Məhkəmə qərarları › İş №2-1(120)-1424/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1424/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1424/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0017 nömrəli qərarın ləğv olunması və ümumi xəstəlik səbəbindən ona təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdə elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixli təyin edilmiş müddətsiz 2-ci dərəcə əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və 2-ci dərəcəli müddətsiz əlilliyinin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə “Biləsuvar rayon Mərkəzi Xəstəxanası” X12 və Salyan rayonlararası Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0017 nömrəli qərarın ləğv olunması və ümumi xəstəlik səbəbindən ona təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdə elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildən 2-ci qurp əlildir. xx.xx.2021-ci ildə ona 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. Xəstəlyinin Diaqnozu: F07.8 Baş beyinin xəstəlyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dakompensasiyalaria. Posttravmatik psixotik vəziyyət. Ağırlaşma F01 davranış pozğunluğu,-dayanıqlı, uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə güdən generallizəolunmuş psixotabənzər kobud davranış pozuntusu.Özünə qəsdetmə fikir və cəhdlər. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş müddətsiz, 2-ci dərəcə əlilliyi heç bir xəbərdarlıq və əsas olmadan xx.xx.2023-cü il tarixdə ləğv etmişdir. Bunula əlaqədar şikayət etmiş, 27.04,2023cü il tarixdə mənə 3-17-4/2-Ə-10179/2023 saylı məktubla xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd olunan diaqnozların Azərbaycab Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015- ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi haqqında qərarı qəbul edilmişdir. Bu məktubla bağlı adiyyəti üzrə müraciət edərək bildirmişdir ki, bu məktubda göstərilənlər yalandır. Beləki, heç vaxtı xx.xx.2023-cü il tarixdə Agentlikdə olmamış, axı nə üçün də Agentliyə gəlməli, artıq ona 2ci qrup müddətsiz əlili təyin edilmişdir. 27 aprel 2023-cü il tarixdə əlilliyi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Agentlik ona bildiriş vermişdir. xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş, ona yenidən pensiyanın alacağını bildirilmişdir. Təkrarən müalicə almış, lakin yenə də xx.xx.2024-cü il tarixdə ona imtina verilmişdir. Biləsuvar rayon Mərkəzi Xəstəxanası tərəfindən xəstəliyinin diaqnozu F07.8 Baş beyinin xəstəlyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Pcsttravmatik psixotik vəziyyət.Ağırlaşma F01 davranış pozğunluğu,dayanıqlı, uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə güdən generallizə olunmuş psixotabənzər kobud davranış pozuntusu. Özünə qəsdetmə fikir və cəhdlər olmaqla xx.xx.2023cü il tarixdə təsdiq etmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə və təkrarən xx.xx.2024-cü il tarixdə də ona imtina verilmiş, imtinanın əsası kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. Həmin qərarla razı olmadığından adiyyəti üzrə şikayətlər etmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ə-32212/2023 saylı bildiriş göndərərək bu haqqda məhkəməyə müraciət etməyi bildirmişdir. Ona xx.xx.2021-ci il tarixdə 2-qrup müddətsiz əlillik təyin edilmişdir. Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ruhiəsəb kabinetində qeydiyyatdadır. Xəstəliyi ilə bağlı dərmanlar fenozepan, eneqelon çiklador, amidatipilin terzeçilin, pulsuz verilir. Hazırda da verilir. Qaununa görə əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilir. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Adından göründüyü kimi əlilik müddətsiz müəyyən edilmişdir. Lakin cavabdeh tərəf bütün qanunsuzluğa gedərək onun əlilliyini heç müayinə, yoxlama aparmadan belə bir qanunsuz qərar qəbul etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində xəstəliyin daha da ağırlaşmışdır. 2-ci qrup müddətsiz əliliyin ləğv edilməsi haqqda qərarın ləğv edilməsini və əlil kimi hüquqlarının bərpa olunmasını istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, -Baş beyinin travmatik mərşəlli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu.tez-tez baş verən dekompensasiyalarla.Postravmatik psixotik vəziyyət. Ağırlaşma F91 Davranış pozğunluğu, - Dayanıqlı, uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə gedən generalizəolunmuş psixotabənzər kobud davranış pozuntusu. özünə qəsdetmə fikir və cəhdləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün DTSERA-ya etdiyi müraciət əsasında vətəndaşın ləğv olunmuş əlilliyi olduğundan əyani müayinə edilməsi üçün komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik altsistemindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, vətəndaşın əlillik vəziyyəti Bakı 1 nömrəli Şəhər Poliklinikası tərəfindən “Bas beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan üzvi mənşəli şəxsiyyət və davranış pozdunluqları, tez-tez bas verən dekompensasiyalarla. Postravmatik psixotik vəziyyət. Davranış Dozöunluöu. Dayanıqlı, uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə gedən general izə olunmuş psixotabənzər kobud davranış pozuntusu, özünə qəsdetmə fikir və cəhdləri” diaqnozları ilə rəsmiləşdirilmiş göndəriş əsasında qiymətləndirilərək xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “ilkin”, xx.xx.2014-cü ildən xx.xx.2015-cı ilədək. xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar”, xx.xx.2021 -ci il tarixindən müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar" əlillik təyinatı aparılmışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili nəticəsində İddiaçı əyani müayinəyə cəlb olunaraq, X9 ilə qüvvədə olan əlillik təyinatı ləğv edilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Sonradan vətəndaşın müraciəti əsasında H00197143İUZ №-li göndəriş rəsmiləşdirilsə də, nəzarətdə olan şəxslər siyahısında olduğundan əlillik təyinatı aparılmamış və bu səbəbdən xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət edilərək, DTSERA-da həkim-ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən, qeyri adekvat davranış müşahidə olunmuşdur. Təqdim etdiyi tibbi sənədləri təhlil edərkən, vətəndaşın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Posttravmatik psixotik vəziyyət, davamlı depressiv əlamətlərlə və özünə qəsd etmə cəhdlərinə diaqnozu ilə xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixlərində stasionar müalicə almışdır. AR Səhiyyə Nazirliyi salyan Rayonlarası Psixiatriya Xəstəxansının xx.xx.2023-cü il tarixli 831 nömrəli tibbi rəyinə əsasən müayinə nəticəsində “Keçirilmiş kəllə-beyin travmasından sonrakı üzvi- mənşəlli şəxsiyyət və davranış pozuntuları” diaqnozu müəyyənləşdirilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixində aparılmış həkim-psixiatrın müayinəsinin nəticəsi “Xəstə isterik xarakterli davranış nümayiş edir, qışqırır, əlini nəvə isə atır, sanki vuracaq kimi, sonra da verinə qovur, aktual özünə qəsd fikirləri söyləyirdi” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv müayinələrin nəticəsi, təqdim edilmiş sənədlərə əsasən, xx.xx.2024-cü il tarixli H00197143İUZ nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarTna müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə Qərar qəbul edilsin. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0017 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi tərtib edilərək məhkəməyə poçt vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin məlumatından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ə-32212/2023 nömrəli bildirişdən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixində təyin edilmiş müddətsiz, ikinci dərəcə əlilliyiniz ləğv edilərək müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0017 nömrəli qərarının surətindən görünür ki, X6 əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 13 iyun 2024-cü il tarixli, 3-17-4/3-1-14294/2024 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün DTSERA-ya etdiyi müraciət əsasında vətəndaşın ləğv olunmuş əlilliyi olduğundan əyani müayinə edilməsi üçün komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik altsistemindən əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, vətəndaşın əlillik vəziyyəti Bakı 1 nömrəli Şəhər Poliklinikası tərəfindən “Bas beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, tez-tez bas verən dekompensasivalarla. Postravmatik psixotik vəziyyət. Davranış pozğunluğu, Dayanıqlı, uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə gedən generalizə olunmuş psixotabənzər kobud davranış pozuntusu. Özünə gəsdetmə fikir və cəhdləri” diaqnozları ilə rəsmiləşdirilmiş göndəriş əsasında qiymətləndirilərək xx.xx.2012-cı ildən xx.xx.2013-cü ilədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “ilkin”, xx.xx.2014-cü ildən xx.xx.2015-cı ilədək, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar”, xx.xx.2021-ci il tarixindən müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili nəticəsində İddiaçı əyani müayinəyə cəlb olunaraq, X9 ilə qüvvədə olan əlillik təyinatı ləğv edilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Sonradan vətəndaşın müraciəti əsasında H00197143İUZ №-ii göndəriş rəsmiləşdirilsə də, nəzarətdə olan şəxslər siyahısında olduğundan əlillik təyinatı aparılmamış və bu səbəbdən xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət edilərək, DTSERA-da həkim-ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən, qeyri adekvat davranış müşahidə olunmuşdur. Təqdim etdiyi tibbi sənədləri təhlil edərkən, vətəndaşın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Posttravmatik psixotik vəziyyət, davamlı depressiv əlamətlərlə və özünə qəsd etmə cəhdlərlə” diaqnozu ilə xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixlərində stasionar müalicə almışdır. AR Səhiyyə Nazirliyi Salyan Rayonlarası Psixiatriya Xəstəxansının xx.xx.2023-cü il tarixli 831 nömrəli tibbi rəyinə əsasən müayinə nəticəsində “Keçirilmiş kəllə-beyin travmasından sonrakı üzvi-mənşəlli şəxsiyyət və davranış pozuntuları" diaqnozu müəyyənləşdirilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixində aparılmış həkim-psixiatrın müayinəsinin nəticəsi “Xəstə isterik xarakterli davranış nümayiş edir, qışqırır, əlini nəvə isə atır, sanki vuracaq kimi, sonra da verinə qovur, aktual özünə qəsd fikirləri söyləyirdi” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv müayinələrin nəticəsi, təqdim edilmiş sənədlərə əsasən, xx.xx.2024-cü il tarixli H00197143İUZ nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-23927/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2013-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 0234003AAL6U nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı dair Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0234003AAM9F, 0234003AANM5, 0234003AAPPT və 0234003AAP51 nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində qiymətləndirilmiş və 2011-ci ildə ağır psixi xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq xx.xx.2017-ci il tarixində B C kateqoriyalı sürücülük vəsiqəsi alması, aktiv olması, əmək müqaviləsinin olması, lakin xəstəlik vərəqəsinin olmaması, işləməsi (sosial işçi, ictimai işlər qüvvədədir xx.xx.2021), həmçinin diaqnozu şübhə doğurmasına görə bütün hallarda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 0234003AAQBV nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş **********8 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı xx.xx.2023-cü il tarixində ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Növbəti dəfə İddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ə- 25076/2023 nömrəli bildiriş məktubu ilə xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilərək əyani müayinədə iştirak etmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar dəyişdirilərək əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşın əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxsləri reabilitasiyası istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatın ünvanlanmış məktubu xx.xx.2024-cü il tarixində Agentliyə daxil olmuş və aidiyyəti üzrə cavablandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 292 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əliyev X4 RMXnın müvafiq göndərişləri əsasında xx.xx.2014-xx.xx.2014, xx.xx.2018-xx.xx.2019, xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021-ci il müddətlər arasında “Postravmatik psixotik vəziyyət, psixopatabənzər davranışlar, özünəqəsdetmə fikir və cəhdlərilə” diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olmuşdur.Müalicə aldığı müddətlərdə xəstənin adına tərtib edilən tibbi sənədlərin təsdiq edilmiş surətləri məktuba əlavə olunur. Xəstənin əlilliyinin təyini ilə bağlı tibbi sənədləri (anketi) xx.xx.2024-cü il tarixdə Biləsuvar RMX Həkim Məsləhət Komissiyası tərəfindən “Baş beyinin travmatik mənşəli üzvi xəstəliyi. Şəxsiyyət dəyişkənliyi. Kobud davranış pozuntuları, özünə qəsdetmə fikir və cəhdləri ilə” diaqnozu ilə protokoliaşdırılaraq Saiyan Rayonlararası Psixiatriya Xəstəxanası MMK-na təqdim edilmişdir. Təqdim edilən tibbi sənədlər (anket) əsasında xx.xx.2024-cü il tarixdə xəstənin əlilliyinin təyin edilməsi üçün eyni diaqnozla № H001S7143İUZ saylı elektron göndəriş (forma 83) rəsmiləşdirilib TSEK-nın elektron altsisteminə ötürülmüşdür. Göndərişə TSBK-tərəfindən “Şəxs, nəzarətdə olan şəxslərin siyahısında olduğundan göndəriş imtina edilir və əyani müayinəyə dəvət olunur” səbəbli imtina verilmişdir. Xəstənin digər tibbi sənədləri barədə Biləsuvar RMX,HMK-na müraciət etməyi tövsiyyə etmişdirlər. HMK-na əülliyin təyini ilə bağlı müraciət edən vətəndaşların tibbi sənədləri onların adına elektron göndərişlər (forma-88) yazıldıqdan sonra müvafiq Mərkəzi Rayon Xəstəxanalarına geri qaytarılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli T 77/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-4. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” PFİŞ müalicə müəssisəsi olmadığından dəqiq olaraq onun hal-hazırda hansı xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixli H00197143İUZ Forma 88 nömrəli göndərişində (sonuncu müayinəyə dair məlumatlarda) qeyd edilmiş “F07.8-Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Posttravmatik psixotik vəziyyət. Ağırlaşma: F91- Davranış pozğunluğu. Dayanıqlı uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə gedən generəlizə olunmuş psixopatabənzər kobud davranış pozuntusu. Özünə qəsdetmə fikir və cəhdləri” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmişdir. -Onun adına 2021-ci ildə rəsmiləşdirilmiş Forma 88 göndərişində qeyd edilmiş diaqnoza (əsas xəstəlik və ağırlaşması F07.8 və F91) uyğun verilmiş 2-ci qrup əlillikdəki diaqnoz 2024-cü ildə tərtib edilmiş yuxarıdakı diaqnozla eynilik təşkil etsə də, TSEK-in ekspertləri tərəfindən şəxs xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinə olunan zaman qeyri-adekvat davranış müşahidə olunmuş, həkim psixiatrın müayinəsinin nəticəsinə görə isterik xarakterilki davranış nümayiş etdirmiş, qışqırmış, əlini nəyə isə atmış, sanki vuracaq kimi, sonradan yerinə qoymuş, aktual özünə qəsd fikirləri söyləmişdir” kimi müəyyən edilmiş, anamnestik məlumatların, obyektiv müayinələrin nəticəsi olaraq, təqdim edilmiş sənədlərə əsasən, xx.xx.2024-cü il tarixli H00197143İUZ nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında TSEK tərəfindən qərara alınmışdır ki, əlilliyin təyininə asas verən ağırlaşmalar aşkar edilməmişdir. - Əlilliyin təyini ilə əlaqədar olan sualın həlli isə məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. 5. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28-ci maddəsinə görə aşağıdakılar İnzibati icraatın başlanılması üçün əsaslar hesab olunur: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra–Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2012-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərdə qiymətləndirmələr aparılaraq müvafiq əlillik teyin edilmiş, sonuncu dəfə isə xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş, ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmiş və iddiaçı 2023-cü ilin aprel ayınadək əlil statusunda olmuşdur. Sonrakı dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbisosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı xx.xx.2023-cü il tarixdə ləğv edilərək diaqnozun öz təsdiqini tapmaması barədə qərar verilmişdir. Lakin cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, natamam qərar qəbul edilmişdir. Halbuki qanunvericilikdə əlilliyə dair qiymətləndirmənin Əlillik altsistemində ləğv edilməsi üçün inzibati orqan tam formada qanunvericiliyə uyğun olaraq inzibati icraat aparmalı idi və vətəndaşın dinlənilmə hüququnu təmin etməli idi. Cavabdeh iddiaçının əlillik vəziyyətinin qiymətləndiriliməsinin əsasını təşkil edən göndərişin səhiyyə müəssisəsi tərəfindən ləğv və ya etibarsız hesab edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Həmçinin məhkəmə qeyd edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğv edilməsi imkanını tanımışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, normativ aktla əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir.Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Eləcə də, inzibati orqan tərəfindən araşdırma üçün əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması olduğu bildirilsə də, qeyd edilən halın səbəbləri əsaslandırıla bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Və beləliklə də, istinad edilən normativ aktların məcburi tələbləri təmin edilməmiş, inzibati icraat aparılmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Hər bir halda məhkəmə tərəfindən iddiaçı X1 qeyd edilən xəstəliklərin mövcudluğu barəsində də tam araşdırılma aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli T 77/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: - Onun adına 2021-ci ildə rəsmiləşdirilmiş Forma 88 göndərişində qeyd edilmiş diaqnoza (əsas xəstəlik və ağırlaşması F07.8 və F91) uyğun verilmiş 2-ci qrup əlillikdəki diaqnoz 2024-cü ildə tərtib edilmiş yuxarıdakı diaqnozla eynilik təşkil etdiyi müəyyən edilir. - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Eləcə də, iş materiallarına əlavə edilən stasionar xəstənin tibbi kartasından çıxarışlardan, epikrizlərdən, xəstəlik kağızlarından, psixiatriya xəstəxana arayışlarından, həkim müayinə sənədlərindən iddiaçıda diaqnozlarda göstərilən xəstəlik və ağırlaşmaların olduğu müəyyən edilir. Həmçinin cavabdeh etirazında qeyd etmişdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hərəkəti və qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0017 nömrəli qərarın ləğv olunması və ümumi xəstəlik səbəbindən ona təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdə elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar