Məhkəmə qərarları › İş №2-1(120)-1422/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1422/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1422/2020 01.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı6, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Zöhrab qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Zöhrab qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа ərizəsi inzibаti mübаhisə kimi qеydiyyаtа аlınаrаq, məhkəməyə dахil оlduğu gündən icrааtа qəbul еdilmiş sаyılmışdır. İddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtrаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. Tərəflər xx xxxxxx 2020-ci il tаriхdə, sааt 11:00-da məhkəmə iclаsınа dəvət оlunmuşlаr. İddiaçı6 və üçüncü şəxs İmişli rayon Qulubəyli bələdiyyəsinin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı6 məhkəmə iclası zamanı ərizə təqdim edərək, bildirdi ki, iddia tələbinin uğurluluq ehtimalı üçün zəruri sənədlərin toplanılmasına ehtiyac vardır. Bunun üçün kifayət qədər vaxt tələb olunur. Odur ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X2 iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmədi. Məhkəmə ərizəni nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dar işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi iddiaçının vəsatətinə əsasən iddia ərizəsinin qaytarılması ilə bağlı hər hansı qaydanı müəyyən etmədiyindən, məhkəmə hazırki vəziyyətdə məsələnin nizama salınması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının tətbiq edilməsini zəruri hesab edir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1 və 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dar iddia mümkün sayılır. Göründüyü kimi qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmədə mülki (inzibati mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilib-etdirilməməsi də məhz iddiaçının iradəsindən asılıdır. İddiaçıların iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını tələb etməsi, icraatın davam etdirilməsini lüzumsuz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Zöhrab qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-cı maddəsini rəhbər tutaraq məhkəmə... qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 Zöhrab qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmasın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar