Məhkəmə qərarları › İş №2-1(120)-1435/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1435/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1435/2024 01.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X10, İddiaçının nümayəndəsi Əhədov Sabirəli Nüsrət oğlunun, Cavabdehin nümayəndəsi X21, Üçüncü şəxs X35, Üçüncü şəxs X28 iştirakı ilə, İddiaçı X19 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “30 ha torpaq sahəsinə onun adına verilmiş 004235 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X19 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “30 ha torpaq sahəsinə onun adına verilmiş 004235 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi Əhədov Sabirəli Nüsrət oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddianın dəqiqləşdirərək cavabeh qismində qeyd olunmuş "xxxx" X19 cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(120)-4210/2023 nömrəli və 13 fevral 2024-cü il tarixli, 2-1(120)-1435/2024 nömrəli məktubları ilə iddiaçılara hüquqi yardım edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə X43 yaratmaq istədikləri barədə 1992-ci ilin avqust ayında Beyləqan rayon X57 Rəyasət Heyətinə müraciət etmiş və KFT-nın istifadəsi üçün 30,0 hektar torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Beyləqan rayon X57 Rəyasət Heyətinin 14 sentyabr 1992-ci il tarixli, 32 nömrəli qərarı ilə S.Vurğun adına kolxozun ərazisindən ona İddiaçı X19 istifadəsi üçün 30,0 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bərabər Beyləqan rayon X57 Rəyasət Heyətinin 14 sentyabr 1992-ci il tarixli, 21 nömrəli qərarı ilə İddiaçı X43 rəsmi qeydiyyata alınmışdır. O və 5 nəfər ailə üzvü birləşərək 29 sentyabr 1992-ci il tarixdə İddiaçı X26 yaratmışlar. Təsərrüfatın nizamnaməsini qəbul etmiş və həmin təsərrüfata onu sədr seçmişdirlər. KFTnin təsisçiləri X45, X36, X46, X47, X29, X54 oldular. Qanunvericiliyə uyğun olaraq həmin vaxtdan 5 nəfər ailə üzvü İddiaçı KFT-nın təsisçiləri və payçıları olmuşdurlar. Beyləqan rayon X57 və Beyləqan rayon Torpaq şöbəsi tərəfindən ona ayrılmış 30,0 ha torpaq sahəsinə Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət aktları kitabında 119 nömrə ilə qeydə alınmaqla B№ 004235 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. 1992-ci ildən 2000-ci ilə kimi İddiaçı KFT 6 nəfər təsisçi tərəfindən idarə edilmiş və 30,0 hektar torpaq sahəsi KFT tərəfindən istifadə olunmuşdur. 2000-ci ildə ağır xəstələndiyinə görə Bakı şəhərində və daha sonra Respublikadan kənarda Tehran və Moskva şəhərlərində müalicə olunmalı olmuşdur. Ailəsi onun müalicəsi məşğul olduğuna görə bu müddətdə KFT-nin fəaliyyətinin davam etdirilməsi məqsədilə əvvəllər etibarlarını qazanmış həmkəndliləri X48 29 sentyabr 2000-ci il tarixdə KFT-na üzv qəbul etmişlər və təsisçilər onu KFT-nın sədri təyin etmişdirlər. Lakin o heç bir pay sahibi olmadığından KFT-nin təsisçisi və payçısı deyildir. Təsisçisi onların olduğu KFTnin sədri vəzifəsini icrası ona tapşırılmışdır. KFT-nın möhür və ştampı da işlərin qaydasında aparılması məqsədilə ona təhvil verilmişdir. Onun müalicəSi bir neçə il davam etmişdir. Bu müddət ərzində təsisçilər KFT-nın fəaliyyəti ilə yaxından maraqlana bilməmiş, aparılan sənədləşmədən xəbərsiz olmuşdurlar. Sonradan onlara məlum olmuşdur ki, ona göstərdiyi etibardan sui istifadə edərək onu KFT-na üzv və sədr təyin etdiyikləri ilk gündən başlayaraq KFT- nı özgəninkiləşdirməyə başlamışdır. Onlar təsisçilərin iştirakı olmadan saxta protokollar, qərarlar tərtib edərək, həmin protokol və qərarları ona təhvil verdikləri möhür və ştampla təsdiqləyərək tədricən onları guya öz istəyi ilə KFT-nın üzvlüyündən və təsisçiliyindən çıxarmış, KFT-nın fəaliyyətinin dayandırılması, İddiaçı KFT-nın çevrilmə yolu ilə mühasibat balansı üzrə bütün passiv və aktivləri özünün təsisçisi olduğu “Cavid Kəndli (fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Heç bir hüquqi əsası olmadan "xxxx" KFT MMC İddiaçı KFT- nın hüquqi varisi olmuşdur. Faktiki olaraq onların təsisçisi olduğu İddiaçı KFT-nın bütün aktiv və passivləri, o cümlədən Beyləqan rayon XDS RH-nin qərarından da göründüyü kimi onun daimi istifadəsinə verilmiş 30,0 ha torpaq sahəsi saxta sənədlərlə özgəninkiləşdirilmiş və bu prossesdə 6 nəfər təsisçidən heç birinin iştirakı olmamışdır. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə əsasən məhkəmənin qərarı olmadan heç kim mülkiyyətindən mərhum edilə bilməz. Faktiki olaraq qanunvericiliyə zidd olaraq bizim təsis etdiyimiz KFT-nı başqa şəxsin qərarı ilə ləğv etmişlər. Hətta ləğvetmə prossesində Qanunvericiliyə uyğun olaraq Beyləqan rayon XDS RH tərəfindən təsdiq edilmiş nizamnamə də pozulmuşdur. Belə ki, Nizamnamənin İV bəndində Kəndli təsərrüfatının mülkiyyəti barədə maddələr yer almışdır. İV.l-ci maddədə göstərilir: Kəndli təsərrüfatına verilmiş torpaqda tikilmiş bina, istehsal qurğuları, kənd təsərrüfatı texnikası, onlar üçün ehtiyat hissələri, maşın və avadanlıqlar, iş və məhsuldar heyvanlar, istehsal edilmiş və ediləcək məhsullar və digər əmlaklar kəndli təsərrüfatının mülkiyyətini təşkil edir və məhkəmə qərarı olmadan alma və götürülə bilməz. İV.3-CÜ maddədə deyilir: 4.1-ci maddədə göstərilən əmlak şəxsi mülkiyyət kimi ər-arvada mənsub ola bilər, onların ümumi mülkiyyətində qala bilər. İV.4-cü maddədə deyilir: Kəndli təsərrüfatı ləğv edildikdə verilməmiş əmək haqqı ödənilir. Bank, büdcə və digər kreditorlar qarşısındakı öhdəliklər yerinə yetirildikdən sonra qalan əmlak kəndli təsərrüfatı üzvləri arasında bölüşdürülür. Göründüyü kimi hətta Nizamnamə də kobud surətdə pozulmuşdur. Buna baxmayaraq cavabdeh Quliyev Nazim tərəfindən onların iştirakı olmadan tərtib edilmiş saxta sənədlər cavabdeh 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən qəbul edilmiş və rəsmiləşdirilmişdir. Onlar uzun zaman nə baş verdiyini araşdırmaqla məşğul olmuşuq. Lakin cavabdeh 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən onların müraciətləri layiqincə qiymətləndirilməmiş və əsasən onlara məlumat verə bilməyəcəklərini bildirmişlər. İddiaçı KFT və "xxxx" KFT MMC ilə əlaqələri qalmamışdır. Ona görə bu barədə məlumat verilə bilmədiklərini qeyd etmişdirlər. Onlar dəfələrlə hüquqlarının bərpası üçün müraciət etmişlər, cavabdeh Nazim Quliyev onlarından etibarından sui istifadə edərək saxta sənədlər tərtib etmiş və əmlakları olan İddiaçı KFT-ni və onun adına verilmiş 30,0 hektar torpaq sahəsini özgəninkiləşdirmiş və bu balans üzərində heç bir əlaqəsi olmayan "xxxx" MMC yaratmışdır. Nazim Quliyevi KFT-na üzv və sədr seçərkən ona KFT-nin əmlakını özgəninkiləşdirmək və KFT-ni bağlamaq səlahiyyəti verməmişlər, KFT-nin təsisçisi olaraq ona bu səlahiyyəti vermədikləri halda onun bu əməliyyatları aparması qeyri qanunidir və qanunaziddir. Bu özgə əmlakının qeyri qanuni mənimsənilməsidir. İddiaçı KFT-nı yenidən bərpa edərək qanunvericiliyə uyğun olaraq 8 saylı Beyləqan Ərazi Vergilər idarəsində qeydiyyata aldırmışlar və cavabdeh 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət edərək 30,0 hektar torpaq sahəsinin sənədlərinin dəyişdirilməsinin ləğv edilməsini və əvvəlki sənədin bərpa olunmasını tələb etmişlər. Lakin tələbləri rədd edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. 30,0 hektar torpaq sahəsinin ayrılması barədə Beyləqan rayon XDS RH-nin 14 sentyabr 1992-ci il tarixli 32 nömrəli qərarında deyilir: “S.Vurğun adına kolxozun daimi torpaq sahəsinin kənd təsərrüfatına yararsız hissəsindən 30,0 (otuz) hektar Əhədov Sabirəli Nüsrət oğluna İddiaçı X19 istifadəsi üçün ayrılsın”. Qərardan göründüyü kimi 30,0 hektar torpaq sahəsi ona İddiaçı KFT-nin istifadəsi üçün ayrılmışdır. Ona və İddiaçı KFT-nin istifadəsi üçün ayrılmış torpaq sahəsinə Nazim Quliyevin adına "xxxx" MMC-nin istifadəsi üçün rəsmi sənəd verilməsi qanunaziddir və bu cavabdeh 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən Nazim Quliyevlə əlbir olaraq yaradılmış qanun pozuntusudur. Bu əməliyyatın aparılması üçün təqdim olunmuş heç bir sənəddə onların iştirakı olmamışdır. Həmin sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Ona görə bu sənədlərin nədən ibarət olması barədə dəqiq məlumatları yoxdur. Bu snədlər onların adından da istifadə etməklə hazırlanmışdır. Əgər belədirsə bu sənədlərlə əlaqələrinin olmadığını və belə sənədlər varsa oradakı imzalarının saxtalaşdırılmışdır və buna görə həmin sənədlər saxta sayılmalıdır və hüquqi qüvvəyə malik deyillər. İddiaçı KFT onların əmlaklarıdır. Ona ayrılmış və adına verilmiş toraq sahəsi onların mülkiyyət, sahiblik və daimi istifadə hüquqları vardır və bu veilmiş Dövlət Aktı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyətlərinin onların razılığı olmadan özgəninkiləşdirilə bilməz. Lakin cavabdehlər tərəfindən mülkiyyət hüquqları pozulmuşdur. Pozulmuş mülkiyyət hüququ məhkəmə qaydasında bərpa olunmalıdır. Cavabdeh X35 İddiaçı X19 çevrilmə yolu ilə ləğv edilərək onun əmlakının, aktiv və passivlərinin təsisçisi olduğu “Cavid Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına keçirilməsi barədə tərtib etdiyi bütün hüquqi sənədlərin ləğv olunmasını, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 30,0 hektar torpaq sahəsinə onun adına verilmiş B№004235 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv olunmasını, göstərilən 30 hektar torpaq sahəsinə dair məlumatların Daşınmaz Əmlakın Reyestri qeydiyyatında dəyişiklik edilərək həmimn torpaq sahəsinə dair onun adına verilmiş hüquqverici sənədin bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmə xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı X19 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “30 ha torpaq sahəsinə onun adına verilmiş 004235 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv edilməsi“ barədə iddia tələbinə münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsində sənədlərə və arxiv məlumatlarına baxıiaraq, Beyləqan rayonu X57 Rəyasət Heyətində 14 sentyabr 1992-ci il tarixli 21 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış “Emin“ X19 çevirilməsi yolu “Cavid Kəndli (Fermer) Təsərrüfatı’’ Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması ilə əlaqədar təsisçinin qərarına əsasən tərtib edilmişdir. Çevirilmə formasında yenidən təşkil edilmiş İddiaçı X19 mühasibat balansı üzrə bütün aktivləri və passivləri “Cavid Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Çevirilmə faktı hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alındığı vaxtdan İddiaçı X19 üçüncü şəxslər, o cümiədən bütün kreditorlar və borclular qarşısında öhdəlikləri, o cümlədən tərəflərin mübahisəli öhdəlikləri “Cavid Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməkiə “Cavid Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı X19 hüquqi varisi olmuş və xx.xx.2007-ci il tarixli təhvil aktı tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsi tərəfindən təsisçinin xx.xx.2007-ci il tarixli qərarı, təhvil aktı, müraciət ərizəsi və digər sənədlər əsasında “Cavid Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə sorğu verilmiş və 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən sorğu cavablandırıldıqdan sonra, İddiaçı X20 iki hüquqi varisinin mövcudluğu qanunvericiliyə zidd olduğundan Beyləqan rayon İddiaçı X19 Dövlət Aktının əslinin va ya həmin torpağa dair Dövlət Reyestrindən çıxarışın verilməsinə dair müraciətin icrasının mümkün olmadığı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən vətəndaşa bildirilmişdir. Bundan əlavə olaraq bildiririk ki, həmin 30 ha torpaq sahəsinə dair X35 adına xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin torpaq sahəsinin 20 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli istifadə hüququnun alqı-satqı müqaviləsi əsasında X1 və 9 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X28 istifadəsinə verilmişdir. Yerdə qalan 1 ha torpaq sahəsinə dair X35 adına çıxarış verilmişdir. Əlavə olaraq bildiririk ki, çıxarışın ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. Belə ki, “Daşınmaz əmiakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və Azərbaycan Respublikası Müiki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmiak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların döviət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların döviət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların döviət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiiəşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi iiə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqiarın dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, yuxarıda şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və 140-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən İddiaçı X19 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “30 ha torpaq sahəsinə onun adına verilmiş 004235 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv edilməsi” barədə tələbinə etiraz edirlər və iddia tələbinin rədd ediiməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs X35 etiraz ərizəsində qeyd edilmişdir ki, Əhədov Sabirəli Nüsrət oğlu xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Azərbaycan Respublikası Şirvan İnzibati məhkəməsinə yazaraq bildirir ki, guya onun adına olmuş 30 ha torpaq sahəsini ondan xəbərsiz, qanunsuz olaraq adına keçirmişdir. Bu işdə ona Azərbaycan Respublikasının İqtiasdiyyat Nazirliyi yanından Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X69 şəxsi 6 saylı Beyləqan ərazi idarəsi köməklik göstərmişdir. Bu iddia tamamilə yalandır, əsassızdır və böhtan xarakterlidir. Odur ki, iddia təmin edilmədən rədd edilməlidir. Torpaq almaq istədiyi vaxt, tanışı Beyləqan rayon qeyri bank kredit birliyində işləyən X67 ilə görüşən zaman ondan torpaq almaq istədiyini eşitdiyini soruşmuşdur. Cavabında həqiqətən də torpaq almaq istədiyini bildirmiş, bu zaman Vəli Hacıyev işlədiyi bankın səlahiyyətlərində, müxtəlif ərazilərdə topraq sahələri olduğunu və istənilən ərazidən ona torpaq sata biləcəyəni demişdir. Həmçinin ona Əhədov Sabirəli Nüsrət oğlunun adına olan 30 ha torpaq sahəsinin sənədlərini göstərmişdir. X33 Nüsrət oğlunun adına olduğunu və başqa şəxsin adına olan torpaq sahəsini necə sata biləcəyini soruşmuş, Vəli Hacıyev də cavabında, onun işlədiyi bankdan kredit götürüb torpağı girov qoyan şəxslər, kredit məbləğini ödəmədikdə, qoyduqları girovları sataraq borclu olduqları kredit borclarına ödəmək hüquqları olduğunu izah etmişdir. Əlavə olaraq Əhədov Sabirəli Nüsrət oğlu xx.xx.1998-ci il tarixli, 05 saylı girov müqaviləsinə əsasən köhnə məzənnə ilə 28.432000 manat kredit götürmüş, əvəzində isə fərdi yaşayış evini və İddiaçı X19 istifadəsində olan 30 ha torpaq sahəsini girov qoymuşdur. Götürülmüş kredit məbləğinin ödəmə müddəti başa çatmış olsada, kredit borcunu tam olaraq ödəyə bilməmişdir. Bu səbəbdən də bağlanmış girov müqaviləsinin şərtlərinə əsasən, qeyd şərtsiz satmaq hüquqlarının olduğunu da bildirmişdir. Vəli Hacıyevlə razılaşaraq torpağın istifadəçisi Sabirəli Əhədovu banka dəvət etməsini və onunla görüşüb tanış olmaq istədiyini, həmçinin razılaşaraq qeyd olunan torpaq sahəsini almaq istədiyini bildirmiş, Vəli Hacıyev də bildirdi ki, S.Əhədov bankda girovda olduğu halda həmin torpaq sahəsini onlardan xəbərsiz satmaq məqsədi ilə X2 məzənnə ilə 15.000000 manat, Bəşir adlı şəxsdən isə torpaq sahəsini müvəqqəti icarəyə vermək adı ilə xeyli müqdarda pul almış, aldığı pulları isə kredit borcuna ödəmək əvəzinə, özunun şəxsi borclarına ödədiyini, ona görə də S.Əhədova inanmadıqlarını demişdir. Bu söhbətdən sonra öz növbəsində Sabirəli Əhədovla təkilikdə görüşüb tanış olmaq qərarına gəlmiş, Sabirəlinin Təzəkənd kəndində yaşadığını öyrənmiş və iş yoldaşı Qasım adlı şəxsdən Sabirəlini tanıyıb- tanımadığını soruşmuş, Qasım da ona Sabirin onunla qonşu olduğunu bildirmişdir. Ondan, səhər işə gələn zaman Sabirəlini də özü ilə gətirməsini xahiş etmiş, ertəsi günü Sabirəli Qasımla birlikdə onun yanına gəlmiş və onunla tanış olmuşdur. Həmin vaxt ona bankın sədri Teymur Bədəlov onun adına olan 30 ha torpaq sahəsini ona satmaq istəyir. Sabirəli Əhədovda bankla onunla arasında olan söhbətdən xəbərinin olduğunu bildirmişdir. Həmin bankdan köhnə məzənnə ilə 28432000 manat miqdarında kredit götürərkən, xx.xx.1998-ci il tarixli, 05 saylı girov müqaviləsi əsasında fərdi yaşayış evini və sahibkarı olduğu İddiaçı X19 istifadəsində olan 30 ha torpaq sahəsini girov qoymuş, ancaq kreditin ödəmə müddəti başa çatmasına baxmayaraq, götürdüyü krediti tam ödəyə bilməmiş, krediditini ödəyə bilmədiyinə görə əlavə faizlər gəlmiş, bir tərəfdən də şəxsi borları çoxalmışdır. Odur ki, kreditini ödəmək imkanı yoxdur. Həmin girov qoyduğu 30 ha torpaq sahəsini X3 məqsədi ilə ondan 15000000 manat, müvəqqəti qoyun saxlamaq məqsədi ilə Bəşir adlı şəxsdən xeyli pul almış, şəxsi borc aldığı adamlar imkan vermədilər ki, aldığı pulları kredit borcuna ödəyir. Odur ki, həm şəxsi borclarını, həm də kredit borcu cox olduğuna görə, maddi imkanı da buna imkan vermədiyinə görə kredit borcunu ödəmək imkanı yoxdur, həm də eşitmişdir ki, bank torpağı ona baha qiymətə satmaq istəmiş, onlar qiymətlə razılaşıb alsa həm kredit borcu, həm də şəxsi borcları ödənmiş olar, söhbətləri zamanı Sabirəlinin imkansız bir şəxs olduğunu hiss etmiş, həm də uzaq qohumluq əlaqələrinin olduğunu bilmişdir. Sabirəli Əhədovla bank işçilərinin sözlərinin bir-birinə uyğun gəldiyini görmüş, bundan sonra Sabirəliyə inam yaranmış və toprağı ürəkdən xeyir-dua ilə ona satmaq istəsə, həmin torpaq sahəsini ürəklə alacağını bildirmişdir. Onsuzda almaq üçün torpaq sahəsi axtardığını və əgər qarşılıqlı razılaşma olarasa, elə onun torpaq sahəsini alacağını bildirmişdir. Bundan sonra Sabirəli ürəklə xeyir-dua verərək torpaq sahəsini onun almağını xahiş etmişdir. Həmçinin kredit və şəxsi borclarına görə məhkəmə icraçılarının və bank işçilərinin əlindən rahatlıq tapa bilmədiyini də bildirmiş, əlavə olaraq, pulu mümkün qədər tez ödəməyini də xahiş etmişdir. Sabirəliyə səhəri gün birlikdə banka getməyi, onunda əlavə təkliflərinin olduğunu, əgər qəbul olunarsa məsələni müsbət formada həll oluna biləcəyini bildirmişdir. Getmək istəyən zaman Sabirəliyə ******* manat pul da vermiş, Sabirəli də öz növbəsində əvvəlcə götürmək istəməyərək, pulu ona deyil, banka verməyi, topraq sahəsinin pulunu banka verəcəyini bilirmişdir. Bu sözlərdən sonra Sabirəli ******* manatı götürmüş, bundan sonra Sabirəli qeyd olunan 30 ha torpaq sahəsni ona göstərmək istədiyni bildirmiş, o da razılaşaraq onunla birlikdə həmin əraziyə getmişdir. Orada Sabirəli ona torpaq sahəsini, sərhədlərini və suyun açılıb bağlanması üçün su bərələrini və boruları göstərərək torpaq qonuşları ilə də onu tanış etmişdir. Torpaq qonşularına da bu gün qonuşları X61 olduğunu və torpaq sahəsini artıq ona satdığını bildirmişdir. Torpaq sahəsinə baxış keçirilən zaman Bəşir adlı şəxsin orada yataq salaraq xeyli sayda qoyun saxladığını görmüşdür. Digər tərəfdə isə N saylı hərbi hissənin donuz saxladığını görmüş, kredit borcları ödəyən kimi bunları torpaq sahəsindən çıxaracağını bildirmişdir. Həmin gündən Sabirəli Əhədovla birlikdə bankla bağlı məslələrin həllinə başlamışdır. Bankın sədri Teymur Bədəlovla və Sabirəli Əhədovla ətraflı söhbət aparmışlar, kredit borcu ödənilmədiyinə görə qoyulmuş girovun satılaraq əldə olunmuş vəsaitin, kredit borcuna ödəniləcəyi bir daha izah edilmiş və bundan sonra torpaq sahəsinin qiyməti ilə bağlı razılığa gəlmişdirlər. Həm də qeyd olunan torpaq sahəsinin ərazisində mişar daşından tikilmiş donuz fermasının binasını və gözətçi evini də ağlmağı təklif etmişlər, Sabirəli Əhədov həmin binaların keçmiş S.Vurğun adına kolxozun donuz fermasının binası olduğunu, kolxozdan almalı olduqları əmək haqqının əvəzinə, İslahat Komissiyasının qərarına əsasən ailəsinə əmlak payı kimi verdildiyini, ancaq maddi imkanı olmadığına görə texniki pasport ala bilmədiyini, əlində ancaq İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 55 saylı aktının və protokolunun olduğunu bildirmişdir. Topraq sahəsini satandan sonra binalara da ehtiyacı olan deyildir. Toprağı alandan sonra bu binalara da ehtiyacının olacağını, binaların texniki pasportlarını onun adına alandan sonra notarisuda alqı-satqı müqaviləsi ilə ona satacağını və binalar onun adına xüsusi mülk olacaqdır. Bütün təklifləri qəbul edərək, onlarla razılaşmış, həmçinin 30 ha torpaq sahəsinin satılması ilə bağlı bankın və girov qoyanın (cavabdehin) razılığından əlavə məhkəmənin də bank tərəfindən girov götürülmüş 30 ha topraq sahəsinin satılması və torpağın dəyərinə görə ödəyəcəyi pul məbləğinin Sabirəli Əhədovun kredit borcuna ödənilməsi ilə bağlı qərar çıxarmasını təklif etmişdir. Məhkəmənin torpağın satışı ilə bağlı qərarı olduqdan sonra, gələcəkdə aralarında heç bir problem ola bilməz. Razılığa gəlmişdirlər ki, gələcəkdə torpaq sahəsinin və digər mülklərin satışı ilə bağlı yaranacaq problemləri bank və Sabirəli Əhədov tərəfindən həll edilməli, həll edilə bilməyəcəyi təqdirdə torpağa görə ödədiyi pul ona qaytarılmalıdır. Teymur Bədəlov və Sabirəli Əhədov onunla razılaşmışlar, bundan sonra bank tərəfindən Sabirəli Əhədova kredit borcunun ödənilməsi və ödənilməyəcəyi təqdirdə məhkəmə qarşısından iddia qaldırılacağı məzmunda xx.xx.2000-ci il tarixli 87/5 saylı məktub göndərilmişdir. Sabirəli Əhədov da öz növbəsində kredit borcunu ödəmədiyinə görə bank tərəfindən Beyləqan rayon məhkəməsi qarşısında mülki qaydada iddia qaldırılmış, Bank iddia ərizəsində S.Əhədovun götürdüyü krediti ödəmədiyinə görə cavabdehin girov qoyduğu fərdi yaşayış evinin və İddiaçı X19 istifadəsində olan 30 ha torpaq sahəsinin satılmasına dair qərar çıxarılmasını göstərmişdir. Qaldırılmış iddia əsaslı olduğu üçün məhkəmə iddianı tam olaraq təmin etmiş, xx.xx.2001-ci il tarixli, 2-8 saylı qətnamə qəbul etmişdir. Beyləqan rayon məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən 1 ay müddətinə şikayət etmək hüququ, qətnamədə göstərilsədə tərəflər, yəni bank rəhbərliyi və cavabdeh Əhədov Sabirəli Nüsrət oğlu tərəfindən appelyasiya şikayəti verilməmişdir. Qəbul olunmuş qətnamə qanuni qüvvəsini almış, qətanmə qanuni qüvvəsini aldıqdan sonra X58 Əhədova yazmış olduğu məktubların və Beyləqan rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli, 2-8 saylı qətnaməsinin surətlərini ona vermişdir. Həmçinin hər iki tərəf ona məhkəmənin qətnaməsindən sonra heç bir problemin olmayacağını bildirmişdir. Girovda olan 30 ha torpaq sahəsi Bank tərəfindən köhnə məzənnə ilə 33.750000 manat miqdarında qiymətləndirildiyinə görə, təyin olunmuş 33.750000 manat pulu Əhədov Sabirəli Nüsrət oğlunun kredit borcunun hesabına ödəmiş, ödədiyi vəsaitlə bağlı bank rəhbərliyi tərəfindən imza və möhürə təsdiq edilmiş xx.xx.2001-ci il tarixli, 02 saylı arayış verilmişdir. Həmin arayışda ödədiyi pul məbləği ilə yanaşı bank tərəfindən götürülmüş öhdəliyin qəbul edilməsi ilə bağlı da müvafiq bənd göstərərək aidiyyəti şəxslər tərəfindən təsdiq edilmişdir. Həmin öhdəlik gələcəkdə yarana biləcək problemlərin bank tərəfindən həll ediləcəyindən ibarət olmuşdur. Bankın sədri Teymur Bədəlov arayış verdiyi zaman, həmin arayışla birgə girov götürülmüş İddiaçı X43n aid “Nizamnaməni, möhürü, ştampı, VÖEN- i və torpaqdan istifadəyə dair V004235 saylı dövlət aktını, bir sözlə bütün aidiyyatı sənədləri ona təhvil vermişdir. Bankın sədri Sabirəli Əhədova onun verdiyi vəsait hesabına kredit borcunun tam olaraq ödənilməsi barədə arayış vermişdir. Bankda girovda olan fərdi yaşayış evini girovluqdan çıxarmış, evin texniki pasportunu və çıxarışını Sabirəlinin özünə qaytarmış, həmçinin girovluqdan çıxarılması barədə arayış verilmişdir. Bundan sonra bankla bağlı işləri başa çatmış, bankla bağlı sənədləşmə işləri başa çatdıqdan sonra 30 ha torpaq sahəsinə dair sənədlərin onun adına rəsmiləşdirilməsi üçün Sabirəli Əhədovla birlikdə Beyləqan rayon İcra Hakimiyyəti başçısına dəfələrlə yazılı və şifahi müraciətlər etmiş, ancaq müraciətlərinin nəticəsi olmamışdır. Sabirəli Əhədov həmişə ona, 1992-ci ildən hazırkı dövrə kimi fermer təsərrüfatı ilə məşğul olduğuna görə, fermer təsərrüfatına aid olan qanunçuluğu çox yaxşı bildiyini, odur ki, narahat olmamağını və 30 ha torpaq sahəsinin daimi, birdəfəlik onun adına keçirməyin yollarını bildiyini deyirdi. Bunun üçün 4 şərtə əməl etməli olduğunu da deyirdi. 1-ci şərt: Torpaq sahəsinin İcra Hakimiyyəti, yaxud məhkəmə yolu ilə onun adına sənədləşdirilənə qədər torpaqdan istifadə etməyi üçün onunla arasında icarə müqaviləsi bağlamaq. 2-ci şərt: onun və ailə üzvlərini İddiaçı X43na üzv qəbul etmək 3-cü şərt: Onun İddiaçı X43na sədr seçilməyini. 4-cü şərt: Təsərrüfatın sədri seçildikdən sonra sərəncam vermək hüququnun yaranması, hüquq və vəzfilərindən istifadə edərək İddiaçı X19 təsisçilərini və üzvlərini təsisçilikdən və üzvlükdən azad etmək, yəni Əhədov Sabirəli Nüsrət oğlunu, X23, X30, X31, X14 və X37 və başqa üzvlərin hamısını protokolla üzvlükdən azad edilməsini, bundan sonra İddiaçı X43na aid olan 30 ha torpaq sahəsi birdəfəlik daimi onun olmalı idi. Həmçinin torpaq sahəsinə dair dövlət aktının onun adından çıxarılıb onun adına rəsmiləşdirilməsi ilə bağlı sərəncam verilməsini Beyləqan rayon İcra Hakimiyyəti Başçısından yazılı olaraq xahiş etdiyini də bildirmişdir. Eyni məzmunda, yəni həmin torpaq sahəsinin Əhədov Sabirəli Nüsrət oğlunun adından çıxarılaraq X35 adına rəsmiləşdirilməsi barədə ərziə yazmağını, ancaq yazılı və şifahi müraciətlərinə hər hansı bir cavab verilməmişdir. Beyləqan rayon İcra Hakimiyyətinin sabiq başçısının onunla şəxsi ədavəti olduğuna görə onun ərizələrinə baxılmamışdır. Odur ki, Beyləqan rayon İcra Hakimiyyətinə, torpaq şöbəsinə, eləcədə aidiyyəti şəxslərə qarşı Beyləqan rayon məhkəməsində iddia qaldırmış, məhkəmədə onun ərizəsinə baxılması məlum olmayan səbəblərdən uzadılmışdır. İlk növbədə S.Əhədovla aralarında 30 ha torpaqdan istifadə etmək üçün rəsmi icarə müqaviləsi bağlamış, icarə müqaviləsinin müddəti xx.xx.2000-ci ildən, xx.xx.2015 ci il tarixə dək olan müddət ərzində, sonra ardıcıl olaraq xx.xx.2000-ci il tarixli, 02 saylı protokolla onu və 7 nəfər ailə üzvlərini birlikdə İddiaçı X43na üzv qəbul etmiş, ardınca xx.xx.2000-ci il tarixli, 03 saylı protokolla onu İddiaçı X43na sədr seçilmiş, təsərrüfata sədr seçdikdən sonra Sabirəlinin dediyi kimi İddiaçı X26 yaradan təsisçiləri və üzvlərin hamısını xx.xx.2000-ci il tarixli, 04 saylı protokolla təsisçilikdən və üzvlükdən azad etmişdir. Bir nəfərdən ibarət ola bilən təsərrüfatı idarə etməyə başlamış, ancaq həmin müddət ərzində Beyləqan rayon məhkəməsi iddiasına baxmağı uzatmaqda davam etmişdir. Səbəb qarşı tərəfin məhkəmə çağırışlarına və iclaslarına gəlməmələri idi. Həmin dövrdə təsərrüfatda işləyən qaçqın və məcburi köçkün ailələri zəng edərək, torpaq şöbəsinin işçiləri və polis əməkdaşlarının gəlib onları torpaq sahəsindən məcburi çıxardıqlarını bildirmişdirlər. Polis əməmkdaşlarının həm işçilərin, həm də mal-qaranın aldığı 30 ha torpaq sahəsindən çıxardıqlarını görmüş, səbəbini soruşduqda polis əməkdaşları bildirdilər ki, icra başçısının tapışırıq verdiyni və bu torpaq sahəsinin 5 ha 15 il müddətinə X15, 22 ha isə 15 il müddətinə X38 və bununla bağlı xx.xx.2001-ci il tarixli, 50 saylı sərəncam imzalanmışdır. xx.xx.2001-ci il tarixdə bütün təsərrüfatı ilə birlikdə qanunsuz olaraq məcburi qaydada 30 ha torpaq sahəsindən çıxarılmış, 30 ha torpaq sahəsində əkdiyi, yonca, arpa və buğda bitiklərini qanunsuz olaraq otarmışlar. Dərhal yuxarı orqanlara və məhkəməyə müraciət etmiş, bu məsələ barədə bankın sədri T.Bədələov və S.Əhədova bildirmiş, onlara torpaq alan zaman kəsdiyi şərti xatırladaraq bu problemi həll etmələrini, əgər problemi həll edə bilmirlərsə pulu geri qaytarmalarını bildirmişdir. T.Bədəlov götürdüyü öhdəliyi danmadığını, ancaq Sabirəli Əhədovdan götürülmüş girovun satılmasına görə ödəmiş olduğu pulu baş idarəyə göndərdiyini, həm də yazılı izah verdiyini, əlavə olaraq icra başçısının verdiyi sərəncamı dəyişmək səlahiyyətinin olmadığını, Sabirəli Əhədov bu probelmin həll edilməsi onun imkanı xaricində olduğunu, ancaq fermer qanunçuluğuna uyğun olaraq icarə müqaviləsi bağlamaqla fermer təsərrüfatına üzvü və sədri seçməklə, təsərrüfatın bütün idarəçiliyini və öhdəliklərini ona vermiş, təsisçilərin azad edilməsi ilə fermer təsərrüfatının torpağını daimi verilməsini təmin etmişdir. Torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün icra hakimiyyətinin başçısına yazdığı ərizəyə görə qəbuluna dəvət edilmiş və həmin torpağı Nazim Quliyevdən alaraq ona verəcəkdir. Torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün müraciət etmiş, indi əksinə ərizəsi məhkəmə baxışında olduğu halda torpağı başqa şəxslərə verilmişdir. Onun pozulmuş hüquqlarını bərpa edilməsini və Beyləqan rayon icra hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 50 saylı sərəncamı ilə 5 ha torpaq sahəsini X12 adına 15 illik müddətinə icarəyə, X49 adına 22 ha 15 il müddətinə icarəyə verilməsinə dair sərəncamlar əsassız olduğuna görə ləğv edilməsini, X39 və X55 həmin topraq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinə aid olan sənədləri İddiaçı X19 sədri kimi onun adına sənədləşdirilməsinə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər “Cavid X43” Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsi və X8 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslər “Cavid X43” Məhdud Məsuliyətli Cəmiyyətinin nümayəndəsinin və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Əhədov Sabirəli Nüsrət oğlu iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X50 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X61 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X56 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 004235 nömrəli Dövlət aktının surətindən görünür ki, İddiaçı X19 rəhbəri Əhədov Sabirəli Nüsrət oğluna Beyləqan rayon X57 tərəfindən xx.xx.1992-ci mil tarixli, 32 saylı qərarı ilə S.Vurğun adına kolxozun ərazisindən cizgidə göstərilən sərhəd daxilində 30 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq mülkiyyətçisinə sahibinə istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli, 01 nömrəli qərarının surətindən görünür ki, Beyləqan rayonu Təzəkənd kənd sakini S.Vurğun adına kolxozun üzvü Əhədov Sabirəli Nüsrət oğlu İddiaçı X19 sədri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Beyləqan rayon X9 və Mülkiyyə Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 1989cu ildə mişar daşından tikilmiş, ümumi sahəsi 131,16 kv.m, yaşayış sahəsi 91,72 kv.m, damı şifer, 4 otaqdan ibarət olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında xx.xx.1998-ci il tarixli sərəncamı əsasında vətəndaş Əhədov Sabirəli Nüsrət oğlunun adına 2-1707 nömrəli reyestr kitabında 1707 nömrəli inventar işi nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan İddiaçı kəndli (fermer) təsərrüfatının xx.xx.2000-ci il tarixli, 03 nömrəli protokolunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı kəndli (fermer) təsərrüfatının Əhədov Sabirəli Nüsrət oğlu təsərrüfatın sədri vəzifəsindən azad edilsin, X35 təsərrüfatın sədri vəzifəsinə namizədliyi irəli sürülmüş, X36 çıxış edərək bildirdi ki, X61 bacarıqlı təsərrüfatçıdır. Onun sədr seçilməsinə etiraz etmir. X47 həmin təklifləri müdafiə etdiyini bildirdi, İddiaçı kəndli (fermer) təsərrüfatına X18 seçilmişdir. İş materiallarında olan İddiaçı kəndli (fermer) təsərrüfatının xx.xx.2000-ci il tarixli, 04 nömrəli protokolunun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı kəndli (fermer) təsərrüfatının üzvülüyündən Əhədov Sabirəli Nüsrət oğlu, X40, X47, X54, X29 və X36 çıxarılmışdır. İş materiallarında olan xx.xx.2001-ci il tarixli müqavilənin surətindən görünür ki, Əhədov X13 rayon X9 və Mülkiyyə Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2000-ci il tarixli inventar iş 1845/1, reyestr 284/1 qeydiyyat vəsiqəsi, xx.xx.2001-ci il tarixli, 390 nömrəli arayışına əsasən ona məxsus olan Beyləqan rayonu Təzəkənd kənd haramı ərazisi 84 kvadrat metr torpaq sahəsində yerləşən 1981-ci ildə mişar daşından tikilmiş, ümumi sahəsi 84,0 kvm, yaşayış sahəsi 36,96 kvm, damı şifer, 2 otaqdan ibarət yaşayan qarolçu evini vətəndaş X4. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Beyləqan rayonu Təzəkənd kəndində harami ərazisində yerləşən 1981-ci ildə mişar daşından tikilmiş, ümumi sahəsi 360,0 kv.metr, faydalı sahəsi 327,04 kv.m, damı şifer 2 otaqdan ibarət olan donuz ferması şəxsi mülkiyyət hüquqi ilə Beyləqan rayon 01 saylı Dövlət Notariat Kontorunun xx.xx.2001-ci il tarixli, 4-Ə-6 saylı müqaviləsinə əsasən vətəndaş X35 adına xx.xx.2001-ci il tarixdə 3 saylı reyestr kitabında dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Beyləqan rayonu Təzəkənd kəndində harami ərazisində yerləşən 1981-ci ildə mişar daşından tikilmiş, ümumi sahəsi 84,0 kv.metr, faydalı sahəsi 36,96 kv.m, damı şifer 2 otaqdan ibarət olan qarolçu evi şəxsi mülkiyyət hüquqi ilə Beyləqan rayon 01 saylı Dövlət Notariat Kontorunun xx.xx.2001-ci il tarixli, 4-Ə-7 saylı müqaviləsinə əsasən vətəndaş X35 adına xx.xx.2001-ci il tarixdə 1 saylı reyestr kitabında dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İmişli rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-86/2002 nömrəli qətnaməsinin surətindən görünür ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının X32 və X38 torpaq sahəsi verilməsinə dair 17 dekabr 2001-ci il tarixli 50 saylı sərəncamı ləğv edilmiş, N.Nuriyev 17 dekabr 2001-ci il tarixli 50 saylı sərəncamla onun icarəsinə verilmiş 5 hektar, M.Əliyev onun icarəsinə verilmiş 22 hektar torpaq sahəsindən şıxarılması, Beyləqan rayon İcra Hakimiyyətinin üzərinə X35 hüquqlarının pozulmasına dair halları aradan qaldırmaq və İddiaçı X19 sədri N.Quliyevə 137 h-saylı dövlət fondu qış otlaq sahəsindən torpaq sahəsi vermək vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2002-ci il tarixli, 1 MK-2881/2002 nömrəli qətnaməsindən görünür ki, iş üzrə İmişli rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli, 6k-527 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli təhvil aktının surətindən görünür ki, Beyləqan rayonu X57 Rəyasət Heyyətində xx.xx.1992-ci il tarixli 21 nömrəli qərarı ilə dövlət qeydiyyatıla alınmış İddiaçı kəndli (fermer) təsərrüfatının çevrilməsi yolu “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması ilə əlaqəldar təsisçinin qərarına əsasən tərtib edilmişdir. Çevrilmə formasında yenidən təşkil edilmiş İddiaçı kəndli (fermer) təsərrüfatının mühasibat balansı üzrə bütün aktivləri və passivləri “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilir. Çevrilmə faktı hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alındığı vaxtdan İddiaçı kəndli (fermer) təsərrüfatının üçüncü şəxslər, o cümlədən bütün kreditorlar və borclular qarşısında öhdəlikləri, o cümlədən tərəflərin mübahisəli öhdəlikləri “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməklə “Cavid kəndli (ferrtıer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı kəndli (fermer) təsərrüfatının hüquqi varisi olur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İmişli bölgə şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 0607- 197-459 nömrəli Nizamnaməsinin surətindən görünür ki, “Cavid X43” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X51r. İş materiallarında olan “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixli, 01 saylı əmrindən çıxarışın surətindən görünür ki, X61 xx.xx.2007-ci il tarixdən “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsi “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixli, 0607-B7-459 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX 074426 nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Təzəkənd kəndi, haramı düzü ərazisində yerləşən 30 hektar kənd təsərrüfatı torpaqlar, əmlak kompleksi kimi müəssisə X35 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 9.0 hektar kənd təsərrüfatı torpaqlar X28 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli kitabın 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 1.0 hektar kənd təsərrüfatı torpaqlar X35 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Təzəkənd kəndində yerləşən 20 hektar kənd təsərrüfatı torpaqlar X6 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli kitabın 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********750100 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı X43 xx.xx.2023-cü il tarixdə (VÖEN) ********** qeydiyyata alınmışdır. ünvan 1 ünvanı, nizamnamə kapitalının miqdarı 6.00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Əhədov Sabirəli Nüsrət oğlu-1 pay, X36-1 pay, X16-1 pay, X41-1 pay, X24-1 pay və X54-1 pay, qanuni təmsilçisi Əhədov Sabirəli Nüsrət oğludur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********268000 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixdə (VÖEN) ********** qeydiyyata alınmışdır. ünvan 1 ünvanı, nizamnamə kapitalının miqdarı 4.00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı X61-2 paydır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin Əhədov Sabirəli Nüsrət oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-5182/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər idarəsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsinin təhvil-təslim aktına əsasən İddiaçı X19 və “Cavid X43” MMC-nin (VÖEN **********) ayrı-ayrılıqda qeydiyyat qovluqlarını 8 saylı Ərazi Vergilər İdarəsinə təhvil vermiş və nəticədə 14 sentyabr 1992-ci il tarixli 21 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış İddiaçı X19 iki hüquqi varisi mövcuddur ki, bu da qanunvericiliyə ziddir. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilən sorğuya cavaba əsasən bildiririk ki, Beyləqan rayon İddiaçı X19 Dövlət Aktının əslinin və ya həmin torpağa dair Dövlət Reyestrindən çıxarışın verilməsinə dair ********** qeydiyyat nömrəli müraciətinin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, **********137600 nömrəli məktubundan görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsi məktubunuzla əlaqədar olaraq vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirir ki, İddiaçı X43 Beyləqan rayonu X34 14 sentyabr 1992-ci il tarixli 21 nömrəli qərarı ilə dövlət qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsi tərəfindən 16 fevral 2000-ci il tarixdə 6/207 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsindən təhvil alınmış İddiaçı X19 qeydiyyat qovluğunda olan təsis və qeydiyyat sənədlərinə əsasən təsərrüfat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 21 yanvar 2023-cü il tarixdə ********** nömrəli (VÖEN) şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına və vergi uçotuna alınmışdır. Cəmiyyətin rəhbəri Əhədov Sabirəli Nüsrət oğludur. Cəmiyyətin fəaliyyəti aktivdir. Eyni zamanda təsisçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsinə təqdim etdiyi İddiaçı X19 təsis sənədlərinə əsasən təsərrüfat adını və təşkilati-hüquqi formasını dəyişərək “Cavid X43” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) çevrilməsi müəyyən edilmişdir. “Cavid X43” MMC İddiaçı X19 hüquqi varisi kimi 04 dekabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış və ona yeni qeydiyyat qovluğu açılmışdır. Cəmiyyətin rəhbəri X51r. Cəmiyyətin fəaliyyəti aktivdir. İş materiallarında olan üçüncü şəxs X6 xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, İddiaçı X19 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı 30 ha torpaq sahəsinə onun adına verilmiş 004235 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv edilməsi tələbi barədə X61 ilə qonşu idarədə işlədiyindən onu tanımış, söhbət zamanı ona torpaq sahəsi lazım olduğunu X44 bildirmiş, o da, öz növbəsində özünə məxsus torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini ona sata biləcəyini bildirmişdir. Daha sonra X61 ilə razılaşaraq ona məxsus torpaq sahəsinin 20 ha hissəsini 26 noyabr 2019-cu il tarixli 3M-299 nömrəli alqı-satqı müqaviləsi əsasında almış, həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Torpaq sahəsini alan zaman həmin torpaq sahəsinin iddiaçılara məxsus olduğunu, həmin torpaq sahəsinin onlara məxsus olması ilə bağlı hər hansı sənədin mövcud olmasından xəbəri olmamış və qanuni əsaslarla həmin torpaq sahəsini əldə etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı X19 iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan üçüncü şəxs X28 xx.xx.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, “Emin X19 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı 30 hektar torpaq sahəsinə onun adına verilmiş 004235 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv edilməsi tələbi barədə ilk öncə bildirdi ki, X35 oğludur. Ona torpaq sahəsi lazım olduğunu atası X44 bildirmiş, o da, öz növbəsində özünə məxsus olan 9 hektar torpaq sahəsini ona bağışlaya biləcəyini bildirmişdir. Daha sonra X44 məxsus torpaq sahəsinin 9 hektar hissəsini 28 dekabr 2019cu il tarixli **********22 nömrəli çıxarış əsasında almışdır. Həmin torpaq sahəsinə sahiblik hüququnu dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Torpaq sahəsini alan zaman həmin torpaq sahəsinin iddiaçılara məxsus olduğunu, həmin torpaq sahəsinin onlara məxsus olması ilə bağlı hər hansı sənədin mövcud olmasından xəbəri olmamış və qanuni əsaslarla həmin torpaq sahəsini əldə etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı X19 iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, **********558000 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsi tərəfindən 16 fevral 2000-ci il tarixdə 6/207 nömrə ilə uçota alınmışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsindən təhvil alınmış İddiaçı Kəndli /Fermer/ Təsərrüfatının qeydiyyat qovluğunda olan təsis və qeydiyyat sənədlərinə əsasən təsərrüfat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 21 yanvar 2023-cü il tarixdə ********** nömrəli (VÖEN) şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına və vergi uçotuna alınmışdır. İddiaçı X19 qeydiyyat qovluqunda olan sənədləri əsasən müəssisənin yarandığı tarixdən rəhbəri Əhədov Sabirəli Nüsrət oğludur, təsisçiləri - Əhədov Sabirəli Nüsrət oğlu, X52, X46, X41, X25, X42r. Təsisçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsinə təqdim etdiyi İddiaçı X19 təsis sənədlərinə əsasən təsərrüfat adını və təşkilati-hüquqi formasını dəyişərək “Cavid X43” MMC-yə (VÖEN **********) çevrilməsi müəyyən edilmişdir. “Cavid X43” MMC İddiaçı X19 hüquqi varisi kimi 04 dekabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış və ona yeni qeydiyyat qovluğu açılmışdır. “Cavid X43” MMC-nin qeydiyyat qovluqunda olan sənədlərə əsasən İddiaçı X19 rəhbəri 30 sentyabr 2000-ci il tarixdə X5. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, iddiaçının iddiası 3 hissədən ibarət olmuş və məhkəmədən:

1. Cavabdeh X35 İddiaçı X19 çevirilmə yolu ilə ləğv edilərək onun əmlakının, aktıv və passivlərinin təsisçisi olduğu "xxxx" X43” MMC-nin balansına çevirilməsi barədə tərtib etdiyi bütün hüquqi sənədlərin ləğv olunmasını məhkəmə qaydasında qət edilməsini;

2. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 30,0 hektar torpaq sahəsinə mənim adıma verilmiş B№004235 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv olunmasını məhkəmə qaydasında qət edilməsini;

3. Göstərilən 30 hektar torpaq sahəsinə dair məlumatların Daşınmaz Əmlakın Reyestri qeydiyyatında dəyişiklik edilərək həmimn torpaq sahəsinə dair mənim adıma verilmiş hüquqverici sənədin bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi üzərinə qoyulmasını məhkəmə qaydasında qət edilməsini xahiş etmişdir. Hər 3 tələblə bağlı iddiaçı ilə məhkəmə iclaslarında müzakirələr aparılmış, hüquqi yardımlar edilmiş və iddiaçı son olaraq tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tam araşdırma apararaq müəyyən etmişdir ki, hər 3 tələblə bağlı İddiaçı X19 qeyd edilən iddianı qaldırmaqda və tələbləri irəli srüməkdə subyektiv hüququ olmamışdır. Belə ki, ilk öncə iş materiallarında olan sənədlərə əsasən iddiaçı kimi qeyd edilən İddiaçı X19 21 yanvar 2023-cü il tarixdə ********** nömrəli (VÖEN) şəhadətnamə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata və vergi uçotuna alındığı müəyyən edilir. Evvəllər vergi uçotuna alınan İddiaçı X43 ilə bağlı isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsi tərəfindən 16 fevral 2000-ci il tarixdə 6/207 nömrə ilə uçota alınmışdır. Təsisçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsinə təqdim etdiyi İddiaçı X19 təsis sənədlərinə əsasən təsərrüfat adını və təşkilati-hüquqi formasını dəyişərək “Cavid X43” MMC-yə (VÖEN **********) çevrilməsi müəyyən edilmişdir. “Cavid X43” MMC İddiaçı X19 hüquqi varisi kimi 04 dekabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış və ona yeni qeydiyyat qovluğu açılmışdır. “Cavid X43” MMC-nin qeydiyyat qovluqunda olan sənədlərə əsasən İddiaçı X19 rəhbəri 30 sentyabr 2000-ci il tarixdə X5. Cəmiyyətin fəaliyyəti aktivdir. İş materiallarına əlavə edilən məhkəmə sorğularına verilən cavablara əlavə edilən sənədlərdən görünür ki, 16 fevral 2000-ci il tarixdə 6/207 nömrə ilə uçota alınmış İddiaçı X19 sədri əvvəllər Əhədov Sabirəli Nüsrət oğlu olmuş, daha sonra İddiaçı kəndli (fermer) təsərrüfatının xx.xx.2000-ci il tarixli, 03 nömrəli protokoluna əsasən Əhədov Sabirəli Nüsrət oğlu təsərrüfatın sədri vəzifəsindən azad edilmiş, X61 təsərrüfatın sədri seçilmişdir. İddiaçı kəndli (fermer) təsərrüfatının xx.xx.2000-ci il tarixli, 04 nömrəli protokoluna əsasən isə İddiaçı kəndli (fermer) təsərrüfatının üzvülüyündən Əhədov Sabirəli Nüsrət oğlu, X40, X47, X54, X29 və X36 çıxarılmışdır. Eləcə də, xx.xx.2001-ci il tarixli müqavilənin surətindən görünür ki, Əhədov X13 rayon X9 və Mülkiyyə Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2000-ci il tarixli inventar iş 1845/1, reyestr 284/1 qeydiyyat vəsiqəsi, xx.xx.2001-ci il tarixli, 390 nömrəli arayışına əsasən ona məxsus olan Beyləqan rayonu Təzəkənd kənd haramı ərazisi 84 kvadrat metr torpaq sahəsində yerləşən 1981-ci ildə mişar daşından tikilmiş, ümumi sahəsi 84,0 kvm, yaşayış sahəsi 36,96 kvm, damı şifer, 2 otaqdan ibarət yaşayan qarolçu evini vətəndaş X4. Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Beyləqan rayonu Təzəkənd kəndində harami ərazisində yerləşən 1981-ci ildə mişar daşından tikilmiş, ümumi sahəsi 360,0 kv.metr, faydalı sahəsi 327,04 kv.m, damı şifer 2 otaqdan ibarət olan donuz ferması şəxsi mülkiyyət hüquqi ilə Beyləqan rayon 01 saylı Dövlət Notariat Kontorunun xx.xx.2001-ci il tarixli, 4-Ə-6 saylı müqaviləsinə əsasən vətəndaş X35 adına xx.xx.2001-ci il tarixdə 3 saylı reyestr kitabında dövlət qeydiyyatına alınmışdır. İş materiallarına sübut qismində mişli rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-86/2002 nömrəli qətnaməsinin surətidə əlavə edilmişdir ki, qeyd edilən qətnamədə tərəf kimi və İddiaçı X19 sədri N.Quliyev kimi qeyd edilmiş və digər tərəfə torpaq sahəsinin verilməsi vəzifəsi onun üzərinə qoyulmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli təhvil aktının surətindən görünür ki, Beyləqan rayonu X57 Rəyasət Heyyətində xx.xx.1992-ci il tarixli 21 nömrəli qərarı ilə dövlət qeydiyyatıla alınmış İddiaçı kəndli (fermer) təsərrüfatının çevrilməsi yolu “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması ilə əlaqəldar təsisçinin qərarına əsasən tərtib edilmişdir. Çevrilmə formasında yenidən təşkil edilmiş İddiaçı kəndli (fermer) təsərrüfatının mühasibat balansı üzrə bütün aktivləri və passivləri “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilir. Çevrilmə faktı hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alındığı vaxtdan İddiaçı kəndli (fermer) təsərrüfatının üçüncü şəxslər, o cümlədən bütün kreditorlar və borclular qarşısında öhdəlikləri, o cümlədən tərəflərin mübahisəli öhdəlikləri “Cavid kəndli (fermer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməklə “Cavid kəndli (ferrtıer) təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı kəndli (fermer) təsərrüfatının hüquqi varisi olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Əhədov Sabirəli Nüsrət oğlunun sədri olduğu 16 fevral 2000-ci il tarixdə 6/207 nömrə ilə uçota alınmış İddiaçı X43 21 yanvar 2023-cü il tarixdə ********** nömrəli (VÖEN) şəhadətnamə ilə uçota alınan İddiaçı X43 ilə eyni hüquqi şəxs deyildir. Belə ki, 16 fevral 2000-ci il tarixdə 6/207 nömrə ilə uçota alınmış İddiaçı X19 sədri dəyişdirilərək X61 olmuş, təsərrüfat isə sonradan “Cavid X43” MMC-yə (VÖEN **********) çevrilmişdir. Həmin təsərrüfatın isə hal-hazırda fəaliyyətdə olduğu müəyyən edilir. Eləcə də qeyd edilən halları təsdiq edən xx.xx.2000-ci il tarixli, 03 nömrəli və xx.xx.2000-ci il tarixli, 04 nömrəli protokolların və protokol əsasında qəbul edilən qərarların hal-hazırda qüvvədə olduğu müəyyən edilir. İddiaçıya bir daha izah olunur ki, onun hüquqi marağı 2000-ci ildə təsis edilən İddiaçı X19 əmlakının əldə edilməsidir. Lakin 2000-ci ildə təsis edilən İddiaçı X19 sədrinin dəyişdirilməsi, Təsərrüfatın Cəmiyyətə çevrilməsi və əmlakı ilə mülkiyyət hüquqlarının fiziki şəxsə satılması ilə bağlı qərarlar hal-hazırda qüvvədədir. Eyni adlı hüquqi şəxsin yenidən təsis edilməsi əvvəllər sədri olduğu təsərrüfatla bağlı hüquqları əldə etmək kimi qiymətləndirmək olmaz. Eləcə də, heç bir əsas olmadan digər şəxslərin mülkiyyət hüquqlarının pozulmasına yol vermək olmaz. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia qaldırmaq üçün hər hansı bir subyektiv hüququ müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 21 sentyabr 2023-cü il tarixli, 2-1(120)-4210/2023 nömrəli və 13 fevral 2024-cü il tarixli, 2-1(120)-1435/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın mühahisələndirilən inzibati aktları ilə hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X17 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddiaçı X19 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “30 ha torpaq sahəsinə onun adına verilmiş 004235 nömrəli torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının ləğv olunması barədə qərarının etibarsız sayılmasını, həmin torpaq sahəsinə dair X44 verilmiş hüquqverici sənədin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar