Məhkəmə qərarları › İş №2-1(120)-1435/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1435/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1435/2025 09.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 nömrəli qərarına əsasən ayrılmış 0,0375 ha həyətyanı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 31 saylı iclas protokolundan çıxarışına və xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmış Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən 0,04 hektar torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Astara bələdiyyəsi, xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Astara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,0375 ha həyətyanı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 5 ildən artıq daimi yaşadığına və qeydiyyatda olduğuna görə Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 22 saylı qərarına əsasən Astara şəhəri, Z.Bünyadov küçəsində fərdi ev tikmək üçün 400 kvm torpaq sahəsi ayrılmışdır. Bu sənəd əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixli A 358366 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 31 saylı iclas protokolundan çıxarışdan görünür ki, istifadəsində olan həmin torpaq sahəsinin (400 kvm) onun mülkiyyətinə verilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Astara şəhəri, Z.Bünyadov küçəsində fərdi ev tikmək üçün 400 kvm torpaq sahəsi 880 manata ona satılmışdır. Bu barədə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh orqan 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuş, cavabdeh orqan tərəfində həmin torpaq sahəsinin ümumi istifadədə olmasını və elektrik xəttinin mühafizə zonasına yerləşməsini əsas göstərərək “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən xx.xx.2024- cü il tarixli, 3-21-3-43/2- 1788/2024 saylı məktubla imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Şirvan Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, hazırki iş üzrə İddiaçı Astara şəhərində yerləşən, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 22 saylı qərarı əsasında ona ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunan hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən, habelə faktiki yerində keçirilmiş müayinə (çöl-ölçmə işləri) zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Həmçinin bildiririk ki, müraciətdə qeyd olunan torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin 0.005 ha hissəsi digər bir vətəndaş tərəfindən hasara alınmışdır. Eyni zamanda bildiririk ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 22 saylı qərarı əsasında ayrılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6 maddəsinə xx.xx.2007-ci il tarixli, 466-İİİ QD nömrəli dəyişiklik edilmişdir. Həmin dəyişiklik 30 oktyabr 2007-ci ildə qüvvəyə minmişdir. Belə ki, hal-hazırda Qanunun 9.6 maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 144.1 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göstərilənlərə əsasən 1 dekabr 2007-ci ildən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair notariat qaydasında bağlanmış müqavilə təqdim edilməlidir. Bununla əlaqədar bildiririk ki, bələdiyyə öz mülkiyyətini qeydiyyata aldırdıqdan sonra həmin torpaq sahəsini bilavasitə notarial qaydada satmalıdırBu səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixli, **********88 nömrəli imtina bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildiririk ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edirik, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin, Astara bələdiyyəsinin nümayəndəsi və X5 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Astara rayonu ərazisində yerləşdiyindən və Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Astara şəhər sakini İddiaçı Astara bələdiyyəsinin 06 aprel 2011-ci il tarixli, 22 nömrəli qərarı ilə 400 kv.m fərdi yaşayış evi tikmək üçün tərtib edilmişdir. X6 kitabında xx.xx.2011-ci il tarixdə 194 nömrə ilə uçota alınmışdır. İşdə olan Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Astara bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan, Astara şəhəri, Z.Bünyadov küçəsində, torpağın kateqoriyası yaşayış məntəqəsi, istifadə məqsədi fərdi ev tikmək; ümumi sahəsi 400 m2 (dörd yüz kv.m) olan tikinti altında torpaq sahəsini «Alıcı» - İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın, torpağın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Astara bələdiyyəsi Nizamnaməsi əsasında verilmiş 3196 saylı şəhadətnaməsinə əsaslanaraq fəaliyyət göstərən bələdiyyə sədri vəzifəsində olan X2 şəxsində (sonradan «Satıcı» adlandırılacaq) bir tərəfdən, fiziki (hüquqi) şəxs qismində iştirak edən İddiaçı arasında (sonradan «Alıcı» adlandırılacaq) müqavilə bağlanılmışdır. İşdə olan xx.xx.2011-ci il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Astara rayon ərazisindən Astara bələdiyyəsi ilə İddiaçı arasında 400 kv.m sahəsi satılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1788/2024 nömrəli bildirişinin surətindən görünür ki, Astara şəhərində yerləşən, Astara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 22 saylı qərarı əsasında sizə ayrılmış 0.04 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən, habelə faktiki yerində keçirilmiş müayinə (çöl-ölçmə işləri) zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən ümumi istifadədə olan torpaq sahəsində yerləşir.Həmçinin bildiririk ki, sözügedən torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq bildiririk ki, barəsində qeyd olunan torpaq sahəsinin 0.005 ha hissəsi digər bir vətəndaş tərəfindən hasara alınmışdır. Qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 687 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında daimi yaşayır və 5 ildən artıqdır ki qeydiyyatdadır. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 111 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş Astara şəhəri, Ziya bünyadov küçəsində yerləşən 400 kv.m torpaq sahəsini hal-hazırda heç bir şəxs tərəfindən istifadə olunmur. İşdə olan Astara bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-133 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən Astara bələdiyyəsinin 08 sentyabr 2011-ci il tarixli 31 nömrəli qərarı hal-hazırda qüvvədədir və ayrılmış torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/3606/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 0,04 ha (400 kv.m) torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin koordinatları naturada müəyyən edilmiş və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən **********0216 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin tərtib olunması müəyyən edilmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan **********0216 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində İddiaçı həmin ünvanda torpaq sahəsinin Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı ilə deyil, xx.xx.2011-ci il tarixli, 22 saylı qərarı ilə ayrılması qeyd edilmişdir. Sözügedən 0,04 ha torpaq sahəsinin həmin "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahəsinin ayrıldığı vaxt və hazırda mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına, alt kateqoriyasının ümumi istifadədə olan torpaqlara və uqodiyasmın şərti yararsız torpaq sahəsinə və yollara (küçələrə) aid olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 savli mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli “Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədiiə İddiaçı qızma satılmış 0.04 ha torpaq sahəsinin şimai, cənub və qərb qonşuluğunda yerləşən torpaq sahələrinin mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına, alt kateqoriyasının ümumi istifadədə olan torpaqlara və uqodiyasmın şərti yararsız torpaq sahəsinə və yollara (küçələrə) aid olması müəyyən edilmişdir. Şərq qonşuluğunda yerləşən torpaq sahələrinin isə mövcud baza məlumatlarına əsasən hüquqi statusunun xüsusi mülkiyyətə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına və uqodiyasmın tikinti altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 sayli qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair akt" əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı qızma satılmış 0.04 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən **********0216 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin tərtib olunması müəyyən olunmuş və həmin “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarının faktiki vəziyyətdə naturaya, o cümlədən elektron kadastr xəritəsinə uyğun olmaması müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011 -ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 400 kv.m (0,04 ha) torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun olmaması müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturada müəyyən edilmiş və ölçüsünün 0,036 ha olması məlum olmuşdur. Araşdırma zamanı Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011- ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 400 kv.m (0.04 ha) torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçının faktiki vəziyyətdə istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluqların mövcud olması müəyyən olunmuşdur, (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 0,04 ha torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun olmaması müəyyən olunmuş, yəni torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluqların mövcud olması müəyyən olunmuşdur. Araşdırma zamanı qeyd edilən torpaq sahəsinin sənəd üzrə koordinatlarının 0,0025 ha hissəsinin ümumi istifadədə olan gediş-gəliş yolunun koordinatları ilə, 0,0057 ha hissəsinin digər şəxsin-X3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə və qalan 0,03 ha hissəsinin isə İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 sayiı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair akt" əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 0,04 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə koordinatlarının 0,0025 ha hissəsinin ümumi istifadədə olan gediş-gəliş yolunun koordinatları ilə, 0,0057 ha hissəsinin digər şəxsin-X3 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının isə digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın doqquzuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döviət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiık hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixii, 11 nömrəli "Torpaqların alqı-satqısına dair akt" əsasında tərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 0,04 ha torpaq sahəsinin koordinatlarının 0,0025 ha hissəsinin ümumi istifadədə olan gedişgəliş yolunun koordinatları ilə, 0,0057 ha hissəsinin digər şəxsin- X3 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə və qalan 0.03 ha hissəsinin isə İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qərardadın onuncu sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiələri Dövlət Xidməti Daşınmaz Əmlakın Döviət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 sayiı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair akt" əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsinin yüksək gərginlikli (10 kV-iuq) hava elektrik ötürücü xəttinin mühafizə zonasında yerləşməsi müəyyən ediirmşdir. Torpaq sahəsinin digər mühafizə zonalarında yerləşməməsi müəyyən olunmuşdur. Qərardadın on birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən ümumi istifadədə olan torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Qeyd ediiən mühafizə zonasının isə kompleks yerquruluşu layihəsində öz əksini tapmaması müəyyən olunmuşdur. Qərardadın on ikinci sualı üzrə: İqtisadiyyat Naziriiyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən ümumi istifadədə olan torpaq sahəsinə aid olması və həmin ərazi iddiaçıya torpaq sahəsi ayrılan vaxt ümumi istifadədə olan ərazi kimi mövcud olması müəyyən edilmişdir. Qərardadın on üçüncü sualı üzrə: İqtisadiyyat Naziriiyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli ərazinin kompleks yerquruluşu layihəsinə uyğun yerləşmə yeri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın on dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli ərazidən keçən yüksək gərginlikli (10 kV-luq) hava elektrik ötürücü xəttinin və mühafizə zonasının kompleks yerquruluşu layihəsində öz əksini tapmaması müəyyən olunmuşdur. Qərardadın on beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsinin yüksək gərginlikli (10 kV-luq) hava elektrik ötürücü xəttinin mühafizə zonasında yerləşməsi, qalan 0,02 ha hissəsinin isə mühafizə zonasına düşməməsi müəyyən olunmuşdur. Həmçinin mübahisəli 0,04 ha torpaq sahəsinin 0,0025 ha hissəsinin ümumi istifadədə olan gediş-gəliş yolunun koordinatları ilə, 0,0057 ha hissəsinin digər şəxsin-X3 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur, (mühafizə zonasına düşən hissəsinin və yerdə qalan hissəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın on altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmiakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, Mübahisəli torpaq sahəsi üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Mübahisəli 0,04 ha torpaq sahəsinin digər şəxsin-X3 istifadəsində olan 0,0057 ha hissəsinin X5 tərəfindən mişar daşı ilə hasara alınması müəyyən olunmuşdur. Qərardadın on yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2178/2025 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı qızma satılmış 0,04 ha torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətdə naturaya uyğun olmaması müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə də Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 400 kv.m (0.04 ha) torpaq sahəsinin sənəd üzrə koordinatları arasında uyğunsuzluqların mövcud olması müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının 0,312 ha hissəsinin Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli “Torpaqların alqı-satqısına dair” akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 0.04 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə üst-üstə düşməsi qalan 0.0048 ha hissəsinin isə sənəd üzrə koordinatlarından kənara düşməsi müəyyən olunmuşdur. Həmçinin iddiaçının faktiki vəziyyətdə istifadəsində olan 0,036 ha torpaq sahəsinin 0,0223 ha hissəsinin yüksək gərginlikli (10 kV-luq) hava ötürücü elektrik xəttinin mühafizə zonasına düşməsi, 0,0137 ha hissəsinin isə elektrik xəttinin mühafizə zonasından kənarda yerləşməsi müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin X5 ilə üst-üstə düşən 0,0057 ha hissəsinin X3 zəbtində olduğu, X3 adlna qeydiyyatdan keçmiş hər hansı bir hüquqmüəyyənedici sənədin mövcud olmadığı müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən sənədlərin iddiaçıya natamam təqdim edilməsi, bələdiyyənin mülkiyyət hüququ qeydə alınmadan vətəndaşa satması, sənədlərin natamam tərtib edilməsi, digər şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmiş, eləcə də torpaq sahəsinin alınmasını təsdiq edən müvafiq qəbzin təsdiq edilmiş surətidə məhkəməyə təqdim edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-10/3606/2025 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və rəyə əsasən Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2011-ci il tarixli, 11 nömrəli "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış 0,04 ha (400 kv.m) torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin koordinatlarının naturada və sənəd üzrə müəyyən edildiyi, hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına, alt kateqoriyasının ümumi istifadədə olan torpaqlara və uqodiyasmın şərti yararsız torpaq sahəsinə və yollara (küçələrə) aid olması, qeyd edilən torpaq sahəsinin sənəd üzrə koordinatlarının 0,0025 ha hissəsinin ümumi istifadədə olan gediş-gəliş yolunun koordinatları ilə, 0,0057 ha hissəsinin digər şəxsin- X3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə və qalan 0,03 ha hissəsinin isə İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İddiaçı imtina məktubunda və ekspert rəylərində qeyd edilən hallarla razılaşaraq tələbinin həcmin azaltmış və hal-hazırda hüquqi marağı ona ayrılan torpaq sahəsinin 0,0375 ha hissədə xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. Belə ki, sübutlar nəticəsində İddiaçı ayrılan torpaq sahəsinin 0,0025 ha hissəsinin ümumi istifadədə olan gediş-gəliş yolunun koordinatları ilə üst-üstə düşməsi halı müəyyən edilmiş və iddiaçı tərəf həmin hissədə haqlı olaraq tələblərini azaldaraq həmin hissədən imtina etmişdirlər. Digər üst-üstə düşən hissə isə 0,0057 ha hissəsi olmuşdur ki, həmin hissənin X3 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilir. Həmin hissədə məhkəmə araşdırma aparmış və iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin X5 ilə üstüstə düşən 0,0057 ha hissəsinin X3 zəbtində olduğu, X3 adlna qeydiyyatdan keçmiş hər hansı bir hüquqmüəyyənedici sənədin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasına dəvət edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi Qiyas Quliyevdə təqdim edilən mütəxəssis rəyinə uyğun izahat vermiş və X3 zəbtində olan torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin aşkar olmadığı, faktiki olaraq torpaq sahəsinin zəbtdə olan torpaq sahəsi olduğunu bildirmişdir. Belə olan halda məhkəmə 0,0057 ha hissədə iddiaçının ona ayrılan torpaq sahəsinin üzərində hüquqlarının qeydə alınması barədə tələbində haqlı olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ona ayrılan torpaq sahəsi barədə təqdim edilən plan və ölçü sənədlərinin koordinatlarında yanlışlıq və ya uyğunsuzluq olduğu təqdirdə cavabdeh inzibati orqan özü yekun çıxarış verilən zaman koordinatlara hüquqmüəyyənedici sənədlər üzrə düzəliş etməli və düzgün koordinatlar qeyd etməklə yeni plan-ölçü sənədi təqdim etməlidir. Həmin hissə də məhkəmə tərəfindən inzibati orqanının üzrəinə yeni öhdəliyin qoyulmasına ehtiyac yoxdur. Belə ki, torpaq sahəsinin koordinatları digər şəxslərə qanuni əsaslarla ayrılan torpaq sahələri ilə üst-üstə düşərdisə o halda məhkəmə koordinatların uyğunlaşdırılması hissəsində ayrıca qiymət verə bilərdi. Lakin hal-hazırki iş üzrə həmin halların olmadığı müəyyən edilir. Zəbt olma hissəsi isə inzibati məhkəmədə baxıla biləcək hissə olmadığından iddiaç gələcəkdə xüsusi mülkiyyət hüquqlarını qeydə aldıracağı təqdirdə ümumi məhkəməyə müraciət edə bilər. Üçüncü şəxs kimi cəlb edilən Astara bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-133 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən Astara bələdiyyəsinin 08 sentyabr 2011-ci il tarixli 31 nömrəli qərarı hal-hazırda qüvvədədir və ayrılmış torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. İş materiallarına əlavə edilən sənədlərə əsasən Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 nömrəli qərarı iddiaçıya aid hissədə geri çağırılmadığı, ləğv edilmədiyi, dəyişdirilmədiyi, qüvvədə olduğu müəyyən edilir. Qərara nəzər yetirilən zaman isə torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün ayrıldığı müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Mübahisələndirilən bələdiyyənin qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 nömrəli qərarı iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Astara bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 nömrəli qərarı ilə İddiaçı 0,0375 ha hissədə torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Astara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 nömrəli qərarına əsasən ayrılmış 0,0375 ha həyətyanı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə iddiaçının vəkili və nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Astara Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 31 nömrəli qərarına əsasən ayrılmış 0,0375 ha həyətyanı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar