edilmiş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığınız müraciətə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.1-1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X4 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Habelə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin “X3” informasiya sisteminə (bundan sonra - EKTİS) inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. Bununla əlaqədar fermerlərə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadələrində olan torpaq sahələrinə dair məlumatların EKTlS-ə inteqrasiyasının təmin edilməsi və ya torpaq sahələrindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədlərini əldə edərək EKTİS-ə daxil etmələri tövsiyə olunur. 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 110,66 hektar payızlıq buğda əkini qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmamışdır. İddiaçı KFT-nin EKTİS-ə daxil edilmiş, lakin inteqrasiyadan daxil olmayan 110,66 hektar torpaq sahəsinə dair təqdim etdiyi sənədlərin surətləri əlavə olunur (EKTİS-ə daxil edilmiş nüsxələrlə eynidir). Əlavə olaraq bildiririk ki, 2022-ci ilədək İddiaçı KFT-yə EKTİS-də subsidiya hesablanmamışdır. Nəzərə alınmasını xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı KFT xx.xx.2004-cü il tarixdən etibarən ********** nömrəli VÖEN-ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, Kod 90610058, JN-0076 nömrəli Torpağdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə 110.66 ha torpaq sahəsi İddiaçı KFT-nin (Qanuni nümayəndə) mülkiyyətinə verilmişdir. İş materiallarında olan Aqrar Sığorta Fondunun məhkəməyə ünvanladığı 14 mart 2024-cü il tarixli, 12-9/2-224/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəməyə məlumat və sənədlərin təqdim olunması ilə əlaqədar Şirvan İnzibati Məhkəməsi tərəfindən göndərilmiş 2024-cü il 23 yanvar tarixli, 2-1(120)-1416/2024 nömrəli sorğunuza Aqrar Sığorta Fondunda (bundan sonra - Fond) aidiyyəti qaydada baxılmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı Kəndli fermer təsərrüfatı ilə Fond arasında 110,66 hektar payızlıq buğda əkini sahəsinin 2022-2023-cü il əkin mövsümü üzrə sığortalanması barədə sığorta müqaviləsi mövcud deyildir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 27/1581 nömrəli arayışından görünür ki, Kürdəmir rayonu, Qarabucaq kəndində İddiaçı KFT-nin adına 110.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan X3 Sistemindən ******* nömrəli əkin bəyanının çıxarışından görünür ki, Qanuni nümayəndə 2022 noyabr tarixli əkin tarixi üzrə 82.516 ha torpaq sahəsində payızlıq buğda əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qarabucaq kənd inzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-56-27/2-84/2024 nömrəli arayışından görünür ki, İddiaçı KFT 2022-2023-cü təsərrüfat ilində onlara məxsus 110,66 ha torpaq sahəsində buğda əkmişdir. İş materiallarında olan Kürdəmir rayon Qarabucaq qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 133 nömrəli arayışından görünür ki, İddiaçı KFT 2022-2023-cü təsərrüfat ilində onlara məxsus 110,66 ha torpaq sahəsində buğda əkmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BD2 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı KFT tərəfindən sığortalanmalı olan bitkinin becərilməsinə görə Aqrar Sığorta Fonduna 1576,33 manat ödəniş edilmiş, lakin texniki səhv olaraq İddiaçı KFT –nin adından deyil "xxxx" MMC-nin sığortalanması kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının 15 noyabr 1996-cı il tarixli 325 saylı Sərəncamı ilə İddiaçı KFTnin mülkiyyətinə JN-0076, kod 90610058 nömrəli Dövlət Aktı əsasında 110,66 hektar torpaq sahəsi verilmişdir. İddiaçının həmin sənəd əsasında mülkiyyət hüquqları yaranmışdır. Bununla yanaşı iddiaçı həmin sənəd əsasında əvvəlki illər üçün nəzərdə tutulmuş subsidiya ödənişlərində istifadə etmişdir. JN-0076, kod 90610058 nömrəli Dövlət Aktı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmədiyi üçün həmin sənədin elektron qaydada əldə olunması mümkün deyildir. İddiaçı KFT Qarabucaq kəndi üzrə fermer olaraq şəxsi elektron kabinetinizdə yerləşən JN-0076, kod 90610058 nömrəli qeyd edilən sənəd əsasında 110.66 ümumi torpaq sahəsinin 106.6582 sahəsinə payızlıq buğda bitkisi bəyan edildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir, digər səndlərlə həqiqətən iddiaçı tərəfindən 110,66 ha torpaq sahəsində buğda əkilməsi sübuta yetirilmişdir. İş materialları ilə tam sübuta yetirilir ki, iddiaçı , İddiaçı KFT tərəfindən sığortalanmalı olan bitkinin becərilməsinə görə Aqrar Sığorta Fonduna 1576,33 manat ödəniş edilmiş, lakin texniki səhv olaraq İddiaçı KFT –nin adından deyil "xxxx" MMC-nin sığortalanması kimi qeyd edilmişdir. 110,66 ha torpaq sahəsi İddiaçı KFT istifadəsindədir, həmin torpaqlarda hər il əkin həyata keçirilməklə biçin nəticəsində məhsul götürülür. Belə olan halda sahibkarlıq sübuyekti olan iddiaçıların subsidiya ödənişindən məhrum olması onun sahibkarlıq subyekti kimi hüquqi maraqlarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, «İnzibati iсraat haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X10 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin X10 mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən "Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X10 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə görə subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır. Həmin Qanunun 5.1.1-ci maddəsinə görə çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; Həmin Qanunun 5.1.2-ci maddəsinə görə yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; Həmin Qanunun 5.1.3-cü maddəsinə görə yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. Həmin Qanunun 5.2-ci maddəsinə görə bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir: 5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir; 5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır; 5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir; 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. 5.5. Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. 5.6. Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir. 5.7. Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, 2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. 2022-2023-cü il üzrə 110,65 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə 24.344,8 manat subsidiyanın verilməsi öhdəliyi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar