Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1426/2025 02.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı rayonu Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə ona ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı şəhəri, Qarabağ küçəsində yerləşən (hazırda Yusif Məmmədəliyev küçəsi) 0,04 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması ilə bağlı həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Masallı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Masallı rayonu Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə ona ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan–ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə, ev tikmək üçün həyətyanı torpaq sahəsi olmadığından, ərizə ilə Masallı bələdiyyəsinə müraciət edərək, ona 0,04 ha həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmişdir. Ərizəsi təmin edilərək, Masallı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli protokoluna əsasən, Masallı şəhərinin Qarabağ küçəsində (indiki Yusif Məmmədəliye küçəsi) yerləşən boş qalmış, Masallı Bələdiyyəsinin balansında olan və istifadə edilməyən, həyətyanı torpaq fonduna aid hissəsindən 0.04 ha torpaq sahəsinin ayrılıb, ev tikmək üçün mənə satılması qərara alınmışdır. Protokola əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 saylı qərarına uyğun olaraq satılacaq torpağın normativ qiyməti barədə xüsusi nümunədə arayışın və torpaq sahəsinin Kadastr Planına aid sənədin hazırlanıb verilməsi Respublika Dövlət və Xəritəçəkmə Komitəsindən xahiş edilmiş, Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsindən, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəvi formada göstərilən qaydada “Torpaqların alqı-satqısına dair” üç nüsxədən ibarət Aktın tərtib edilməsi və qeydiyyata alınması xahiş edilmiş, Azərbaycan Respublikası Nazirlər Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış sənədinin verilməsinin təmin edilməsi xahiş edilmişdir. Masallı rayon Torpaq şöbəsi tərəfindən təsdiq edilmş, xx.xx.2007-ci il tarixli “Seçim aktı”na əsasən (Masallı RİHB-aparatı Memarlıq və Tikinti şəbəsinin müdiri C.Məmmədovun, Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin baş mütəxəssisi E.Məmmədovun, Masallı bələdiyyəsinin sədri Ş.Abbasovun, Masallı RİHB-nın Masallı şəhəri ərazi nümayəndəsi R.Tağıyevin, X7 direktoru A.İsmayılovun, X8 Xidmətini rəisi Y.Məcidovun, X2 rəisi N.Bağırovun və mənim iştirakımla tərtib edilmişdir) mənə satılacaq torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin hüdudları və sərhədləri müəyyən edilmişdir. Masallı rayon İcra Hakimiyyəti başçısının aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən həmin tporpaq sahəsinin ona satılması ilə əlaqədar xx.xx.2007-ci il tarixli, 248 nömrəli rəy verilmişdir. Masallı rayon Torpaq şöbəsinin xx.xx.2007-ci il tarixdə, 203 nömrəli rəyinə əsasən sözügedən torpaq sahəsinin mənə satılmasına razılıq verilmişdir. xx.xx.2007-ci il tarixdə tərəfindən Masallı rayon Bələdiyyəsinin 30343308 nömrəli hesabına “88 (səksən səkkiz)” manat pul köçürülmüşdür. Həmin torpaq sahəsinin ona satılması barədə isə xx.xx.2007-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” müvafiq akt tərtib edilmiş və həmin akt Masallı rayon Torpaq şöbəsi tərəfindən xx.xx.2007-ci il 203 nömrə ilə qeydə alınmışdır. Həmin vaxtdan qanuni əsaslarla satılmış həmin torpaq sahəsindən istifadə edir. Ona verilmiş 0.04 ha torpaq sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün müvafiq sənədləri toplayıb, Masallı rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 120 nömrəli razılıq məktubunu əlavə edərək (məktubda Masallı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli protokolunun (qərarının) qüvvədə olması təsdiqlənir), müvafiq ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, qanuni əsaslarla ona satılmış 0.04 ha torpaq sahəsinin adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən, Masallı bələdiyyəsinin protokolunun xx.xx.2007-ci il tarixli, 04 saylı olmasına baxmayaraq, Masallı rayon Torpaq şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş və xx.xx.2007-ci il tarixdə 203 nömrə ilə qeydə alınmış alqı-satqı aktında Masallı bələdiyyəsinin protokolunun tarixinin xx.xx.2007-ci il kimi göstərilməsi, həmçinin təqdim edilmiş “torpaq sahəsinin baş planından” (X3 Yerquruluşu Planı adlanır) çıxarışın kserosurət olması əsas götürülərək, təqdim etdiyi sənədlər geri qaytarılaraq, ərizəsinin təmin edilməsindən imtina edilmşdir. Masallı rayon Torpaq şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş və xx.xx.2007-ci il tarixidə, 203 nömrəli qeydə alınmış alqı-satqı aktında yol verilmiş texniki səhv, həmçinin sənədlərə əlavə edilmiş X3 Yerquruluşu Planından çıxarışın kserosurət olması ərizəsinin təmin olunmaması üçün əsas ola bilməz. Qeyd etdiyi səbəbdən pozulmuş hüquqlarının bərpası və qanuni əsaslarla mənə satılımış 0.04 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması ilə bağlı həmin torpaq sahəsinə daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin bir vəzifə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, etibarnamə əsasında X1 Bəxtiyar Məmmədağa oğlunun adından çıxış edərək 20 may 2024-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə 8 saylı Cəlilabad Ərazi İdarəsinə Masallı şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış və plan-ölçü sənədi əldə etmək üçün müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı məlum oldu ki, təqdim edilmiş torpaq sahəsinin baş plandan çıxarışı ksero surətdir. Əlavə olaraq bildiririk ki, torpaq sahəsi Masallı şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 4 saylı qərarı ilə ayrılmış, lakin təqdim edilmiş torpaqların alqı-satqısına dair aktında xx.xx.2007-ci il tarixli 04 saylı qərar qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələblərinə və təqdim olunan sənədlərdə aşkar olunan uyğunsuzluqlara əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin torpaq sahəsinə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən imtina edilmişdir. Qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Masallı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Masallı rayonu ərazisində yerləşdiyindən və Masallı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Masallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarından görünür ki, Masallı bələdiyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən 0,04 ha olan torpaq sahəsindən ev tikmək məqsədilə Masallı şəhər sakini İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmışdır. İşdə olan xx.xx.2007-ci il tarixli, 203 nömrəli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Masallı bələdiyyəsi ərazisindən İddiaçı 0.04 ha torpaq sahəsi satılmışdır. İşdə olan Masallı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 120 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,04 ha həyətyanı təyinatlı torpaq sahəsinin İddiaçı satılmasına dair sabiq Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli 04 nömrəli qərarının qüvvədə olmasını təsdiq edirik və Dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə etiraz etmirlər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3077/2024 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sənədlərin ekspertizası zamanı məlum oldu ki, təqdim edilmiş torpaq sahəsinin baş plandan çıxarışı ksero surətdir. Əlavə olaraq bildiririk ki, torpaq sahəsi Masallı şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 4 saylı qərarı ilə ayrılmışdır. Lakin təqdim edilmiş torpaq sahəsinin alqı-satqısına dair aktında xx.xx.2007-ci il tarixli 04 saylı qərar qeyd edilmişdir. Yuxanda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və plan-ölçü sənədi verilməsindən imtina edilərək təqdim etdiyi sənədlər iddiaçıya qaytarılmışdır. İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1000 nömrəli arayışından görünür ki, Bakı şəhər Qaradağ rayonu Umbakı qəsəbəsi H.Aslanov küçəsi ev 17 də qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ailə üzvləri ilə birlikdə Masallı rayonu Ərkivan qəsbəsində yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7611/2024 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:
1. Masallı rayonu Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında yerləşmə vəziyyəti, ölçüləri, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
2. Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarına əsasən İddiaçı aynlmış 0.04 ha torpaq sahəsinin torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən hüquqi statusu- bələdiyyə mülkiyyəti, kateqoriyası- yaşayış məntəqələri torpaqlan, növüfərdi yaşayış evləri, məqsədli təyinatı- həyətyanı torpaq sahəsi olduğu müəyyənləşdirildi.
3. Masallı rayonu Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında sənəd üzrə yerləşmə vəziyyəti ilə naturadan faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsi arasında uyğunsuzluğun olmadığı müəyyənləşdirildi. Sözügedən torpaq sahəsinin fiziki sərhədlər daxilində həyətyanı torpaq sahəsi kimi İddiaçı istifadəsində olduğu müəyyən edildi.
4. Masallı rayonu Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında yerləşmə vəziyyətinə əsasən iddiaçının faktiki istifadəsində olan həyatyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
5. Sözügedən həyətyanı torpaq sahəsi İddiaçı tərəfindən fiziki sərhədlər daxilində həyətyanı torpaq sahəsi kimi təyinatına uyğun istifadə edilir.
6. Masallı rayonu Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı itə İddiaçı ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında yerləşmə vəziyyətinə əsasən sözügedən həyətyanı torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evi mövcuddur. Sözügedən həyətyanı torpaq sahəsinin hüdudları daxilində inşa edilmiş fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Bu sualın üçüncü hissəsini cavablandırmaq yerquruluşu mühəndisinin səlahiyyətləri daxilində deyil. 7.Masallı rayonu Masallı şəhəri "Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında sənəd üzrə yerləşmə vəziyyətinə əsasən iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ile üst-üstə düşmədiyindən digər şəxslərin də (qanuni istifadəçilərin) hüquqlarının pozulmayacağı müəyyənləşdirildi.
Əsaslandırma hissəsi:
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddia həm də əsaslıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən sənədlərin iddiaçıya natamam təqdim edilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmiş, eləcə də torpaq sahəsinin alınmasını təsdiq edən müvafiq qəbzin təsdiq edilmiş surətidə məhkəməyə təqdim edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7611/2024 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir və rəyə əsasən Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsinin hüquqi statusubələdiyyə mülkiyyəti, kateqoriyası- yaşayış məntəqələri torpaqlan, növü-fərdi yaşayış evləri, məqsədli təyinatı- həyətyanı torpaq sahəsi olduğu, sənəd üzrə yerləşmə vəziyyəti ilə naturadan faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsi arasında uyğunsuzluğun olmadığı, döngə nöqtələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, təyinatına uyğun istifadə edildiyi müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Mübahisələndirilən bələdiyyənin qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən Masallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Masallı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Masallı rayonu Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Masallı rayonu Masallı şəhəri “Nizami” adına təsərrüfatın ərazisində aparılmış kompleks yerquruluşu layihəsi əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışın cizgisinə görə Masallı rayon Masallı bələdiyyəsinin 07 aprel 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,04 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov