Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1426/2021 20.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi X2 (Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 97-də qeydiyyatda olan) iştirakı ilə, iddiaçı "xxxx" X19 Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı X6 və X7 iddiaçının mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X19 Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X7 iddiaçının mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı "xxxx" X19 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" X19 Səhmdar Cəmiyyəti ilə hərrac təşkilatı arasında bağlanmış protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən X8 mülkiyyətindəki ipoteka predmeti olan Astara şəhəri, S.Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzili "xxxx" X19 Səhmdar Cəmiyyətinə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" X19 Səhmdar Cəmiyyətinin Astara şəhəri, S.Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzili üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Həmin əmlak Astara rayon icra şöbəsinin əməkdaşları tərəfindən boş şəkildə "xxxx" X19 Səhmdar Cəmiyyətinə təhvil verilmiş və hal-hazırda da həmin ünvanda heç kim yaşamır. Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.11.2017-ci il tarixli, 117 saylı məktubunda və AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarında X15 və X9 Astara şəhəri, S.Vurğun küçəsindəki 16 saylı evin 22 ünvanında qeydiyyatda olduqları müəyyən edildiyi üçün həmin şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Astara rayon Məhkəməsinin 2(018)-164/2018 nömrəli, 14.02.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" X19 Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək cavabdehlər X15 və X9, həmçinin onların ailə üzvlərinin və digər şəxslərin ünvan 2 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1428/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilməyərək Astara rayon Məhkəməsinin 2(018)-164/2018 nömrəli, 14.02.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, ******* saylı arayışından göründüyü kimi əmlakın əvvəlki mülkiyyətçisinin bəzi ailə üzvləri-11.07.2012-ci il təvəllüdlü X12 və 27.05.2008-ci il təvəllüdlü X13 həmin ünvanda pasport qeydiyyatındadırlar. Belə ki, mənzilin əvvəlki mülkiyyətçisi və onun həyat yoldaşı hazırda ünvan 3 ünvanında pasport qeydiyyatında olduqları halda onların övladları isə ünvan 2 saylı mənzilində pasport qeydiyyatındadırlar. Bu isə iddiaçının mülkiyyətçi kimi həmin əmlak üzərində bəzi hüquqlarını həyata keçirməsində maneə yaradır. Buna görə də Cavabdehnə müraciət edilərək 11.07.2012-ci il təvəllüdlü X12 və 27.05.2008-ci il təvəllüdlü X7 "xxxx" X19 Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 2 saylı mənzilinə olan qeydiyyatlarının ləğv edilməsini xahiş etmiş, Cavabdeh 24.06.2021-ci il tarixli, 135-11102-1221 saylı məktubunda şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələbinə uyğun həyata keçirildiyinə əsaslanaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu bildirilməklə müraciətlərindən imtina edilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27.02.2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Astara şəhəri, S.Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzil "xxxx" X19 Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Astara rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli, (018)- 2(018)-164/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" X19 Səhmdar Cəmiyyətinin cavabdehlər X10 və X11 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X8 və X9, həmçinin onların ailə üzvlərinin və digər şəxslərin Astara şəhəri, S.Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, X15 və X3 şəhəri, Heydər Əliyev prospekti, ev 35 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarına əlavə edilmiş Cavabdeh iddiaçıya ünvanladığı 24.06.2021-ci il tarixli, 135- 11102-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələbinə uyğun həyata keçirildiyinə əsaslanaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu bildirilmişdir. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı 17.08.2021-ci il tarixli, 111 nömrəli məktubundan görünür ki, X12 və X13 hazırda Astara şəhəri, S.Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzilində yaşamırlar, kirayədə qalırlar. X13 25.07.2008-ci il, X12 11.07.2012-ci il təvəllüdlüdürlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı 17.08.2021-ci il tarixli, **********31 nömrəli məktubuna "xxxx" X19 Səhmdar Cəmiyyətinin adına tam mülkiyyət hüququ üzrə 27.02.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışın və həmin hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş ilkin sənədlərin təsdiqlənmiş surətini əlavə etmişdir. X6 və X1 ünvanda yerləşən mənzilə dair hər-hansı bir məlumat aşkarlanmamışdır. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 17.08.2021-ci il tarixli, 135-14675-1221 nömrəli məktubundan görünür ki, 11.07.2012-ci il təvəllüdlü X12 25.10.2016-cı il tarixdən və 27.05.2008-ci il təvəllüdlü X13 27.10.2016-cı il tarixdən Astara şəhəri, Səməd Vurğun küçəsi ev 16, mənzil 22-yə valideynlərinin qeydiyyatı əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Astara şəhəri, S.Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzil "xxxx" X19 Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. İddiaçı "xxxx" X19 Səhmdar Cəmiyyəti Astara şəhəri, S.Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzildə qeydiyyatda olan üçüncü şəxslər X6 və X7 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar "xxxx" X19 Səhmdar Cəmiyyətinə cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, üçüncü şəxslərin 14 yaşı tamam olmadığından, habelə onların özləri və valideynlərindən heç biri iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzilində yaşamadıqlarından, mövcud qanunvericiliyə görə üçüncü şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddiaçı üçüncü şəxslərin mülkiyyətində olan mənzilindən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X6 və X7 iddiaçının mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X6 və X7 iddiaçının mülkiyyətində olan Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 16 saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1426/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1426/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver