Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1435/2022 19.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “15.03.2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 19 may 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı cavabdehin (şöbənin icra məmurunun) 15.03.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarın ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-293/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı X18 ilə cavabdeh İddiaçı birgə nikahlarından doğulmuş 19.04.2015-ci il təvəllüdlü X4 və 24.02.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 30.11.2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq X11 ödənilməsi, İddiaçı ödəniləcək illik alimentin həcminə görə 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin hakimi Müseyib Bayramov 2(041)-2497/21 (2(041)-293/2022) saylı iş üzrə 14 yanvar 2022-ci il tarixdə saat 10:00-da keçirdiyi 2-ci məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X11 qarşı onun aliment tələbinə dair qarşılıqlı iddia ərizəsini qəbul etmiş, imzaladaraq surətini X11 vermiş, nədənsə, etirazını və mülahizəsini tələb etməmiş, almamışdır və 21.01.2022-ci il tarixli qərəzli, əsassız və qanunsuz qətnamədə göstərməmişdir və yaxud əlavə qətnamə və hər hansı qərardad qəbul etməmişdir və əsassız və qanunsuz olaraq icraya yönəltmişdir. Cavabdeh icra məmuru Ruslan Məmmədov 11.02.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar çıxarıb, 36372/22-55-8/3 saylı bildiriş tərtib edib, 8 gün gizlədib, 19.02.2022-ci il tarixdə sifarişli məktubla Kürdəmir şəhər mərkəzi poçt şöbəsinə təhvil veribdir. Köhünlü kənd poçt şöbəsi həmin sifarişli məktubu 28.02.2022-ci il tarixdə onu Köhünlü kənd İƏD üzrə nümayəndəliyində gördükdən sonra imzalatmadan, qeyri-rəsmi qaydada vermişdir. Cavabdeh icra məmuru Ruslan Məmmədov 15.03.2022-ci il tarixdə “borclunun məcburi gətirilməsi” haqqında qərəzli, əsassız və qanunsuz qərar çıxarıb, 36372/3 saylı məktub tərtib edib, 4 gün gizlədib, 19.03.2022-ci il tarixdə sifarişli məktubla Kürdəmir şəhər mərkəzi poçt şöbəsinə təhvil veribdir. X27 2(041)-293/2022 saylı, 21.01.2022-ci il tarixli qərəzli, əsassız və qanunsuz qətnamə qəbul edərkən, AR MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə formal olaraq istinad edərək əsaslandırmışdır, lakin tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etməyinə, izahatlar verməyinə və əsassız və qanunsuz qaytarılan qarşılıqlı iddia ərizəsini 21.01.2022-ci il tarixdə poçtla sifarişli məktubla təkrar göndərməyinə baxmayaraq, cavabdeh X11 qarşı onun aliment tələbinə dair qarşılıqlı iddia ərizəsini 7 gündən sonra məhkəmənin sonuncu iclasında qətnamə elan etdikdən sonra ona qaytarmış, AR MPM-nin 4, 9, 14.2, 154, 155, 156, 229-cu maddələrinin tələblərinə zidd olaraq, özünün qulluq mövqeyindən irəli gələn hüquqi dəlillərlə əsaslandıraraq, bu tələblər barədə əlavə qətnamə və ya qərardad çıxarmamışdır və habelə onu məhkəməyə müraciət etmək və 18.12.2012-ci il təvəllüdlü X8 aliment almaq hüquqlarından məhrum etmişdir. Cavabdeh icra məmuru Ruslan Məmmədov 11.02.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar çıxararkən və 36372/22-55-8/3 saylı bildiriş tərtib edərkən, “İcra haqqında” AR Qanunun 3-cü, 8-ci, 79-cu və 85-ci maddələrinə formal olaraq istinad edərək əsaslandırmışdır. “1. İcra sənədi üzrə icraata başlanılmasını. 2. Borclu İddiaçı təklif olunsun ki, 10 gün müddətində icranı könüllü təmin etsin. İcra könüllü təmin edilmədikdə: icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulsun, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlakın üzərinə həbs qoyulsun. 3. Qərarın surəti 1 (bir) gün müddətində borcluya, tələbkara və qərarı vermiş orqana göndərilsin. 4. Qərardan onun surətini aldıqdan sonra 10 (on) gün müddətində məhkəməyə şikayət verilə bilər” qərarda yazıb və “Tələbi könüllü icra etməyi üçün ona 10 (on) gün müddətində vaxt verilir və bildirişi aldığı gündən etibarən 3 (üç) gün müddətində şəxsiyyət vəsiqəsilə birlikdə Cavabdehndə olmalısınız” bildirişdə yazıb. Cavabdeh icra məmuru Ruslan Məmmədov 15.03.2022-ci il tarixdə “Borclunun məcburi gətirilməsi haqqında” qərəzli, əsassız və qanunsuz qərar çıxararkən və 36372/3 saylı məktub tərtib edərkən, “İcra haqqında” AR Qanunun 84.2-ci və 84.3-cü maddələrinə formal olaraq istinad edərək əsaslandırmışdır. 1. Borclu İddiaçı Cavabdehnə məcburi gətirilməsi məsələsinə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə təqdimat verilsin. 2. Qərarın surəti 1 (bir) gün müddətində tələbkara və borcluya göndərilsin. 3. Qərardan onun surətini aldıqdan sonra 10 (on) gün müddətində məhkəməyə şikayət verilə bilər” qərarda yazıb. Onlar (ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X19 ilə o) Kürdəmir Rayon Qeydiyyat Şöbəsində 02.07.2013-cü ildə rəsmi nikaha girmişlər və evlənmişlər. Onların birgə nikahlarından 3 uşaqları, 18.12.2012ci ildə X14, 19.04.2015-ci ildə X15 və 24.02.2018-ci ildə X12 dünyaya gəlmişlər, onunla yaşamışlar və Söyüdlər kənd tam orta məktəbində təhsil alırdılar. Onların ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X18 ilə ailə münasibətləri əvvəldən normal olmayıbdır. Belə ki, X18 onun uşaqlarını metal haftafa ilə döyürdü və qorxudurdu. O, ailənin normal yaşaması üçün onun valideynlərindən çox xahişlər etmişdir. 10.06.2020- ci il tarixdə əkin sahələrində taxıl biçdirdiyinə görə valideynlərilə birgə yaşadığı evlərində olmamışdır. Lakin, onun valideynləri onların ailəsinin normal yaşamasına kömək etmək əvəzinə, 22 ay əvvəl 10.06.2020-ci il tarixdə Şəki şəhərində Xədicənin gözlərini guya müayinə etdirəcəklərini bəhanə edərək, 1-2 həftəyə qaytaracaqlarını bildiriblər, onun valideynlərini aldadıblar, onlardan 100 (bir yüz) manat pul alıblar. Xədicəni və onun 2 uşağını, X9 və X5 ondan xəbərsiz onlardan məcburən götürüblər və öz evlərinə aparıblar, amma onun 1 uşağını, X8 aldada və apara bilməyiblər. X14 ağıllı, tərbiyəli uşaq olduğu və habelə onun ona olan ata qayğısını düzgün qiymətləndirə bildiyi üçün onun valideyinləri ilə yaşadığı evlərini tərk etməmişdir və hazırda onunla birlikdə yaşayır və Söyüdlər kənd tam orta məktəbində 4-cü sinifdə təhsil alır. Kürdəmir RİHB-nın Köhünlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 28.02.2022-ci il tarixdə verdiyi 103 nömrəli Arayış bu faktı bir daha təsdiq edir. Onun böyük qardaşı X2 şəhərindəki öz evində yaşayır. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X18 və onun valideynləri onun qardaşının Kürdəmir şəhərində ayrı yaşamasını rahat həzm edə bilmədikləri üçün ondan da tələb edirdilər ki, valideyinlərindən ayrılsın, şəhərə köçsünlər, ev alıb və şəhərdə yaşasınlar. O, hər dəfə zəng edib Xədicədən soruşanda Xədicə Abbasova onunla rahat mehribancasına danışmış və tezliklə onun uşaqları ilə birlikdə onların evlərinə qayıdacağını bildirmişdir. Amma, ona hərdən bir Mediasiya Şurasından zəng ediblər və onu Mediasiya Şurasına dəvət ediblər. Mediasiya Şurasından ona zəng edən X24a o, vəziyyəti olduğu kimi danışmışdır. X16 arvadını və uşaqlarını ona qaytara bilməmişdir. Bundan sonra ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X18 25.11.2021-ci il tarixdə Kürdəmir rayonunun Söyüdlər kəndinə xəlvətcə gəlmiş, gəldiyini ona bildirmədən məktəbə getmiş, xaltura edərək alimentin məbləğini artırmaq məqsədilə 18.12.2012-ci il təvəllüdlü X8 Söyüdlər kənd orta məktəbindən oğurlamaq və özü ilə aparmaq istəmiş, uşaq qaçmışdır, amma 19.04.2015-ci il təvəllüdlü X4 1-ci sinif sənədlərini məktəbdən almış və Ağdaş rayonunun Ləki qəsəbəsinə aparmışdır. Bundan sonra, Kürdəmir Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixə saat 09:20-yə məhkəmə hazırlıq iclası təyin etdiyi və 11.12.2021-ci il tarixdə poçtla göndərdiyi məhkəmə bildirişini və ona əlavə olunmuş ilkin iddia ərizəsinin çətin oxunan surətini o, məhkəmənin hazırlıq iclasından sonra 17.12.2021-ci il tarixdə, saat 18:35-də qonşunun uşağından qeyri-rəsmi qaydada almışdır. Məlum olmuşdur ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X18 yalan məlumatla 2 uşağın saxlanması üçün hər ay ondan 175 + 175 = 350 manat aliment pulu tutulmasına dair əsassız və qanunsuz iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X18 onların 3 uşaqları olduğu halda, ilkin iddia ərizəsində 2 uşaqlarını göstərib, 1 uşaqlarını gizlədibdir. Nikah haqqında şəhadətnamənin nömrəsi 349 olduğu halda, 249 yazıb, guya ailə münasibətləri əvvəldən normal olmuşdur, guya mehriban yaşamışlar, aralarında heç bir problem olmamışdır, lakin xeyli müddətdir ki, yaşadıqları dövrdə cavabdehin xasiyyət xarakteri səbəbilə aralarında narazılıqlar baş verməyə başlamış, bir ilə yaxındır ki, ayrılmışlar, onlar övladları ilə birgə valideyinlərinin himayəsində yaşayırlar, bu müddət ərzində cavabdeh bircə dəfə də olsa övladları ilə maraqlanmayıb, övladlarına heç bir maddi yardım göstərməmişdir, valideyinlərimin himayəsində çox çətinlik çəkirlər, övladlarımın ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır, heç bir yerdə işləmir, odur ki, alimentə ehtiyacı var və buna görə də məhkəməyə müraciət etmiş, bununla bağlı o, mediator qəbulunda olmuş, mediasiya sessiyasında iştirak etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 2020-cı ildə uşaqlar üçün minimum yaşayış meyarı 175 manat müəyyən edilmişdir. Birgə nikahlarından anadan olmuş X4 və X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün ondan sabit pul məbləğində 175 manat + 175 manat = 350 manat aliment pulu tutulmasını xahiş etmişdir” yazıb. O, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X10 xeyrinə 2 uşağın saxlanması üçün hər ay ondan 175 manat + 175 manat = 350 manat aliment pulu tutulmasına dair əsassız və qanunsuz iddia ərizəsinə qəti etiraz etmiş, uşaqlarını istismar etməklə ona ziyan vurmaq məqsədi güdən ləyaqətsiz arvaddan, cavabdeh X6 uşaqlarının ikisinin də alınmasını və özümə qaytarılmasını və habelə X7 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat alimentin qarşılıqlı iddia ərizəsi ilə ödənilməsini tələb etmişdir. O, heç bir yerdə işləmir, heç bir gəliri və qazancı yoxdur, yalnız atasının və anasının hər ikisi 2-ci qrup əlil olan valideyinlərinin yanında yaşayır və habelə onların pensiya pulu ilə çətinliklə dolanır. Göstərilən mötəbər faktlara və səbəblərə əsasən hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-293/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi qərəzli, əsassız və qanunsuz olduğundan ləğv edilməlidir və uşaqlarını istismar etmək məqsədilə iddiaçı X10 iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir, uşaqları ondan alınaraq ona verilməlidir, habelə 18.12.2012-ci il təvəllüdlü X7 18 yaşına çatana kimi saxlanması üçün onun 193 manat aliment tələbinə dair qarşılıqlı iddia tam təmin edilməlidir və Cavabdeh icra məmuru Ruslan Məmmədovun 11.02.2022-ci il tarixli icraata başlamaq haqqında və 15.03.2022-ci il tarixli ‘‘borclunun məcburi gətirilməsi” haqqında qərəzli, əsassız və qanunsuz qərarları ləğv edilməlidir. Belə ki, onların ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X18 ilə ailə münasibətləri əvvəldən normal olmamışdır və o, uşaqları metal haftafa ilə döyürdü və qorxudurdu. O, ailənin normal yaşaması üçün onun valideynlərindən çox-çox xahişlər etmiş, təəssüf ki, heç bir xeyri olmamışdır. Hakim M.Bayramov 2(041)-293/2022 saylı 21.01.2022-ci il tarixli qərəzli, əsassız və qanunsuz qətnamə qəbul edərkən, yanlışlığa yol vermiş, səhv nəticəyə gəlmiş, tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etməyinə, izahatlar verməyinə və əsassız və qanunsuz qaytarılan qarşılıqlı iddia ərizəsi 21.01.2022-ci il tarixdə poçtla sifarişli məktubla təkrar göndərməyinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X11 qarşı 18.12.2012-ci il təvəllüdlü X1 üçün onun aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi 7 gündən sonra məhkəmənin sonuncu iclasında qətnamə elan etdikdən sonra ona qaytarmış, AR MPM-nin 4, 9, 14.2, 154, 155, 156, 229-cu maddələrinin tələblərinə zidd olaraq, özünün qulluq mövqeyindən irəli gələn hüquqi dəlillərlə əsaslandıraraq, bu tələblər barədə əlavə qətnamə və ya qərardad çıxarmamışdır və habelə onun məhkəməyə müraciət etmək və 18.12.2012-ci il təvəllüdlü X8 aliment almaq hüquqlarından məhrum etmişdir. Cavabdeh icra məmuru Ruslan Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, 11.02.2022-ci il tarixli “icraata başlamaq haqqında” və 15.03.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərəzli, əsassız və qanunsuz qərarlar qəbul edərkən, yanlışlığa yol vermiş, səhv nəticəyə gəlmiş, Kürdəmir Rayon Məhkəməsinin sözügedən qətnaməsindən və icra məmurunun qərarlarından şikayətlər verməyinə məhəl qoymayıbdır. Cavabdeh icra məmuru Ruslan Məmmədov 15.03.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərəzli, əsassız və qanunsuz qərarı sifarişli məktubla 19.03.2022-ci il tarixdə Kürdəmir şəhər poçt şöbəsi vasitəsilə ona göndərib, amma sifarişli xəbərnaməli poçt göndərişi ilə göndərməyibdir. Köhünlü kənd poçt şöbəsi 19.03.2022-ci il tarixli sifarişli məktubu ona imzalatmadan, qeyri-rəsmi qaydada sadə məktub kimi qonşularının vasitəsilə 30.03.2022-ci il tarixdə verib, göndəribdir. O, 30.03.2022-ci il tarixdə aldığı əsassız və qanunsuz qərardan 10 gün ərzində iddia ərizəsini (şikayətini) məhkəməyə verir. “İcra haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cu maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Eyni Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gun müddətində məhkəməyə şikayət edə bilərlər. 84.3-cu maddəyə görə tərəflər həmin qərarın surəti aldıqdan sonra 10 gun müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 87.1-ci maddəyə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyıbsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gun müddətində verilir. O, Kürdəmir Rayon Məhkəməsinin həmin 21.01.2022-ci il tarixli qətnaməsini 20 gün sonra, 10.02.2022-ci il tarixdə qonşu kənddən qeyri-rəsmi qaydada almış, bir ay müddət ərzində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Cavabdeh 11.02.2022-ci il tarixli qərəzli, əsassız və qanunsuz həmin “icraata başlamaq haqqında” qərarı sifarişli məktubla 28.02.2022-ci il tarixdə Köhünlü kənd İƏD üzrə nümayəndəliyində gördükdən sonra imzalamadan, qeyri-rəsmi qaydada almış və 10 gün ərzində şikayətini vermiş və Cavabdeh 15.03.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərəzli, əsassız və qanunsuz qərarı sifarişli məktubla 30.03.2022-ci il tarixdə imzalamadan, qeyri-rəsmi qaydada almış və 10 gün ərzində iddia ərizəsini (şikayətini) verir. Kürdəmir Rayon Məhkəməsinin hakimi Xaliq İmanov Cavabdeh 11.02.2022-ci il tarixli 36372/22-55-8/3 saylı qərəzli, əsassız və qanunsuz “İcraata başlamaq haqqında” qərarından ona verdiyi şikayətə baxılmasını 28.03.2022-ci il tarixə saat 15:20-yə məhkəmə iclasını təyin etmiş, 8(041)-24/2022 saylı 11.03.2022-ci il tarixli məhkəmə bildirişini 13 gündən sonra 24.03.2022-ci il tarixdə poçt şöbəsinə verib, ona göndərib. O, Kürdəmir Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli məhkəmə bildirişini məhkəmə iclasından 2 gün sonra, 30.03.2022-ci il tarixdə almış və buna görə də iclasda iştirak edə bilməmişdir. AR MPM-nin 135.4-cü maddəsinə gorə Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər ounu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. AR MPM-nin 138.3-cü maddəsinə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gun qalmış verilir. Cavabdeh 15.03.2022ci il tarixli qərarı qərəzli, əsassız və qanunsuzdur, ləğv edilməlidir. Kürdəmir Rayon Məhkəməsi 2(041)-293/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərəzli, əsassız və qanunsuz qətnaməsini 14 gün sonra, 04.02.2022-ci il tarixdə poçt şöbəsi vasitəsilə sifarişli məktubla ona göndərib, amma sifarişli xəbərnaməli poçt göndərişi ilə göndərməyibdir. O, həmin 21.01.2022-ci il tarixli qətnaməni 20 gün sonra, 10.02.2022-ci il tarixdə qonşu kənddən imzalamadan, qeyri-rəsmi qaydada almış, bir ay müddət ərzində apellyasiya şikayəti vermişdir. İcra haqqında AR Qanunun 84-cu maddəsinə əsasən 84.1. icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması uçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. 84.2. icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qarar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun mənasına görə icra məmurunun qərəzli, əsassız və qanunsuz qərarlarından onun şikayətlər verməyinə, icra sənədini itirməməyinə və ya şikayətlərini vaxtında göndərməyinə, habelə onun iş yerinin və gəlirlərinin olmadığına və ya yaşayış yerinin və əmlak vəziyyətinin haqqında dəqiq məlumat təqdim etməyinə baxmayaraq, icra məmuru qulluq mövqeyindən sui-istifadə edərək, İcra haqqında AR Qanununun 84-cü maddəsinin tələblərinə zidd olaraq qərəzli, əsassız və qanunsuz qərar çıxarıb, məhkəməyə təqdimat verib. Göründüyü kimi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 293/22 saylı, 21.01.2022-ci il tarixli qətnaməsi və bununla bağlı olan Kürdəmir Rayon İcra Şöbəsinin 11.02.2022-ci və 15.03.2022-ci il tarixli qərarları qərəzli, əsassız və qanunsuzdur, ləğv edilməlidir. İddiaçı göstərilənlərə əsaslanaraq, Cavabdeh 15.03.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İş materiallarında olan Cavabdeh 15.03.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarının surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-293/2021 saylı, 21 yanvar 2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 30.11.2021-ci il tarixdən başlayaraq hər ay 240 (iki yüz qırx) manat miqdarında aliment tutulub X11 ödənilməlidir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak və maliyyə gəlirlərini aşkar etmək məqsədilə aidiyyəti orqanlara sorğular verilmişdir. Borclu İddiaçı icra sənədində göstərilən tələbin icra edilməsi ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, icra məmurunun çağırışına gəlməkdən boyun qaçırır. Odur ki, borclu İddiaçı Cavabdehnə məcburi gətirilməsi məsələsinə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Məhkəmə qərarının icra olunmasına dair icra sənədi kimi qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi çıxış edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfındən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Hazırkı iş üzrə ərizədən aydın olur ki, Abbasov X13 Rayon Məhkəməsinin 2(041)- 293/2021 saylı, 21 yanvar 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Cavabdeh 15.03.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarını mübahisələndirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək icra məmurunun vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fıziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fıziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək və s. vəzifələrini yerinə yetirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.5-ci maddəsinə görə tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məkhəmə onu da qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən hərəkət və ya hərəkətsizliyə yol verildikdə, onun mübahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında borclu) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Bu səbəbdən də iddiaçıya izah olunmalıdır ki, o, icra sənədinin icrası ilə bağlı icra sənədini verən məhkəməyə, yəni Kürdəmir Rayon Məhkəməsinə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “15.03.2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1435/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1435/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver