Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1428/2025 28.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1983-cü il tarixli 17 nömrəli doğum haqqında akt qeydində adı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Mərziyə” adının “Yaqut” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1983-cü il tarixli 17 nömrəli doğum haqqında akt qeydində adı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Mərziyə” adının “Yaqut” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “xx.xx.1983-cü il tarixli 17 nömrəli doğum haqqında akt qeydində adı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Mərziyə” adının “Yaqut” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü ildə Saatlı rayonu Azadkənd kəndində anadan olmuş və doğumu Saatlı rayonu Azadkənd KİN tərəfindən xx.xx.1983-cü il tarixli 17 nömrəli aktla dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Doğumu haqqında şəhadətnamədə adı “Mərziyə” yazılsa da İlk dəfə 2012-ci ildə Saatlı RPŞ QVŞV bölməsi tərəfindən şəxsiyyət vəsiqəsi verilərkən həmin sənəddə adı “Yaqut” yazılmışdır. Həmin vaxt şəxsiyyət vəsiqəsində adının səhv yazılması ilə bağlı etirazını aidiyyəti qurumun səlahiyyətli şəxslərinə çatdırmış və bundan sonra həmin qurumun əməkdaşları tərəfindən doğumu haqqında şəhadətnamədə adının “Yaqut”a düzəliş edilməsi ilə bağlı qeydlər aparılmış və artıq heç bir problemin qalmadığı bildirilmişdir. Həmin dövrdən etibarən etibarlılıq müddətinin bitməsi və digər səbəblərlə əlaqədar 2 dəfə şəxsiyyət vəsiqəsi dəyişilmiş və birincidən sonrakı hər iki halda da ona “Yaqut” adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Eyni zamanda surətlərini iddia ərizəsinə əlavə etdiyi sürücülük vəsiqəsində də adı “Yaqut” olaraq qeyd edilmişdir. Lakin hazırda Asan xidmət mərkəzlərinə müraciəti zamanı elektron informasiya sistemində doğum sənədində adının "Mərziyə" digər əlaqəli bütün sənədlərində isə “Yaqut” yazılması ilə əlaqədar problemlərlə qarşılaşır. Doğum sənədi istisna olmaqla bütün sənədlərdə adı "Yaqut” olaraq qeyd edilmiş və o, bütün hüquq və vəzifələrini bu adla əldə etmişdir. Ona görə də onun hüquq və vəzifələrinin həyata keçirilməsinə maneçilik yaradan bu halın aradan qaldırılması üçün doğumu haqqında kağız və elektron daşıyıcılarda adının Yaqut olaraq qeyd edilməsi təmin olunmalıdır. Beləliklə, doğumu haqqında müvafiq sənədə düzəliş edilməsi tələbindən rəsmi qaydada imtina olunmuşdur ki, göstərdiyi bu hal da onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Qeyd olunanlara əsaən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan: AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsi almışdır. İX-ЖГ № 320194 nömrəli 19 mart 1983-cü il tarixli doğum haqqında Şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1983-cü ildə doğulmuşdur. X1, anası X2r. Azərbaycan Respublikası Sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək B1-B katiqoriyası üzrə sürücülük vəsiqəsi vardır. Saatlı rayon İcra Hakimiyyəti başçısının Azadkənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 110 nömrəli arayışında qeyd edilmişdir ki. İddiaçı, Saatlı rayonunun Azadkənd kəndində yaşayır. xx.xx.1983-cü il tarixli, 17 nömrəli akt qeydindən görünür ki, X3 xx.xx.1983-cü il tarixdə doğulmuşdur, X1, anası X2r. AB-İİ № 101479 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı Gəncə Təsərrüfat hesablı Məişət Xidməti Kollecinə daxil olmuş və xx.xx.2003-cü ildə X11 Texnikomun İbtidai təhsil ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas verən sənədlər DİN-in müvafiq əmrinə əsasən 5 il müddəti tamam olduğu üçün yandırılaraq məhv edilmişdir. Nikahın pozulması haqqında xx.xx.2023-cü il tarixli, seriya AZ-İ № 469733 nömrəli akt qeydində qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü X7 ilə xx.xx.1983-cü il təvəllüdlü Abışova İddiaçı arasında bağlanmış nikah akt qeydi Saatlı rayon Məhkəməsinin 2(055)- 309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Saatlı rayon Təhsil şöbəsi Azadkənd kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 74 nömrəli arayışında qeyd edilmişdir ki, müraciətinizdə adı qeyd olunan İddiaçı 1990- 2000-ci illərdə Azadkənd kənd tam orta məktəbində tam orta təhsilini başa vurmuş və təhsil haqqında sənəd almışdır.Təhsil aldiğı müddətdə sinif jurnaiiarında eləcə də təhsil haqqqında sənəddə adı İddiaçı şəklində qeyd olunmuşdur. Əlavə olaraq qeyd edim ki, sözügedən şəxs 15 sentyabr 2004 -cü il tarixdən bu günə qədər Azadkənd kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışır.Onun adına açılan əmək kitabçasında eləcə də təhsil müəssisələrinin elektron informasiya sistemi olan UTİS- də Azadkənd kənd tam orta məktəbinə aid səhifədə adı İddiaçı kimi qeyd olunmuşdur. Cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 30 iyul 2024-cü il tarixli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, Saatlı rayonu Azadkənd KİN-yi tərəfindən tərtib edilmiş xx.xx.1983-cü il tarixli 17 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Mərziyə” olaraq qeyd edilmiş və həmin aktın üzərində dəyişiklik edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə görə isə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Akt qeydlərinə dəyişiklik edilməsi əsasları isə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında" Qaydaların 3-cü bəndində təsbit edilmişdir ki, bu əsaslara övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixinin dəyişdirilməsi; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadın dəyişdirilməsi; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adının dəyişməsi, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumatın yazılması, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatların çıxarılması; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirilməsi; övladlığa götürmənin ləğv edilməsi; atalığın müəyyən edilməsinin ləğv olunması; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və qanunvericilikdə müəyyən edilən digər hallar aid edilmişdir. Göstərilənlərə əsasən Saatlı rayonu Azadkənd KİN-yi tərəfindən tərtib edilmiş xx.xx.1983-cü il tarixli 17 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafalasında şəxsin adına dəyişiklik edilərək “Mərziyə” adının "Yaqut" yazılması tələbinizin icrasından imtina olunur və bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və (məcburetmə haqqında iddia ərizəsi ilə) məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. Tətbiq olunan hüquq normaları: Belə ki, Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında akt qeydində adı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Mərziyə” adının “Yaqut” yazılması olsa da, o, hazırda özünə məxsus çoxlu sayda rəsmi sənədlərdə adının “Yaqut” kimi göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, onun adı iş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsində, İX-ЖГ № 320194 nömrəli 19 mart 1983-cü il tarixli doğum haqqında Şəhadətnamədə, Azərbaycan Respublikası Sürücülük vəsiqəsində, Saatlı rayon İcra Hakimiyyəti başçısının Azadkənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışında, nikah və onun pozulması haqqında akt qeydlərində və AB-İİ № 101479 nömrəli Diplomun surətində İddiaçı kimi qeyd olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı adının “Mərziyə”dən “Yaqut”a dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli 17 nömrəli doğum haqqında akt qeydində adı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Mərziyə” adının “Yaqut” yazılması öhdəliyi cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli 17 nömrəli doğum haqqında akt qeydində adı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Mərziyə” adının “Yaqut” kimi yazılması öhdəliyi cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Pərvanə Qurbanova