Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1427/2025 30.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Salyan Rayon X9 hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Salyan Rayon X9 Hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 30 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun əlillik və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0008 №-li qərarın ləğv olunması, qərar ləğv olunduğu tarixdən İddiaçı ( hazırda qüvvədə olan meyarlara əsasən orqanizim funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) əlilliyin təyin edilməsi barədə müvafiq qərar qəbul edilməsi vəzifəsinin cavabdehə Agentliyə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Salyan rayonunda doğulmuşdur. Uzun illərdir ki, ürək qapağının protezinin olması, AUQ. Ebşteyn anamalogiyasının cərrahi koreksiyası + Triquspital qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət Durğunluq ürək çatışmamazlıq, xroniki ürək çatmamazlığı, İİ (ikinci) FS. Üçtaylı qapağın qeyri-revmatik çatmamazlığı, Trikuspital çatmamazlıq İİ dər. Xəstəliyindən əziyyət çəkir. İki dəfə İran İslam Respublikasında ağır əməliyyat keçirmişdir. O, hər gün “kseralta” adlı dərmanı qəbul edir. Həmin dərmanın dəyəri 110 manatdır. İşləmir və heç bir yerdən gəliri yoxdur. İşləməmiyinin səbəbi səhhəti ilə bağlıdır. Ona 2009-cu ildən 2017-ci ilə qədər əlillik dərəcəsi təyin olunmuşdur. 2017-ci ilə qədər İİİ qrup, son beş il isə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İİ qrup əlillik dərəcəsi 2023-cü ilin fevral ayından ləğv edilmişdir. Ona komisiya zamanı əlavə müalicə ehtiyac olması, 1 gün də olsa stasionar müalicə almadığı və xəstəliyinin başlanğıcının dəqiqləşdirilməsi göstərilmişdir. Onun xəstəliyinin müalicəsi yoxdur. 6 ay müddətində ürəyi “Exo” olunur. İki dəfə Ebşteyin anomaliyyasının cərrahi əməliyyatını keçirmişdir. Sonuncu əməliyyatı 2017-ci ildə olmuşdur. Hər əməliyyat zamanı bioloji qapağın dəyişilməsi zəruridir. Bu əməliyyat 7-10 il ərzində baş tutmalıdır. Artıq onun həmin əməliyyata ehtiyacı var. Əməliyyatın məsrəfi də böyükdür. Bu məsrəfi onun ailəsi qarşılayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(120)- 4262/2024 saylı qərardadı ilə Salyan Rayon X9 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan rayon Mərkəzi Xəstəxanasının 30.05 2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: 150.0 Durğunluq ürək çatmamazlığı. Durğunluq ürək çatmamazlığı. İİİ FS. Q22.5 Ebşteyn anomaliyası. A.G.Ü.Q. Ebşteynanomaliya. Triskupidalq Protezi 136.1 Üçtayı qapağın qeyri-revmatik çatmamazlığı. Trikuspidal çatmamazlıq İİİ dər 197.1 Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar. Ürək üzərində aparılan əməliyyatdan sonrakı hal. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən məlumatlara əsasən şəxsə ixtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyə edilir səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1 4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücəndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxs Salyan rayon X9 Hüquqi Şəxsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və ona müvafiq əlilliyin təyin olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: İddiaçı aid aşağıdakı; - xx.xx.2010-cu il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: XVİİ Sinif-Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28-Qan dövranı sisteminin anadangəlmə anomaliyaları (inkişaf qüsurları) =>Q24-Ürəyin d... Diaqnozun mətni: Anadangəlmə ürək qüsuru.Ebşteyn anomaliyası.Cərrahi əməliyyatdan sonrakı hal.. Meyar: 2.3.Üçüncü dərəcə əlillik =>Digər: Anadangəlmə ürək qüsuru.Ebşteyn anomaliyası.Cərrahi əməliyyatdan sonrakı hal. xx.xx.2018-cu il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: İX sinif-Qan dövranı sistemi xəstəlikləri => 195-199-Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri =>197-Başqa rubrikalarda əsnif edilməyən, tibbi prosedurlardan sonra qan... Diaqnozun mətni: Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, Anadan gəlmə ürək qüsuru, Əməliyyat olunmuş Ebşteyin anomaliyası (xx.xx.2009) Üç taylı qapağın protezləşdirilməsi (bio) əməliyyatı (xx.xx.2017)..Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1 ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0.113.-113.2.120-125)... xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Ürək arakəsmələrinin anadangəlmə inkişaf qüsurları, AUQ-əməliyyat olunmuş.Ebişteyn anamaliyası (xx.xx.2009 İİR)...İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Status localis və TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin. xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Ürək arakəsmələrinin anadangəlmə inkişaf qüsurları, AUQ-əməliyyat olunmuş.Ebişteyn anamaliyası (xx.xx.2009)...İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb- Xəstənin stasionar müalicəsi yoxdur. İxtisaslaşmış müalicə davam etsin. xx.xx.2024-cü il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Ürək qapağının protezinin olması.AUQ Ebşteyn anamaliyasının cərrahi koreksiyası+Triquspital qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2023-cü il tarixli 1280 saylı rəy) Durğunluq ürək çatmamazlığı.Xroniki ürək çatmamazlığı İİ (ikinci) FS..Üçtaylı qapağın qeyri-revmati çatmamazlığı.Trikuspital çatmamazlıq İİ dər. RVAF 35 % (otuz beş)...İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb 1 gün də olsun stasionar müalicəsi yoxdur.Xəstəliyin başlanma tarixi dəqiqləşdirilsin. Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli U00195948LRM saylı Forma 88-də İddiaçı təyin olunmuş əsas diaqnoz Q22.5 Ebşteyn anomaliyası, A.G.Ü.Q.Ebşteynanomaliya.Triskupidalıq Protezi; Ağırlaşmaları-İ50.0 Durğunluq ürək çatmamazlığı, Durğunluq ürək çatmamazlığı.İİİFS; İ36.1 Üçtaylı qapağın qeyri-revmatik çatmamazlığı, Triksupidal çatmamazlıq İİİ dər; Yanaşı xəstəliklər-İ97.1 Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, Ürək üzərində aparılan əməliyyatdan sonrakı hal; Z95 Ürək qapağının protezinin olması, Triskupidalıq protezi. xx.xx.2024-cü il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: 150.0 Durğunluq ürək çatmamazlığı, Durğunluq ürək çatmamazlığı, İİİ FS. Q22.5 Ebşteyn anomaliyası, A.G.Ü.Q. Ebşteynanomaliya. Trikuspital Protezi, 136.1 Üçtaylı qapağın qeyri-revmatik çatmamazlığı, Trikuspidal çatmamazlıq İİİ dər.. 191.1 Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar.Ürək üzərində aparılan əməliyyatlardan sonrakı hal...İmtinanın səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Qeyd edilən məlumatlara əsasən şəxsə ixtisaslaşdırılmış müalicənin davam etdirilməsi tövsiyyə olunur. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına Elmi -X4” X13 3-28-7/2-447/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, məktubda adı qeyd olunan İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində İnstitutun poliklinika şöbəsində ambulator müayinə və müalicədən keçmişdir. İddiaçı ambulator xəstənin tibbi kartasında qeyd olunan məlumatlara əsasən elektrokardioqrama, exo-kardioqramma müayinəsindən keçmiş və həkim-kardioloqlar tərəfindən tibbi rəy verilmişdir. İddiaçı anadangəlmə ürək qüsuru, xroniki ürək çatışmazlığı əlamətləri qeyd olunmuş və 2001-ci ildə trikuspidal qapağının protezləşdirilməsi və atrial septal defekt ləğvi əməliyyatı olunmuşdur. Müayinə nəticələrinə əsəsən İddiaçı sağ ürək çatmamazlığı əlamətləri qeydə alındığından daimi həkim nəzarətində olmağı həkim-kardioloq tərəfindən tövsiyyə edilmişdir. Agentliyin 3-17-4/2-26791/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş Agentliyin Tibbi-Sosial ekspert komissiyasının 3-17-4/3-1-21112/2024, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Salyan rayon sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir.Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi.Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti Salyan Rayon Mərkəzi Xəstəxanasının “Anadangəlmə ürək qüsuru.Ebsteyn anomaliyası. Cərrahi əməliyyatdan sonrakı hal." diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2010-cu il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə “təkrar”; xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır.Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın sonuncu müraciəti əsasında Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli U00195948LRM nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, ixtisaslaşmış tibb müəssisələrində İddiaçı aparılmış müayinə və müalicə müddəti yetərli olmadığından barəsində “Əlavə müalicəyə ehtiyacın olmasına dair qərar qəbul edilmişdir.Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır.xx.xx.2024cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri təngnəfəslik, tərləmə, tez yorulma, ürəkdöyünmə, baş ağrıları, baş gicəllənməsi, ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq uşaqlıqdan xəstə və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir.Təqdim edilmiş sənədlər arasında, Akademik C.Abdullayev adına Elmi X6nun xx.xx.2023-cü il tarixli 1280 nömrəli epikrizinə əsasən diaqnoz “Ebşteyn anomaliyasının cərrahi korreksiyası + trikuspidal qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Xroniki ürək çatışmazlığı İİ (ikinci) f.s. Trikuspidal çatışmazlıq, İİİ. RVEF = 35%" şəklində göstərilmişdir.Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları bir qədər karlaşmış, AT 100/70 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, periferik ödem, aşağı ətraflarda durğunluq əlamətləri müşahidə edilməmiş, xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa EXO-KQ müayinəsi aparılmış və həmin müayinənin nəticəsinə əsasən (nəticə “Ebşteyn anomaliyası + ASD-nin ləğvi (2008), Trikuspid qapağın bioprotezləşməsi (2017) əməliyyatından sonrakı vəziyyət. Sol mədəciyin sistola- diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=58%) pozulmayıb. Sol qulaqcıq normaldır. Sağ boşluqlar dilatasiya olublar. Sağ mədəciyin sistolik funksiyası (RVEF=40%) azalıb, TAPSE 17 mm. İVS və İ AS tamdır. Septumun paradoksal hərəkəti izlənilir. Trikuspidal qapaq üzərində Vmax= 1.58m/san, Pmax= 9.93mmHg, Pmean= 4.80mmHg. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO- KQ-də İİ TÇ qeyd edilir.”), əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir.Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli U00195948LRM nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan’’na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 T782/2024 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertiza xx.xx.2024-cü il tarixdə başlamış xx.xx.2024-cü il tarixdə başa çatmış və ek ekspertlər aşağıdakı nəticəyə gəlmişdir: 1.2.3.4.5.6 İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Səlyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli U00195948LRM saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “İ50.0-Durğunluq ürək çatmamazlığı.Durğunluq ürək çatmamazlığı İİİFS; Q22.5-Ebşteyin anomaliyası.A.G.Q.Ü. Ebşteynanomaliya.Triskubidal protezi; İ36.1-Üçtaylı qapağğın qeyri-revmatik çatmamazlığı.Triskupidal çatmamazlıq İİİdər.; İ97.1-Ürək üzərində aparılan cərrahi əməliyyatdan sonra baş verən hal”. diaqnoz ona stasionarlarda müalicəsi zamanı kliniki, anamnestik, labarator-instrumental müayinələri əsasında müəyyən edilsə də, şəxsin əyani müayinələri zamanı ( həm də DTSERA-da) periferik ödem, aşağı ətraflarda durğunluq əlamətləri müşahidə edilməmiş, əllik təyinatına əsas verən qan dövranı pozğunluğu müəyyən edilməmişdir. Buna görə də, diaqnoz nəzərə alınmaqla əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istər xx.xx.2015-ci ol tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müyarlarına dair Əsasnamə”nin, istərsə də, xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əliliyin müəyyən olunması müyarlarına dair Əsasnamə”nin maddələrindən hər hansı birinə aid etmək mümkün olmadı. 4.8.9.Həmin diaqnozlardakı xəstəlikər dispanser qeydiyyata alınmaqla yanaşı, vaxtaşırı müayinə olunur, zərurət yarandığı halda isə müalicəyə cəlb olunurlar.Xəstəlik tam reabilitasiya olunmur.
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ...4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur):
2.2. ...İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); ...2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
2.3. Ürək çatışmazlığı -İ50 Qiymətləndirmə 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ - 85-100 % müddətsiz,
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
İPM
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə:-şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyinmüvafiq əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən müddətsiz - anadangəlmə ürək qüsuru.Ebşteyn anomaliyası.Cərrahi əməliyyatdan sonrakı hal diaqnozu ilə üçüncü dərəcə; xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə Ürək üzərində aparılan cərrahi əməliyyatlarrdan sonra baş verən digər funksional pozğunluqlar, Anadan gəlmə ürək qüsuru, Əməliyyat olmuş Ebşteyn anomaliyası (xx.xx.2009) Üç taylı qapağın protezləşdirilməsi (bio) əməliyyatı (xx.xx.2017) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə daha ağır diaqnoz Q22.5 Ebşteyn anomaliyası diaqnozu ilə əlillik təyinatının aparılmasına nail olmağa çalışmışdır. Lakin cavabdeh inzibati orqan əsassız olaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tibbi araşdırmaya əsasən Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası olub, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir. Xəstəliyin Patofiziologiyası ondan ibarətdir ki, Sağ mədəciyin funkional həcmi azalır. Bundan başqa çox vaxt üçtaylı qapaq requrgitasiyası qeyd olunur. Nəticə etibarilə, sağ qulaqcığın ölçüləri böyümüş olur. Açıq qalmış oval dəlik vasitəsilə venoz qan sağ qulaqcıqdan sol qulaqcığa axın edərək arterial qanla qarışmış olur. Bu da arterial qanda oksigenin miqdarını aşağı salmış olur. Getdikcə ürək çatışmazlığının dərinləşməsi ölümlə nəticələnir. Bu qüsur çox vaxt ritm pozğunluqları ilə müşayiət olunur. Xəstələrin 30%-i erkən uşaq yaşlarında tələf olurlar. 50 yaşına kimi yalnız 5%-i sağ qalmış olur. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Naziriyi “Akademik C.M.Abdullayev adına X1” X13 3-28-7/2-447/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı anadangəlmə ürək qüsuru, xroniki ürək çatışmazlığı əlamətləri qeyd olunmuş və 2001-ci ildə trikuspidal qapağının protezləşdirilməsi və atrial spetal defekt ləğvi əməliyyatı olmuşdur. Müayinə nəticələrinə əsasən S.Y.Bünyadov sağ ürək çatmamazlığı əlamətləri qeydə alındığından daimi həkim nəzarətində olmağı həkim-kardioloq tərəfindən tövsiyyə edilmişdir. Bundan əlavə “Akademik C.M.Abdullayev adına X1” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyində İddiaçı Z95.8 AÜQ: Ebşteyn anomaliyası+trikuspid qapaq protezləşdirilməsi əməliyyatından sonrakı vəziyyət. İ36.1 Trikuspidal çatışmazlıq İİ d.i50.0 Xroniki ürək çatışmazlığı İİ fs diaqnozu müəyyən edilmişdir. “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 T521/2025 saylı ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Başqa sözlə desək, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndəriş əsasında sonuncuya əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2024-cü il tarixli göndərişlər əsasında təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. İş materiallarında göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona əlillik təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan xəstəlik ona müvafiq əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2025-cü il tarixli, U00195948LRM nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd edilən 2.3. Ürək çatışmazlığı -İ50 xüsusiyyətlərinə uyğun gəlir. . Həmin xəstəlik üzrə qiymətləndirmə 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ -(85-100 % -müddətsiz) qeyd olunan bəndə uyğun gəlsə də, qiymətləndirmə səlahiyyəti cavabdeh inzibati orqana aid olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı barədə qiymətləndirmə aparılaraq müvafiq əlilliyin təyin edilməsi cavabdeh inzibati orqana həvalə olunmalıdır. Son olaraq qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya müvafiq əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Məhkəmə diaqnozun eyniliyi barədə həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, əlilliyin müddətli verilməsi, təkrar yoxlanılmanın aparılmasının zəruriliyi məhkəmə hesab edir ki, iddiaçıda əlilliyin təyininə əsas verən xəstəliyin əlilliyin müddətinin bitdiyi tarixdən sonra da yenidən əlillik təyin edilməsi üçün davam edib-etməməsinə xidmət edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıda əlilliyin təyininə əsas verən xəstəlik əlillik müddəti bitdikdən sonra da davam etməkdədir ki, bu səbəbdən də məhkəmə hesab edir ki, əlilliyin müddətli olması diaqnozun eyniliyi halında əlilliyin növbəti müddətə həmin diaqnoz əsasında təyininin qanuniliyini halını dəyişmir. Beləliklə iddiaçının əlillik müddəti bitdikdən sonra da həmin xəstəlikdən əziyyət çəkdiyi növbəti halda yoxlanılmalıdır ki, həmin yoxlamadan görünür ki, iddiaçıda diaqnozda hər hansı dəyişiklik mövcud olmamış, cavabdeh normativ hüquqi aktlarda göstərilən siyahıda nəzərdə tutulmuş xəstəliyin ağırlaşmalarının aşkar edilməməsi və yeni qanunvericiliyə uyğun müvafiq göndərişin rəsmiləşdirilməməsi ilə imtinasını əsaslandırmışdır ki, məhkəmə yuxarı instansiya məhkəməsinin təcrübəsini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Göründüyü kimi istər iddiaçıda göndərişdə göstərilən xəstəliklərin qüvvədə olmuş Əsasnamənin tələbinə əsasən əlilliyin təyinatına əsas verməsi ilə bağlı hallar, istər ilkin əlilliyin təyinatına əsas olmuş həmin xəstəlik və diaqnozların hal-hazırda da iddiaçıda mövcud olmasını təsdiq edən hallar nəzərə alınmaqla müraciətin təminindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Bundan əlavə, məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli xxxxxxx0008 №-li qərarı ləğv olunsun. İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi ( hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) ilə bağlı müvafiq qərar qəbul olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rəşidə Quliyeva