Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1425/2025 01.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «gömrük orqanlarında xidmət etdiyi 17 il 2 ay 27 gün DGK-nın hesablayıb təsdiq etdiyi xidmət illərinin üstünə 4 il 6 ay əlavə növbətçilik iş stajının və bu xidmət illərinə 9 ay 11 gün verilməyən əlavə istirahət günlərinin də xidmət illərinə hesablanması, ümumilikdə (17 il 2 ay 27 gün DGK-də iş stajının 4 il 6 ay xidmət illəri 9 ay 11 gün verilməyən əlavə istirahət günləri) 22 il 9 ay gün xidmət illəri barədə məlumat vərəqəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərci barədə məlumatların təqdim olunması qaydaları»na əsasən müvafiq X2 daxil edilməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyevküçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gömrük orqanlarında xitmət etdiyim 17 il 2 ay 27 gün DGK -nın hesabladığı xidmət illəri, 4 il 9 ay xidmət illərində hesablanmayan növbətçilik illəri, 9 ay 11 gün verilməyən əlavə istirahət günləri cəmi 22 il 9 ay 8 gün xidmət illərim barədə məlumat vərəqəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təstiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarfna əsasən müvafiq X2 daxil edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ötürülməsi ohtəliyinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 - 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1425/25 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “gömrük orqanlarında xidmət etdiyi 17 il 2 ay 27 gün DGK-nın hesablayıb təsdiq etdiyi xidmət illərinin üstünə 4 il 6 ay əlavə növbətçilik iş stajının və bu xidmət illərinə 9 ay 11 gün verilməyən əlavə istirahət günlərinin də xidmət illərinə hesablanması, ümumilikdə (17 il 2 ay 27 gün DGK-də iş stajım 4 il 6 ay xidmət illəri 9 ay 11 gün verilməyən əlavə istirahət günləri) 22 il 9 ay gün xidmət illəri barədə məlumat vərəqəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərci barədə məlumatların təqdim olunması qaydaları»na əsasən müvafiq X2 daxil edilməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması kimi baxılması barədə qərardad qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2007- ci il 27 iyul tarixli 277Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120- ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq gömrük orqanlarından xaric edilməklə xidmətinə xitam verilib. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Gömrük Komitəsinə ərizə ilə müraciət edərək xidmət illərini hesablanmaqla əmək pensiyasına çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 100-180/180- 26/006458 saylı cavab məktubu ilə Gömrük orqnlarından xidmətinə xitam verilən zaman xidmət illəri 17 il 2 ay 27 gün təşkil edildiyi və pensiya hüququnun qazanılmadığı bildirilərək imtina verilmişdir. Onun xidmət illəri səhv hesablanmış, növbədə (gecə növbətçisi) olduğu vaxtlar və iş vaxtından əlavə işlədiyi vaxtlar saat hesabı xidmət illərinə əlavə edilməmişdir. Növbədə (gecə növbətçisi) olduğu vaxtlar saat hesabı 4 il 9 ay təşkil edir. İş vaxtından əlavə işlədiyi vaxtlar saat hesabı 9 ay 11 gün təşkil edir. Beləliklə, Növbədə (gecə növbətçisi) olduğu vaxt 4 il 9 ay və iş vaxtından əlavə işlədiyi vaxtlar saat hesabı 9 ay 11 gün xidmət illərinə əlavə edilsəydi, onda xidmət illəri cəmi 22 il 9 ay 8 gün təşkil edərdi və pensiya hüququ (20 ildən artıq) yaranmış olardı. O, 21 yanvar 1993-cü ildən xx.xx.2007-ci il tarixə qədər DGK -nın Astara Gömrükxanasının “Lənkəran” gömrük postunda inspektor vəzifəsində işləmişdir. O vaxt təzə yaranan DGK-nm indiki kimi növbətçi hissə xidməti, həmçinin mühafizə xidmətləri yaradılmamışdı. Bu xidmətləri postlarda və gömrükxanalarda qrafiklərlə inspektor heyyəti gömrükxana rəhbərinin təstiqlədiyi aylıq növbətçilik qrafikləri ilə növbəli şəkildə həyata keçirirdi. Bu növbətçilik fəaliyyəti Astara Gömrükxanasının rəisi tərəfindən təsdiqlənmiş növbətçilik qrafikində öz əksini tapmışdır. O,14 il 6 ay 6 gün xidmət illərində 5 gündən bir 1 dəfə 1 sutka (24 saat) “Lənkəran” gömrük postunda, 8 ildən çox isə ayda 1 dəfə Astara Gömrükxanasında səhərə kimi növbətçi qalmışdır. Bu faktlar həm növbətçilik qrafiklərində, həm də növbənin təhvil-təslim kitablarında qeydiyyata düşmüşdür. Bu faktları nəinki həmin vaxt “Lənkəran” gömrük postunda xidmət etmiş, eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sistemində xidmət etmiş yüzlərlə əmkdaş təsdiq edər. O, xidmət edərkən 15 saata yaxın gecə növbətçisi işləmiş, və əlavə iş saatına görə istirahət verilməmişdir. O, 14 il 6 ay 5 gündən 1 dəfə “Lənkəran” gömrük postunda və Astara Gömrükxanasında 8 ildən çox ayda 1 dəfə növbətçi qalmışdır. Bu aşağıda qeyd edilən kimi hesablanmalıdır: 14 il 6 ay =5292 iş günü xidmət ili; 14 il 40 gün =560 gün 14 ilin məzunuyyət illəri çıxılsın, 4732 məzunuyyətsiz iş günləri; 4732:5=946 gün növbətçi gecə “Lənkəran” gömrük postu; 8 il x 12 ay = 96 gün gecə növbətçil iyi Astara Gömrükxanası; 1042 gün cəmi gecə növbətçiliyi; 1042 gün x 15 saat növbətçilik = 15630 saat :9 saat = 1736 iş günü. 1736 iş günü = 4 il 6 ay iş stajı; 15630:54 həftəlik iş saatı= 289 iş günü; İstirahət verilməli idi =9 ay İİ gün iş stajı; 17 il 2 ay 27 gün DGK -nın hesabladığı xidmət illəri; 4 il 9 ay xidmət illərində hesablanmayan növbətçilik illəri; 9 ay 11 gün verilməyən əlavə istirahət günləri. Beləliklə, cəmi 22 il 9 ay 8 gün təşkil edir və pensiya hüququ (20 ildən artıq) yaranmış olur. O, bununla əlaqədar olaraq 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Gömrük Komitəsinə ərizə ilə müraciət edərək, cəmi 22 il 9 ay 8 gün xidmət illərinə hesablanmaqla pensiya təyin olunması üçün yeni məlumat vərəqəsini Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Gömrük Komitəsindən cavab məktubu aldı. Cavab məktubunda (inzibati aktda) onun tələbinə aidiyyatı olmayan cavab verilib. Belə ki, cavab məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarın 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər". O, işə bərpa olunması üçün müraciət etməmişdir. Görünür cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi onun ərizəni ümumiyyətlə heç oxumayıb, ya da başqa ərizə ilə səhv salıb. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdehin imtina məktubu əsassızdır, onun tələbinə aydiyyatı yoxdur. Cavabdeh tərəfindən ona münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra müddəaları pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsi gömrük orqanlarında xidmət edən zaman onu iş vaxtından artıq işlərə cəlb etmiş, gecə növbəsindən sonra yenidən işə cəlb etmiş, istirahət və məzunuyyət günlərini vaxtında verməmiş, iş vaxtından artıq işlədiyi saatların əmək haqqını ödəməmiş və həmin saatları, yuxarıda qeyd etdiyi kimi 4 il 9 ay xidmət illərində hesablanmayan növbətçilik illərini və 9 ay İİ gün verilməyən əlavə istirahət günlərini xidmət illərinə əlavə etməmiş nəticədə ona cəmi 17 il 2 ay 27 gün xidmət illəri hesablayaraq sosial təminat hüququ, pensiya hüququ pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə etiraz təqdim edilərək göstərilmişdir ki, İddiaçı iddia ərizəsində Komitənin xx.xx.2007-ci il tarixli 277Ş nömrəli əmri ilə gömrük orqanlarından xidmətinə xitam verildiyi qeyd etmişdir. xx.xx.2022ci il tarixdə Komitəyə ərizə ilə müraciət edərək xidmət illərinin yenidən hesablanmaqla əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Komitə xx.xx.2022-ci il tarixli cavab məktubu ilə gömrük orqanlarından xidmətinin 17 il 2 ay 27 gün təşkil edildiyini bildirməklə ona pensiya təyin edilməsindən imtina etmişdir. Komitə tərəfindən onun xidmət illəri səhv hesablanmışdır. Növbədə (gecə növbətçisi) olduğu 4 il 9 ay və iş vaxtından əlavə işlədiyi 9 ay 11 gün nəzərə alınmamışdır. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı iş üzrə cavabdeh olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı işin mübahisəsiz hallarından görünür ki, iddiaçının gömrük orqanlarında xidmətinə Komitənin xx.xx.2007-ci il tarixli 277Ş nömrəli əmri ilə gömrük orqanlarından xidmətimə xitam verilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı Komitənin xx.xx.2007-ci il tarixli əmri həmin əmrin qəbulundan təqribən 17 il sonra qeyd olunan əmri mübahisələndirmişdir. Bu səbəbdən də iddiaçının Komitəyə qarşı hazırki iddia tələbi mümkün sayılmamalıdır. Belə olan təqdirdə İddiaçı cavabdeh Komitəyə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki,iş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1971-ci il tarixdə doğulmuş Hüseynov X5 rayonu, Xarxatan kəndində qeydiyyatdadır. İş materiallarında olan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-33/2- H-001355/1-42/2024 saylı məktuba əsasən, onun gömrük orqanlarında xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2007-ci il 27 iyul tarixli 277Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq gömrük orqanlarından xaric edilməklə xitam verilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1000- 180/1xx-xx/006458 saylı məktuba əsasən, "Əmək pensiyaları haqqında” xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 9.5.3-cü maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12,6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Gömrük orqanlarında xidmət illəri 14 il, 06 ay, 06 gün, müddətli həqiqi hərbi xidmət illəri 02 il, 00 ay, 11 gün, uzun müddətli xidmətə daxil edilən mülki ali təhsil müəssisəsində təlim vaxtı 08 ay, 10 gün (cəmi xidmət illəri 17 il, 02 ay, 27 gün) təşkil edir. Yuxarıda göstərilən normativ hüquqi aktların tələbləri nəzərə alınaraq xahişi yerinə yetirmək imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 33/2-016701/2024 saylı məktuba əsasən, xx.xx.2024-cü il tarixli 2-1(120)-4258/2024 nömrəli sorğunuza aidiyyəti üzrə X4 İdarəsində baxılmışdır. Hüseynov X3 xx.xx.1993-cü il tarixli 229 nömrəli əmri ilə Astara gömrükxanasının “Lənkəran” gömrük postunun inspektoru vəzifəsinə təyin edilmiş və onun gömrük orqanlarında xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2007-ci il tarixli 227ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsanamə”nin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilərək xitam verilmişdir. İddiaçı gömrük orqanlarında xidmətə qəbul edilməsi və xidmətinə xitam verilməsi barədə əmrlərin təsdiq edilmiş surətləri təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı barəsində məlumat vərəqəsi tərtib edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, gömrük orqanlarında xidmətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 27 iyul 2007-ci il tarixli 277Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq gömrük orqanlarından xaric edilməklə xitam verilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci hissəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş müddətdə işçi fərdi əmək mübahisələrinin həlli məqsədilə məhkəməyə müraciət edə bilər. Gömrük orqanlarında xidmətinizə xitam verilən zaman gömrük orqanı vəzifəli şəxslərinin pensiya təminatı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd olunduğu kimi xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələbərə müvafiq həyata keçirilməlidir. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndinə uyğun olaraq xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı tələb olunurdu. Gömrük orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Qeyd edilən Qərarın 1-ci bəndinə uyğun olaraq “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmət müddəti, Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət müddəti pensiya təyin edilməsi üçün nəzərə alınan xidmət illərinə daxil edilir. Həmçinin həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçilən təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” ilə tənzimlənir. Qeyd edilən Qaydanın 2-ci hissəsinin 11-ci abzasına əsasən hər il verilən əsas, əlavə, ödənişsiz və sosial məzuniyyətlər, təhsil almaq və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyətləri və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər ödənişli məzuniyyət dövrləri gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin hesablanması zamanı nəzərə alınır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirilir ki, gömrük orqanlarında xidmət illəri 14 il 6 ay 6 gün, müddətli həqiqi hərbi xidmət illəri 2 il 11 gün, uzun müddət xidmətə daxil edilən mülki ali təhsil müəssisəsində təlim vaxtı 8 ay 10 gün olmaqla, xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün pensiya təminatına əsas olan xidmət stajı ümumilikdə 17 il 2 ay 27 gün təşkil edir. Həmin dövrdə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olmadığı üçün xidmət illərinə görə pensiya hüququ yaranmır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsin müəyyən yaş həddinə çatması, 25 təqvim ili və daha çox ümumi iş stajının olması və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirməsi kimi faktlarla şərtləndirilmişdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 27-ci maddəsinin birinci hissəsinə uyğun olaraq gömrük xidməti kapitanı xüsusi rütbəsində xidmət edən gömrük orqanının vəzifəli şəxsləri üçün xidmətdə olmanın son yaş həddi 50 yaş müəyyən edilmişdir. İddiaçının gömrük orqanlarında xidmətinə xitam verilən zaman (27 iyul 2007-ci il) gömrük xidməti kapitanı xüsusi rütbəsində olmuşdur və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamışdır. 2 il 11 gün həqiqi hərbi xidmətdə olduğu dövr, xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci ilədək gömrük orqanlarında işlədiyi dövr ümumilikdə 16 il 6 ay 11 gün təşkil edir və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin “b” bəndində nəzərdə tutulmuş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş xidmət stajına malik olsa da, ümumi iş stajı tələbinə uyğun deyil. Qeyd edilənlərə əsasən qanunvericilikdə müəyyən edilmiş hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təminatına əsas olan xidmət stajına malik olmadığı və hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərə uyğun olmadığı üçün pensiya hüququ yaranmır və məlumat vərəqinin müvafiq X2 daxil edilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsinin 1.3-cü bəndinə əsasən Akademiya Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün ali təhsilli kadrlar hazırlayır. Qeyd edilən Nizamnamənin 3.1.9-cu yarımbəndinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sistemində ehtiyat kadrların formalaşdırılması Akademiyanın əsas vəzifələrindən biridir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrində mövcud olan vakant inspektor vəzifələri üzrə xidmətə qəbul ilə əlaqədar 19 oktyabr 2024-cü il tarixində keçirilən müsabiqədə Akademiyanın məzunlarının iştirak etmək hüququ nəzərdə tutulmuşdur və oğlu X1 məzunu olmadığı üçün imtahanda iştirakı mümkün olmamışdır. Cari ilin dekabr ayında gömrük orqanlarına xidmətə qəbulla əlaqədar olaraq müsabiqə elanı veriləcəkdir. Oğlunun həmin müsabiqədə iştirak etməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-33/2-017850/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xüsusi rütbəli şəxs olmadığından qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun barəsində məlumat vərəqi doldurulmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdə inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, gömrük orqanlarında xidmət etdiyi 17 il 2 ay 27 gün DGK-nın hesablayıb təsdiq etdiyi xidmət illərinin üstünə 4 il 6 ay əlavə növbətçilik iş stajının və bu xidmət illərinə 9 ay 11 gün verilməyən əlavə istirahət günlərinin də xidmət illərinə hesablanması, ümumilikdə (17 il 2 ay 27 gün DGK-də iş stajının 4 il 6 ay xidmət illəri 9 ay 11 gün verilməyən əlavə istirahət günləri) 22 il 9 ay gün xidmət illəri barədə məlumat vərəqəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərci barədə məlumatların təqdim olunması qaydaları»na əsasən müvafiq X2 daxil edilməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edildikdən sonra iddiaçı məhkəməyə müvafiq tələblə müraciət etmişdir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə 5 aprel 2001-ci il tarixli, 74 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin.
2. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daha yüksək həddin müəyyən edildiyi hallar istisna olmaqla), digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilsin.
3. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilsin. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir.
9. Gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir.
80. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.
81. Xidmət şəraitindən asılı olaraq gömrük orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Belə vəzifəli şəxslərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
82. Müstəsna hallarda gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işə cəlb oluna bilərlər. Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.
83. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada boş vəzifəni müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.
93. Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.
96. Gömrük orqanlarının rəhbərləri xidmətdə fərqlənməyə, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə görə gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına əmək haqqı fondu daxilində 50 faiz həcmində əlavələr təyin edə bilərlər.
131. Gömrük orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilmiş mənbələrdən yaranan gömrük sisteminin büdcədənkənar inkişaf fondu və dövlət büdcəsi ilə nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin "Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular” barədə 5-ci maddəsinə əsasən:
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin "İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi” barədə 164-cü maddəsinin tələbinə görə:
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; - aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Göründüyü kimi, qanunverici iddiaçının iddia etdiyi yuxarıda sadalanan günlərdə işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilə biləcəyini istisna etmir. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları» Bənd 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular- Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 84-ci bəndinə əsasən, Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən məzuniyyətlər verilir: 1) hər il verilən əsas məzuniyyət; 2) əlavə məzuniyyətlər; 3) sosial məzuniyyətlər; 4) təhsil almaqla və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; 5) ödənişsiz məzuniyyət. Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.
85. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə illik əsas məzuniyyət verilir.
86. Xidmətin birinci ili üçün gömrük orqanlarının vəzifəli şəxslərinin əsas məzuniyyət hüququ onların xidmətə daxil olduqları andan etibarən 6 ay xidmətdən sonra əmələ gəlir. Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ilinin istənilən vaxtında, məzuniyyətlərin verilməsi növbəsinə müvafiq surətdə verilə bilər.
87. Gömrük orqanlarının vəzifəli şəxslərinin keçirilmiş məzuniyyətini növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə birləşdirmək olar.
88. Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan gömrük orqanının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma müvafiq əmrlə rəsmiləşdirilir. Belə halda məzuniyyətdən geri çağırılan vəzifəli şəxsə işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir.
89. Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda gömrük orqanlarında xidmət illərinə görə ödənişli əlavə məzuniyyət verilir: 1) 5 ildən 10 ilədək xidmət illərinə görə - 3 təqvim günü; 2) 10 ildən 15 ilədək xidmət illərinə görə - 5 təqvim günü; 3) 15 ildən 20 ilədək xidmət illərinə görə - 10 təqvim günü; 4) 20 il və daha çox xidmət illərinə görə - 15 təqvim günü.
90. Gömrük orqanının vəzifəli şəxsinin arzusu ilə əlavə məzuniyyət əsas məzuniyyətlə cəmlənərək birlikdə verilə bilər.
91. Gömrük orqanının vəzifəli şəxsi müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 85ci maddəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir.
92. Gömrük orqanlarının vəzifəli şəxslərinə sosial, yaradıcılıq və təhsil, habelə ödənişsiz məzuniyyətlərin verilmə qaydası və onların müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Qeyd olunanlara istinadən məhkəmə İddiaçı gömrük orqanlarında xidmət etdiyi 17 il 2 ay 27 gün DGK-nın hesablayıb təsdiq etdiyi xidmət illərinin üstünə 4 il 6 ay əlavə növbətçilik iş stajının və bu xidmət illərinə 9 ay 11 gün verilməyən əlavə istirahət günlərinin də xidmət illərinə hesablanması, ümumilikdə (17 il 2 ay 27 gün DGK-də iş stajının 4 il 6 ay xidmət illəri 9 ay 11 gün verilməyən əlavə istirahət günləri) 22 il 9 ay gün xidmət illəri barədə məlumat vərəqəsinin tərtib edilməsi barədə məsələ üzrə nəzərə çatdırır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövr cavabdeh orqan tərəfindən təqvim (hər bir il üzrə 365 gün) üzrə tam qaydada hesablanmış və 14 il 6 ay 6 gün təşkil etmişdir, bu dövrə 1993-2007-ci illər üzrə iddiaçının istirahət günləri, növbətçilik günləri və işlədiyi bütün dövrlərin cəmi hesablanmışdır. İddiaçının müddətli həqiqi hərbi xidmət illəri 2 il 11 gün, uzun müddət xidmətə daxil edilən mülki ali təhsil müəssisəsində təlim vaxtı 8 ay 10 gün olmaqla, xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün pensiya təminatına əsas olan xidmət stajı ümumilikdə 17 il 2 ay 27 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərci barədə məlumatların təqdim olunması qaydaları»na əsasən müvafiq X2 daxil edilməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini əsaslı hesab etmir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 12.1 -ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (maddə 89.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iş materiallarında olan həm cavabdeh, həm də iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən(təqdim edilmiş əmək kitabçası və əmrlərin surətinə əsasən) belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya qarşı gömrük orqanlarında xidmət etdiyi 17 il 2 ay 27 gün DGK-nın hesablayıb təsdiq etdiyi xidmət illərinin hesablanması ilə bağlı qanunsuz hərəkət və yaxud hərəkətsizliyə yol verilməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd olmadığından, bunun nəticəsində iddiaçıya münasibətdə hesablanmayan xidmət illəri istisna edildiyindən iddiaçının iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük orqanlarında xidmət etdiyi 17 il 2 ay 27 gün DGK-nın hesablayıb təsdiq etdiyi xidmət illərinin üstünə 4 il 6 ay əlavə növbətçilik iş stajının və bu xidmət illərinə 9 ay 11 gün verilməyən əlavə istirahət günlərinin də xidmət illərinə hesablanması, ümumilikdə (17 il 2 ay 27 gün DGK-də iş stajım 4 il 6 ay xidmət illəri 9 ay 11 gün verilməyən əlavə istirahət günləri) 22 il 9 ay gün xidmət illəri barədə məlumat vərəqəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərci barədə məlumatların təqdim olunması qaydaları»na əsasən müvafiq X2 daxil edilməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük orqanlarında xidmət etdiyi 17 il 2 ay 27 gün DGK-nın hesablayıb təsdiq etdiyi xidmət illərinin üstünə 4 il 6 ay əlavə növbətçilik iş stajının və bu xidmət illərinə 9 ay 11 gün verilməyən əlavə istirahət günlərinin də xidmət illərinə hesablanması, ümumilikdə (17 il 2 ay 27 gün DGK-də iş stajım 4 il 6 ay xidmət illəri 9 ay 11 gün verilməyən əlavə istirahət günləri) 22 il 9 ay gün xidmət illəri barədə məlumat vərəqəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərci barədə məlumatların təqdim olunması qaydaları»na əsasən müvafiq X2 daxil edilməklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova