Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1426/2024 30.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqına 3-cü qrup əlilliklə bağlı əlavənin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı “əmək haqqına 3-cü qrup əlilliklə bağlı əlavənin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşayır. xx.xx.2013-cü il tarixindən xx.xx.2002-ci Lənkəran rayon Təhsil şöbəsində “aparıcı məsləhətçi” vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixindən hazırki vaxtadək Cavabdeh Lənkəran rayonu üzrə təhsil sektorunda “aparıcı məsləhətçi” vəzifəsində çalışır və hazırda aylıq əmək haqqı 1203,5 manat təşkil edir. İİİ qrup əlil olduğundan xx.xx.2021-ci il tarixindən əmək haqqına 15 % əlavə hesablanmış və 1 ildən artıq müddətdə əmək haqqını həmin əlavə ilə birlikdə almışdır. Lakin Cavabdeh 2023-cü ilin yanvar ayından etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli 185 nömrəli qərarın 5.4-cü bəndinə uyğun olaraq əmək haqqına 15% əlavənin verilməsini dayandırmışdır. Əsassız və qanunsuz olaraq əmək haqqına əlavənin verilməsi dayandırıldığı üçün Cavabdehnə əvvəlcə şifahi, sonra isə yazılı qaydada müraciət etmişdir. Yazılı müraciətinə cavab olaraq Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda göstərilir: “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı qərarı ilə “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Qaydalar təsdiq edilmişdir. Qaydaların 5.4-cü bəndinə əsasən, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi aidiyyəti müəssisə və təşkilatlara tapşırılmışdır. Cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmamış və bu səbəbdən də qrup əlilliyinə görə əmək haqqınına əlavə tətbiq olunmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq bildirir ki, qrup əlilliyi səbəbindən əmək haqqına əlavələrin olunmasına, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmasına münasibət bildirilməsindən ötrü tərəflərindən Nazirliyə rəsmi müraciət olunmuşdur. Müraciətlə əlaqədar olaraq müvafiq cavab gəldikdən sonra ona əlavə məlumat veriləcəkdir”. Göründüyü kimi, tərəfindən Cavabdehnə ünvanlanmış müraciət əsassız olaraq təmin edilməmişdir. Məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı qərarında İİİ qrup əlillər üçün əmək haqqına 10-15 % miqdarında əlavələrin olması göstərilsə də, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmadığı üçün əmək haqqına əlavənin tətbiq olunmadığı bildirilmişdir. Bununla əlaqədar olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı qərarı normativ hüquqi aktdır və tələbləri bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmaması ilə bağlı texniki problemlərin aradan qaldırılması, həmin qurumun vəzifəsidir. Yox əgər belə bir texniki problem yoxdursa, cədvəlin tam olduğu bildirilirsə, belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı qərarı üstün hüquqi qüvvəyə malik olduğu üçün və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəli normativ sənəd olmadığı üçün qərarda göstərilən qaydalar tətbiq edilməlidir. Bundan başqa, məktubda Elm və Təhsil Nazirliyi tərəfindən, təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmasına münasibət bildirilməsindən ötrü tərəfimizdən Nazirliyə rəsmi müraciət olunduğu qeyd edilsə də, hazırki vaxtadək bununla əlaqədar qanunamüvafiq tədbirlər görülməmiş və əmək haqqına əlavənin hesablanmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli 185 nömrəli qərarın 5.4cü bəndinə uyğun olaraq əmək haqqıma 15 % əlavənin verilməsinin dayandırılmasını əsassız hesab edir. Belə ki, gözündə anadangəlmə mirvari suyu (katarakta) xəstəliyi ilə əlaqədar ona 2020-ci ildə müddətsiz İİİ qrup əlillik təyin olunmuşdur. Təqdim etdiyi ərizəyə əsasən məsələ keçmiş Lənkəran şəhər Təhsil şöbəsinin həmkarlar komitəsində müzakirə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli, 185 nömrəli qərarın 5.4 maddəsinə uyğun olaraq əmək haqqına 15 % əlavənin şamil olunması barədə qərar qəbul olunmuşdur. Lənkəran Şəhər Təhsil Şöbəsinin müvafiq əmri ilə xx.xx.2021-ci il tarixdən qərar mühasibatlıq tərəfindən icra olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndində istisna halları nəzərdə tutulmamışdır. Yəni bu maddə işləyən bu kateqoriyadan olan işçilərə şamil olunmalıdır. Cavabdeh ilə ATİAHİ Lənkəran- Astara Regional Təhsil İdarəsinin həmkarlar ittifaqı komitəsi arasında bağlanılmış kollektiv müqavilənin 3.1.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarına və kollektivin razılığına əsasən müəssisədə çalışan İİİ qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 % İ və İİ qrup əlillərin əmək haqqının isə 20-25 % artırılmasını ərizə ilə müraciət etdiyi tarixdən təmin etməyi Həmkarlar ittifaqı komitəsi öz üzərinə öhdəlik kimi götürmüşdür. Azərbaycan Təhsil işçiləri X7 Respublika Komitəsi xx.xx.2023-cü il tarixli məktubla yazdığı ərizəyə cavab olaraq göstərilir: “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında bağlanmış Kollektiv Sazişin 3.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarına uyğun olaraq müəssisədə çalışan İİİ qrup əlillərin əmək haqqına 15 % əlavə əmək haqqı işçinin ərizə ilə müraciət etdiyi tarixdən verilir. Həmin maddə təhsil müəssisələrində işləyən bütün işçilərə şamil edilir”. Qeyd olunanlara əsasən hesab edir ki, İİİ qrup əlil olaraq əmək haqqına 15 % əlavənin hesablanmasının dayandırılması əsassız və qanunsuzdur. Odur ki, əmək haqqına 3-cü qrup əlilliklə bağlı əlavənin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərarını rəhbər tutsa da həmən qərarın əhatə dairəsini iddia predmetinin mahiyətinə aid olmadığı halda maddələrini sadalamaqla heç bir tutarlı əsas və sübut əlavə etmədən iddia tələbi irəli sürərək iddia ərizəsini tərtib etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. “İşəgötürənin AR Əmək Məcəlləsinin 11-ci maddəsində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin: - bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tuıulan qaydada müvafiq məsuliyyət daşıyır. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Real vəziyyətə görə İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ’’Azərbaycan Respublikasında əlilliyi əlan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərarı ilə əsaslandırmağa calışsa da, həmin Qərarın tələblərinə düzgün istinad etməmişdir. Qərarın 5.4-cü bəndinin 3-cü hissəsində “əmək kollektivinin razılığı ilə kollektivdə işləyən orqanizminin funksiyalarının 31-60 taızı pozulmasına görə əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz artırılmasının təmin edilməsi” vəzifəsi qoyulur. Lakin İddiaçı kollektivin razılığı sənədi olmadan əsassız oiaraq əmək haqqına əlavə tələb edir, (iş materiallarında belə bir sənəd mövcud deyil). Məsələ ilə əlaqədar İddiaçı tərəfindən təqdim edilmiş, Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinə etdiyi müraciətin xx.xx.2023-ci il tarixli 238 nömrəli cavab məktubunda bildirilir ki, Azərbaycan Təhsil işçiləri X8 Respublika Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında bağlanmış Kollektiv Sazişin 3.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ’’Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərarı uyğun olaraq müəssisədə çalışan İİİ qrup əlillərin əmək haqqına 15 faiz əlavə əmək haqqı işçinin ərizə ilə müraciət etdiyi tarixdə verilir. Həmin maddə təhsil müəssisələrində işləyən bütün işçilərə şamil edilir. “Təhsil Haqqında” 19 iyun 2009-cu il tarixli № 833-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 1.0.47. maddəsinə əsasən “təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur”, həmən məcəllənin 14.5. maddəsinə əsasən Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, snğlnmlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri) ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər);" məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaqgəncləı idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.) “Təhsil haqqında Qanun”dan görünür ki, Lənkəran - Astara Regional Təhsil idarəsi təhsil müəssisəsi deyil Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində idarəetmə funksiyalarını həyata keçirən qurumudur. Odur ki, həmin idarədə çalışan dövlət qulluğçularına" Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994cü il tarixli 185 nömrəli Qərarının tələbləri şamil edilmir. Qeyd edir ki, İddiaçı eyni zamanda əvəzçilik üzrə Cavabdeh tabeliyində olan Lənkəran rayon üzrə təhsil sektorunu Lənkəran rayonu M.X4 X12 məktəbində (məktəb təhsil müəssisəsi kateqoriyasına aiddir) xarici (rus) dili fənini tədris edir. Tədris etdiyi dərs saatlarına görə aldığı əmək haqqına Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərarı ilə verilmiş hüquqlar barəsində tətbiq edilərək əmək haqqına əlavə 15 faiz civarında Cavabdeh mühasibatlığı tərəfindən ödənilir. Cavabdeh aparatı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tərtib və təsdiq edilmiş ştat çədvəlinə uyğun olaraq icmal xərclər smetasinda qrup əlilliyi ilə əlaqədar əlavələr(pul vəsaiti) nəzərdə tutulmamışdır. Bu səbəbdən də qrup əlilliyinə görə əmək haqqına əlavələrin (pul vəsaitinin) verilməməsi İddiaçı nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35.4-cü maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən “İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın münkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 cü bəndinin tələblərinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cavabdehin imtinasının olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyi yoxlanılmalıdır. Bütün bunlara baxmayaraq İddiaçı iddia tələbini tənzimləyən normativ hüquqi normaların tələblərini nəzərə almayaraq heç bir hüquqi əsası olmayan, qanunazidd ittihamlar irəli sürərək əlavə "əmək haqqına İİİ qrup əlilliklə bağlı əlavənin hesablanması”nı iddia edir. İddiaçı Mais Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə riayət etmədən prosesual normaları da pozmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilənlərə istinad edərək, İddiaçı Cavabdehnə qarşı "əmək haqqına İİİ qrup əlilliklə bağlı əlavənin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması “ tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddiadır. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Sosial arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı qərarı ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Qaydalar təsdiq edilmişdir. Qaydaların 5.4cü bəndinə əsasən, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10- 15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi aidiyyəti müəssisə və təşkilatlara tapşırılmışdır. Əlavə olaraq bildirir ki, Cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmamış və bu səbəbdən də qrup əlilliyinə görə əmək haqqınıza əlavə tətbiq olunmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq bildirir ki, qrup əlilliyi səbəbindən əmək haqqınıza əlavələrin olunmasına, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmasına münasibət bildirilməsindən ötrü tərəfimizdən Nazirliyə rəsmi müraciət olunmuşdur. Müraciətlə əlaqədar olaraq müvafiq cavab gəldikdən sonra sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh xx.xx.2023-cü il tarixli, 370 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2013-cü ildən tarixdən xx.xx.2022-ci tarixədək Lənkəran rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyib. xx.xx.2022-ci il tarixdən hal hazıra kimi Cavabdeh Lənkəran rayonu üzrə təhsil sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir və onun hazırda aylıq əmək haqqı 1203.50 (bir min iki yüz üç manat 50 qəpik) təşkil edir. Lənkəran Şəhər Təhsil şöbəsinin xx.xx.2021-ci il tarixli, 37 nömrəli İddiaçı aylıq əmək haqqının artırılması barədə əmrindən görünür ki, İddiaçı gözünün xəstəliyi ilə bağlı üçüncü dərəcəli əlillik müəyyən edildiyi üçün Lənkəran Şəhər Təhsil şöbəsinin müdiriyyəti ilə Lənkəran şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış kollektiv müqavilənin 3.1.13 bəndinə uyğun olaraq aparıcı məsləhətçi İddiaçı aylıq əmək haqqı xx.xx.2021-ci il tarixdən hesablanmaqla 15 faiz artırılmışdır. Lənkəran Şəhər Təhsil şöbəsinin həmkarlar təşkilatının Məclis iclasının xx.xx.2021-ci il tarixli, 03 saylı protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-ci il tarixli 185 nömrəli qərarına və kollektivin sazişə əsasən müəssisədə çalışan əlillərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 15% artırılmasını İddiaçı şamil edilmişdir. Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 238 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında bağlanmış Kollektiv Sazişin 3.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli qərarına uyğun olaraq müəssisədə çalışan 111 qrup əlillərin əmək haqqına 15% əlavə əmək haqqı işçinin ərizə ilə müraciət etdiyi tarixdən verilir. Həmin maddə təhsil müəssisələrində işləyən bütün işçilərə şamil edilir. Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyi M.X4 X12 Məktəbinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı, həqiqətən M.X4 X12 məktəbində müddətli əmək müqaviləsinə əsasən, 15 sentyabr 2023-cü il tarixindən "Rus dili" fənnini tədris edir. İddiaçı verdiyi ərizəsinə əsasən 24 noyabr 2023-cü il tarixli 120 saylı əmrini nəzərə alaraq 15 sentyabr 2023-cü il tarixindən əmək haqqının 15% -i qədər əlillik müavinəti ödənilir. Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Lənkəran rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi İddiaçı və Lerik rayonu üzrə təhsil sektorunun müdiri X3 İİİ, Lerik rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi X6 isə İİ qrup əlildirlər və onlar halhazırda idarənin aparatında ştat cədvəli üzrə müəyyən olunmuş müvafiq vəzifələrdə müddətsiz müqavilə ilə çalışırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı qərarı ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkaniarı məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Qaydalar təsdiq edilmişdir. Qaydaların 5.4-ci bəndində qeyd olunur ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi aidiyyəti müəssisə və təşkilatlara həvalə edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iqtisadi təsnifatın 211100. “Ştatda olan işçilərin əməkhaqqı” paraqrafına ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavələr, məzuniyyətə görə kompensasiya (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya daxil olmaqla) və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) pul təminatı ilə bağlı xərclər daxildir. Qeyd olunan maddə üzrə xərclər bu məqsəd üçün ştat cədvəlində nəzərdə tutulmuş vəsaitlərə uyğun olaraq müvafiq məbləğdə icra olunmalıdır. Əlavə olaraq bildirir ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmamış və bu səbəbdən də yuxarıda adları qeyd olunan işçilərə qrup əlilliyinə görə əmək haqqına əlavə tətbiq olunmamışdır. “İnzibati orqanların Təsnifaf’ı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarının 9.2.2 sıra bəndinə əsasən “Regional təhsil idarələri” inzibati orqan qrupuna aiddir. Məsələ ilə əlaqədar İddiaçı tərəfindən təqdim edilmiş, Azərbaycan Təhsil işçiləri X7 Respublika Komitəsinə etdiyi müraciətin xx.xx.2023-cü il tarixli 238 nömrəli cavab məktubunda bildirilir ki, Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında bağlanmış Kollektiv Sazişin 3.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ’’Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərara uyğun olaraq müəssisədə çalışan İİİ qrup əlillərin əmək haqqına 15 faiz əlavə əmək haqqı işçinin ərizə (təsdiqedici sənədlərlə birlikdə) ilə müraciət etdiyi tarixdən verilir. Həmin maddə təhsil müəssisələrində işləyən bütün işçilərə şamil edilir. xx.xx.2023-cü ilədək əmək haqqı Lənkəran - Astara Regional Təhsil idarəsinin tabeliyində olan rayon təhsil sektorlarının mütəxəssislərinə (məsləhətçilərinə və digərlərinə) yerli xərclərdə nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilmişdir. xx.xx.2023-cü ildən başlayaraq əmək haqqı üzrə ödəmələr Cavabdeh tərəfindən mərkəzləşdirilmiş xərclər hesabına həyata keçirilmişdir. Qeyd edilən tarixdən Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq və təsdiq olunmuş idarənin ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmamış və bu səbəbdən də yuxarıda adları qeyd olunan işçilərə qrup əlilliyinə görə əmək haqlarına əlavə tətbiq olunmamışdır. Maliyyə-İqtisadiyyat sektorunun baş məsləhətçisi Ş.Y.Ağayevin arayışında qeyd edilmişdir ki, Cavabdeh Lənkəran rayon Təhsil sektorunun aparıcı məsləhətçisi İddiaçı və Lerik rayon Təhsil sektorunun müdiri X3 üçüncü, Lerik rayon Təhsil sektorunun aparıcı məsləhətçisi X6 isə ikinci qrup əlildirlər və onlar hal hazırda idarənin aparatında ştat cədvəli üzrə müəyyən olunınuş müvafiq vəzifələrdə müddətsiz müqavilə ilə çalışırlar. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cı il tarixli 185 saylı qərarı ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Qaydalar təsdiq edilmişdir. Qaydaların 5.4-ci bəndində qeyd olunur ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi aidiyyəti müəssisə və təşkilatlara həvalə edilmişdir. Nəzərə çatdırır ki,qanunvericiliyin tələblərinə uyğun olaraq iqtisadi təsnifatın 211100. “Ştatda olan işçilərin əməkhaqqı” paraqrafına ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavələr, məzuniyyətə görə kompensasiya (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya daxil olmaqla) və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) pul təminatı ilə bağlı xərclər daxildir. Qeyd olunan maddə üzrə xərclər bu məqsəd üçün ştat cədvəlində nəzərdə tutulmuş vəsaitlərə uyğun olaraq müvafiq məbləğdə icra olunmalıdır. Əlavə olaraq bildirir ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmamış və bu səbəbdən də yuxarıda adları qeyd olunan işçilərə qrup əlilliyinə görə əmək haqqına əlavə tətbiq olunmamışdır. Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Lənkəran rayon Təhsil sektorunun aparıcı məsləhətçisi İddiaçı və Lerik rayon Təhsil sektorunun müdiri X3 üçüncü, Lerik rayon Təhsil sektorunun aparıcı məsləhətçisi X6 isə ikinci qrup əlildirlər və onlar hal-hazırda idarənin aparatında ştat cədvəli üzrə müəyyən olunmuş müvafiq vəzifələrdə müddətsiz müqavilə ilə çalışırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 saylı qərarı ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında’’ Qaydalar təsdiq edilmişdir. Qaydaların 5.4-ci bəndində qeyd olunur ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi aidiyyəti müəssisə və təşkilatlara həvalə edilmişdir. Nəzərə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iqtisadi təsnifatın 211100. “Ştatda olan işçilərin əməkhaqqı” paraqrafına ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavələr, məzuniyyətə görə kompensasiya (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya daxil olmaqla) və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) pul təminatı ilə bağlı xərclər daxildir. Qeyd olunan maddə üzrə xərclər bu məqsəd üçün ştat cədvəlində nəzərdə tutulmuş vəsaitlərə uyğun olaraq müvafiq məbləğdə icra olunmalıdır. Əlavə olaraq bildirir ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ştat cədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmamış və bu səbəbdən də yuxarıda adları qeyd olunan işçilərə qrup əlilliyinə görə əmək haqqına əlavə tətbiq olunmamışdır. “İnzibati orqanların Təsnifat”ı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarının 9.2.2 sıra bəndinə əsasən “Regional təhsil idarələri” inzibati orqan qrupuna aiddir. Məsələ ilə əlaqədar İddiaçı tərəfindən təqdim edilmiş, Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsinə etdiyi müraciətin xx.xx.2023-cü il tarixli 238 nömrəli cavab məktubunda bildirilir ki, Azərbaycan Təhsil İşçiləri X8 Respublika Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında bağlanmış kollektiv sazişin 3.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ’’Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında”' xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərara uyğun olaraq müəssisədə çalışan İİİ qrup əlillərin əmək haqqına 15 faiz əlavə əmək haqqı işçinin ərizə (təsdiqedici sənədlərlə birlikdə) ilə müraciət etdiyi tarixdən verilir. Həmin maddə təhsil müəssisələrində işləyən bütün işçilərə şamil edilir. xx.xx.2023-cü ilədək əmək haqqı Lənkəran - Astara Regional Təhsil İdarəsinin tabeliyində olan rayon təhsil sektorlarının mütəxəssislərinə (məsləhətçilərinə və digərlərinə) yerli xərclərdə nəzərdə vəsaitlər hesabına ödənilmişdir. 01.01. 2023-cü idən başlayaraq əmək haqqı üzrə ödəmələr Cavabdeh tərəfindən mərkəzləşdirilmiş xərclər hesabına həyata keçirilmişdir. Qeyd edilən tarixdən Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq və təsdiq olunmuş idarənin ştat çədvəlində qrup əlilliyi ilə əlaqədar əlavələr nəzərdə tutulmamış və bu səbəbdəndə yuxarıda adları qeyd olunan işçilərə qrup əlilliyinə görə əmək haqqlarına əlavə tətbiq olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası 19 iyun 2009-cu il tarixli “Təhsil Haqqında” Qanununun 1.0.47-ci maddəsinin məzmunundan müəyyən olunur ki, təhsil müəssisəsi- müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən, Təhsil müəssisələrinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); 14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.); 14.5.4. peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri); 14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər); 14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.); 14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.); 14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.). “Təhsil haqqında” Qanunun müvafiq normalarından müəyyən olunur ki, Lənkəran- Astara Regional Təhsil idarəsi təhsil müəssisəsi hesab edilmir. Və həmin idarə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində idarəetmə funksiyalarını həyata keçirən qurumudur. Odur ki, həmin idarədə çalışan dövlət qulluğçularına Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərarının tələbləri şamil edilməməlidir. “İnzibati orqanların Təsnifaf’ı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarının 9.2.2 sıra bəndinə əsasən, “Regional təhsil idarələri” inzibati orqan qrupuna aid hesab edilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən, Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərarının 2-ci bəndinə əsasən müəyyən edilir ki, Əlilliyi olan şəxslərin sosial müdafiəsinin təşkili işində onların işə düzəldilməsi və əməyindən istifadə üçün müvafiq şərait yaradılması əsas istiqamətlərdən biri olmalıdır. Həmin Qərarın 5.4-ci bəndində qeyd olunur ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi aidiyyəti müəssisə və təşkilatlara həvalə edilmişdir. Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 238 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında bağlanmış Kollektiv Sazişin 3.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli qərarına uyğun olaraq müəssisədə çalışan 111 qrup əlillərin əmək haqqına 15% əlavə əmək haqqı işçinin ərizə ilə müraciət etdiyi tarixdən verilir. Həmin maddə təhsil müəssisələrində işləyən bütün işçilərə şamil edilir. Həmçinin iş materiallarından müəyyən olunur ki, İddiaçı, həqiqətən M.X4 X12 məktəbində müddətli əmək müqaviləsinə əsasən, 15 sentyabr 2023-cü il tarixindən "Rus dili" fənnini tədris edir və İddiaçı verdiyi ərizəsinə əsasən 24 noyabr 2023-cü il tarixli 120 saylı əmrini nəzərə alaraq 15 sentyabr 2023-cü il tarixindən əmək haqqının 15% -i qədər əlillik müavinəti ödənilir. Məhkəmə qeyd edir ki, Qanunvericiliyin tələblərinə uyğun olaraq iqtisadi təsnifatın 211100. “Ştatda olan işçilərin əməkhaqqı” paraqrafına ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavələr, məzuniyyətə görə kompensasiya (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya daxil olmaqla) və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) pul təminatı ilə bağlı xərclər daxildir. İş materiallarında olan ştat cədvəlindən müəyyən edilir ki, Cavabdeh aparatı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tərtib və təsdiq edilmiş ştat çədvəlinə uyğun olaraq icmal xərclər smetasinda qrup əlilliyi ilə əlaqədar əlavələr(pul vəsaiti) nəzərdə tutulmamışdır.Və bu səbəbdən də iddiaçıya və müəssisədə çalışan digər əlillərə də münasibətdə əlillik dərəcəsinə görə əlavə hesablanaraq ödənilməmişdir. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, İddiaçı dövlətin müəyyən etdiyi əlliliyi olan şəxslərin təminatı üçün əmək haqqına 3-cü qrup əlilliklə bağlı əlavə Mamusta X12 məktəbində fəaliyyəti ilə bağlı Cavabdeh tərəfindən hesablanaraq ödənilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmək haqqına 3-cü qrup əlilliklə bağlı əlavənin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1426/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1426/2024
30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver