Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1429/2024 07.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi X4, Cavabdehin vəkili və nümayəndəsi X2, Üçüncü şəxs Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin nümayəndəsi X13, Üçüncü şəxs Sabirabad rayon Muğan Güdəcühür bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsinə dair Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması, Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(106)- 264/2022 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-675/2023 nömrəli qərarı ilə cavabdehin və üçüncü şəxslərin kassasiya şikayətləri təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(106)- 264/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)- 296/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl iddiaçı “X38” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılacaq “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağıl xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh Başçısının 09 dekabr 1999-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edilərək, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin istifadəsinə verilməsi bildirilmiş və həmin torpaq sahəsinə dair "xxxx" kiçik müəssisəsinə «Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə»nin verilməsi xahiş olunmuşdur. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin adlarına JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahələrindən istifadə hüququndan istifadə edilərək həmin dövrdən göstərilən torpaq sahələrində əkinçilik məşğul olunmuşdur. Lakin, Sabirabad rayon İHB-nin 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə Sabirabad rayonunun Güdəcühur və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyəti Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sabirabad rayon İHB-nin 08 saylı, 24 yanvar 2022-ci il tarixli sərəncamı qanunsuzdur. Buna görə də həmin sərəncam ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdehin vəkili və nümayəndəsi X7 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin nümayəndəsi X20 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Sabirabad rayon Muğan Güdəcühür bələdiyyəsinin nümayəndəsi X6 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarına olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" kiçik müəssisəsi xx.xx.1991-ci il tarixdə ********** nömrə ilə Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin Cavabdeh Başçısına ünvanladığı xx.xx.1999-cu il tarixli, 21 nömrəli ərizədən görünür ki, Samir-3” kiçik müəssisəsi əlavə 2.000 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəsinin Cavabdeh Başçısına ünvanladığı xx.xx.1999-cu il tarixli, 21 nömrəli vəsatətdən görünür ki, "xxxx" kiçik müəssisəsi Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinə müraciət edərək, bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan örüş yerindən 1555 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan Sabirabad rayon torpaq şöbəsinin Cavabdehnə ünvanladığı xx.xx.1999-cu il tarixli, 475 nömrəli arayışından görünür ki, "xxxx" kiçik müəssisəsi Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinin ərazisində bələdiyyə mülkiyyətində saxlanılan yerdən 1555 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materiallarında olan Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli aktından görünür ki, Muğangəncəli kənd icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 21 nömrəli vəsatətinə əsasən "xxxx" kiçik müəssisəsinə torpaq sahəsi ayrılmış, ayrılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan örüş yerindən 1555 hektardır və hamışı örüşdür. İş materiallarında olan Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamından və torpaq sahəsinin plan ölçüsündən görünür ki, "xxxx" kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühür kənd icra nümayəndəliyinin bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 saylı müraciətinin nəzərə alınması və 1555 hektar orüş sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmış, həmçinin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh Başçısının 10 mart 2000-ci il tarixli, 12 nömrəli sərəncamından görünür ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə Muğangəncəli və Güdəcühür kəndlərinin bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən daimi istifadəsinə verilmiş 1555 hektar örüş sahəsində su kəmərinin çəkilməsi və kollektor drenaj şəbəkəsinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnaməyə əsasən Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verildiyi müəyyən edilir. İş materiallarında olan Muğan Gəncəli bələdiyyəsinin Sabirabad rayon İcra Hakimyyətininə ünvanladığı xx.xx.2022-ci il tarixli 01 saylı məktubunda qeyd olunur ki, Cavabdeh başçısının 15 oktyabr 1999-cu il tarixli 112 saylı sərəncamı ilə "xxxx" kiçik müəssisəsinə islahat nəticəsində Muğan Gəncəli bələdiyyəsinin mülkiyyətində saxlanılan nümayəndəliyin «Muğan» adlanan ərazidən 932 hektar torpaq sahəsinin daimi istifadəsinə verilməsi barədə sərəncamı olmuşdur. Mövcud qanunveriliciyə uyğun olaraq bələdiyyə fəaliyyətə başladıqdan sonra "xxxx" müəssisəsi rəsmi olaraq keçmiş Salmanlı bələdiyyəsi ilə (birləşdikdən sonra Muğan Gəncəli bələdiyyəsi) müqavilə bağlamalı və təyinatı üzrə torpaqdan istifadə etməli idi. Lakin müəssisənin iddiası əsasında Şirvan İnzibati Məhkəməsi tərəfindən edilmiş sorğu ilə bağlı aparılmış araşdırmadan məlum olmuşdur ki, müəssisə ilə keçmiş Salmanlı bələdiyyəsi arasında bağlanılmış müqavilədə əksini tapmış tarix və qərarın nömrəsi protokol kitabında əksini tapmamışdır. Bağlanılmış müqavilə də «Torpaq Məcəlləsi»nə zidd olmuşdur. Hazırda "xxxx" kiçik müəssisəsi sözügedən torpaq sahəsinin istifadəsinə qaytarılması barədə bələdiyyəyə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış və ilkin məhkəmə prosesi keçirilmişdir. Məhkəmənin gedişində rayon İcra Hakimiyyətinin sözügedən sərəncamının ləğv edilməsi səslənmiş və zərurəti yaranmışdır. Bələdiyyəyə qarşı qaldırılmış iddianın əsassız sayılması məqsədilə, eləcədə yuxanda qeyd edilənləri nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 15 oktyabr 1999-cu il tarixli 112 saylı sərəncamın ləğv edilməsi üçün müvafiq tapşırıq verilməsini xahiş edirik. İş materiallarında olan Cavabdeh Başçısının 24 yanvar 2022-ci il tarixli, 08 nömrəli sərəncamından görünür ki, Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən "xxxx" kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyəti başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********181900 nömrəli məktubunda qeyd edilmişdir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki Əmlak Məsələləri Dövlət Xidməti), qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi (indiki Dövlət Vergi Xidməti) həyata keçirir. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət xx.xx.2006- cı il tarixədək rayon icra hakimiyyətləri tərəfindən aparılmış və bu tarixdən sonra nəzarətin aparılması Dövlət Vergi Xidmətinə tapşırılmışdır. Bildiririk ki, Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli 112 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 1555 ha torpaq sahəsinin ayrılması və illik icarə haqqı məbləğini özündə əks etdirən icarə müqaviləsi barədə 5 saylı Ərazi Vergilər İdarəsinə məlumat daxil olmadığı üçün torpaq icarə haqqı və torpaq vergisi hesablamaları aparılmamışdır. Eyni zamanda 5 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2022-ci il taririxdə daxil olmuş Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 08 nömrəli sərəncamında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) ayrılmış 1555 ha torpaq sahəsinin mülkiyyətçilərinin Axtaçı Muğan və Salmanlı (birləşdirildikdən sonra Güdəcühür və Muğan Gəncəli) Bələdiyyələri olduğu, həmin bələdiyyələr ilə icarə müqaviləsi bağlanılmalı olduğu halda bu müqavilələrin bağlanmasının təmin edilmədiyi nəzərə alınaraq xx.xx.1999-cu il tarixli 112 nömrəli sərəncamın ləğv edildiyi bildirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 100,00 manat (xx.xx.2019- cu il tarixdə) icarə haqqı ödənilmişdir. Cəmiyyət tərəfindən qeyd olunan dövr ərzində torpaq vergisi ödənilməmşdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2024-cü il tarixli, **********711100 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı “X38” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Sabirabad rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-1-2-46/3-5/04/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" X3 1999-2022 ci illər ərzində mülkiyyətində olan mal-qaranın olub olmaması barədə Sabirabad rayon HSBX idarəsində mal-qaranın sayı və onlara xidmət edilməsi barədə hec bir müqavilə bağlanmamışdır. Neçə heyvana xidmət edildiyi barədə hec bir xidmət haqqı köçrülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad rayonu İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-70-2/2-109/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının 2014-cu ildən sonrakı dövrdə Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciəti daxil olmamışdır. Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli 112 nömrəli Sərəncamı ilə verilmiş örüş torpaq sahəsinin 2014-cü ilə qədər və xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğu üçün ayrı-ayrı istifadəçilər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi örüş təyinatlı olduğundan ayrı-ayrı istifadəçilər tərəfindən təyinatı üzrə istifadə olunur. "xxxx" MMC-nin həmin müddət ərzində fəaliyyəti barədə rayon İcra Hakimiyyətinə heç bir məlumat təqdim etməmişdir. "xxxx" MMC-dən verilən məlumata əsasən həmin torpaq sahəsinə qulluq etmək məqsədilə boru ilə su xətti çəkilmişdir. İş materiallarında olan Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 11 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə verilmiş örüş torpaq sahəsi 2014-cü il tarixdən halhazırdakı vaxta qədər "xxxx" MMC tərəfindən 95 ha, X14 87,5 ha, X15 106,37 ha, X16 50 ha, X9 61,5 ha, X10 170 ha, X21 159,98 ha, X18 64,72 ha olmaqla, cəmi 730,35 ha istifadə edilir. Cavabdeh xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə verilmiş örüş torpaq sahəsi xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində iddiaçı tərəfindən əkinçilik məqsədilə istifadə edilməmişdir. İddiaçı ümimiyyətlə həmin örüş torpaq sahələrində nə əkinçiliklə, nə də heyvandarlıqla məşğul olmamışdır. Mübahisələndirilən torpaq sahəsində iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1999-2022-ci illərdə təsərrüfatı olmayıb. İddiaçı Samir-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisələndirilən torpaq sahəsinə hər hansı qulluq etməyib, sahəyə hər hansı məqsədlə xərc çəkilməyib. İş materiallarında olan Sabirabad rayonu Güdəcühür bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 312 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.1999-cu il tarixli 112 saylı Sərəncamı ilə verilmiş örüş torpaq sahəsinin 2014-cü il tarixdən hal-hazırdakı vaxta qədər X22 tərəfindən 140 ha, Binnə’tov Əfqan Qaybalı oğlu tərəfindən 100 ha, X11 tərəfindən 84 ha, X12 tərəfindən 84 ha olmaqla, cəmi 408 ha hissəsi istifadə edilir. Cavabdeh xx.xx.1999-cu ıl tarixli 112 saylı Sərəncamı ilə verilmiş örüş torpaq sahəsi xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində iddiaçı tərəfindən əkinçilik məqsədilə isititadə edilməmişdir. İddiaçı ümumiyyətlə həmin örüş torpaq sahələrində nə əkinçiliklə, nə də heyvandarlıqla məşğul olmamışdır. Mübahisələndirilən torpaq sahəsində iddiaçı “Samir-3" Məhdud Məsuliyyətli - Cəmiyyətinin 1999-2022-ci illərdə təsərrüfatı olmayıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mübahisələndirilən torpaq sahəsinə hər hansı qulluq edilməyib, sahəyə hər hansı məqsədlə xərc çəkilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X32 İnkişaf Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-3-54/2-29/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 2016-cı ildən etibarən rayonun Muğangəncəli və Güdəcühür bələdiyyələrinin “Muğan” adlanan ərazisində "xxxx" MMC-yə məxsus təsərrüfatın olduğu və orada mal-qara saxlandığı qeydə alınmamış və hər hansı xidmət göstərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2024-cü il tarixli, **********516400 nömrəli məktubunda qeyd edilmişdir ki, hüquqi şəxs xx.xx.1991-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmışdır, xx.xx.2008-ci il tarixdə təşkilatihüquqi forması dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir və xx.xx.2024-cü il tarixdən adı dəyişdirilərək İddiaçı kimi adlandırılmışdır. İddiaçı (VÖEN **********) "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisidir. Eyni zamanda bildiririk ki, İddiaçı MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru X4 ünvanı qeydiyyat ərizəsində ünvan 10 kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı əsasında "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə 1555 hektar orüş sahəsinin verilməsi qərara alınmışdır. Sonradan Cavabdeh Başçısının 24 yanvar 2022- ci il tarixli, 08 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin daimi istifadəsinə 1555 hektar orüş sahəsinin verilməsi ilə bağlı Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Mübahisəli sərəncamın məzmundan görünür ki, həmin sərəncamın qəbul edilməsinə əsas iddiaçı ilə torpaq mülkiyyətçisi (bələdiyyə) arasında müqavilə bağlanılmaması və iddiaçının həmin torpaqdan istifadə etməməsi olmuşdur. Lakin, iddiaçı həmin əsasla onun üçün əlverişli olan Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının ləğv edilməsi ilə razılaşmır. Hesab edir ki, Cavabdeh Başçısının 24 yanvar 2022-ci il tarixli, 08 nömrəli sərəncamı qanunsuz əlverişsiz inzibati akt olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62- ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 3. Torpaq münasibətləri
1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.
2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.
4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.
3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.
4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri
1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.
2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ilədək qüvvədə olan mətn)
1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.
2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir
3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.
5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1–4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.
6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.
7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ildən qüvvədə olan mətn)
1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibatiərazi vahidləri arasında bölüşdürülür.
2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.
3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.
4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.
5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir.
3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının”
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Malqara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.
3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.
18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.
19. Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2—3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur.
20. İstifadəyə və icarəyə verilmiş örüş sahələrinin və biçənəklərin sərhədləri naturada mərz nişanları ilə ayrılır, istifadəçilərə və icarəçilərə qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 113 saylı Fərmanı Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 12- ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM) Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (bundan sonra - İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 70.1-ci maddəsinə görə İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İddiaçı “X38” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamını mübahisələndirir. Əsas arqmenti isə MMC-yə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınaraq müvafiq şəhadətnamənin verilməsi və cavadehin dəlillərinin əsassız olmasıdır. Məhkəmə hesab edir ki, Mübahisəli hüquq münasibətinin xx.xx.2023-cü il tarixli dəyişikliyədək yarandığını nəzərə alaraq, İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 217.2-ci maddəsini rəhbər tutaraq hazırkı mübahisəyə Torpaq Məcəlləsinin 16-cı maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətni tətbiq edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə Torpaq Məcəlləsinin qüvvədə olmuş 16-cı maddəsinin tələblərindən aydın olduğu kimi örüş sahələrinin daimi istifadəyə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu sahələr yalnız ən çoxu 15 ilədək müddətə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə icarəyə verilə bilərdi. İddiaçı iddia ərizəsində və ərizələrində torpaq sahəsinin ona müddətsiz, yəni daimi istifadəyə verildiyini bildirsə də, iş materiallarında olan JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnaməyə əsasən Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verildiyi müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilən Sabirabad rayonu İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli, 5-70-2/2-109/2024 nömrəli məktubuna əsasən iddiaçının 2014-cu ildən sonrakı dövrdə Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciətinin daxil olmadığı müəyyən edilir. Eləcə də, Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli 112 nömrəli Sərəncamı ilə verilmiş örüş torpaq sahəsinin 2014-cü ilə qədər və xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğu üçün ayrı-ayrı istifadəçilər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi örüş təyinatlı olduğundan ayrı-ayrı istifadəçilər tərəfindən təyinatı üzrə istifadə olunur. "xxxx" MMC-nin həmin müddət ərzində fəaliyyəti barədə rayon İcra Hakimiyyətinə heç bir məlumat təqdim etməmişdir. Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 11 nömrəli məktubuna əsasən Cavabdeh xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə verilmiş örüş torpaq sahəsi 2014-cü il tarixdən hal-hazırdakı vaxta qədər "xxxx" MMC tərəfindən 95 ha, X14 87,5 ha, X15 106,37 ha, X16 50 ha, X9 61,5 ha, X10 170 ha, X21 159,98 ha, X18 64,72 ha olmaqla, cəmi 730,35 ha istifadə edildiyi müəyyən edilir. Cavabdeh xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə verilmiş örüş torpaq sahəsi xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində iddiaçı tərəfindən əkinçilik məqsədilə istifadə edilməmişdir. İddiaçı ümumiyyətlə həmin örüş torpaq sahələrində nə əkinçiliklə, nə də heyvandarlıqla məşğul olmamışdır. Mübahisələndirilən torpaq sahəsində iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1999-2022-ci illərdə təsərrüfatı olmayıb. İddiaçı Samir-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisələndirilən torpaq sahəsinə hər hansı qulluq etməyib, sahəyə hər hansı məqsədlə xərc çəkilməyib. Sabirabad rayonu Güdəcühür bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 312 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.1999-cu il tarixli 112 saylı Sərəncamı ilə verilmiş örüş torpaq sahəsinin 2014-cü il tarixdən hal-hazırdakı vaxta qədər X22 tərəfindən 140 ha, Binnə’tov Əfqan Qaybalı oğlu tərəfindən 100 ha, X11 tərəfindən 84 ha, X12 tərəfindən 84 ha olmaqla, cəmi 408 ha hissəsi istifadə edilir. Cavabdeh xx.xx.1999-cu ıl tarixli 112 saylı Sərəncamı ilə verilmiş örüş torpaq sahəsi xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində iddiaçı tərəfindən əkinçilik məqsədilə isititadə edilməmişdir. İddiaçı ümumiyyətlə həmin örüş torpaq sahələrində nə əkinçiliklə, nə də heyvandarlıqla məşğul olmamışdır. Mübahisələndirilən torpaq sahəsində iddiaçı “Samir-3" Məhdud Məsuliyyətli - Cəmiyyətinin 1999-2022-ci illərdə təsərrüfatı olmayıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mübahisələndirilən torpaq sahəsinə hər hansı qulluq edilməyib, sahəyə hər hansı məqsədlə xərc çəkilməyib. İnzibati icraat haqqında Qanunun 67.12-ci maddəsinin tələbləri baxımından qanunsuz inzibati akt aldadılma yolu ilə qəbul edilmişdirsə 1 illik müddət tətbiq edilmədən ləğv edilə bilər. xx.xx.1999cu il tarixli sərəncam qanuni əlverişli inzibati akt kimi qəbul ediləcəyi halda, adıçəkilən Qanunun 68.2.2-ci maddəsinə əsasən həmin aktla iddiaçıya verilmiş hüquqlardan qanunamüvafiq qaydada istifadə edilib-edilmədiyinə diqqət edilməlidir. Qeyd edilən istiqamətdə məhkəmə tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakılar müəyyən edilmişdir:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Sabirabad rayon Heyvan Sağlamlığı və Baytarlıq İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-1-2-46/3-5/04/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" X3 1999-2022 ci illər ərzində mülkiyyətində olan mal-qaranın olub olmaması barədə Sabirabad rayon HSBX idarəsində mal-qaranın sayı və onlara xidmət edilməsi barədə hec bir müqavilə bağlanmamışdır. Neçə heyvana xidmət edildiyi barədə hec bir xidmət haqqı köçürülməmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********181900 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli 112 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) 1555 ha torpaq sahəsinin ayrılması və illik icarə haqqı məbləğini özündə əks etdirən icarə müqaviləsi barədə 5 saylı Ərazi Vergilər İdarəsinə məlumat daxil olmadığı üçün torpaq icarə haqqı və torpaq vergisi hesablamaları aparılmamışdır. Eyni zamanda 5 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2022-ci il taririxdə daxil olmuş Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 08 nömrəli sərəncamında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) ayrılmış 1555 ha torpaq sahəsinin mülkiyyətçilərinin Axtaçı Muğan və Salmanlı (birləşdirildikdən sonra Güdəcühür və Muğan Gəncəli) Bələdiyyələri olduğu, həmin bələdiyyələr ilə icarə müqaviləsi bağlanılmalı olduğu halda bu müqavilələrin bağlanmasının təmin edilmədiyi nəzərə alınaraq xx.xx.1999-cu il tarixli 112 nömrəli sərəncamın ləğv edildiyi bildirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 100,00 manat (xx.xx.2019- cu il tarixdə) icarə haqqı ödənilmişdir. Cəmiyyət tərəfindən qeyd olunan dövr ərzində torpaq vergisi ödənilməmişdir.
3. Dövlət Statistika Komitəsi Sabirabad rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-34-72/2-13/2024 saylı məktubuna əsasən Sabirabad rayon üzrə SVDR-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə dair heç bir məlumatın olmadığı müəyyən edilir.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X32 İnkişaf Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-3-54/2-29/2024 nömrəli məktubuna əsasən X32 İnkişaf Mərkəzinin 2016-cı ildən fəaliyyət göstərdiyi nəzərə alınaraq 2016-cı ildən etibarən rayonun Muğangəncəli və Güdəcühür bələdiyyələrinin “Muğan” adlanan ərazisində "xxxx" MMC-yə məxsus təsərrüfatın olduğu və orada mal-qara saxlandığı qeydə alınmadığı və hər hansı xidmətin göstərilmədiyi müəyyən edilir.
5. Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 11 nömrəli məktubuna və Sabirabad rayonu Güdəcühür bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 312 nömrəli məktubuna əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı digər şəxslərlə 2014-cü il tarixdən icarə müqavilələrinin bağlanıldığı, Cavabdeh xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamı ilə verilmiş örüş torpaq sahəsi xx.xx.2014-cü il tarixdən sonrakı dövr ərzində iddiaçı tərəfindən əkinçilik məqsədilə istifadə edilmədiyi, “Samir-3" Məhdud Məsuliyyətli - Cəmiyyətinin 1999-2022-ci illərdə təsərrüfatının olmadığı müəyyən edilir. Eləcə də, sorğu cavabına kənd sakinləri ilə bağlanılan icarə müqavilələridə əlavə edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı mübahisələndirilən sərəncamla onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusunun nədə ifadə olunduğunu əsaslandıra bilmir. Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 saylı sərəncamı ilə rayonun Muğangəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin müvəqqəti istifadəsinə verilməsi barədə JN: 0367, kod 90918018 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir ki, tətbiq edilməli olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətninə əsasən örüş sahələrinin ən çoxu 15 ilədək müddətə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə icarəyə verilə bildiyi açıq şəkildə qeyd edilmişdir. İddiaçının 2014-cu ildən sonrakı dövrdə Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciətinin daxil olmadığı, mübahisə predmeti olan torpaq sahəsi isə müvafiq bələdiyyələrlə digər şəxslər arasında bağlanılan icarə müqavilələri əsasında 2014-cü ildən ayrı-ayrı şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilir. Belə olan halda məhkəmə, mübahisələndirilən sərəncamla iddiaçının hər hansı bir hüququnun və qanunla qorunan maraqlarının pozulmadığı, subyektiv hüququnun mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, 2-1(120)-4201/2023 nömrəli real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə
qərara aldı:
İddiaçı “X38” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov