Məhkəmə qərarları › İş №2-1(120)-1431/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1431/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1431/2020 06.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X11 X12 Saatlı rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehAzərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X11 X12 Saatlı rayon filialına qarşı «xx.xx.1972-xx.xx.1975-ci illərdə X10 təhsil aldığı illəri, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olduğu müddəti və 1975, 1978-1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda işlədiyi iş stajını həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxxx 1955-ci ildə anadan olmuşdur, “xx.xx.1972-xx.xx.1975-ci illərdə X10 təhsil almış, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuş və 1975, 1978- 1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X11 X12 Saatlı rayon filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx xxx 2020-ci il tarixli, **********4 saylı imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayonu 109 nömrəli Peşə məktəbində təhsil aldığı illərin, hərbi xidmətdə olduğu müddətin və Saatlı rayonu “Şən həyat” kolxozunda işlədiyi illəri sığorta stajı kimi müəyyən edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(120)-1431/2020 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək iddia tələbinə “xx.xx.1972-xx.xx.1975-ci illərdə X10 təhsil aldığı illəri, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olduğu müddəti və 1975, 1978-1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda işlədiyi iş stajını həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət X7 X9 Saatlı rayon filialının üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun xx.xx.1972-xx.xx.1975-ci illərdə X10 təhsil aldığı illər, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olduğu müddət və 1975, 1978-1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı vaxt 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də təhsil aldığı müddət, işlədiyi iş illəri və hərbi xidmət dövrü nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışını, arxiv arayışını surətini, hərbi biletinin surətini, cavabdehin imtina məktubunun surətini, ödəniş qəbzini əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilən, Saatlı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 45 saylı məktubunun, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət X6 Liseyinin xx.xx.2020-ci il tarixli, 94 saylı məktubunun, Dövlət X11 X12 Saatlı rayon filialının xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubunun məzmununa və əslinə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmiş hərbi biletin surətinə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Saatlı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Saatlı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. xx xxxxx 2020-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuşdur. İddiaçının təhsil aldığı illəri, işlədiyi iş illəri və hərbi xidmət dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının xx xxxxx 2020-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçının 25 ildən artıq sığortastajınamalikolması, o cümlədənxx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olması NZ ******* nömrəli hərbi bilet ilə, xx.xx.1972-xx.xx.1975-ci illərdə X10 təhsil alması Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə təhsili üzrə Dövlət X6 Liseyinin xx.xx.2020ci il tarixli, 94 saylı məktubu ilə, 1975, 1978-1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda işləməsi Saatlı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 45 saylı məktubu və kolxozun şəxsi hesab kitabları ilə təsdiq olunur. İddiaçının hüququnun yarandığı vaxtda yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajına malik olması Dövlət X11 X12 Saatlı rayon filialı tərəfindən təqdim edilən xx xxxxxxxx 2020-ci il tarixli **********2 nömrəli məktubu ilə də öz təsdiqini tapır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1972-xx.xx.1975-ci illərdə X10 təhsil aldığından məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1975, 1978-1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda işləməsinə dair Saatlı rayon Dövlət Arxivinin 10dekabr 2019-cu il tarixli, 131 nömrəli arxiv arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1975, 1978-1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Dövlət X11 X12 Saatlı rayon filialı tərəfindən təqdim edilən xx xxxxxxxx 2020-ci il tarixli **********2 nömrəli məktubunda qeyd edilir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında Saatlı rayon İddiaçı xx.xx.1972xx.xx.1975-ci illərdə Saatlı 109№-li orta texniki peşə məktəbində əyani təhsil illərinin, 1975-1997-ci illərdə Saatlı rayonu “Şən həyat kolxozunda işiədiyi illərin və xx.xx.1975xx.xx.1977-ci illərdə ordu sıralarında qulluq etdiyi illərin sığorta stajına aid edilərək hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X11 X9 Saatlı rayon filialının üzərinə qoyulması barədə iddia tələbi vardır. İddiaçı iddia tələbinə dair bildiririk ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, xx xxxxxx 2006-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması Qaydalarının 2.3.1-ci bəndinə əsasən kişilərə yaşa görə pensiya təyin olunması üçün 64 yaş 6 aya uyğun 25 il sığorta stajı tələb olunur.Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaş İddiaçı Saatlı rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli 131 saylı arayışına əsasən Saatlı rayon “Şən həyat” kolxozunda 1975- 1997-ci illərdə işləməsi üzrə sığorta stajı təqdim etmişdir. 1975-ci ildə kişilər üçün minimum adam günü norması 240 gün olduğu halda yerinə yetirilən adam günü norması 66 gün olmuşdur.1978-1987-ci illərdə kişilər üçün minimum 240 adam günü və 1988-1997-ci illərdə kişilər üçün minimum 200 adam günü norması yerinə yetirilmişdir. Arxiv arayışındakı illərdə “Şən həyat” kolxozunda minimum adam günü normaları kolxoz idarə heyətinin və rayon kənd təsərrüfatı idarəsinin qərarlarına əsasən müəyyən edilib. “Şən həyat” kolxozunda həmin illərdə işləyən şəxslərə əmək pensiyası təyin edilərkən 1988-ci ilə kimi kişilər üçün 240, qadınlar üçün 180 minimum adam gün norması,1988-ci ildən sonra kişilər üçün 200, qadınlar üçün isə 120 minimum adam gün norması müəyyən edilib. İddiaçının fərdi uçot məlumatları əsasında sığorta stajı 25 il 3 ay 21 gün təşkil etməklə fərdi hesabın sığorta hissəsində 18760 manat 64 qəpik pensiya kapitalı vardır.( Mərkəzləşdirilmiş informasiya sisteminin pensiya təyinatı alt sistemindən sığorta stajı və pensiya kapitalı barədə çıxarış əlavə olunur 1 vərəq).İddiaçının arxiv arayışı əsasında minimum adam gün normaları nəzərə alınmaqla sığorta stajı aşağıdakı kimi hesablanır. 1975-ci ildə minimum 240 adam günə qarşı 66 adam gün yerinə yetirilib 240/12=20 (bir aylıq adam gün norması). 66/20=3 ay 3 gün. 1978-1987-ci illərdə kişilər üçün minimum 240 adam günü və 1988-1997-ci illərdə kişilər üçün minimum 200 adam günü norması yerinə yetirildiyinə görə həmin illər üzrə sığorta stajı 20 il, arxiv arayışına əsasən kolxozda işlədiyi illərin sığort stajı cəmi 20 il 3 ay 3 gün təşkil edir. İddiaçı xx.xx.1972-xx.xx.1975-ci illərdə əyani təhsilə görə 2 il 11 ay 4 gün, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətə görə 2 il 1 ay 14 gün, 1975-ci il və 1978- 1997-ci illərdə kolxozda işlədiyi dövrə görə 20 il 3 ay 3 gün, cəmi 25 il 3 ay 21 gün sığorta stajı vardır. xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Vətəndaşın sığorta stajı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Onun 18760 manat 64 qəpik pensiya kapitalı isə tələb olunan 28800 manat pensiya kapitalından(gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı - 144 X minimum əmək pensiyası məbləği - 200=28800) az olduğu üçün pensiya kapitaiı kifayət etmir.Beləliklə İddiaçı oğlunun 25 il 3 ay 21 gün sığorta stajı olmasına baxmayaraq əmək kitabçası təqdim etmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyi Sizdən xahiş edirik. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Saatlı rayon Dövlət Arxivinin Saatlı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 45 saylı məktubu və kolxozun şəxsi hesab kitablarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.1972-xx.xx.1975-ci illərdə X10 təhsil aldığı illəri, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olduğu müddəti və 1975, 1978-1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı işlədiyi iş illərinin, hərbi xidmət müddətinin və təhsil illərinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı xx.xx.1972-xx.xx.1975-ci illərdə X10 təhsil aldığı illəri, xx.xx.1975xx.xx.1977-ci illərdə hərbi xidmətdə olduğu müddəti və 1975, 1978-1997-ci illərdə Saatlı rayonu “Şən həyat” kolxozunda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X11 X12 Saatlı rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar